Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə93/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   89   90   91   92   93   94   95   96   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

ricilik üstün mövqeyə malikdir. Belə ki, bu sahədə federal qanunverici 

demək  olar  ki,  bütün  məsələləri  tənzimləmək  hüququna  malikdir. 

Göstərilən halda federal qanunverici ölkə daxilində vahid iqtisadi və 

hüquqi  məkanın  saxlanılması  məqsədi  ilə  və  ya  hər  hansısa 

məsələnin  ayrı-ayrı  federasiya  subyektlərinin  qanunvericiliyi 

tərəfindən  səmərəli  şəkildə  tənzimlənə  bilməyəcəyi  qənaətinə 

gəldikdə özü müvafiq qanunlar qəbul edir. Yəni bu sahədə birincilik 

və üstünlük federasiyaya məxsusdur. 

Müəyyən məsələlər və sahələr üzrə öncə federal qanunlar, daha 

sonra  isə  onlara  uyğun  olaraq  federasiya  subyektlərinin  qanunları 

qəbul edildiyi halda federasiyanın və federasiya subyektlərinin birgə 

səlahiyyətləri  yaranır.  Federasiyanın  və  subyektlərin  birgə 

səlahiyyətlərinin tələbinə görə, bu sahədə federasiya subyektlərinin 

federativ  qanunlara  əsaslanmayan  qanunlar  qəbul  etmək  hüququ 

yoxdur.  Yəni  birgə  səlahiyyətlərə  aid  qanunlarda  tamamlanma, 

başqa sözlə desək, subyektin qəbul etdiyi qanunun federal qanuna 

uyğun olması tələbi vacib şərt kimi çıxış edir. 

Subyektlərin müəyyən məsələlər üzrə qanunvericilik fəaliyyətinə 

federasiyanın  müdaxilə  edə  bilməməsi  federasiya  subyektlərinin 

müstəsna  səlahiyyətlərinin  olması  deməkdir.  Tədqiqatçılar  hesab 

edirlər  ki,  federasiya  subyektlərinin  müstəsna  səlahiyyətləri  varsa, 

onda  bu  cür  federativ  dövlətlərdə  federal  qanunvericiliyin  şərtsiz 

üstünlüyündən  danışmaq  mümkün  deyil.  Çünki  federasiya 

subyektlərinin  müstəsna  səlahiyyətləri  həmin  üstünlüyü  bu  və  ya 

digər dərəcədə məhdudlaşdırmış olur. 

Federasiya  ilə  federasiya  subyektlərinin  hakimiyyət  orqanları 

arasında  səlahiyyətlərin,  fəaliyyət  və  idarəetmə  predmetlərinin 

bölünməsi, subyektlərin dövlətçilik əlamətlərinə malik olması məhdud 

və ya «bölünmüş» suverenlik konsepsiyasının formalaşmasına səbəb 

olmuşdur.  Həmin  konsepsiyaya  görə,  federasiyanın  və  onun 

subyektlərinin suverenliyi qarşılıqlı olaraq bir-birini məhdudlaşdırır və 

onların  arasındakı  münasibətlər  səlahiyyətlərin  bölünməsi  əsasında 

qurulur.  Beləliklə,  federasiya  və  onun  subyektləri  öz  səlahiyyətləri 

çərçivəsində suveren təşki 

279 



ilqar Məmmədov 

latlar kimi fəaliyyət göstərir. Lakin bu konsepsiya, yəni «bölünmüş» 

suverenlik  konsepsiyası  heç  də  bütün  müəlliflər  tərəfindən  qəbul 

olunmur  və  bir  çoxları  ona  tənqidlə  yanaşır.  Həmin  konsepsiyanı 

tənqid edən alimlər belə fikirdədirlər ki, suverenlik dövlətə aid xüsusi 

keyfiyyət  olmaqla  onun  bütövlüyünün,  dövlət  hakimiyyətinin 

vahidliyinin və  aliliyinin  göstəricisidir.  Odur  ki,  bu keyfiyyət  dövlətlə 

onun tərkib hissələri arasında bölünə bilməz. Suverenliyin bölünməsi 

dövlətin vahidliyini, dövlət hakimiyyətinin əliliyini inkar edir. 

Federativ  dövlət  öz  daxilində  muxtar  dövlətlərə  malik  olsa  da, 

vahid  ittifaq  dövlətidir,  o  dövlətlər  ittifaqı  deyil  və  muxtar  dövlətlər 

onun  tərkib  hissələridir.  Federasiyanın  özündən  irəli  gələn  dövlət 

hakimiyyəti  ilə  subyektlərin  hakimiyyət  səlahiyyətləri  fərqlidir. 

Federasiyada  dövlət  hakimiyyətinin  iyerarxiyası  var  və  yalnız 

federasiyanın  özündə  ifadə  olunan  hakimiyyət  suverendir, 

subyektlərə  verilən  hakimiyyət  isə  tabelidir.  Əslində,  federativ 

dövlətdə  bölünən  suverenlik  deyil,  səlahiyyətlərdir.  Səlahiyyətlərin 

bölünməsinə  yol  verilsə  də,  federasiya  subyektləri  deyil,  yalnız 

federasiyanın  özü  suverenliyə  malikdir.  Göstərilən  mövqedən  çıxış 

edən  italiyalı  alim  F.Rossollillo  bildirir  ki,  federasiya  subyektləri 

federativ  dövlətlərin  konstitusiyasında  dövlət  adlan-  dırılsa  da, 

ümumiyyətlə, həmin subyektlərin suverenliyə malik olması fikrindən, 

ideyasından  imtina  edilməli,  yalnız  federasiya  suveren  hesab 

edilməlidir. 

Dünyada hal-hazırda 20-dən artıq federativ dövlət var. Onların 

əksəriyyəti  kifayət  qədər  iri  dövlətlərdir.  Məsələn,  ABŞ,  Kanada, 

Rusiya  Federasiyası,  Meksika,  Braziliya,  Hindistan,  Malayziya, 

Argentina,  AFR  və  bir  sıra  digər  böyük  dövlətlər  bu  cür  dövlət 

quruluşuna  malikdir.  Həmin  dövlətlərin  hər  biri  federativ  dövlət 

quruluşuna  malik  olsa  da,  onlar  özünəməxsus  cəhətləri  ilə 

bir-birindən xeyli fərqlənir. Hətta bu dövlətlərdə subyektlərin sayı da 

müxtəlifdir.  Məsələn,  ABŞ-da  50,  Hindistanda  25,  AFR-də  16, 

Kanadada  10  federasiya  subyekti  mövcuddur.  Federasiya 

subyektləri  müxtəlif  cür  adlandırılır:  ştatlar,  kantonlar,  torpaqlar, 

respublikalar və s. Federativ dövlətlərin mürəkkəbliyi. 

280 



Dövlət və hüquq nəzəriyyəsi 

onlardan  hər  birinin  unikal  cəhətlərə  malik  olması  və  digərlərindən 

fərqlənməsi səbəbindən belə bir sual meydana gəlmişdir: federalizm 

haqqında  ümumiləşdirilmiş  şəkildə  danışılmalı,  yoxsa  ayrı-ayrı 

dövlətlərə-Rusiya  Federasiyasına,  ABŞ-a,  Yuqoslaviyaya  və  yaxud 

hansısa başqa bir dövlətə xas olan federalizm- dən bəhs olunmalıdır? 

Belə  bir  dolaşıqlığın  aradan  qaldırılması  üçün  bütün  federasiyalara 

aid  ümumi,  əsas  əlamətlərin  müəyyənləşdirilməsi  və  təhlil  edilməsi 

vacib  hesab  olunur.  M.N.Mar-  çenko  yazır  ki,  əlamətlərin 

müəyyənləşdirilməsi  və  təhlil  edilməsi  yolu  ilə  federasiyanın  nə 

olduğunu müəyyənləşdirməyin çatışmayan tərəfləri də var. Onlardan 

bəziləri  həmin  yanaşmada  subyektivlik  ehtimalının  çox  olması  ilə 

bağlıdır. Bundan əlavə, ayrı-ayrı əlamətlərin müəyyənləşdirilməsi ilə 

çox məşğul olmaq «empirizm»də boğulub qalmaq təhlükəsini yaradır. 

Lakin  hər  bir  federasiyaya  aid  bütün  əlamətlərə  deyil,  yalnız  ən 

ümumi,  bütün  federasiyalara  xas  olan  vacib  əlamətlərə  diqqətin 

yönəldilməsi yolu ilə həmin çatışmamazlığı aradan qaldırmaq olar.'' 

Federativ  dövlətlərin  ən  ümumi,  əsas  əlamətlərini  nəzərdən 

keçirək. 

Federativ dövlətin ərazisi federasiya subyektlərinin, yəni dövlət 

daxilində  öz  müstəqilliyi  olan  siyasi-inzibati  vahidlərin  ərazilərinə 

bölünür. Hər bir federasiya subyektinin  ərazisi federativ dövlətin bir 

hissəsi hesab olunur. 

Federasiya  subyektləri  dövlətçilik  əlamətlərinə  və  müəyyən 

dərəcədə siyasi müstəqilliyə malikdir və bu cəhətə görə onlar unitar 

dövlətin ərazi vahidlərindən fərqlənir. Subordinasiya prinsipinin əsas 

götürülməsi  şərti  ilə  federasiya  subyektləri  dövlət  daxilində  dövlət 

kimi  təşkil  olunan  və  fəaliyyət  göstərən  qurumlardır.  Onların  öz 

konstitusiyası,  subyektdaxili  münasibətlərin  idarə  olunmasını  təmin 

edən  hakimiyyət  orqanları:  qanunverici,  icra  və  məhkəmə  orqanları 

mövcuddur. 

' Марченко M.H. 

Проблемы теории государства и права. S.199. 

281 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə