Dövlət və hüquq nəzəriyyəsi
mərhələlərinə uyğun olaraq monarxiya idarəetmə formasının üç əsas
növü; ilkin feodal monarxiyası, silki-nümayəndəli monarxiya və
mütləq monarxiya mövcud olmuşdur.
İlkin feodal monarxiyası. İlkin feodal monarxiyası feodalizm
quruluşunun
inkişafının
ilkin
mərhələsində,
qəbilə-icma
münasibətlərinin inkişaf etməsi nəticəsində meydana gəlmişdir.
Tədqiqatçılar ilkin feodal monarxiyalarını xarakterizə edərkən, əsasən
Avropada mövcud olmuş dövlətlərdən və bu dövlətlərin xarakterik
xüsusiyyətlərindən bəhs edirlər. Bunun əsas səbəbi odur ki, elmi
ədəbiyyatda feodal münasibətləri daha çox Avropa xalqlarının tarixi
kontekstində öyrənilmiş və tədqiq olunmuşdur.
İlkin feodal monarxiyası mərkəzi hakimiyyətin zəifliyi, feodal
pərakəndəliyi ilə xarakterizə olunan bir idarəetmə forması idi. Onun
əsas əlamətlərinə, ilk növbədə kral hakimiyyətinin həddindən artıq
zəif olması, hər bir krallıq daxilində yarım müstəqil, hətta faktiki olaraq
müstəqil olan dövlətlərin-knyazlıqların, hersoqluqların mövcud
olması, iri feodalların mərkəzi dövlət orqanlarından az asılı olması və
ya praktiki olaraq müstəqil olmaları aiddir. «Vassalımın vassalı mənim
vassalım deyil» prinsipi ilkin feodal dövlətlərində dövlət
idarəetməsinin əsas prinsiplərindən biri olmuşdur. Bu, o deməkdir ki,
hər bir feodal bilavasitə öz senyorundan asılı olmaqla yalnız ona tabe
idi. Buna görə də, bir neçə əsr ərzində Fransada senyorun
senyorunun, yəni Kralın hakimiyyəti faktiki olaraq onun öz domeni
(senyorun öz ərazisi) ilə, yəni dövlətin ümumi ərazisinin kiçik bir
hissəsi ilə məhdudlaşırdı. Hər bir domen (ərazi) daxilində idarəçilik
qapalı olduğundan və lokal xarakter daşıdığından yerli adətlərə
əsaslanır, yalnız bir domenə aid məhkəmə orqanları təşkil olunur,
senyorun birbaşa özünə tabe olan silahlı dəstəsi olurdu. Feodal öz
ərazisində hakimiyyəti həyata keçirərkən vergi yığmaq səlahiyyəti
verdiyi məmurlara, öz məhkəməsinə, polisinə və ordusuna
arxalanırdı.
Bütün bunlara baxmayaraq, mərkəzi dövlət aparatı da fəaliyyət
göstərirdi. Ancaq dövlət mexanizmi bir o qədər də təkmil deyildi,
orqanlar arasında güclü diferensiasiya getməmiş, səla
249
ilqar Məmmədov
hiyyətlər dəqiq müəyyənləşməmişdir. Bununla bərabər, həmin
orqanlar iri feodallara aid hakimiyyət aparatından da tam şəkildə
ayrılmamışdır.
V.N.Xropanyuk ilkin feodal monarxiyalarından danışarkən, ilkin
feodal imperiyalarını həmin idarəetmə formasının ayrıca bir növü kimi
təsnif edir. O yazır ki, ilkin feodal imperiyaları siyasi cəhətdən
təşkilatlanmış döyüşkən qrupların bir-biri ilə iqtisadi, hərbi, mədəni
əlaqəsi olmayan çox sayda zəif təşkilatlanmış xalqları işğal etməsi
nəticəsində yaranmışdır. Böyük Karlın, Çingiz xanın yaratdığı
imperiyalar həmin idarəetmə formasına aiddir.1
V.N.Xropanyuk ayrıca olaraq qeyd edir ki, həmin imperiyalar bir
hökmdar tərəfindən idarə olunması və güclü mərkəzi hakimiyyətin
təşkil edilməsi ilə xarakterizə olunur. V.N.Xropanyuk məhz bu
əlaməti xüsusi olaraq vurğuiamaqla çox güman ki, diqqəti ilkin feodal
imperiyalarını digər ilkin feodal monarxiyalarından fərqləndirən əsas
cəhətə yönəltmək məqsədi güdür. V.Xropanyukun diqqətini çəkən
həmin xüsusiyyəti ciddi fərqləndirici cəhət kimi qəbul edir və onun
müəyyənləşdirdiyi bölgünü düzgün hesab edirik. Düzdür, bu zaman
mübahisə etmək olar ki, o cür imperiyalar yalnız feodalizm dövründə
deyil, ondan əvvəl də yaradılmışdır. Ancaq məsələ ondadır ki,
Xropanyuk həmin imperiyaları ayrıca olaraq təsnif edərkən həm bu
dövlətlərin feodal dövlətinə xas xüsusiyyətlərə malik olmasını, həm
də onların mərkəzləşdirilmiş dövlət kimi mövcud olduğunu nəzərə
almışdır. Odur ki, biz də belə hesab edirik ki, ilkin feodal
monarxiyalarından danışarkən, mərkəzləşdirilmiş güclü hakimiyyətə
malik olan imperiyaların feodal pərakəndəliyi şəraitində mövcud
olmuş monarxiyalardan fərqləndirilməsini mübahisə etməyə elə bir
ciddi əsas yoxdur.
Silki-nümayəndəli monarxiya. Monarxiya idarəetmə formasının
bu növü feodal pərakəndəliyinin aradan qaldırılması və mərkəzi
hakimiyyətin güclənməsi prosesində meydana gəl-
XponamoK B.H. TeopHH rocy^apcTBa
H
npasa. S.103.
250
Dövlət və hüquq nəzəriyyəsi
mişdir. Silki-nümayəndəli monarxiyaların mövcud olduğu dövr daha
çox feodalizm quruluşunun çiçəkləndiyi mərhələyə təsadüf edir.
Silki-nümayəndəli monarxiyalar üçün xarakterik olan əsas
cəhətlər feodal pərakəndəliyini dəf edə bilən nisbətən güclü mərkəzi
hakimiyyətin, yəni bütün ölkə daxilində monarxın iradəsini reallaşdıra
bilən ordunun, polisin və bürokratik aparatın olması, bununla bərabər,
monarxın hakimiyyətini məhdudlaşdıran silki-nümayəndəli orqanların
fəaliyyət göstərməsi ilə bağlı idi. Həmin orqanlar zadəganların,
ruhanilərin, orta səviyyədə olan torpaq mülkiyyətçilərinin və şəhər
əhalisinin varlı təbəqəsinin nümayndələrindən təşkil olunurdu.
Silki-nümayəndəli orqan real səlahiyyətlərə malik idi. Bu orqan
qanunvericilik işində iştirak edir, monarxın maliyyə sahəsində
gördüyü işlərə nəzarət edirdi. Monarx həmin orqanın qərarları ilə,
həmçinin bu orqana daxil olan nümayəndələrin rəyləri ilə razılaşmaq
məcburiyyətində idi. Bu cür idarəetmə formasının yaranması xeyli
güclənmiş
monarx
hakimiyyəti
və
onun
hakimiyyətinin
güclənməsində maraqlı olan qüvvələrlə cəmiyyətin iqtisadi və
ictimai-siyasi həyatında öz rolunu itirmək istəməyən feodallar, geniş
iqtisadi imkanlar əldə etməyə və bu imkanları qoruyub saxlamağa
maraqlı olan şəhər əhalisinin varlanmış təbəqəsi, həmçinin öz siyasi
və iqtisadi maraqları olan ruhanilər arasında müəyyən bir
kompromisin əldə olunması demək idi.
İngiltərədə yaradılmış parlamenti. Fransadakı Baş ştatları,
İspaniyada kortesləri silki-nümayəndəli orqanlara misal göstərə
bilərik.
Mütləq monarxiya. Dövlət idarəetməsinin bu forması feodalizmin
dağılması mərhələsində yaranmışdır. Odur ki, hüquq ədəbiyyatında
mütləq monarxiya feodal dövlətlərinin axırıncı forması kimi
xarakterizə olunur.
Mütləq monarxiya mərkəzləşmiş dövlət hakimiyyətinin
formalaşması və bütün hakimiyyətin bir şəxsin-monarxın əlində
cəmləşməsi nəticəsində meydana gəlmişdir. Silki-nümayəndəli
orqanların faktiki olaraq öz səlahiyyətlərini itirməsi, monarxın
251
Dostları ilə paylaş: |