Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə88/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   84   85   86   87   88   89   90   91   ...   205

ilqar Məmmədov 

bənzəyir.  Qeyri-leqal  yolla  hakimiyyəti  əldə  edən  və  mənimsəyən 

şəxs hər dəfə prezident «seçilir», və yaxud onun hakimiyyəti ömürlük 

elan edilir (Zair, Tunis, Uqanda və s.). Bu cür hadisələr Asiyada da 

baş  verir.  Patriarxal  ənənələrin  güclü  olduğu  Türkmənistanda 

Türkmənbaşının  hakimiyyətini  buna  misal  göstərə  bilərik.  Hüquq 

ədəbiyyatında  prezident  hakimiyyətinin  bu  dərəcədə  güclü  olduğu, 

yəni monarxiya ənənələri ilə idarə olunan respublikalara «monokratik 

respublikalar» da deyilir. Həmin respublikalarda prezident cəmiyyətin 

yeganə «sağlam» partiyasının rəhbəri və ideoloqu kimi çıxış edir. Bir 

çox  hallarda  rəsmi  ideologiyadan  başqa  digər  ideologiyalar  dövlət 

tərəfindən ləğv edilir. Bir prezidentin başqası ilə əvəz olunması isə, 

ya  prezidentin  həyatdan  getməsi,  ya  da  çevrilişlər  nəticəsində  baş 

verir. 


Parlamentli  respublika.  Prezidentli  respublikalarla  müqayisədə 

parlamentli  respublikaların  sayı  daha  azdır.  AFR,  Finlandiya, 

Macarıstan, Çexiya, Slovakiya, Estoniya, İrlandiya, Avstraliya və bəzi 

başqa dövlətlərin idarəetmə forması parlamentli respublikadır. İnkişaf 

etməkdə  olan  dövlətlərin  bir  qismində  (məsələn,  Afrikanın  bəzi 

ölkələri) parlamentli respublika idarəetmə formasına üstünlük verilsə 

də, bu sahədə onların təcrübəsinin az olması, həmin cəmiyyətlərdə 

plyuralizmin,  demokratik  institutların  zəif  inkişaf  etməsi  parlamentli 

respublika  idarəetmə  formasının  inkişaf  etməsinə  ciddi  maneə 

törədir. 

Parlamentli  respublika  parlamentli  monarxiyanı  çox  xatırladır. 

Əsas fərq ondan ibarətdir ki, parlamentli monarxiyada dövlət başçısı 

monarx,  parlamentli  respublikada  isə  müəyyən  müddətə  seçilən 

prezidentdir. Digər orqanların təşkili və fəaliyyət qaydaları demək olar 

ki,  eynidir.  Parlamentli  respublikada  da  qanunverici  hakimiyyət 

güclüdür, icra hakimiyyəti (hökumət) parlament tərəfindən formalaşır 

və  prezident  qarşısında  deyil,  onun  qarşısında  məsuliyyət  daşıyır. 

Parlament  seçkilərində  üstünlük  qazanan  partiya  və  ya  bir  neçə 

partiyadan ibarət koalisiya hökuməti təşkil edir və parlamentdə daha 

çox yerə malik olan partiyanın rəhbəri hökumətin başında durur. Odur 

ki,  hökumət  də  öz  fəaliyyətinə  görə  məhz  parlamentin  qarşısında 

hesabat verir. Parla 



264 


Dövlət və hüquq nəzəriyyəsi 

mentin hökumətə etimad göstərməməsi onun istefası ilə nəticələnir. 

Belə  bir  etimadsızlıq  başqa  cür  də  nəticələnə  bilər.  Bu  halda 

prezident  hökumətin  təklifi  ilə  parlamenti  buraxaraq  yeni  seçkilər 

təyin edir və seçkilərdə hökumət partiyası üstünlük qa- zanmadıqda 

hökumət istefaya gedir. 

Parlamentli  respublikalarda  hökumət  başçısı  («baş  nazir», 

«federal kansler» və s.) vəzifəsinin xüsusi rolu var. Bir qayda olaraq, 

parlamentdə  çoxluq  qazanmış  partiyanın  və  ya  bir  neçə  partiyanın 

təşkil etdiyi koalisiyanın lideri hökumətin başçısı olur. Formal olaraq 

baş naziri prezident təyin edir. Baş nazir isə hökuməti təşkil edir və 

onun fəaliyyətinə görə parlament qarşısında məsuliyyət daşıyır. 

Parlamentli  respublikalarda  prezidentin  səlahiyyətləri  xeyli 

məhduddur. Bir çox hallarda, hətta ona verilən səlahiyyətlərin çoxunu 

məhz  hökumətin  razılığı  ilə  həyata  keçirə  bilir.  Adətən  parlamentli 

respublikalarda  prezident  ümumxalq  səsverməsi  yolu  ilə  seçilmir. 

