Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə109/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   105   106   107   108   109   110   111   112   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

ran  etnosun  (titul  millət)  maraqları  ilə  etnik  azlıqların  maraqlarının 

uzlaşdırılması  dövlətin  bütövlüyünün  qorunub  saxlanılması  üçün 

mühüm  əhəmiyyət  kəsb  edir.  Millətin  xaricdəki  diaspora  ilə 

ələqələrinin özü də dövlətin fəaliyyətinin xüsusi bir istiqamətini təşkil 

edir. 


§ 2. DÖVLƏTİN FUNKSİYALARININ TƏSNİFATI 

Hüquq ədəbiyyatında dövlətin funksiyalarının müxtəlif təsnifatları 

mövcuddur.  Bu,  dövlətin  funksiyalarının  müxtəlif  yanaşmalar 

əsasında təsnifləşdirilməsi ilə bağlıdır. 

Hüquq ədəbiyyatında özünə geniş yer almış təsnifatlardan birinə 

görə,  dövlətin  funksiyaları  əsas və qeyri-əsas  funksiyalara  bölünür. 

Dövlətin  əsas  funksiyaları  onun  ayrı-ayrı  inkişaf  mərhələlərində 

qarşıya qoyulan ən mühüm, ən əsas vəzifələrin həyata keçirilməsinə 

xidmət etməklə başlıca fəaliyyət istiqamətləri kimi çıxış edir. Odur ki, 

hər bir əsas funksiya dövlətin daxili və xarici siyasətinin müəyyən bir 

həlledici 

istiqamətini 

müəyyənləşdirir. 

Əsas 


funksiyaların 

məzmununu ictimai həyatın daha mühüm, daha ümumi sahələri təşkil 

edir. Onlar bütövlükdə dövlətin fəaliyyətində təzahür olunur və bütün 

dövlət mexanizmi və ya onun əksər tərkib hissələri tərəfindən həyata 

keçirilir. Məzmununa və strukturuna görə əsas funksiyalar toplayıcı, 

sistem xarakterli olur. 

Qeyri-əsas  funksiyalar  isə  əsas  funksiyaların  struktur  hissələri 

olmaqla daha konkret vəzifələri, başqa sözlə desək, ictimai həyatın 

nisbətən məhdud sahəsi ilə bağlı olan vəzifələri yerinə yetirir. Həmin 

funksiyalar  qeyri-əsas  funksiyalardan  fərqli  olaraq  dövlətin  başlıca 

fəaliyyət  istiqamətini  təşkil  etmir.  Hər  bir  əsas  funksiya  bir  neçə 

qeyri-əsas  funksiyanı  əhatə  edə  bilər.  Əsas  funksiyanın  tərkib 

hissələri olan qeyri-əsas funksiyalar onun elementinə çevrilir. Odur 

ki,  elmi  ədəbiyyatda  əsas  funksiyalar  sistem  xarakterli  funksiyalar 

kimi xarakterizə olunur. Nəzəri cəhətdən qeyri-əsas funksiyalar əsas 

funksiyaların tərkib elementləri 

327 



ilqar Məmmədov 

kimi,  əsas  funksiyaiar  isə  döviət  funksiyaiannın  tərkib  eiement-  iəri 

kimi qiymətiəndiriiir. 

Lakin funksiyaiarın bu cür böiünməsi müəyyən mənada nisbidir. 

Beiə  ki,  döviətin  funksiyaiannın  əhəmiyyəti,  əsasən,  konkret  tarixi 

dövriə  müəyyəniəşir  və  döviətin  tarixi  inkişaf  mərhəiə-  sinin  əsas 

vəzifəiərinə  uyğun  oiaraq  oniar  da  dəyişir.  Beiəiikiə,  yeni  şəraitdə 

qeyri-əsas funksiyaiardan bəziiəri döviətin müstə- qii, əsas fəaiiyyət 

istiqamətinə çevriiə biiir. Əsas funksiyaiardan bəziiəri isə qeyri-əsas 

funksiyaya çevriiir və ya aradan qaixır. 

Onu  da  qeyd  etməiiyik  ki,  döviətin  əsas  fəaiiyyət  istiqamətiə- 

rinin  nisbətən  məhdud  sahəiərlə  bağiı  oian  funksiyaiara  böiünməsi 

müəyyən  mənada  «döviətin  funksiyası»  aniayışını  onun  vacib 

əiamətiərinin  birindən  məhrum  edir.  Beiə  ki,  döviətin  funksi-  yaiarı 

deyərkən, məhz döviətin əsas fəaiiyyət istiqamətiəri nəzərdə tutuiur. 

Qeyri-əsas funksiyaiar isə döviətin əsas fəaiiyyət istiqamətiəri hesab 

oiunmur. Ona görə də, bu təsnifat müəiiifiə- rin bir qismi tərəfindən 

ciddi tənqid oiunur. 

Digər  bir  təsnifiəşdirməyə  görə,  döviətin  funksiyaiarı  sinfi  və 

ümumsosiai funksiyaiara böiünür. Həmin təsnifiəşdirməyə üs- tüniük 

verən  nəzəriyyəçiiərin  fikrincə,  hansı  tipə  aid  oimasından  asıiı 

oimayaraq  hər  bir  döviət  sinfi  vəzifəiəriə  bərabər,  həm  də  bütün 

cəmiyyətin  marağına  cavab  verən  «ümumi  işiərin»  həyata 

keçiriiməsinə xidmət edir. 

Bu  yanaşmadan  çıxış  edən  nəzəriyyəçiiərin  bir  çoxu 

ümumsosiai 

funksiyaiara 

iqtisadi, 

sosiai, 

ekoioji, 

hüquq 

mühafizəedici və ya hüquq qaydasının mühafizəsi, siyasi funksiyaiarı 



aid  edir-  iər.  Bu  cür  geniş  yanaşmanın  tərəfdariarı  onu  əsas 

götürüriər  ki,  sadaianan  həmin  funksiyaiar  döviətin  mövcud  oiduğu 

bütün  dövriərə  aid  oian  funksiyaiardır.  Beiə  hesab  oiunur  ki, 

iqtisadiyyatın  sabit  axarda  tənzimiənməsi  və  inkişaf  etdiriiməsi 

(iqtisadi  funksiya),  döviət  suvereniiyinin  qorunub  saxlanması, 

cəmiyyətin  idarə  olunması  (siyasi  funksiya),  insanların  sosial 

tələbatlarının ödənilməsi məqsədi ilə bu və ya digər tədbirlərin həyata 

keçirilməsi  (sosial  funksiya),  ətraf  mühitin  qorunması,  təbiətdə 

pozulmuş balansın bərpa edilməsi (ekoloji funksiya), ictimai təhlü 

328 





-t 

Dövlət və hüquq nəzəriyyəsi 

kəsizliyin  təmin  edilməsi,  pd^ulmuş  hüquq  normaiarının  bərpası  və 

hüquq pozuntularının qarşısının alınması, hüquq pozuntularına görə 

məsuliyyət məsələlərinin həll edilməsi (hüquq qaydasının mühafizəsi 

və  ya  hüquq  mühafizə  edici  funksiya),  müəyyən  ideologiyanın 

dəstəklənməsi,  əhali  arasında  maarifləndirmə  işinin  təşkil  edilməsi, 

təhsilin,  elmin,  mədəniyyətin  inkişaf  etdirilməsi  ilə  bağlı  müəyyən 

fəaliyyətin  həyata  keçirilməsi  (ideoloji  fünksiya)  həmin  funksiyalarla 

bağlı  fəaliyyətin  hansı  məzmunda  təzahür  olunmasından  asılı 

olmayaraq hər bir dövlətdə mövcuddur. Müasir dövlətlərdə isə həmin 

funksiyaların  ümumsosiallığı  daha  da  artır.  Dövlətin  funksiyaları 

sistemində ümumsosial funksiyaların rolu gücləndikcə cjəmiyyətdəki 

maraqlar  arasında  ziddiyyətlərin  həll  edilməsi,  icti:mai  kompromisin 

əldə olunması daha demokratik xarakter alır,ıhüquqi dövlət, hüququn 

aliliyi ideyaları daha çox reallaşır. 

Nəzəriyyəçilərin bir qismi bu cür geniş yanaşmanı qəbul etmir. 

Məsələn,  M.N.Marçenko  hesab  edir  ki,  dövlətin  ümumsosial 

funksiyalarına  yalnız  ətraf  mühitin  mühafizə  edilməsinə,  təbii 

sərvətlərin  və  resursların  rasional  şəkildə  istifadə  olunmasına, 

istehsala  yeni,  tullantı  verməyən  texnologiyanın  gətirilməsinə 

istiqamətlənmiş funksiyalar aid edilməlidir. 

Sinfi  maraqları,  hakim  sinfinin  iradəsini  daha  qabarıq  şəkildə 

ifadə  edən  funksiyalar  isə  sinfi  funksiyalardır.  Həmin  funksiyalar 

hakim  sinfin  iradəsini  özündə  əks  etdirdiyindən  dövlətin  tiplərinə, 

dövlətin  tarixi  inkişaf  mərhələlərinə  görə  bir-birindən  fərqlənir. 

Dövlətin müəyyən bir tipinə aid olan konkret sinfi funksiya başqasında 

olmur, hətta konkret dövlətin müəyyən bir inkişaf mərhələsində özünə 

yer almış sinfi funksiya dövlətin inkişafı nəticəsində öz əhəmiyyətini 

itirərək aradan çıxır, onu bir başqası əvəz edir. Və yaxud hər hansısa 

bir dövlətdə özünə yer alan sinfi funksiya başqa bir dövlətin fəaliyyət 

istiqaməti  kimi  çıxış  etmir,  hətta  onun  məqsəd  və  vəzifələri  ilə 

ziddiyyət təşkil edir. Bununla yanaşı, tədqiqatçılar onu da etiraf edirlər 

ki, dövlət sinfi xarakterli vəzifələri həyata keçirərkən, həm də bu və ya 

digər  dərəcədə  ümumsosial  problemləri  həll  edir.  Odur  ki,  bəzi 

fəaliyyət istiqa 

329 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə