Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə79/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   75   76   77   78   79   80   81   82   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-

 



dövlət orqanları ilə əhali arasındakı qarşılıqlı əlaqələr; 

-

 



ali  dövlət  orqanlarının  təşkilinin  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarına təsiri. 

Elə müəlliflər var ki, idarəetmə formasını yalnız dövlət başçısının 

hüquqi  statusu  ilə  müəyyənləşdirməyə  üstünlük  verir.  Bu  isə  digər 

dövlət  orqanlarının  nəzərə  alınmamasına  gətirib  çıxarır,  idarəetmə 

formasından  söhbət  gedirsə,  bu  halda  dövlət  başçısı  institutu  ilə 

bərabər digər dövlət orqanlarının, xüsusilə də, ali dövlət orqanlarının 

təşkili, fəaliyyəti və onların hüquqi statusu məsələsi zəruri olaraq ön 

plana keçir. Bunların nəzərə alınmaması natamamlığın yaranmasına 

səbəb olur. Buna görə də, həmin yanaşma hüquq ədəbiyyatında ciddi 

tənqid olunur. 

İdarəetmə formalarını fərqləndirərkən, birinci növbədə ali dövlət 

hakimiyyətinin  hansı  orqan  tərəfindən  həyata  keçirilməsi  və  bu 

orqanın  necə  təşkil  olunması  nəzərə  alınmalıdır.  Ali  dövlət 

hakimiyyətinin varislik yolu ilə hakimiyyəti əldə etmiş şəxsə məxsus 

olması  və  ömürlük  olaraq  onun  tərəfindən  həyata  keçirilməsi 

monarxiya  idarəetmə  formasının,  hakimiyyətin  xalq  tərəfindən 

müəyyən müddətə seçilən orqanlar tərəfindən həyata keçirilməsi isə 

respublika idarəetmə formasının mövcud olması deməkdir. 

Bu təsnifatın tarixi kökləri qədim dövrə gedib çıxır. Hələ Qədim 

Yunanıstanda dövlət formaları bir-birindən fərqləndirilərkən ali dövlət 

hakimiyyətinin  bir  şəxs,  müəyyən  bir  qrup  və  bütövlükdə  xalq 

tərəfindən həyata keçirilməsi əsas götürülürdü. Hakimiyyətin bir şəxs 

tərəfindən  həyata  keçirilməsi  monarxiya  (tiraniya),  məhdud  sayda 

insanlar tərəfindən həyata keçirilməsi aristokratiya (oliqarxiya), bütün 

vətəndaşlar  tərəfindən  həyata  keçirilməsi  isə  demokratiya 

(oxlokratiya)  kimi  xarakterizə  edilirdi.  İdarəetmə  formalarının 

fərqləndirilməsi  üçün  istifadə  olunan  kriteriyanın  bu  növü  «say 

kriteriyası»  kimi  də  xarakterizə  edilir.  Çünki  bu  krite-  riyaya  görə, 

idarəetmə  formaları  hakimiyyətdə  iştirak  edənlərin  sayına  görə 

bir-birindən  fərqləndirilir.  Düzdür,  bu  zaman  yalnız  say  məsələsi 

nəzərə  alınmır.  Hakimiyyətin  irsən  və  ya  seçkilər  yolu  ilə  əldə 

olunması məsələsinə də diqqət verilir. Lakin hər bir 

237 



ilqar Məmmədov 

halda, say məsələsinin qabardıldığını müşahidə edirik. Diqqət versək, 

dərsliklərin, dərs vəsaitlərinin bir çoxunda belə bir fikrə rast gələrik: 

«İdarəetmə  formaları  hakimiyyətin  bir  şəxs  və  ya  seçkilər  yolu  ilə 

formalaşan  kollegial  orqan  tərəfindən  həyata  keçirilməsindən  asılı 

olaraq bir-birindən fərqlənirlər». Bu halda, bəzən «hakimiyyət» sözü 

əvəzinə  «ali  hakimiyyət»  ifadəsi  də  işlədilir.  Göründüyü  kimi, 

hakimiyyətin  bir  şəxs  tərəfindən  və  ya  kollegial  şəkildə  həyata 

keçirilməsinə, yəni kəmiyyət məsələsinə xüsusi diqqət verilir. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  hüquq  ədəbiyyatında 

idarəetmə formalarının fərqləndirilməsi üçün hüquqi kriteriya deyilən 

bir kriteriya da yaradılmışdır. Hüquqi kriteriya idarəetmə formalarının 

təsnifləşdirilməsi  prosesində  say  faktorunun  və  yaxud  digər 

faktorların  yox,  məhz  ali  dövlət  orqanlarının  və  «dövləti  idarə  edən 

şəxslərin»  hüquqi  vəziyyətinin  (statusunun)  əsas  götürülməsi  ilə 

bağlıdır.  Məsələn,  həmin  yanaşmanın  tərəfdarlarından  olan 

N.Korkunov  yazırdı  ki,  monarxiya  idarəetmə  forması  ilə  respublika 

idarəetmə forması arasındakı fərq dövləti idarə edənlərin sayı ilə və 

ya öz əhəmiyyətinə görə ikinci dərəcəli sayıla biləcək xüsusiyyətlərlə 

deyil,  dövləti  idarə  edən  şəxslərin  «hüquqi  vəziyyəti»  ilə  bağlıdır. 

F.Kistyakovski  də  həmin  mövqedən  çıxış  edərək  göstərirdi  ki, 

monarxiya ilə respublika arasında olan fərqi hakimiyyət daşıyıcısının 

hüquqi vəziyyətində axtarmaq lazımdır.'' Bu yanaşmadan çıxış edən 

alimlərin  fikrincə,  idaarəetmə  formasının  hər  birində  hakimiyyət 

daşıyıcılarının  «hüquqi  vəziyyəti»  ali  dövlət  orqanlarının  seçkili 

olub-olmamasından, 

onların 

xalq 


qarşısında 

məsuliyyət 

daşıyıb-daşıma-  masından,  hakimiyyətin  təkhakimiyyətlik  və  ya 

kollegiallıq prinsipi əsasında həyata keçirilməsindən irəli gəlir. 

Müasir 

hüquq 


ədəbiyyatında 

idarəetmə 

formalarının 

təsnifləşdirilməsi üçün həm «hüquqi vəziyyət» kriteriyasına, həm də 

«say kriteriyasına» müraciət olunur. Lakin yenə də «say krite- riyası» 

öz üstün mövqeyini qoruyub saxlayır. 

Марченко M.H. Проблемы теории государства и права. S. 182. 

238 



Dövlət və hüquq nəzəriyyəsi 

Dövlət və hüquq nəzəriyyəsinə aid dərsliklərə, dərs vəsaitlərinə 

müraciət etdikdə görürük ki, müasir müəlliflər təkhakimiy- yətliliyi və 

kollegiallığı, hakimiyyətin təşkilində varislik və seçki- lilik prinsipinin 

olub-olmamasını əsas götürərək monarxiya və respublika idarəetmə 

formalarını,  həmçinin  onların  özlərinin  də  müxtəlif  variantlarını, 

növlərini  bir-birindən  fərqləndirir  və  bu  əsasda  da  idarəetmə 

formalarının təsnifatını aparırlar. 

Ümumi  dövlət  tarixindən  bizə  məlumdur  ki,  monarxiya  və 

respublikanın müxtəlif tarixi formaları olmuşdur. Həmin formalar, yəni 

monarxiya  və  respublika  idarəetmə  formalarının  müxtəlif  növləri 

dövlətin  tiplərinin,  ictimai  inkişaf  səviyyəsinin,  tarixi  dövrün  və  s. 

mühüm amillərin təsiri ilə meydana gəlmişdir. 

Müəyyən  səciyyəvi  əlamətlərdən  çıxış  edərək  «monarxiya» 

idarəetmə  formasını  ümumiləşdirici  bir  anlayış  kimi  işlədirik.  Daha 

konkret  olduqda  isə,  biz  onun  ayrı-ayrı  növlərindən  danışmağa 

məcburuq.  Çünki  qədim  tarixə  malik  olan  monarxiya  idarəetmə 

forması ayrı-ayrı tarixi dövrlərdən, cəmiyyətin inkişaf səviyyəsindən, 

sivilizasiyadan, 

konkret 


dövlətin 

inkişafının 

özünəməxsus 

cəhətlərindən asılı olaraq modifikasiya olunmuş, müxtəlif formalarda 

özünü 

göstərmişdir. 



Monarxiya 

idarəetmə 

formalarını 

təsnifləşdirərkən,  nəzəriyyəçilər  Qədim  Şərq  monarxiyasından, 

Qədim  Roma  monarxiyasından  və  yaxud  bunları  ümumiləşdirərək 

quldarlıq 

monarxiyasından, 

ilkin 


feodal 

monarxiyasından, 

silki-nümayəndəli  monarxiyadan,  mütləq  monarxiyadan,  dualist 

monarxiyadan  və  parlamentli  monarxiyadan  bəhs  edirlər. 

Hakimiyyətin  məhdudlaşıb-məhdudlaşmaması  əsas  götürüldükdə 

isə, monarxiyalar iki qismə: qeyri-məhdud və məhdud monarxiyalara 

bölünür. 

Monarxiya  sözü  yunancadan  tərcümədə  «təkhakimiyyətlilik» 

deməkdir.  Lakin  monarxiya  yalnız  təkhakimiyyətlilik  yox,  həm  də 

hakimiyyətin irsi xarakter daşıması, yəni dövlət başçısının hakimiyyəti 

varislik  yolu  ilə  əldə  etməsi  mənasını  verir.  Monarxiya  idarəetmə 

forması  ilk  dövlətlərin  yaranması  ilə  formalaşmış,  quldarlıq  və 

feodalizm dövründə daha da inkişaf etmiş, həmin dövrlərdə dünyanın 

əksər dövlətlərinin idarəetmə formasına çevril 



239 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə