ilqar Məmmədov
inkişafından doğan mütərəqqi rejimdir. Müasir demokratiya kompleks
bir hadisə olmaqla ictimai həyatın bütün sahələrinə-siyasi, iqtisadi,
mədəni-mənəvi, mental sferalara öz təsirini göstərmiş, həmçinin
dövlət hakimiyyətinin müvafiq qaydada təşkili ilə yanaşı hakimiyyətin
həyata keçirilməsinin müvafiq üsul və vasitələrini, metodlarını da
doğurmuşdur. İngilis alimi Antoni Arblas- terin yazdığı kimi,
demokratiya «sadəcə hökumət forması və ya hakimiyyətin təşkili
forması kimi başa düşülmür, o həm də bütün cəmiyyətə aid olan bir
anlayış və hadisə kimi qəbul edilir. Məhz buna görə də, Aleksis de
Tokvilin məşhur «Amerikada demokratiya» əsəri hökumət və ya
siyasi
sistemdən
çox,
bütövlükdə
Amerika
cəmiyyəti
haqqındadır».İngilis aliminin qeyd etdiyi kimi, demokratiya həm də
«tənqidi»
ideyadır,
yəni
reallığın
qiy-
mətlənidirilməsinə
istiqamətlənmiş norma və ya idealdır. Buna görə də, hadisələrə,
proseslərə tənqidi yanaşmanı, həmçinin özündə inkişaf edə bilmək
imkanını ehtiva edən dinamik hadisədir. K.S.Qadjiyev də bu cür
geniş yanaşmadan çıxış edərək yazır ki, demokratiya, ilk növbədə,
«fundamental bir istiqamət, bir növ dəyərlər şkalası, insanın
cəmiyyətdəki yeri haqqında müəyyən bir konsepsiyadır. Demokratiya
özü ilə həm də, hamının qanun qarşısında bərabər və hər bir
cəmiyyət üzvünün yaşamaq hüququna malik olmasını, azadlıq və
şəxsi mülkiyyət hüququ haqqında fundamental postulata əsaslanan
həyat tərzini ifadə ed ir». 2
Demokratiyanın cəmiyyətin fundamental istiqamətinə çevrilməsi
demokratik institutların siyasi müstəvidə də inkişaf etməsinə və
demokratik siyasi rejimlərin formalaşmasına səbəb olmuşdur.
Demokratiyanın və demokratik siyasi rejimin inkişafının əsasında bir
sıra prinsiplər durur. Demokratiyanın prinsipləri həm dövlət
hakimiyyətinin təşkili və fəaliyyəti, həm də insanın statusu və
dəyərləndirilməsi ilə bağlı olan prinsiplərdir.
’ Arblaster Antony.
Demokracy. Printed and bound by J.W.Arrosmith
Limited, Bristol, s. 9.
2
Гаджиев. K.C.
Введение в политическую науку. M., 1997,
S.141.
300
Dövlət və hüquq nəzəriyyəsi
Həmin prinsiplərdən biri
xalqın suverenliyi
prinsipidir. Bu
prinsipin əsasında duran ideya Avropa ölkələrində burjua
inqilablarının baş verdiyi dövrdə formalaşmışdır. Xalqın suverenliyi
ideyasına görə, siyasi hakimiyyətin mənbəyi xalqdır və bu baxımdan
xalq siyasi münasibətlərin fərdi və qrup subyektlərinin iradəsindən
asılı deyil, öz iradəsini ifadə etməkdə müstəqildir və bu iradənin
fövqündə dura biləcək daha üstün iradə yoxdur. Həmin prinsipin
reallaşması aşağıdakılarla bağlıdır:
-təsisetmə səlahiyyətinin və konstitusion hakimiyyətin xalqa
məxsus olması;
-
xalqın mütəmadi olaraq öz nümayəndələrini seçməsi və onları
başqaları ilə əvəz etməsi;
-
qanunların qəbul edilməsində referendumlar vasitəsilə xalqın
birbaşa iştirak etməsi;
-
xalqın hakimiyyətə yiyələnən qüvvənin hakimiyyətini tanıması
və bu yolla onu legitimləşdirməsi.
Xalqın suverenliyi ideyası ilə bağlı olan digər bir prinsip
nü-
mayəndəlilik
prinsipidir. Nümayəndəlilik prinsipi nümayəndəli
demokratiyanın formalaşmasını ehtiva edir. Böyük cəmiyyətlərdə
cəmiyyətin hər bir üzvünün siyasi və sosial məsələlərin həll
edilməsində bilavasitə iştirak etməsi praktiki olaraq mümkün
olmadığından müvafiq məsələlərin həll edilməsi nümayəndəli
orqanların səlahiyyətinə verilmişdir. Nəticədə də xalqın özü
tərəfindən seçdiyi nümayəndələr vasitəsilə hakimiyyətin həyata
keçirilməsində iştirak etməsi demokratiyanın mühüm tələblərindən
birinə çevrilmişdir. Beləliklə, xalqın iradəsinin və ümumi maraqlarının
nümayəndəli siyasi institutlar vasitəsilə ifadə olunması mexanizmi
formalaşmışdır. Nümayəndəlilik prinsipinin tətbiqi nümayəndəli
demokratiyanın digər elementlərinin-partiyaların, seçkilərin və s.
institutların bütöv bir kompleksini yaratmışdır.
Nümayəndəlilik prinsipinin özünün demokratik ruhda həyata
keçirilməsi isə
bərabərlik
prinsipinə riayət olunması ilə bağlıdır.
Bərabərlik prinsipi bütün vətəndaşların siyasi proseslərdə bərabər
hüquqlarla iştirakını ehtiva edir. Cəmiyyətdə bərabərliyin təmin
edilməsi bütün əhali üçün yüksək səviyyədə sosial təmi
301
ilqar Məmmədov
natın yaradılması ilə mümkündür. Məhz müvafiq sosial şəraitin
yaradılması formal hüquqların faktiki olaraq reallaşdırılmasının əsas
şərtidir.
Demokratik siyasi rejimin ən mühüm prinsiplərindən biri də
azadlıq
prinsipidir. Demokratik rejimlərdə azadlıq prinsipi insan
hüquqları vasitəsi ilə reallaşır. Bu prinsipin tanınması həm də insanın
ali dəyər kimi qəbul edilməsi deməkdir.
Demokratiya insanlara və onların təşkil etdiyi qrupiara müxtəlif
sahələrdə müstəqil fəaliyyət göstərmək imkanı, o cümlədən fərqli
düşünmək və davranmaq üçün şərait yaratdığına görə həmin
suybektlər arasında yaranan qarşılıqlı münasibətlərin tənzimlənməsi
plyuralizm
prinsipinə əsaslanır. Bütün demokratik rejimlər üçün
xarakterik olan plyuralizm prinsipi müxtəlif formada özünü göstərən
inhisarçılığın antipodu kimi çıxış edir. Bu prinsip sosial və siyasi
maraqların, hakimiyyət mərkəzlərinin, maraqların artikulyasiyasını
təmin edən kanalların, siyasi baxışların və ideyaların müxtəlifliyini,
söz və mətbuat azadlığını, siyasi qüvvələr arasında azad rəqabəti
ehtiva edir. Plyuralizm prinsipinin siyasi və ictimai münasibətlərə
göstərdiyi real təsir avtoritarizmin bu və ya digər formada inkişaf
etməsinin qarşısını alan ən mühüm faktorlardan biridir.
Plyuralizm prinsipinin
tolerantlıq
prinsipi ilə korrelyativ əlaqəsi
var. Siyasi, ideoloji, mədəni plyuralizm məhz tolerantlıq şəraitində
mümkündür. Tolerantlıq siyasi, ideoloji, dini görüşlərin müxtəlifliyinə,
fikir ayrılığına dözümlü yanaşma kimi özünü göstərməklə konfliktə
girən, bir-biri ilə toqquşan tərəflər, maraqlar arasındakı
qarşıdurmanın kompromis yolu ilə həll edilməsinə imkan yaradır.
Sadalanan prinsiplər əsasında fəaliyyət göstərən demokratik
rejimləri xarakterizə edən əsas xüsusiyyətləri aşağıdakı kimi
göstərmək olar:
- insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi;
-xalqın hakimiyyətin yeganə mənbəyi kimi tanınması;
-ali dövlət hakimiyyətinin ümumxalq seçkiləri yolu ilə
formalaşması;
302
Dostları ilə paylaş: |