Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə101/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   97   98   99   100   101   102   103   104   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-ali  dövlət  hakimiyyətinin  hakimiyyətlərin  bölünməsi  prinsipi 

əsasında təşkil olunması; 

-

 



dövlət idarəetməsinin qanunun aliliyi prinsipi əsasında həyata 

keçirilməsi; 

-fərqli  maraqlardan  çıxış  edən  müxtəlif  siyasi  qrupların  azad 

fəaliyyət imkanına malik olması; 

-

 

maraqların siyasi plyuralizm şəraitində ifadə olunması; 



-xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi; 

-

 



vətəndaşların  azad  iqtisadi  fəaliyyətinə  formal  cəhətdən 

bərabər imkanların yaradılması; 

-

 

insan şəxsiyyətinin ali dəyər kimi qəbul edilməsi və insanlara 



özünürealaşdırma imkanı verən sosial mühitin olması; 

-

 



münasibətlərin  hüquqi  tənzimlənməsinin  fərdi  maraqların  və 

cəmiyyətdə  mövcud  olan  obyektiv,  dayanıqlı  maraqların  nəzərə 

alınması yolu ilə həyata keçirilməsi; 

-

 



iqtisadi  münasibətlərin  bazar  iqtisadiyyatının  prinsiplərinə 

uyğun həyata keçirilməsi; 

-

 

cəmiyyətdə qanunlara və İnsan hüquq və azadlıqlarına yüksək 



hörmətin olması; 

-

 



əhalinin təhsil və savad səviyyəsinin yüksək olması; 

-

 



İqtisadiyyatın inkişafına səbəb olan əsasların dayanıqlı şəkildə 

mövcudluğu. 

Elmi  ədəbiyyatda  müasir  demokratik  rejim  insan  və  vətəndaş 

hüquq  və  azadlıqlarının  konstitusiyada  təsbit  olunması,  dövlət 

tərəfindən  real  olaraq  təmin  edilməsi,  siyasi  partiyaların  və 

ideologiyaların formal bərabərliyi, ali dövlət hakimiyyəti orqanlarının 

seçkilər  yolu  İlə  və  hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında 

təşkili,  dövlət  iradəsinin  formalaşmasında  vətəndaşların,  müxtəlif 

qrupların  maraqlarının  nəzərə  alınması,  birbaşa  və  bilvasitə 

(nümayəndəli)  demokratiya  institutlarının  mövcudluğu,  insanın 

qorxudan və ehtiyacdan azad olmasına imkan verən siyasi- hüquqi, 

sosial-iqtisadi  təminatın  yaradılması  və  s.  bu  kimi  amillər  əsasında 

xarakterizə olunur. 

Tədqiqatçılar  nəzəri  olaraq  demokratik  rejimin  müxtəlif 

növlərindən danışsalar da, belə hesab olunur ki, demokratk rejim 

303 



ilqar Məmmədov 

daha çox liberal-demokratik formada inkişaf edə bilər. Tədqiqatçıların 

fikrincə,  liberal-demokratik  rejim  Qərb  sivilizasiyasına  aid  olan 

ölkələrdə  mövcuddur.  Fillpp  Beneton  yazır  ki,  Qərbin  demokratik 

rejimlərini  başqa  rejimlərdən  «liberal-demokratik  sintez  fərqləndirir. 

Qərbdə açıqca özünü göstərən belə bir sintez bu şəkildə başqa heç 

bir  yerdə  yoxdur.  Sözsüz  ki.  Qərb  rejimləri  demokratik  rejimlərdir, 

lakin  bu  rejimlərdə  demokratik  hakimiyyətin  hüdudları  və  həddi  də 

müəyyənləşdirilir.  Misal  üçün,  hakimiyyətlərin  bölünməsi  və 

qanunların müəyyənləşdirilməsinə nəzarət demokralk prinsipdən irəli 

gəlmir.  Belə  bir  məhdudiyyətin  yaranması  məhz  liberal  mənşəli 

qanunların  təcrübəyə  gətirilməsi  ilə  şərtlənmişdir.  Müasir  Qərb 

rejimləri  onların  formalaşmağa  başladığı  zaman  müəyyənləşən 

liberal  prinsiplərə  sadiq  qaldıqları  dərəcədə  yumşaqdırlar.  Başqa 

sözlə desək, hakimiyyətin yumşaq və məhdud olması prinsipini məhz 

liberal fikir müəyyənləşdirmişdir...».'' 

