ilqar Məmmadov
Bu üç sadə formanın ən əsas çatışmazlığı ondan ibarətdir ki,
onlara xas olan birtərəflilik və dayanıqsızlıq səbəbindən hər biri
bədbəxtliyə aparan «sürüşkən və dağınıq» bir yoldadır. Belə ki, çar
hakimiyyəti təkhakimiyyətliyin yarada biləcəyi özbaşınalıqdan
asanca tiraniyaya, ən yaxşıların (cəsarətə və müdrikliyə görə)
hakimiyyəti isə varlı və tanınmış şəxslərin hakimiyyətinə çevrilir.
Xalqın tam olaraq hakimiyyətə sahib olmasının özü də kütlənin
ağılsız özbaşınalığına gətirib çıxarır. Siseron yazır ki, harada varlılar
ən yaxşı və ən dəyərli insanlar hesab edilir, o, dövlət formalarının ən
eybəcəridir.
Siseronun fikrincə, dövlətin həmin üç sadə formasının pozulması
nəticəsində yaranan eybəcər hakimiyyət növləri dövlət formaları
deyil. Çünki göstərilən hallar baş verdikdə ümumi iş və xalqın sərvəti
kimi başa düşülən dövlətin mövcudluğuna son qoyulur, ümumi
maraqların formalaşması və hamı üçün ümum- məcburi olan hüquq
mümkün
olmur.
Dövlətçiliyin
bu
cür
pozulmasının,
eybəcərləşməsinin qarşısını almaq yalnız dövlətin sadə formalarına
xas olan müsbət cəhətlərin bərabər şəkildə bir araya gətirilməsi yolu
ilə mümkündür.
Polibiy kimi, Siseron da hesab edirdi ki, Roma dövlətçiliyi qarışıq
dövlət formasını ifadə edir. Belə bir formanın yaranmasını isə o,
ayrı-ayrı şəxslərin nailiyyəti kimi yox, bütövlükdə Roma xalqının
bir-neçə əsrlik dövlətçilik təcrübəsindən irəli gələn nailiyyət kimi
qiymətləndirirdi. Buna görə də başqa dövlətlərdən fərqli olaraq,
Romada idarəetmə forması ayrıca bir şəxsin (məsələn, Kritdə Minos,
Spartada Likurq, Afinada Tesey, Drakont, Solon, Klisfen və s.)
iradəsi ilə yaranmamışdır.
Dövlətin formaları məsələsi ilə bağlı ideyalara orta əsrlər
dövründə də toxunulsa da, bu məsələ yenidən konseptual şəkildə
yalnız intibah dövründən etibarən Avropada təhlil edilməyə
başlamışdır.
Dövlətin forması problemi müasir elmi ədəbiyyatda da geniş
şəkildə öyrənilməkdədir. Bu məsələ dövlətin mahiyyəti və məzmunu
ilə bağlı olduğundan dövlətşünaslığın, həmçinin də dövlət və hüquq
nəzəriyyəsinin mühüm problemlərindən biri kimi
228
Dövlət və hüquq nəzəriyyəsi
qiymətləndirilir. Məhz buna görə də alman hüquqşünası Yellinek
yazır ki, «dövlətin formalarının, növlərinin müəyyənləşdirilməsi
dövlətşünaslığın ən qədim problemlərindəndir».'*
Dövlətin forması ilə onun mahiyyəti və məzmunu arasında
birbaşa əlaqə olduğundan forma həmin mahiyyəti və məzmunu ifadə
edir. Ona görə də, belə hesab edilir ki, dövlətin mahiyyəti və
məzmunu necədirsə, forması da o cürdür. Yəni hər bir dövlət öz
mahiyyəti, məzmunu və formasını vəhdətdə ifadə edir və bu
vəhdətliklə də mövcud olur. Nəzəriyyəçilərin bir çoxu belə hesab
edirlər ki, forma özünün əsas cəhətləri baxımından dövlətin mahiyyəti
və məzmunu ilə müəyyənləşsə də, öz növbəsində, mahiyyətə, daha
çox isə dövlətin məzmununa təsir göstərir. Odur ki, dövlətin
mahiyyətinin öyrənilməsi onun məzmununun, məqsəd və
funksiyalarının, həmçinin təyinatını müəyyənləşdirən əsas, daxili və
dayanıqlı tərəflərinin, zəruri cəhətlərinin açıqlanması ilə bağlıdır.
