ilqar Məmmədov
rinə də xüsusi diqqət verirlər. Bu problemin həll edilməsi üçün dövlət
və hüquq nəzəriyyəsində «dövlətin və hüququn tipi» anlayışından
istifadə olunur. Bu anlayışın dövlət və hüquq nəzəriyyəsində müstəqil
yeri var. O, nəzəriyyənin mühüm kateqoriyalarından biri kimi çıxış
edir. Eyni zamanda, həmin anlayışın özündən iki müstəqil anlayış;
«dövlətin tipi», «hüququn tipi» anlayışları ayrılır. Təbii ki, onlar
qırılmaz şəkildə bir-birinə bağlıdırlar. Onlar bir-birinə münasibətdə
həm də nisbi-müstəqil hadisə olduqlarından bu cür nəzəri ayrılma
dövlətin və hüququn ayrılıqda tarixi inkişafı prosesinin və bu
prosesdə onların ayrı-ayrı tiplərinin yaranması və birinin digəri ilə
əvəz olunması məntiqinin, o cümlədən, hər birinin inkişafı prosesində
təzahür olunan özünəməxsus cəhətlərin tədqiq edilməsinə və
müəyyənləşdirilməsinə xidmət edir.
Məlumdur ki, ayrıca bir sosial institut kimi çıxış edən dövlət, onu
bütün digər sosial institutlardan fərqləndirən spesifik əlamətlərə
malikdir. Həmin əlamətlərin müəyyənləşdirilməsi üçün dövlətin
anlayışı və mahiyyəti probleminə müraciət olunur. Lakin yuxarıda
qeyd olunduğu kimi, dövləti bəşəriyyətin, dövlətçiliyin inkişafının
müxtəlif dövrləri üzrə öyrənməklə onu daha konkret şəkildə və tarixi
reallığa yaxın bir müstəvidə tədqiq etmək, ayrı- ayrı dövrlərə və
mədəniyyətlərə, cəmiyyətlərə görə fərqlənən cəhətlərini üzə
çıxarmaq dövlətin ümumi əlamətlərinin müəyyən- ləşdirilməsindən
heç də az əhəmiyyət kəsb etmir. Nəzəriyyəçilər belə hesab edirlər ki,
dövlətlərin tipologiyasının elmi-nəzəri əhəmiyyəti ondadır ki, dövlətin
tipləri haqqında irəli sürülən ideyalar tarixi inkişaf prosesində dövlətin
keyfiyyətcə inkişafın bir mərhələsindən başqasına keçməsinin
düzgün dərk edilməsinə yeni imkanlar yaradır. Dövlətin tarixi
tiplərinin dəyişməsi dövlətçiliyin inkişafının ən mühüm tarixi
məqamlarından olduğundan bu prosesi nəzərə almadan, nə onun
sosial-siyasi məzmunu və təyinatını, nə də formalarında,
funksiyalarında, cəmiyyətin siyasi sistemindəki yeri və rolunda baş
verən dəyişiklikləri dolğun şəkildə öyrənmək mümkün deyil. Bundan
əlavə, belə bir tipologiya dövlətin inkişafındakı daxili məntiqi görə
bilməyə, dövlətin yaran-
192
Dövlət və hüquq nəzəriyyəsi
ması və inkişafı prosesinin bütün tərəfləri ilə bağlı faktiki və elmi
materialların geniş şəkildə ümumlləşdirilməsinə, sistemləşdiril-
məsinə və onların əsasında təhlillərin aparılmasına, həmçinin dövlətin
inkişafı prosesinin dərin qatlarına nüfuz etmənin obyektiv əsasının
yaradılmasına yol açırJ
Nəzəriyyəçilər dövləti və hüququ müxtəlif tiplərə bölərkən,
dövlətin və hüququn tipi anlayışının özünün düzgün izah edilməsi
problemi ilə qarşılaşırlar. Bu anlayış, elmi ədəbiyyatda, dərsliklərdə
və dərs vəsaitlərində birmənalı şəkildə şərh edilmir. Müəlliflərin bir
çoxu belə hesab edir ki, dövlətin (və hüququn) tipi ayrıca mövcud
konkret bir dövlətin (və hüququn) yox, müəyyən tarixi dövr ərzində
real olaraq mövcud olmuş dövlətlərin (və hüquqi sistemlərin)
topariayıcı obrazı, daha doğrusu, bu obraza uyğun yaradılan elmi
kateqoriyadır. Və bu kateqoriya, müəyyən dövrlərdə mövcud olmuş
bütün dövlətlərə (hüquqi sistemlərə) xas ən vacib və ən ümumi
əlamətlərin və cəhətlərin məcmusunu nəzərə almaqla yaradılır.
Dövlətin (və hüququn) tipi müəyyən- ləşdirilərkən dövlətlərin (hüquqi
sistemlərin) formal-hüquqi əlamətləri deyil, ilk növbədə, dövlət və
hüquq hadisələrinin mahiyyəti və məzmunu ilə bağlı əlamətlər əsas
götürülür.
Dövlətin özü inkişaf etdiyindən, dəyişikliklərə məruz qaldığından
dövlətlərin (və hüquqi sistemlərin) tipologiyası prosesi də inkişafdadır.
Bu cür dəyişiklikləri istisna etməyən bir tərifə görə, dövlətin və
hüququn tarixi tipi «müəyyən ictimai-iqtisadi formasiyada olan
dövlətlərin və hüquqi sistemlərin sosial-sinfi mahiyyətini, məzmununu
və sosial-sinfi təyinatlarını ifadə edən əsas və vacib əlamətlərinin
məcmusu hesab
olunur».
2 Buna bənzər, lakin daha yığcam bir tərif də
A.F.Çerdantsev tərəfindən verilmişdir. O yazır: «Dövlətin tarixi tipi
ümumi bir ictimai-iqtisadi formasiyada olan dövlətlərə xas ən vacib
əlamətlərin məcmu-
i
Марченко M.H.
Проблемы теории государства и права. S.
1 5 1
-Марченко М.Н.
Проблемы теории государства и права. S.
1 6 4 -1 6 5 .
193
ilqar Məmmədov
sudur»."' V.İ.Vlasov isə dövlətin tipini başqa cür izah edir. Onun
fikrincə, dövlətin tipi deyərkən, cəmiyyətin inkişafının bu və ya digər
dövründə bütün dövlətlər üçün mülkiyyətin müvafiq tipi ilə müəyyən
olunan vahid mahiyyət və təşkilatlanmanın, o cümlədən, fəaliyyətin
ümumi əlamətlərinin məcmusu başa düşülür.2
Dövlətlərin hansı kriteriyalar əsasında müxtəlif tiplərə bölünməsi
məsələsi dövlət və hüquq nəzəriyyəsində hələ də özünün tam həllini
tapmamışdır. Müəlliflərin bir çoxu belə hesab edir ki, bu məsələnin
həll edilməsi üçün dövlətlərin tipologiyasının krite- riyaları obyektiv
xarakterə malik olmalı, tədqiq olunan dövlət materiyasını hərtərəfli və
adekvat şəkildə əks etdirməli, dövlətin müəyyən inkişaf mərhələsində
özünə yer almış ən ümumi və vacib əlamətləri, xüsusiyyətləri özündə
cəmləşdirməli, həmçinin iqtisadi, siyasi, sosial və digər amilləri
nəzərə ala bilməlidir. Ancaq «obyektivlik» anlayışının özü və onun
başa düşülmə tərzi də birmənalı olmadığından, yenə də, nələrin
obyektivliyə aid edilməsi məsələsində problem yaranır. Elmi
materiallardan görünür ki, dövlətlər müxtəlif tiplər üzrə
təsnifləşdirilərkən obyektiv və vacib kriteriyalar kimi fərqli-fərqli
faktorlardan, amillərdən istifadə oiunur. M.N.Marçenkonun yazdığı
kimi, bu kriteriyalara coğrafi və klimatik faktorlar, dövlətlərin və hüquq
sistemlərinin mürəkkəblik səviyyəsi, bu hadisələrin dinlə əlaqəsinin
xarakteri, dövlətdaxili təşkilatlanmanın üsulları, cəmiyyətdə insanların
ümumi dünyagörüşünün və mədəniyyətin inkişaf səviyyəsi, maddi və
ruhi-mənəvi sərvətlərin, nemətlərin istehsal üsulları və onların
bölüşdürülməsinin xarakteri və s. aid edilir.
Misal üçün, fransız filosofu Jan Boden (1530-1596) coğrafi amili
əsas kriteriya kimi götürərək dünyadakı bütün dövlətləri üç
kateqoriyaya-cənub, şimal və orta qurşaq dövlətlərinə bölmüşdür.
Onun fikrincə, müvafiq coğrafi və klimatik amillər hər bir dövlətin
əhalisinə təsir edir. Bu da, öz növbəsində əhalidə müvafiq fiziki və
intellektual keyfiyyətləri formalaşdıran mühüm amil
'Черданцев А.Ф.
Теория государства и права. S. 92.
2
В.И.Власов.
Теория государства и права. S.
116.
194
Dostları ilə paylaş: |