Qeyri-demokratik  rejimin  iki  əsas  növündən  biri  olan  totalitar 

rejim  demokratik  rejimin  tam  əksidir.  Totalitar  dövlət  ardıcıl  olaraq 

cəmiyyəti  və  insanları  total  nəzarətdə  saxlamaq  siyasətini  həyata 

keçirir.  «Totalitarizm»  termini  siyasi  leksikona  1925-ci  ildə  Benito 

Mussolini  tərəfindən  daxil  edilmişdir.  Daha  sonra  publisistik 

materiallarda  (məsələn,  1929-cu  ildə  «Tayms»  qəzeti)  bu  termin 

SSRİ-də  mövcud  olan  rejimin  xarakterizə  olunması  üçün  istifadə 

edilmişdir. İkinci Dünya müharibəsindən sonra isə, siyasi və hüquqi 

ədəbiyyatda  «totalitarizm»,  «totalitar  rejim»  anlayışları  ilə  Faşist 

Almaniyasında, SSRİ-də, həmçinin bəzi sosialist ölkələrində təşəkkül 

tapmış  rejimlər  xarakterizə  edilməyə  başlamışdır.  Tədqiqatçıların 

fikrincə,  totalitar  rejim  XX  əsrdə  meydana  gəlmişdir.  Bu  fikir,  yəni 

totalitar  rejimin  XX  əsrdə  meydana  gəlməsi  fikri  siyasi  və  hüquqi 

ədəbiyyatda  geniş  yayılmışdır.  Totalitar  rejimin  yalnız  XX  əsrin 

məhsulu olması fikri ictimai-siyasi proseslərin, sosial-iqtisadi amillərin 

və  ictimai  mühitin  bu  dövrdə  bir  sıra  özünəməxsus  cəhətlərə  malik 

olması ilə əsaslandırılır. 

Бенетон Филипп. Введение в политическую науку. S. 288. 

304 



Dövlət və hüquq nəzəriyyəsi 

Totalitarizmin yaranma səbəblərinin təhlili göstərir ki, bu rejimin 

təşəkkül tapmasında kütləvi siyasi hərəkatların böyük rolu olmuşdur, 

intensiv  industrializasiyanın  doğurduğu  böhranın  ənənəvi  sosial 

strukturların  dağılması  İlə  müşayiət  olunması  böyük  destruktiv 

kütlələrin  meydana  gəlməsinə,  məhrumiyyətlərə  düçar  olmaqla 

qeyri-müəyyənliyin  psixoloji  gərginliyini  yaşayan  insanların 

demorallzasiyasına  səbəb  olmuş,  bu  isə  öz  növbəsində,  totalitar 

rejimin  formalaşması  üçün  sosial  baza  və  müvafiq  siyasi  şərait 

yaratmışdır. Belə bir şəraitdə destruktiv kütləni inandıraraq arxasınca 

apara bilən siyasi qüvvənin hakimiyyətə gəlməsinə, təbliğat və təzyiq 

göstərmək  yolu  ilə  əhalinin,  daha  doğrusu  kütlənin  tam  dəstəyini 

qazanmasına,  həmçinin  digər  üsullardan  istifadə  etməklə  cəmiyyət 

üzərində total nəzarəti həyata keçirməsinə imkan yaranmışdır. Bunun 

nəticəsində  bir  sıra  ölkələrdə  totalitar  rejimlər  formalaşmışdır. 

S.Xantiqton yazır ki, siyasi rejimin (dövlət rejiminin) bu forması «XX 

əsrdə,  demokratikləşmə  prosesi  başladıqdan  sonra  meydana 

gəlmişdir.  Totalitar  rejimlər  öz  məqsədlərinə  nail  olmaq  üçün 

vətəndaşları kütləvi səfərbərliyə alınmağa cəhd edir».'' 

Elmi ədəbiyyatda totalitarizmin iki əsas növü - «sağ» və «sol» 

totalitar rejimlər fərqləndirilir. 

«Sağ»  totalitar  rejimi  Faşist  Almaniyası  təmsil  edir.  Bu  rejim 

faşizm  ideologiyası  (nasional-sosializm)  üzərində  qurulmuşdur. 

Etatizm,  millətçilik  (etnosnetrizm)  və  irqçilik  ideyaları,  yəni  alman 

millətinin, ari irqinin üstünlüyü və böyük alman dövlətinin (III Reyx) 

əbədiliyi  ilə  bağlı  fikirlər  həmin  ideologiyanın  əsasını  təşkil  edir. 

Nasional-sosializm  almanlarda  şovinizm  əhval-ruhiyəsi  və  alman 

xalqının  düşməni  obrazını  yaratmışdır.  Bu  obraz  daxilən  iki 

yerə-kommunizm  ideologiyasına  və  yəhudi  xalqına  ayrılır.  Lakin 

bununla  bərabər,  onlar  həm  də  vəhdət  təşkil  edir.  Belə  ki, 

nasional-sosializm  ideologiyasına  görə  kommunizm,  bir  ideologiya 

kimi  yəhudilər  tərəfindən  yaradılmışdır.  Məqsəd  həmin  ideologiya 

vasitəsilə ari iriqindən olan millətlərin milli ruhunu 

'  Хаптпгтоп 

Сэмюэл.  Третья  волна.  Демократизация  в  конце  XX 

века. М., 2003, з. 22. 



305 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə