Dövlət və hüquq nəzəriyyəsi
larin yaşayışı tamamilə fərqli bir sosial şəraitə uyğun qurulmuşdur.
Sosial təbəqələr, siniflər arasındakı siyasi münasibətlərin xarakteri də
tamamilə başqadır. Quldarlıq dövlətinin sosial təyinatı ilə müasir
dövrün inkişaf etmiş dövlətlərinin sosial təyinatı arasında da
həddindən artıq böyük fərq var. Təbii ki, bütün bunlar dövlətin
mahiyyətində baş vermiş dəyişikliklərlə əlaqədardır.
Cəmiyyyəti idarə edən ali siyasi hakimiyyətin dövlətdə təcəssüm
olunması onun mahiyyətini əks etdirən ən dayanıqlı xüsusiyyətlərdən
biri hesab olunur. Siyasi hakimiyyət və ya dövlət hakimiyyəti
universal-ictimai hadisə olmaqla birbaşa dövlətin adından reallaşır.
Ümumiyyətlə,
hakimiyyət
cəmiyyətin
dayanıqlı
şəkildə
təşkilatlanmasının və mövcud ola bilməsinin, siyasi münasibətlərin
fundamental əsası kimi çıxış edir. Rus alimi L.A.Tixomirovun yazdığı
kimi, hakimiyyət ictimai vəziyyətdə olan insanın əsas tələbatlarından
biridir və bu səbəbdən də o, cəmiyyət üçün zəruridir və qaçılmazdır.
Məsələyə bir az geniş yanaşaraq deyə bilərik ki, hakimiyyətin
kökü çoxşaxəlidir və dərindir. O, həm sosial-siyasi və iqtisadi, həm də
sosial-psixoloji və fərdi-psixoloji əsaslara malikdir. Sosial və
fərdl-psixoloji amillərə xüsusi əhəmiyyət verən alimlər İnsanın
ətrafdakı şeyləri mənimsəməyə, onlara yiyələnməyə olan tələbatı ilə
hakimiyyət arasında ciddi əlaqə görürlər. Məsələn, E.Fromm hesab
edir ki, insanın həyatında özünə mühüm yer almış mənimsəmə
prinsipi onun hakimiyyətə can atmasını qaçılmaz bir hadisəyə çevirir.
Mənimsəmə həm də xüsusi mülkiyyətin təbiəti ilə bağlı olduğundan
subyektə mənimsədiklərini özündə saxlamaq hüququ verir. Subyekt
mənimsədikləri vasitəsilə özünü «genişləndirməyə», dinamik etməyə
istiqamət götürür. Subyektin təsəvvürüncə, mənimsənilənlərin
çoxluğu, böyüklüyü onun öz böyüklüyünə çevrilir. Buna görə də
subyektin özünü təsdiqləməsi «Mən ona görə Mənəm ki, X-ə
sahibəm» düşüncəsinə əsaslanır. «Mənimsəmədən ən çox həzzin
alınması isə demək olar ki, maddi şeylərə sahib olmaqdan çox canlı
varlıqlara yiyələnməkdən irəli gəlir. Patriarxal cəmiyyətin aşağı
təbəqəsinin kişi cinsinə mənsub olan ən kasıb nümayəndəsinin
213
ilqar Məmmədov
belə, mülkiyyətçi olmaq imkanı var: onlar arvada, övladlara, ev
heyvanlarına münasibətdə özlərini tam hüquqlu ağa kimi hiss edə
bilirlər. Patriarxal cəmiyyətdə kişi üçün övladların sayının çox olması
böyük kapital qoymadan insanlara sahib olmağın yeganə
yoludur».E.Frommun fikrincə, məhz mənisəmə prinsipi, yəni
mülkiyyət və gəlir əldə etmək yönümlüyü hakimiyyətə faktiki tələbat
yaradır. Odur ki, mənimsəmə sahəsi genişləndikcə, mənimsəmə
modusu çoxaldıqca və mülkiyyət münasibətləri təkmilləşdikcə
hakimiyyət də böyüyür, inkişaf edir. Beləliklə də, hakimiyyət bir
zərurət kimi cəmiyyətdə özünə yer alır.
Dövlət hakimiyyəti cəmiyyətdə mərkəzləşmiş güc kimi çıxış
etməklə sosial varlığın istiqamətləndirici faktoruna çevrilir. O,
cəmiyyətin inkişafına istiqamət verir, onu bütövləşdirir, ictimai həyatın
müxtəlif sahələri üzrə idarəetmə və tənzimləmə işini həyata keçirir.
Lakin dövlət hakimiyyəti öz xarakteri baxımından konkret
cəmiyyətlərə və dövrlərə görə dəyişkənlik göstərir. Yəni bütün dövrlər
və cəmiyyətlər üçün eyni olmur. Dövlət hakimiyyətinin xarakterinə
təsir edən ən mühüm amillər isə, bu hakimiyyətin kimin və ya hansı
qüvvənin əlində olmasından, necə təşkil olunmasından, hansı üsul və
vasitələrlə, hansı dəyər və prinsiplər əsasında həyata
keçirilməsindən, daha çox hansı maraqlara və məqsədlərə xidmət
etməsindən ibarətdir. Göstərilən amillərin təsiri ilə dövlətçilik
tarixində dövlətin müxtəlif formaları yaranmış və həmin formalar
dövlət hakimiyyətinin xarakterinə uyğun olmuşdur.
Dövlətin əsas vəzifələrindən biri ictimai qaydanın qorunması və
hüquq qaydasının təmin edilməsi, müxtəlif səviyyələrdə konfliktlərə
səbəb olan maraqlar çoxluğunun ümumi maraqlar səviyyəsində
nəzərə alınmasına imkan yaratmaqla ziddiyyətlərin aradan
qaldırılması ilə bağlı olduğundan, hakimiyyət güc tətbiq etməli olur.
Məhz buna görə də M.Veber dövlət hakimiyyətini legitimləşdirilmiş
məcburiyyət kimi şərh edir. Məcburiyyət tədbir-
'фромм Э. Иметь или быть? M., 1990, s. 76.
214
Dövlat və hüquq nəzəriyyəsi
lərini tətbiq etmək səlahiyyəti bütün fərdlərdən və qruplardan alınaraq
dövlətə verilir və həmin tədbirlər dövlət adından həyata keçirilir.
Bununla da, dövlət ictimai münasibətlərin subyektləri arasında baş
verən konfliktlərin həll edilməsini öz üzərinə götürmüş olur. Hüquqları
pozulduqda, qanunla qorunan maraqları tapdandıqda hüquq
münasibətlərinin subyektləri öz istədikləri kimi tədbir görmədən
dövlət hakimiyyətinə müraciət edirlər. Çünki məhz dövlət hüquq
qaydasını təmin edir. F.Engels əsaslı olaraq yazır ki, siyasi
hakimiyyəti özündə təcəssüm etdirən dövlət cəmiyyətə kənardan
sırışdırılmır. O, cəmiyyətin inkişafının müəyyən mərhələsində
cəmiyyətin öz məhsulu kimi yaranır. «Dövlət cəmiyyətin özü-özü ilə
həlledilməz ziddiyyətlər içində dolaşmasının, barışmaz əksliklərə
bölünməsinin və bundan qurtulmaq gücündə olmamasının etirafıdır.
Həmin əksliklər, bir- birinə zidd iqtisadi maraqlara malik siniflər
səmərəsiz mübarizədə bir-birilərini və cəmiyyəti yeməsinlər deyə,
cəmiyyətin föv- qündə duran, onu «nizam» hüdudunda saxlayan və
toqquşmaları yumşalda bilən bir gücə ehtiyac yaranmışdır».”'
Dövlət hakimiyyəti həm də siyasi-hüquqi qaydadır. Bu qaydanın
konkret formasına uyğun olaraq bəziləri hakimiyyəti həyata keçirir,
qalanları isə hakimiyyətə tabe olur. Həmin qayda bir halda
hakimiyyətdə olan azlığın, başqa bir halda isə bütövlükdə cəmiyyətin
olmasa da, onun çox hissəsinin və ya əksər maraq qruplarının ümumi
mənafeiynə xidmət edə bilər. Buna əsasən də, nəzəriyyəçilər dövlətin
özfəaliyyəti ilə iki əsas məsələni həll etdiyini bildirirlər. Onlardan biri
bütün cəmiyyətin təbiətindən irəli gələn, ümumi maraqların təmin
edilməsinə yönəlmiş ümumi işlərin həyata keçirilməsi, digəri isə
spesifik sinfi funksiyaların həyata keçirilməsi ilə bağlıdır. Əslində, bu
fikrin müəllifi K.Marksdır. Həmin fikir həqiqətə uyğun olduğundan
müasir nəzəriyyəçilər tərəfindən də dəstəklənir. Sovet hakimiyyəti
dövründə marksist-leninçi nəzəriyyə Marksın özünün irəli sürdüyü.
'Энгельс Фрндрнх.
Происхождение семьи, частной собственности
и государства. М., 1982, 5. 196-197.
215
Dostları ilə paylaş: |