Dövlətin məzmununun araşdırılması bu təşkilatın necə və hansı
istiqamətlərdə fəaliyyət göstərməsini açıqlamaqla həyata keçirilir.
«Dövlətin forma baxımından öyrənilməsi isə, ilk növbədə, onun
quruluşunun, əsas tərkib hissələrinin, daxili strukturunun, dövlət
hakimiyyətininin müəyyənləşdi- rilməsinin və həyata keçirilməsinin
əsas metodlarının öyrənilməsi deməkdir».2
Onu da qeyd etməliyik ki, dövlətin formasını heç də bütün
müəlliflər birmənalı şəkildə izah etmirlər. Lakin dövlətin formasının
izahındakı fərqlər onların mahiyyətcə bir-birindən fərqlənməsi kimi
başa düşülməməlidir. Belə ki, həmin fərqlər daha çox fikrin ifadə
olunma üsulu ilə bağlıdır. Bunu təsdiq etmək üçün verilən izahların,
təriflərin bəzilərinə nəzər yetirək.
Təriflərdən birində deyilir ki, dövlətin forması «dövlət sisteminin
əsas strukturları-dövlət hakimiyyətinin ali orqanları, bu or-
’ Марченко М.Н.
Проблемы теории государства и права.
8
.
174
.
2 Обшая теория государства и права. Академический курс. Том
1
.
5
.
279
.
229
tIqar Məmmədov
qanlarla dövlətin ərazi hissələrinin hakimiyyət və idarəetmə orqanları
arasındakı qarşılıqlı əlaqələrinin xarakteri ilə müəyyənləşən
sosial-sinfi və milli-ərazi məzmunun zahiri ifadəsidir».''
Başqa bir tərifə görə, dövlətin forması deyərkən, «dövlət
hakimiyyətinin idarəetmə, dövlət quruluşu və siyasi rejim (dövlət
rejimi) formasında təşkili başa düşülür».^
Digər bir tərifə görə, «xüsusi bir kompleks institut kimi dövlətin
forması özü ilə ali orqanların, dövlətin inzibati və ya milli- ərazi
quruluşunun formalaşması və təşkilini müəyyənləşdirən zahiri
əlamətlərin məcmusunu, həmçinin də dövlət hakimiyyətinin həyata
keçirilməsinin üsul və metodlarını ifadə edir».^
Başqa bir açıqlamada deyilir ki, «dövlətin forması dövlət
hakimiyyətinin təşkili, quruluşu və fəaliyyətinin mühüm tərəflərinin
(üsullarının) məcmusudur».'^
Bir qisim müəlliflərin fikrincə isə, «dövlətin formaları kateqoriyası
dövlətin daxilən təşkilatlanması xüsusiyyətlərini, dövlət hakimiyyəti
orqanlarının strukturunu və formalaşma qaydasını, onların ərazicə
münfərdiləşməsinin spesifikasını, əhali ilə və bir- birilə qarşılıqlı
münasibətlərinin xarakterini, həmçinin təşkilati və idarəetmə
fəaliyyətində istifadə olunan metodları əks etdirir».^ V.Çirkinlə
razılaşa bilərik ki, dövlətin forması, sadəcə olaraq, dövlətşünaslığa, o
cümlədən dövlət və hüquq nəzəriyyəsinə aid bir anlayış kimi qəbul
edilməməlidir. Belə ki, dövlətin forması həm də dövlətçilik institutudur
və hər bir dövlətə xas olan konkret hadisədir, yəni real olan bir şeydir.
Dövlətin
forması
bir
institut
kimi
yekcins
əlamətlərin
ümumiləşdirilməsi ilə ifadə olunur. Konkret hadisə kimi isə hər bir
dövlətin mövcudluğunda
'Марченко M.H. Проблемы теории государства и права. S.177. 2уепэ
orada.
^Теория государства и права. Под ред.
Малахова В.П., Казакова
В.Н.
S.430.
''Власов В.И.
Теория государства и права. S.136.
^Теория государства и права. Под ред.
Н.И.Матузова и
А.В.Малъко.
М., 1997, s. 78.
230
Dostları ilə paylaş: |