Prezidenti  ya  parlament,  ya  da  xüsusi  olaraq  yaradılmış  kollegiya 

seçir.  Bu  məsələdə  istisna  təşkil  edən  ölkələrdən  biri  də 

Bolqarıstandır. 

Bir  qayda  olaraq  parlamentli  respublikalarda  prezident 

referendum təyin etmək, fövqəladə vəziyyət elan etmək, baş naziri öz 

mülahizələri  əsasında  vəzifədən  azad  etmək,  parlamentin  qəbul 

etdiyi  qanunlara  veto  qoymaq  hüququna  malik  olmur.  Prezident 

formal olaraq ali baş komandandır. Lakin buna baxmayaraq, silahlı 

qüvvələr üzərində rəhbərliyi prezident yox, hökumətin başçısına tabe 

olan müdafiə naziri həyata keçirir. 

Tədqiqatçılar  parlamentli  respublika  idarəetmə  formasının 

üstünlüyü ilə bağlı o fikirdədirlər ki, icra hakimiyyətini həyata keçirən 

hökumətin  tərkibi  ümumxalq  səsverməsi  nəticəsində  formalaşan 

parlamentdəki qüvvələr nisbətini əks etdirdiyindən və hökumət həmin 

qüvvələrin  parlamentdə  təmsil  olunmasının  lehinə  səs  vermiş 

vətəndaşların  maraqlarının,  istəklərinin  reallaşması  istiqamətində 

fəaliyyət  göstərdiyindən  parlamentli  respublikanın  demokratik 

xarakterli  olmasına  daha  çox  imkan  yaranır.  Ancaq  hökumətin 

parlamentdən asılı olması, hər 

265 



ilqar Məmmədov 

hansısa bir partiyanın parlamentdə kifayət qədər üstünlük əldə edə 

bilməməsi,  parlament  daxilində  partiyalar  arası  qüvvələr  balansının 

dəyişməsi (deputatların bir partiyadan digərinə keçməsi, fraksiyaların 

dağılması)  hökumətin  sabit  şəkildə  idarəçiliyi  həyata  keçirməsinə 

neqativ  təsir  göstərir  ki,  bu  da  parlamentli  respublikanın  ən  böyük 

çatışmamazlığı  hesab  olunur.  Çoxpar-  tiyalılıq  şəraitində 

parlamentdə  çoxluq  təşkil  etmək  probleminin  özü  hökumətin  təşkil 

olunmasında da problem yaradır. Bütün bunların nəticəsində tez-tez 

hökumət  böhranları  baş  verir,  uzunmüddətli,  dayanıqlı  siyasi  xəttin 

həyata  keçirilməsi  çox  çətin  olur.  Təbii  ki,  bu  da  öz  növbəsində 

ölkədəki  ictimai-siyasi  duruma,  iqtisadiyyata  mənfi  təsir  göstərir, 

ikinci  Dünya  müharibəsindən  sonra  XX  əsrin  90-cı  illərinə  qədər 

İtaliyada baş verən hadisələr buna klassik misaldır. İtaliyada həmin 

dövr ərzində demək olar ki, hər il hökumət dəyişikliyi baş vermiş və 

60 tərkibdə hökumət bir-birini əvəz etmişdir. 

Qarışıq (hibrid) respublikalar (natamam prezidentli və natamam 

parlamentli  respublikalar).  Natamam  prezidentli  və  natamam 

parlamentli  respublikalar  respublikanın  hibrid  formalarıdır.  Hibrid 

respublikalar  müxtəlif  variantlarda  təzahür  olunur.  Çoxvariantlığın 

əsas  səbəbi  isə  prezidentli  respublika  və  parlamentli  respublika 

elementlərinin  hansı  nisbətdə  birləşdirilməsi  ilə  bağlıdır.  Bu  cür 

idarəetmə forması hal-hazırda Yunanıstanda, Peruda, Uruqvayda və 

s. ölkələrdə mövcuddur. 

Həmin  variantlardan  biri  də  1958-ci  il  konstitusiyasına  əsasən 

Fransada yaradılmışdır. Hibrid respublikanın Fransa variantına görə, 

ölkədə güclü prezident mövcuddur. Prezident həm baş naziri, həm 

də hökumət üzvlərini təyin edir. Baş nazirin olmasına baxmayaraq, 

hökumətin  rəsmi  iclaslarına  sədrlik  etmək  onun  hüququdur. 

Prezident  dövlətdə  arbitr  rolunu  oynayır  və  dövlət  institutlarının 

düzgün  istiqamətdə  fəaliyyət  göstərməsinin  təminatçısı  hesab 

olunur.  Onun  istənilən  məsələni  parlamentdən  yan  keçməklə 

referenduma çıxarmaq hüququ da var. 

Ancaq  dövlət  hakimiyyəti  orqanlarının  təşkili  mexanizmi  elə 

qurulmuşdur ki, prezident baş naziri və nazirləri təyin etsə də. 

266 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə