Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə90/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   86   87   88   89   90   91   92   93   ...   205

ilqar Məmmədov 

İkincisi,

  sadə  unitar  dövlətin  ərazisində  yaşayan  heç  bir  etnik 

qrupun, milli azlığın statusca digər ərazi vahidlərindən fərqlənən öz 

muxtar qurumu olmur. 

Üçüncüsü,

  sadə  unitar  dövlətdə  bir  konstitusiya  və  vahid 

qanunvericilik  sistemi  mövcuddur.  İnzibati-ərazi  vahidlərində 

qanunvericilik  orqanı  mövcud  deyil  və  yerli  hakimiyyət  orqanları 

dövlət  hakimiyyətinin  bütün  mərkəzi  orqanları  tərəfindən  qəbul 

olunan  normativ  hüquqi  aktları  tətbiq  etməlidir.  Yerli  hakimiyyət 

orqanlarının  norma  müəyyənləşdirici  fəaliyyəti  tam  şəkildə  tabeii 

xarakter daşıyır və lokal təsirə malikdir. 

Dördüncüsü,

  bütün  dövlət  ərazisində  vahid  məhkəmə  sistemi 

mövcuddur və məhkəmə orqanları da digər hüquq mühafizə orqanları 

kimi ümumi bir sistemin tərkib hissələri kimi çıxış edir. 

Beşincisi,

  bütün  dövlət  ərazisində  yalnız  bir  vətəndaşlıq 

mövcuddur.  Yəni  dövlətin  hər  hansısa  bir  ərazi  vahidinin  öz 

vətəndaşlığı olmur. 

Aitıncısı,

 dövlətdə yalnız bir vergi sistemi tətbiq olunur. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  sadə  unitar  dövlətlərdən  fərqli 

olaraq mürəkkəb unitar dövlətlərdə muxtariyyətə malik olan, başqa 

sözlə desək, daxili işlərində və bir sıra məsələlərdə müstəqilliyi olan 

ərazi vahidləri mövcuddur. 

Ümumiyyətlə,  muxtariyyət  deyərkən,  dövlətin  ərazi  üzrə 

təşkilində dövlət daxilində mövcud olan milli, mədəni, tarixi, coğrafi 

özünəməxsusluqların nəzərə alınması və dövlətin ərazi vahidlərindən 

bəzilərinə,  hətta hamısına  daxili özünüidarəetmə  hüququnun  və  bir 

sıra  məsələlərdə  müstəqilliyin  verilməsi,  həmçinin  ölkə  daxilində 

yığcam deyil, dağınıq vəziyyətdə yaşayan etnik qrupların, millətlərin 

əsasən  dil  və  mədəniyyət  problemləri  ilə  məşğul  olan  təşkilatların, 

seçkili  orqanların  yaradılması  başa  düşülür.  Dövlət  ərazisinin 

müəyyən  bir  hissəsində  yaradılan  muxtariyyətə  ərazi  muxtariyyəti, 

ölkə  daxilində  yığcam  deyil,  dağınıq  vəziyyətdə  yaşayan  etnik 

qrupların, millətlərin əsasən dil və mədəniyyət problemləri ilə məşğul 

olan təşkilatların, seçkili orqanların yaradılması yolu ilə təşkil olunan 

muxtariyyətə isə milli-mədəni muxtariyyət deyilir. Birinci halda, yəni 

müəyyən 

270 



Dövlət və hüquq nəzəriyyəsi 

bir  əraziyə  muxtariyyət  statusunun  verilməsində  tarixi,  coğrafi 

özünəməxsusluqlar, həmçinin müəyyən siyasi-inzibati ənənələr əsas 

rol  oynayır.  Bu  halda  muxtariyyətin  yaradıldığı  ərazidə  yaşayan 

əhalinin  mədəniyyətinə,  məişətinə,  tarixi  ənənələrinə  aid 

xüsusiyyətlər də nəzərə alınır. Bir çox hallarda isə, ərazi muxta- riyəti 

milli  xarakterli  olur,  yəni  muxtariyyət  müəyyən  ərazi  daxilində 

kompakt  yaşayan  etnik  qrupa  verilir.  Belə  muxtariyyətə  hüquq 

ədəbiyyatında milli-ərazi muxtariyyəti deyilir. 

Ərazi  muxtariyyəti  səlahiyyətlərin  həcmindən  asılı  olaraq  iki 

formada: siyasi muxtariyyət və inzibati muxtariyyət formasında olur. 

Bu, milli-ərazi muxtariyyətinə də aiddir. Yəni ərazi muxtariyyəti kimi 

milli-ərazi  muxtariyyəti  də  həm  siyasi  muxtariyyət,  həm  də  inzibati 

muxtariyyət formasında ola bilər. 

Hüquq  ədəbiyyatında  açıqlandığı  kimi,  siyasi  muxtariyyət  bəzi 

dövlətçilik  əlamətlərinə  malikdir.  Belə  ki,  siyasi  muxtariyyətlərin 

əksəriyyətinin  nümayəndəli  orqanları  yerli  məsələlər  üzrə 

qanunvericilik  fəaliyyəti  ilə  məşğul  olur.  Siyasi  muxtariyyətin 

nümayəndəli  orqanının  qanun  qəbul  etmək  səlahiyyətinə  malik 

olması isə həmin muxtar qurumun daha çox məsələlər üzrə müstəqil 

olması,  özünüidarəetmə  imkanlarının  daha  geniş  olması  deməkdir. 

Siyasi muxtariyyətin özünün yerli parlamenti, icra hakimiyyəti orqanı 

yaradılır.  İcra  hakimiyyəti  orqanı  həm  qanunvericilik  səlahiyyətinə 

malik  olan  nümayəndəli  orqanın  seçdiyi  kollegiya,  həm  də  həmin 

orqanın  sədri  ola  bilər.  Bəzi  hallarda  isə  siyasi  muxtariyyətin 

konstitusiyası  da  olur.  Məsələn,  Azərbaycan  Respublikasının  ərazi 

vahidi  olan  Naxçıvan  Muxtar  Respublikası  siyasi  muxtariyyət 

formasına  malikdir  və  onun  öz  konstitusiyası  var.  Azərbaycan 

Respublikasının  Konstitusiyasında  təsbit  olunmuşdur  ki,  Naxçıvan 

Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar 

dövlətdir  və  onun  ayrılmaz  tərkib  hissəsidir.  Naxçıvan  Muxtar 

Respublikasının qanunvericilik hakimiyyətini nümayəndəli orqan olan 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi,  icra  hakimiyyətini  isə 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti  həyata  keçirir. 

Naxçıvan Muxtar Respublikasında ayrıca məhkəmə hakimiyyəti 

271 



ilqar Məmmədov 

də mövcuddur və bu hakimiyyəti Muxtar Respublikanın məhkəmələri 

həyata keçirir. Bu isə demək olar ki, bütün dünyada nadir hadisədir. 

Çünki,  adətən,  federasiya  subyektiərindən  fərqli  olaraq,  muxtar 

qurumların  məhkəmələri  olmur.  Naxçıvan  Muxtar  Respublikası 

milli-ərazi muxtariyyəti deyil, o, ərazi muxtariyyətidir. 

Siyasi muxtariyyət Azərbaycan Respublikasından başqa, bir sıra 

digər  unitar  dövlətlərdə  də  mövcuddur.  Məsələn,  Özbəkistanda 

Qaraqalpak 

Respublikası, 

Böyük 

Britaniyada 



Şotlandiya, 

Portuqaliyada 

Azor 

adaları, 



Finlandiyada 

Aland 


adaları, 

Danimarkada  Qrenlandiya,  Fransada  Korsika  siyasi  muxtariyyət 

formasına malikdir. Bunlardan bəzilərinin səlahiyyətləri müqayisədə 

daha  genişdir  və  müstəqillikləri  də  daha  çoxdur.  Məsələn, 

Portuqaliyada Azor adaları ona aid olan məsələlər üzrə beynəlxalq 

danışıqlarda  iştirak  etmək  hüququna  malik  olmaqla  ümum-  dövlət 

məsələsinin  həllinə  təsir  göstərə  bilir.  Azor  adaları  həm  də 

Portuqaliya  parlamentində  qanunvericilik  təşəbbüsünə  malikdir. 

Danimarkanın  Avropa  Birliyinin  üzvü  olmasına  baxmayaraq 

Qrenlandiya  öz  ərazisində  referendum  keçirmək  yolu  ilə  həmin 

təşkilata qatılmaqdan imtina etmişdir. 

Özbəkistanda  isə  Qaraqalpak  Respublikasına  bu  dövlətdən 

ayrılmaq  hüququ  verilmişdir.  Lakin  bu  hüququn  reallaşması  üçün 

mütləq parlamentin razılığı olmalıdır. 

Qnu  da  əlavə  edək  ki,  siyasi  muxtariyyətlərin  əksəriyyətinin 

qanunverici orqanı olsa da (Ukraynada Krım Muxtar Respublikasının 

parlamenti  qanun  qəbul  etmək  səlahiyyətində  deyil),  onların 

qanunvericilik  səlahiyyəti  məhduddur.  Belə  ki,  həmin  orqanların 

qanunvericilik fəaliyyəti yalnız yerli əhəmiyyətə malik olan məsələləri 

əhatə edir. Digər tərəfdən isə, elə yerli əhəmiyyətli məsələlər var ki, 

siyasi muxtariyyətin qanunverici orqanı o məsələlər üzrə qanun qəbul 

etmək səlahiyyətində deyil. 

İnzibati muxtariyyətin isə siyasi muxtariyyətdən fərqli olaraq yerli 

qanunlar  qəbul  etmək  səlahiyyəti  yoxdur.  Lakin  inzibati-  ərazi 

vahidləri  ilə  müqayisədə  inzibati  muxtariyyət  daha  geniş 

səlahiyyətlərə və əlavə hüquqlara malikdir. Məsələn, Çində inzi- 

272 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə