Dövlət və hüquq nəzəriyyəsi
Bəzən elnni ədəbiyyatda dövlətin funksiyaları ilə vəzifələrinin
eyniləşdirilməsi hallarına da rast gəlirik. Qərb hüquq elmində isə,
dövlətin funksiyalarından yox, dövlətin vəzifələrindən danışmağa
üstünlük verilir. Nəzəriyyəçilərin bir çoxu belə hesab edir ki, «dövlətin
funksiyaları» ilə «dövlətin vəzifələri»nin bir-birinə çox yaxın anlayışlar
olmasına baxmayaraq, onlar fərqli hadisələri ifadə edir. Buna görə də
onları eyniləşdirmək olmaz. Dövlətin vəzifələri dövlətin qarşısında
duran (dövlətin sosial təyinatı ilə müəyyənləşmiş) əsas tələbləri,
dövlətin nələri etməli olduğunu ifadə edir. Dövlətin funksiyaları isə
dövlətin
vəzifələrinin
həyata
keçirilməsinə
istiqamətlənmiş
fəaliyyətdir, vəzifələrin icra olunması prosesidir. Özü də müəyyən
istiqaməti olan məqsədyönlü fəaliyyətdir, yəni fəaliyyət istiqamətidir.
Bu baxımdan M.İ.Baytin yazır ki, dövlətin vəzifələri və funksiyaları
«qarşılıqlı olaraq bir- birinə bağlı olan, yaxın anlayışlardır, lakin onlar
eyni deyil. Onları nə qarşı-qarşıya qoymaq, nə də eyniləşdirmək
olmaz.
Dövlətin vəzifələrində onun sosial təyinatı, bu və ya digər tarixi
dövrdə onun tarixi missiyası müəyyənləşir.
Həmin vəzifələr dövlətin funksiyalarına münasibətdə başlanğıc
kimi çıxış edir, onların bilavasitə şərtləndiricisi kimi təzahür olunur.
Vəzifələrdə iqtisadiyyatın və siyasətin dövlətin funksiyalarının
inkişafına təsiri cəmləşir.
Dövlətin funksiyaları onun vəzifələrinin reallaşması, həyata
keçirilməsi vasitəsidir. Dövlətin vəzifələri onun funksiyalarının icra
olunması yolu ilə həyatda öz təcəssümünü tapır»."'
Dövlətin vəzifələri dövlət hakimiyyətinin, dövlət idarəetməsinin
həyata keçirilməsinin prioritet istiqamətləri və bu istiqamətləri
müəyyənləşdirən əsas məsələlərdir. Funksiyalar isə onların həllinə
yönələn fəaliyyət növləridir. Ona görə də, dövlətin funksiyalarını onun
məqsəd və vəzifələrinin həyata keçirilmə vasitələri kimi başa düşmək
olar.
' Теория государства и права.
Под ред. Матузова Н.И., Мапъко А.В.
S. 63-64.
315
ilqar Məmmədov
Dövlətin məqsəd və vəzifələrindən danışarkən belə təsəvvür
yaranmamalıdır ki, onlar mütləq dövlət tərəfindən rəsmi qaydada elan
edilir, qanunvericilikdə təsbit olunmaqla yazılı şəkildə cəmiyyətə
təqdim olunur. Biz daha geniş yanaşmadan çıxış edərək onları
dövlətə immanentolan hadisə hesab edirik. Dövlətin məqsəd və
vəzifələri dövlət hakimiyyətinin xarakterində, dövlət iradəsinin ifadə
tərzində, dövlətin təmsil etdiyi sivilizasiyanın, mədəniyyətin
doğurduğu dəyərlərdə, prinsiplərdə və institutlarda konkretləşir, bu
təşkilatın fəaliyyətini onlarla əlaqəli şəkildə istiqamətləndirir. Onların
bəyan edilməsi cəmiyyətin inkişafının son dövrlərində baş vermişdir,
yəni konstitusiyalı dövlətlərin formalaşması həm də dövlətin məqsəd
və vəzifələrinin konstitusiyada təsbit olunmasına səbəb olmuşdur. Bu
proseslərin gedişində dövlət insan və cəmiyyət qarşısında
öhdəliklərə malik olan təşkilat kimi qəbul edildiyindən onun məqsəd
və vəzifələrinə də xüsusi maraq yaranmışdır. Buna qədər mövcud
olan dövlətlər də məqsəd və vəzifələrə malik olmuş və yuxarıda qeyd
etdiyimiz kimi, onlar dövlət hakimiyyətinin xarakteri, hakimiyyətin
həyata keçirilməsinin üsul və vasitələri, siyasi şüur və siyasi
mədəniyyət, siyasi institutlar vasitəsilə cəmiyyətə təsir göstərmişdir.
Onu da qeyd edək ki, dövlətin məqsəd və vəzifələri cəmiyyətə necə
təsir göstərirsə, real olaraq da o cürdürlər. Qanunvericilik vasitəsilə
onların bəyan edilməsi hələ o demək deyil ki, formal olaraq təsbit
olunanlar real məqsəd və vəzifələrdir.
Elmi ədəbiyyatda dövlətin funksiyaları müxtəlif cür izah edilir.
Buna görə də dövlətin funksiyaları barəsində çoxlu təriflər
yaranmışdır. Onlar müxtəlif cür ifadə olunsalar da, demək olar ki,
mahiyyətcə bir-birindən bir o qədər də fərqlənmirlər. Həmin
təriflərdən bəzilərinə nəzər yetirək.
«Dövlətin funksiyaları onun sinfi və ümumbəşəri mahiyyətini,
sosial təyinatını ifadə edən, konkretləşdirən əsas daxili və xarici
fəaliyyət istiqamətləridir».''
'Общая теория государства и права. Академический курс в 3- X томах.
Том 1.8. 336.
316
Dövlət və hüquq nəzəriyyəsi
«Funksiyalar dövlətin cəmiyyətdəki təyinatı, əsas vəzifələri ilə
şərtlənən əsas fəaliyyət istiqamətləridir».''
«Dövlətin əsas fəaliyyət istiqamətlərinə dövlətin funksiyaları
deyilir».2
«Dövlətin funksiyası onun sinfi mahiyyətindən və sosial
təyinatından irəli gələn fəaliyyət istiqamətidir».3
«Dövlətin funksiyası dövlətin daxili və xarici vəzifələri
baxımından ictimai inkişafın obyektiv tələbləri ilə şərtlənən zəruri,
eynicins, daimi, məqsədyönlü fəaliyyət istiqamətidir (dövlət
fəaliyyətinin bir tərəfidir)».“^
«Cəmiyyətə (vətəndaş cəmiyyətinə) münasibətdə dövlətin
funksiyaları cəmiyyətin (vətəndaş cəmiyyətinin) subyektlərinə aid
ümumi işlərin həllinə yönəlmiş əsas fəaliyyət istiqamətləridir».^
«Dövlətin inkişaf mərhələlərində sinfi mahiyyətini, sosial rolunu və
əsas vəzifələrini ifadə edən çoxcəhətli başlıca fəaliyyət istiqaməti
onun funksiyası adlanır».^
Göründüyü kimi, təriflərdən bəziləri marksizm nəzəriyyəsindən
irəli gələn sinfi yanaşmaya əsaslanır. Bu yanaşma sovet hüquq
elminə xas yanaşma olduğundan sovet dövrünün dövlət və hüquq
nəzəriyyəsində dövlətin funksiyalarının onun sinfi mahiyyətini əks
etdirməsi xüsusi vurğulanırdı. Postsovet dövrünün dövlət və hüquq
nəzəriyyəsində də həmin yanaşma elmi dövriyyədən çıxarılmamışdır.
Diqqət yetirdikdə görürük ki, nəzəriyyəçilərin bir çoxu, yenə də,
həmin yanaşmadan çıxış edirlər. Lakin onlar sovet dövründən fərqli
olaraq əvvəlki ehkamçılığı rədd edir
'Чиркип B.E.
Современное государство. S.199.
^Сырых В.М.
Теория государства и права. S.32.
■ ^Теория государства и права.
Под ред. Малахова В.П., Казакова
Б.К
S. 406.
^Пахленко Н.Б.
От тоталитаризма к демократии: о функциях
государства в переходный период. // Политические проблемы теории
государства. М., 1993, s.29.
^Проблемы общей теории права и государства.
Под ред.
В.С-Нерсесяица.
S. 629.
*^Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 38.
317
Dostları ilə paylaş: |