Dövlət və hüquq nəzəriyyəsi
-
bu tip dövlətlərdə hüquq əksər hallarda dini-mənəvi ehkamlara
əsaslanmış, həmçinin adət və ənənələrdən, əcdadların ruhuna
göstərilən ehtiramdan və pərəstişdən dəstək almışdır;
-
həmin dövlətlərdə dəyişikliklər çox ləng getmiş, ictimai-siyasi
münasibətlərin xarakteri demək olar ki, dəyişilməmişdir.
Lakin Şərqlə müqayisədə Qərbdə dövlət daha gec yaransa da,
sürətlə inkişaf etmişdir. Kapitalizmə ilk öncə Qərb dövlətləri qədəm
qoymuş və sonradan onların təsiri ilə Şərqdə də kapitalist
münasibətləri yaranmışdır.
Həmin yanaşmadan çıxış edən nəzəriyyəçilərin fikrincə,
ümumiyyətlə, quldarlıq dövlətləri yox, məhz şərq tipli dövlətlər
dövlətin birinci tarixi tipi olmuşdur. Avropada yaranmış quldarlıq
dövlətləri isə tarixilik baxımından dövlətin ondan sonrakı tipidir.
Nəzəriyyəçilərin başqa bir qismi isə şərq və qərb dövlətlərini
ayırmadan, onların hamısını quldarlıq tipinə aid edirlər.
Bu yanaşmaya görə, quldarlıq dövləti iqtisadi cəhətdən hökmran
sinif olan quldarların siyasi təşkilatı, quldarların öz ağalıqlarını həyata
keçirmək üçün istifadə etdikləri hakimiyyət aparatı olmuşdur.
Quldarlıq dövlətinin iqtisadi əsasını quldarların istehsal vasitələri
üzərində, habelə qullar üzərində xüsusi mülkiyyəti təşkil edirdi.
Quldarlıq cəmiyyətinin əsas sinifləri quldarlardan və qullar
kütləsindən ibarət idi. Quldarlar, əsasən, azad şəxslərdən təşkil
olunurdu və klassik quldarlıq dövlətlərində azad əhali ilə çox böyük
insan kütləsini təşkil edən qullar sinfi arasında antaqonist
münasibətlər mövcud idi.
Quldarlıq dövlətinin əsas formaları monarxiya və respublikadır.
Qədim şərq dövlətlərinin əksəriyyətini. Qədim Romanı (m.ö.1-ci
əsrdən etibarən), Makedoniya dövlətini quldarlıq monarxiyasına misal
göstərə bilərik. Ümumiyyətlə isə, Avropada yaranmış quldarlıq
dövlətlərinin əksəriyyətində respublika idarəetmə forması mövcud
olmuşdur. Quldarlıq respublikasının özünün iki forması-demokratik
respublika və aristokratik respublika formaları meydana gəlmişdir.
Quldarlıq demokratik respublikasında dövlət orqanları vətəndaşlar
tərəfindən seçilirdi. Vətəndaşların hamısı cəmiyyətin siyasi həyatında
iştirak etmək hüququna malik idilər. Quldarlıq aristokratik
respublikasında isə mühüm
201
ilqar Məmmədov
dövlət orqanları əsasən aristokratların, imtiyazlı quldarların həmin
orqanlara seçilməsi və ya müəyyən bir qaydaya uyğun olaraq həmin
orqanlarda təmsil olunması yolu ilə formalaşırdı. Məsələn, Romada
bir neçə əsr əsas dövlət orqanı kimi fəaliyyət göstərən senat
aristokratiyanın nümayəndələrindən təşkil olunurdu.
Ümumiyyətlə, bütün bu dövlətlərdə qulların heç bir hüququ yox
idi və onların hüquqsuzluğu quldarlıq hüququ ilə qanuniləş- dirilirdi.
Avropada yaranmış quldarlıq dövlətlərində xüsusi mülkiyyətin
inkişaf etməsi xüsusi mülkiyyətçilərin azad vətəndaşlara
çevrilməsinə, demokratik islahatların həyata keçməsinə də böyük
təsir göstərmişdir. Xüsusi maraqlarının ödənilməsi ilə bağlı
vətəndaşlar arasında yaranan münasibətlərin tənzimlənməsində
istifadə olunan qaydalar, prinsiplər və normalar öz dövrünə görə
kifayət qədər inkişaf etmiş hüquq sisteminin formalaşmasına gətirib
çıxarmışdır. Bunun nəticəsində həmin dövlətlərdə hüquq vasitəsilə
vətəndaş və xüsusi mülkiyyət azadlığının təmin edilməsi ideyası və
təcrübəsi yaranmış, çox sonralar isə həmin ideya və təcrübənin özü
başqa dövlətlərin və cəmiyyətlərin inkişafına təsir edən mühüm bir
amilə çevrilmişdir.
