Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə86/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   82   83   84   85   86   87   88   89   ...   205

ilqar Məmmədov 

forması  təşəkkül  tapmış  və  tarixi  inkişaf  nəticəsində  hal-hazırda 

mövcud olan respublikalar meydana gəlmişdir. 

Tədqiqatçılar 

quldarlıq 

respublikasının 

iki 

formasını 



fərqləndirirlər:  quldarlıq  dövrünün  demokratik  respublikası  və 

quldarlıq dövrünün aristokratik respublikası. 

Quldarlıq dövrünün demokratik respublikası. Quldarlıq dövrünün 

demokratik respublikasının klassik nümunəsi Afina şəhər-dövlətidir. 

Quldarlıq  respublikaları  arasında  Afina  respublikasının  əsas 

fərqləndirici  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  onun  ali  orqanlarının 

təşkilində  yuxarı  təbəqənin  nümayəndələri  ilə  yanaşı  bütün 

vətəndaşlar  iştirak  edirdilər.  Afinada  respublika  dövründə  yüksək 

vəzifələr seçkilər və ya püşk atma yolu ilə qazanılırdı. Hakimiyyətin 

təşkilinin əsas prinsipləri sırasına seç- kililik, kollegiallıq, məsuliyyətin 

labüdlüyü,  vəzifələrin  müddətli  olması  və  s.  bu  kimi  demokratik 

xarakterli prinsiplər daxil idi. 

Afina respublikasının ali orqanı xalq yığıncağı idi. Xalq yığıncağı 

20  yaşına  çatmış  bütün  Afina  vətəndaşlarından  təşkil  olUr  nan  ali 

hakimiyyət orqanı olmaqla qanunlar qəbul edir, müharibə elan edir, 

sülh müqaviləsi bağlayır, xarici əlaqələrlə bağlı işləri həyata keçirir, 

strateqləri və bir sıra digər vəzifəli şəxsləri seçir, həmçinin müxtəlif 

inzibati  işləri  həyata  keçirirdi.  Bu  orqan,  həm  də  məhkəmə  orqanı 

kimi  fəaliyyət  göstərərək  dövlət  əlehinə  olan  cinayətlər  üzrə,  o 

cümlədən,  vəzifəli  şəxslərin  öz  vəzifələridən  sui-istifadə  etmələrinə 

dair işlərə baxırdı. 

Ali icra orqanı Beşyüzlər şurası idi. Beşyüzlər şurası ildə bir dəfə 

təşkil  olunurdu.  Qanun  lahiyələrini,  həmçinin  Xalq  yığıncağının 

səlahiyyətlərinə aid olan digər sənədləri hazırlamaq, dövlətin maliyyə 

işləri  üzərində  sərəncam  vermək,  vəzifəli  şəxslərin  fəaliyyətinə 

nəzarət  etmək.  Xalq  yığıncağı  tərəfindən  qəbul  olunmuş  qərarları 

həyata keçirmək bu orqanın səlahiyyətinə verilmişdi. 

Afinanın ali məhkəmə orqanı Areopaq idi. M.ö. 462-ci ildə Efialt 

tərəfindən həyata keçirilən islahatlara qədər həmin orqan Beşyüzlər 

şurasının, vəzifəli şəxslərin fəaliyyətini nəzarətdə saxlayır, hətta Xalq 

yığıncağının qərarlarını ləğv edə bilirdi. Efialtın 

258 



Dövlət və hüquq nəzəriyyəsi 

həyata keçirdiyi islahat nəticəsində siyasi funksiyalar Areopaq- dan 

alınmışdır. 

Tədqiqatçıların  yazdığı  kimi,  Afina  respublikasında  dövlət 

hakimiyyətinin  təşkilində  hakimiyyətlərin  bölünməsi  ideyası  və 

prinsipi  özünə  yer  almasa  da,  faktiki  olaraq,  bu  dövlətdə 

hakimiyyətlərin bölünməsinin müəyyən elementləri artıq mövcud idi. 

Afina  demokratik  respublikasından  danışarkən,  bu  dövlətdə 

əhalinin  yalnız  müəyyən  bir  qisminin  azad  vətəndaşlardan  ibarət 

olduğunu,  qadınların,  20  yaşına  çatmayan  şəxslərin,  qulların, 

azadlığa buraxılmış şəxslərin, cəmiyyətin digər üzvlərinin isə dövlət 

hakimiyyətinin  təşkilində  iştirak  etmək  hüququndan  məhrum 

olduqlarını da unutmaq olmaz. Buna görə də, Afina respublikasında 

əhalinin  yalnız  az  bir  qisminin,  yəni  azad  vətəndaşların  cəmiyyətin 

ictimai-siyasi həyatında iştirak etmək hüququ vardı. 

Quldarlıq  dövrünün  aristokratik  respublikası.  Respublika 

idarəetmə formasının bu növü Qədim Spartada və Qədim Romada 

mövcud olmuşdur. Quldarlıq dövrünün aristokratik respublikası üçün 

xarakterik  olan  əsas  cəhət  hakimiyyətin  təşkilində  və  həyata 

keçirilməsində  aristokratik  təbəqənin  üstün  rola  malik  olmasından 

ibarətdir. 

Belə  bir  idarəetmə  formasının  klassik  nümunəsi  olan  Roma 

aristokratik  respublikasında  (b.e.ə.VI-l  əsrlər)  dövlət  hakimiyyətinin 

həyata keçirilməsi ilə bağlı əsas səlahiyyətlər Xalq yığıncağına deyil. 

Senata məxsus idi. Senat aristokratik təbəqənin nümayəndələrindən 

təşkil  olunurdu.  Bu  orqan  Xalq  yığıncağının  qəbul  etdiyi  qanunları 

təsdiq  edir,  müəyyən  hallarda  isə  onların  bəzilərini  ləğv  edir  və  ya 

müəyyən  müddətə  qüvvəsini  dayandıra  bilirdi.  Fövqəladə  hallarda, 

ictimai-siyasi böhran baş verdikdə, ölkənin işğal olunması təhlükəsi 

yarandıqda  Senat  diktatura  elan  etmək  hüququna  malik  idi. 

Diktaturanın  elan  edilməsi  ilə  diktatora  fövqəladə  səlahiyyətlər 

verilirdi. 

Feodal respublikaları. Feodalizm dövrünün şəhər respublikaları 

yalnız Avropanın bəzi ölkələrində (İtaliya, Niderland və s.), həmçinin 

Rusiyada mövcud olmuşdur. Venesiyanı, Floren- siyanı. Novqorodu 

və  bir  neçə  başqa  şəhərləri  feodalizm  dövrünün  şəhər 

respublikalarına misal göstərə bilərik. 

259 



ilqar Məmmədov 

Feodai dövlətlərinin bir qismində iri şəhərlərin iqtisadi cəhətdən 

güclənməsi  onların  müstəqilliyinin  artması  ilə  nəticələnmişdir.  Bu 

zaman həmin şəhərlərin özünün idarəetmə orqanları yaranmışdır. Bu 

prosesin daha da inkişaf etməsi isə özünüidarəetmənin suverenliyə 

çevrilməsinə  gətirib  çıxarmış,  beləliklə  də,  aristokratik  təbəqəni, 

şəhər əhalisinin varlı təbəqəsini təmsil edən şəxslərin iştirakı ilə idarə 

olunan  şəhər  respublikaları  meydana  gəlmişdir.  Həmin  şəhərlərdə 

sənaye və beynəlxalq ticarət, xüsusilə də dəniz ticarəti inkişaf etmiş, 

onların ordu və böyük donanma saxlamaq imkanı yaranmışdır. 

Feodalizm  dövrünün  şəhər  respublikalarında  ali  hakimiyyət 

orqanı şəhər şuralarından ibarət idi. Şəhər şurasının təşkilində bütün 

əhali iştirak etmirdi. Bu orqanda varlı təbəqənin nümayəndələri təmsil 

olunurdu.  Ümumiyyətlə,  şəhər  respublikalarında  hakimiyyət 

mülkədarların,  varlı  tacirlərin  və  sənətkarların,  ruhanilərin,  bir  sözlə 

şəhər əhalisinin varlı təbəqəsindən təşkil olunan müəyyən bir qrupun 

əlində  cəmlənmişdi.  Şəhər  əhalisinin  qalan  qisminin  isə 

respublikanın ictimai-siyasi həyatında iştirak etmək imkanı çox az idi. 

Lakin buna baxmayaraq, vətəndaşların azadlıq hüququ vardı. Şəhər 

respublikalarında  bazar  münasibətləri  sahəsində  vətəndaşlara 

verilən  azadlıq  onların  rifahına,  həyat  tərzinə,  maddi  təminatına 

müsbət təsir göstərirdi. 

Bütün  şəhər  əhalisinin  deyil,  yalnız  aristokratiyanın,  şəhər 

əhalisinin varlı təbəqəsini təmsil edən şəxslərin hakimiyyətin həyata 

keçirilməsində  iştirak  edə  bilməsi  səbəbindən  həmin  respublikalar 

feodalaizm  dövrünün  aristokratik  respublikaları  kimi  xarakterizə 

olunur. 

Tarixdən  bizə  məlumdur  ki,  feodalizmin  kapitalizmlə  əvəz 

olunması, demokratiya institutlarının, bazar iqtisadiyyatının, vətəndaş 

cəmiyyətinin  inkişaf  etməsi  müasir  dövrdə  mövcud  olan  respublika 

idarəetmə formasının meydana gəlməsinə səbəb olmuşdur. 

Müasir  respublika  üçün  xarakterik  olan  əsas  cəhətlər 

aşağıdakılardır: 

- ali hakimiyyət orqanlarının müəyyən müddətə seçilməklə təşkil 

olunması; 

260 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə