ilqar Məmmədov
lakin sonradan inkişaf etdirmədiyi bu tezisi geniş açıqlamamış və
dövlətin mahiyyətinin birtərəfli şərhinə üstünlük verilmişdir.
Nəzəriyyəçilərin fikrincə, cəmiyyətdə ümumi işlərin həll
edilməsinə olan tələbat və həmin tələbatdan irəli gələn münasibətlər
dövlətin yaranmasının və mövcud olmasının ən mühüm amillərindən
biridir. Ümumi işlərin həyata keçirilməsi dövlətə cəmiyyətin
bütövlüyünü təmin etməyə, cəmiyyətdə yaranan ziddiyyətləri dəf
etməyə imkan verir. Dövlətin həmin işləri görməsi ictimai qaydanın,
hüquq qaydasının və ictimai təhlükəsizliyin təmin edilməsi, insan
həyatının və təhlükəsizliyinin, mülkiyyətin qorunması və s. bu kimi
ümumi maraqların ödənilməsinə olan ehtiyacdan irəli gəlir.
Nəzəriyyəçilər belə hesab edirlər ki, dövlətin mahiyyəti ilə bağlı olan
belə bir xüsusiyyət onun ümumbəşəri təyinatını əks etdirir.
Dövlət hakimiyyətinin müəyyən bir qrupun, sinfin əlində cəm-
ləşməsi və yaxud daha çox müəyyən bir qrupun, təbəqənin
nümayəndələrinin hakimiyyətdə iştirak etmək imkanının geniş olması
isə, hakimiyyətin sinfi maraqlara xidmət etməsinə, müəyyən bir
qrupun maraqlarının digərlərini üstələməsinə yol açır. Bu halda,
üstün mövqeyə malik olan təbəqə öz maraqlarını ümumi maraqlar
kimi təqdim etməyə, müxtəlif üsullardan istifadə edərək həmin
maraqların bütün cəmiyyət tərəfindən qəbul edilməsinə çalışır.
Dövlətin universal, ümumbəşəri maraqların təmin edilməsi
istiqamətindəki fəaliyyəti onu sosial kompromis, ziddiyyətlərin
yumşaldılması və dəf edilməsi, müxtəlif qrupların, təbəqələrin və
ictimai qüvvələrin əməkdaşlığı, onların arasında razılaşmanın təmin
edilməsi alətinə və ya mexanizminə çevirməklə bərabər, həm də
dövlətin mahiyyətindən irəli gələn sosial təyinatını əks etdirir.
Dövlətin sosial təyinatı onun məqsəd və vəzifələri ilə qarşılıqlı
əlaqədədir.
Dövlətin sosial təyinatının təhlil edilməsi yarandığı ilk dövrlərdən
indiyə kimi dövlətin cəmiyyətin universal təşkilatı kimi çıxış etməsi
səbəblərini, o cümlədən, ictimai əhəmiyyətini obyektiv şəkildə dərk
etmək üçün çox vacibdir. Tədqiqatçıların
216
Dövlət və hüquq nəzəriyyəsi
yazdığı kimi, «əgər dövlət «bəşəriyyətin vücudunda» yalnız bir
«parazit» olsaydı, yəqin ki, bəşəriyyət bu qədər uzun müddət ərzində
ona dözməzdi və patriotizm, dövlət simvolları, düşməndən müdafiə,
tarixin kritik məqamlarında dövlətin qorunmasına yönəlmiş
cəmiyyətdaxili səfərbərlik və s. hadisələr və anlayışlar da meydana
gəlməzdi. Açıq-aşkar məlumdur ki, dövlət bütün cəmiyyətin, bütün
sosial qrupların və bütün təbəqələrin maraqlarına xidmət edən çoxlu
tədbirlər həyata keçirir».”'
Dövlətin sosial təyinatının onun mahiyyəti ilə əlaqəsi o dərəcədə
dərindir ki, dövlətin yarandığı ilk dövrlərdən onun sosial təyinatı bir
ideya kimi ictimai-siyasi şüura hakim olmuşdur. Qədim dövrlərdə istər
Şərqdə olsun, istərsə də Qərbdə belə hesab edilirdi ki, dövlətin əsas
təyinatı ədalətin, xeyrin, yüksək əxlaqın bərqərar olması, insanların
rifah içində yaşamasının təmin edilməsi, şərin, zülmün və anarxiyanın
yox edilməsi ilə bağlıdır. Misal üçün, qədim misirlilər hesab edirdilər
ki, yer üzərində qayda- qanunun bərqərar edilməsi kimi başa düşülən
ədalət dövlətin möhkəmlənməsinin əsası, fironun hakimiyyətinin
təməlidir. Misirlilərin təsəvvüründə dövlətlə eyniləşdirilən firon öz
«sürüsünün», yəni xalqının çobanı olduğundan, onun əsas vəzifəsi
xalqın bolluq içində yaşamasını təmin etməkdən ibarətdir. Firon
hakimiyyətinə olan belə bir münasibətlə bağlı C.Uilson yazır: «Misirdə
yaxşı hesab olunan hökmdar üçün ən dəqiq obraz xalqın çobanı
obrazıdır. Firon hakimiyyəti ilə təcəssüm olunan dövlətin funksiyası
isə idarə və nəzarət etmək, cəzalandırmaq və müdafiə etmək,
həmçinin himayə etmək və qayğı çəkmək, yedizdirmək, sığınacaq
vermək və əhalinin sayını artırmaqdan ibarət idi».”'
Qədim Babilistanda insanlar belə hesab edirdilər ki, cəmiyyətdə
ədaləti dövlət bərqərar etməlidir. Əmin-amanlığın, nizam- intizamın,
təhlükəsizliyin dövlət tərəfindən təmin edilməsi onun qüdrətli ola
bilməsi, hökmdarın bütün əyanları, məmurları özünə
' Франкфорт Г., Франкфорт Г.А., Уилсон
Дж.,
Якобсен Т.
В преддверии философии. М., 1984, s. 85.
217
ilqar Məmmədov
tabe etməsi, hakimiyyətin güclü oiması, əhalinin boiluq içində
yaşaması isə döviət xəzinəsinin dolması və iqtisadiyyatın güclü
olması baxımından vacib hesab oiunurdu.
Qədim yunan filosofu Platonun fikrincə, dövlətin əsas təyinatı
cəmiyyətdə ədaləti bərqərar etməkdən ibarətdir. Onun tələbəsi olmuş
Aristotel mənəviliyin, həmçinin ictimai rifahın təmin edilməsini də
dövlətin başlıca vəzifələrindən hesab edirdi.
Yeni dövrdə isə dövlətin sosial təyinatını cəmiyyətdə ümumi
rifahın, ümumi təhlükəsizliyin, ümumi azadlığın təmin edilməsi
fəaliyyəti ilə bağlamaq meyli daha da artmış və siyasi-hüquqi
düşüncə həmin istiqamətdə yeni keyfiyyətdə inkişaf etmişdir.
Məsələn, liberal dövlət konsepsiyasına görə, dövlətin əsas təyinatı
insanların azadlığını təmin etməkdən, sosial dövlət nəzəriyyəsinə
görə isə, insaniarın sosial problemlərini onların özünün aktiv iştirakı
ilə həll etmək və sosial ədaləti qorumaqdan ibarətdir.
L.A.Tixomirov yazır ki, döviət qurmuş bütün xaiqlar öz tarixi
təcrübəsi və mühakiməsi əsasında dövlət ideyasına yetişib. Bu ideya
insan şüurunun dərinlikiərindən irəli gəlir və insan birgəyaşayışının ali
forması olan dövlətdə maddiləşir. Dövlət zəifi güc- iüdən müdafiə
edərək,
təsadüfiliyi
aradan
qaidıraraq
insanlar
arasında
bərabərləşmə aparır və insan ləyaqətini yüksəldir. Dövlət cəmiyyət
üzvlərini öz vəsaitlərinin müəyyən bir qismini ictimai əhəmiyyətli
məsələiərin həili üçün ayırmağa məcbur edərək vətəndaş ittifaqının
xidmət etdiyi və insaniarın maraqiarına cavab verən məqsədiərin
həyata keçməsinə imkan yaradır. L.A.Tixomirovun fikrincə, dövlət
ideyasına siyasi aksioma kimi baxılmalıdır. Həmin aksiomaya görə,
«insanlar dövlətdə öz təhlükəsizliklərinin, hüquq və azadlıqlarını
təmin edilməsinin ən təkmil bir alətini tapırlar».’^
Həmin xüsusiyyətlərdən çıxış edərək Petrajitski də dövlət
hakimiyyətini sosial xidmət hakimiyyəti kimi xarakterizə edir.
Petrajitski yazır ki, dövlət, «müasir dövlətşünasların səhv olaraq
' Тихомиров Л.А.
Монархическая государственность. Санкт-
Петербург, 1992, s. 25-26.
218
Dostları ilə paylaş: |