ilqar Məmmədov
İmperiya. İmperiya bəşər tarixində uzun müddət ən geniş
yayılmış dövlət quruluşu forması olmuşdur. Ayrı-ayrı sivilizasiyaların,
mədəniyyətlərin, etnosların, tarixi dövrlərin və cəmiyyətlərin inkişaf
səviyyəsinin özünəməxsus cəhətlərindən asılı olaraq imperiyanın
müxtəlif variantları yaranmışdır, imperiyanın müxtəlif tarixi
variantlarından danışarkən. Qədim iran dövlətini. Qədim Roma
dövlətini, Bizansı, Abbasilər, Əməvilər dövrünün ərəb xilafətini. Çar
Rusiyasını, Qsmanlı dövlətini. Böyük Britaniyanı və s. misal göstərə
bilərik.
İmperiyalar bir etnosun qurduğu dövlətin digər etnosların,
dövlətlərin ərazisini işğal etməsi nəticəsində yaranmışdır. Qdur ki,
imperiyalar özü ilə bir çox etnosları və mədəniyyətləri əhatə etmiş,
lakin dövlət kimi əksər hallarda bir etnosun siyasi təşkilatı olmuşdur.
İmperiya tərkibində olan xalqlar arasındakı münasibətlər də bərabər
səviyyəli münasibətlər olmamış, dövlət idarəçiliyi hakim xalqın
digərlərini istismar etməsi qaydasında həyata keçirilmişdir. Odur ki,
imperiyalarda daim dövlət hakimiyyəti tam şəkildə mərkəzləşdirilmiş,
hərbi güc mərkəzi hakimiyyətin əlində cəmləşmişdir. Mərkəzi
hakimiyyətin zəifləməsi dərhal yerlərdə hakimiyyətə qarşı baş
qaldırmalarla, ayrı-ayrı xalqların imperiyadan ayrılmağa cəhd
göstərməsi ilə müşayiət olunmuşdur. İmperiyaların qurulmasında
ekumenik xarakterli ideologiyaların, siyasi, dini görüşlərin rolu az
olmamışdır. Məsələn, Osmanlı imperiyasının yaranması və
inkişafında islam dininin yayılması və qorunması ideyası güclü rol
oynamışdır. Böyük Britaniya imperiyasında isə imperialist siyasətin
əsaslandırılması üçün anqlo-saksların, ümumiyyətlə avropalıların
mədəni üstünlüyü ideyasından geniş şəkildə istifadə olunurdu.
İmperiyalarda regionlar, yəni periferiya hesab olunan ərazilər
(müstəmləkələr, əyalətlər) mərkəzdən asılı vəziyyətdə olmuş və bu
baxımdan, idarəetmə sistemi piramidal şəkildə qurulmuşdur.
Mərkəzə (metropoliyaya) tabe olan xalqların dövlətin idarəetmə
sisteminə obyekt qismində daxil olması ümumi bir qayda idi.
İdarəetmənin bu cür təşkil olunması hakimiyyətin mərkəzdə
cəmləşməsindən irəli gəlirdi. İ.N.Homerov imperiya dövlət quru-
288
Dövlət və hüquq nəzəriyyəsi
luşu formasının özünəməxsusluğunu xarakterizə edərkən yazır ki,
imperiyalar elə dövlətlərdir ki, onlarda etnik tərkib və mədəni
mənsubiyyət baxımından əhalinin tərkibi qarışıq və rəngarəng, ərazi
isə geniş olur. Bütün imperiyanın ərazisi ilə müqayisədə kiçik bir
əraziyə malik olan metropoliya digər regionlar və müstəmləkələr
hesabına öz resurslarını artırmaq siyasətini həyata keçirir, hakimiyyət
metropoliyada cəmləşir, digər regionların, müstəmləkələrin hüquqları
həddindən artıq məhdudlaşdırılmış olur.''
İmperiyalara xas olan ümumi cəhətlər aşağıdakılardır:
-
dövlət ərazisinin böyüklüyü;
-
güclü mərkəzləşdirilmiş hakimiyyət;
-
yeni ərazilərin işğal edilməsinə, ekspansiyalara can atan
elitaların olması;
-
mərkəzlə
periferiya
arasında
asimmetrik
xarakterli
hakimiyyət-tabeçilik münasibətləri;
-
etnik və mədəni mənsubiyyət baxımından mürəkkəb tərkibli
əhali, yəni mədəniyyətlərin və etnosların qarışıqlığı;
-
müxtəlif sosial qruplara aid maraqların fövqündə duran ümumi
siyasi layihənin olması.
İmperiya dövlət quruluşu forması kimi demək olar ki, keçmişdə
qalmışdır. Düzdür, müasir dövrdə də elə dövlətlər var ki, imperiyaya
çox oxşayır. Məsələn, V.İ.Vlasov müasir Çin dövlətini imperiya
sistemi kimi xarakterizə edir. Əslində isə Çin dövləti və digər imperiya
əlamətlərinə malik olan dövlətlər formal-hüquqi cəhətdən müasir
dövrdə geniş yayılmış dövlət quruluşlarından birinə malikdir, yəni
onlar ya unitar, ya da federativ dövlətlərdir. Həmin formaların
elementlərinin bir çoxu faktiki münasibətlərdə də özünə yer almışdır.
Bu dövlətlərin imperiya əlamətlərinə malik olması isə ondan irəli gəlir
ki, onlar tarixən imperiya olmuş və müasir dövrün tələbinə uyğun
olaraq, yalnız, son yüz il ərzində dövlət quruluşu formasını
dəyişmişlər.
Гомеров И.Н. Государство и государственная власть. S.762.
289
ilqar Məmmədov
Konfederasiya.
Konfederasiya ümumi maraqlar əsasında
yaranan
dövlətlər
ittifaqıdır.
Federasiyadan
fərqli
olaraq
konfederasiya vahid dövlət deyil, o müstəqil dövlətlərin siyasi,
iqtisadi, hərbi, sosial məsələlərin birgə həll edilməsi məqsədi ilə
yaratdığı beynəlxalq-hüquqi xarakterli ittifaqdır. Onun subyekti olan
hər bir dövlət öz suverenliyini itirmir, istənilən vaxt konfederasiyadan
çıxa bilir, beynəlxalq hüquq əsasında digər dövlətlərlə müstəqil
şəkildə münasibət qurur. Üzv dövlətin konfederasiya orqanlarının
istənilən aktı ilə razılaşmamaq, onun öz ərazisində qüvvədə olması
ilə razılaşmamaq hüququ var.
Konfederasiya bir qayda olaraq müqavilə, könüllülük əsasında
yaradılır və əsas məqsədlərə nail olmaq, qarşıda duran məsələləri
həll etmək üçün üzv dövlətlərin ali hakimiyyət orqanları tərəfindən
konfederasiyanın müvafiq orqanları təşkil olunur. Həmin orqanların
vəzifəsi qarşıda duran məqsədlərin həyata keçirilməsindən,
məsələlərin həll edilməsindən ibarətdir. Konfederasiya orqanları
tərəfindən həll edilən məsələlərin dairəsi bir o qədər də geniş olmur.
Üzv dövlətlərin vətəndaşları konfederasiyanın vətəndaşı deyillər.
Çünki konfederasiyanın özünün vahid vətəndaşlığı olmur.
Konfederasiya öz konstitusiyasına və qanunvericiliyinə də malik
deyil. Üzv dövlətlər arasında bağlanan müqavilə əsas hüquqi sənəd
kimi çıxış edir. Konfederasiya orqanlarının normativ hüquqi aktlar
qəbul etmək hüququ olsa da onlar tövsiyə xarakterlidir.
Konfederasiyanın özünün suverenliyi olmur. Onun orqanları
subyektlərin ali hakimiyyət orqanları deyil. Konfederasiyanın hətta öz
vahid ərazisi də yoxdur. Üzv dövlətlərin hər biri öz ərazisini özü
müdafiə edir. Konfederasiya hərbi ittifaq olduğu halda belə, yaradılan
hərbi güc üzv dövlətlərin silahlı qüvvələrindən təşkil olunur.
Konfederasiyanın fəaliyyəti üçün zəruri olan maliyyə vəsaiti
qarşılıqlı razılaşmaya əsasən subyektlər tərəfindən təmin edilir.
Konfederasiyaların ömrü qısa olur. Yəni bu qurumlar müəyyən
səbəblərdən uzun müddət mövcud ola bilmir. Tarix göstərir ki,
konfederasiyaların aqibəti iki cür olur. O, ya inteqrasiyanın
290
Dostları ilə paylaş: |