Feodal tipli dövlətlər ya quldarlıq dövlətinin dağılması
nəticəsində, ya da tədrici inkişaf nəticəsində, yəni ibtidai icmanın
bazasında feodal quruluşunun yaranması ilə meydana gəlmişdir.
Alman tayfaları tərəfindən ilkin feodal dövlətlərinin qurmul- ması
feodal tipli dövlətin yaranmasının ikinci üsuluna bir misaldır. İbtidai
cəmiyyətin dağılması ilə həmin tayfaların tarixi həyatında qəbilə-tayfa
orqanlarının feodal dövlətinin orqanlarına çevrilməsi istiqamətində
inkişaf baş vermişdir. Misal üçün, tayfa başçısı krala, ağsaqqallar
şurası kralın yanında özünə yer alan məşvərət şurasına çevrilmişdir.
Yuxarıda qeyd olunduğu kimi, feodal tipli dövlətin yaranmasının
bir üsulu da ictimai inkişaf nəticəsində quldarlıq dövlətininin feodal
dövləti ilə əvəz olunmasıdır. Quldarlıq cəmiyyətinin genezisinin
müəyyən bir dövründə ziddiyyətlərin artması və
202
Dövlət və hüquq nəzəriyyəsi
dərinləşməsi onun dağılmasına səbəb olmuş və zəruri olaraq yeni
münasibətlər yaranmış, inkişaf etmişdir. Bu hadisələr, həmin
dövlətlərin qalıqları üzərində feodal tipli dövlətin və hüququn
yaranması ilə nəticələnmişdir.
Feodal dövlətinin iqtisadi əsasını təşkil edən torpaq və digər
istehsal vasitələri üzərində feodal mülkiyyəti feodallarla kəndlilər
arasında qarşılıqlı münasibətlərin, kəndlilərin feodallardan iqtisadi
asılılığının xarakterini müəyyənləşdirirdi. Kəndlilərin feodal asılılığı isə
tarixən müxtəlif cür olmuşdur-töycülükdən tam təh- kimçiliyə qədər.
İctimai münasibətlərin müvafiq istiqamətdə inkişafı nəticəsində icma
torpaqlarını öz əllərində cəmləşdirən feodallar kəndliləri özlərindən
şəxsi asılılıq vəziyyətinə sala bilmişdilər. Kəndlinin feodal torpağında
öz əməyi ilə yaratdığı təsərrüfatı olsa da, o, feodal torpağından
istifadə etdiyinə görə üzərinə qoyulan mükəlləfiyyətləri yerinə
yetirməli, feodala işləməli idi. Feodal cəmiyyətinin inkişafı prosesində
bu asılılıq dövlət məcburiyyət tədbirləri ilə də möhkəmləndirilmiş,
kəndli torpağa təhkim olunaraq öz təsərrüfatını tərk etmək
hüququndan məhrum edilmişdir.
Feodal dövlətində sosial bərabərsizliyin özü hüquqla
möhkəmləndirilirdi. Yəni feodal hüququ cəmiyyətdəki sosial-siyasi və
iqtisadi bərabərsizliyi möhkəmlətməyə xidmət edirdi. Cəmiyyət
üzvlərinin hüquqları feodal iyerarxiyasında tutduqları yerə görə
müəyyənləşirdi. Feodal dövlətlərinin bir çoxunda, kəndlilər, faktiki
olaraq hüquqsuz vəziyyətdə yaşayırdılar. Dövlət hakimiyyətinin özü
də açıq-aşkar sinfi xarakter daşıyırdı. Yəni hakimiyyət zadəganların,
ruhanilərin maraqlarına xidmət edir, aşağı təbəqənin nümayəndələri
isə dövlət hakimiyyətinin həyata keçirilməsində, ümumiyyətlə, iştirak
etmirdilər. Feodal dövlətinin əsas forması «ictimai inkişafdan və sinfi
qüvvələrin nisbətindən asılı olaraq öz şəklini dəyişən monarxiya
olmuşdur»."' Lakin müəyyən istisnalar da mövcud idi. Belə ki, elə
müstəqil şəhərlər vardı ki, onlar respublika idarəetmə formasına
uyğun idarə olunurdu.
1
Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 79.
203
Dostları ilə paylaş: |