Dövlət və hüquq nəzəriyyəsi
olan və ideal varlıq vasitəsilə özünü göstərən iki aspektli suverenlik
yaranmalıdır. Bu isə suverenlik anlayışının özü ilə ziddiyyət təşkil edir.
Belə ki, dövlətin institusional elementi-ali hakimiyyətin təşkili-dövlət
suverenliyindən başqa, digər suverenliyi istisna edir».^
Bütün bunlara rəğmən, müasir dövrün aparıcı siyasi təlimlərinə
və beynəlxalq münasibətlərdə özünə geniş yer almış bir mövqeyə
görə, dövləti prinsipcə o zaman suveren hesab etmək olar ki, o, öz
orqanları vasitəsilə xalqın iradəsini reallaşdırsın və onun idarəetmə
sistemi demokratik qaydada təşkil olunsun. Belə hesab olunur ki,
dövlət hakimiyyəti demokratik əsasda təşkil olunmursa, demək,
dövlət, xalqın suverenliyinin daşıyıcsı kimi çıxış etmir və bu mənada
suveren hesab edilə bilməz.
Dövlətin müəyyən əraziyə malik olması onun mühüm
əlamətlərindən biridir. Bu əlamət, istisnasız olaraq bütün dövlətlərə
xasdır. Elə bir dövlət mümkün deyil ki, onun öz ərazisi olmasın. Hər
bir dövlət müəyyən ərazi çərçivəsində öz hakimiyyətini təşkil edir və
həmin ərazinin hüdudları daxilində ali hakimiyyəti həyata keçirir.
Ərazi, dövlət hakimiyyətinin obyektiv olaraq sirayət olunduğu və
qüvvədə olduğu məkanı göstərir. Ərazi, həm də dövlət üçün bütün
digər resursları üstələyən strateji əhəmiyyətli resurs hesab olunur.
Ərazinin ölçüsünün həm dövlət hakimiyyətinin xarakterinə, həm də
dövlət maraqlarının əsas parametrlərinə təsir göstərməsi
inkaredilməzdir. Dövlət ərazisindəki landşaftın, torpağın məhsuldarlıq
səviyyəsinin, təbii resursların və s. dövlət daxilində təsərrüfatın
strukturu, həmçinin əhalinin sıxlıq və çoxluq göstəriciləri ilə qarşılıqlı
əlaqəsi var. Okeanlar və dənizlər, böyük su hövzələri və çaylar
dövlətlər üçün əsas bazarların, güc mərkəzlərinin, münaqişə
ocaqlarının yaxınlığını və uzaqlığını müəyyənləşdirən mühüm
faktorlardandır. Okeana və dənizlərə çıxış, həm də dövlətin potensial
və real imkanlarını müəyyənləşdirən mühüm amillərdən biridir.
Məlumdur ki, dövlətin coğrafi
'Проблемы общей теории государства и права.
Под ред. проф.
B.C.HepcecHinfa.
S. 563.
183
ilqar Məmmədov
mövqeyi onun iqtisadi və ölkədaxili siyasətinə təsir göstərdiyi kimi,
xarici siyasətindəki əsas məqsədlərin müəyyənləşməsində də
mühüm rol oynayır və dövlətin geostrategiyasının əsasını təşkil edir.
Dövlətin ərazisi deyərkən, dövlət hakimiyyəti altında olan coğrafi
məkan, yəni konkret cəmiyyətin məskunlaşdığı, yaşadığı müəyyən
coğrafi areal nəzərdə tutulur. Bu anlayış, həm də ictlmai-hüquql
kateqoriya kimi çıxış edir. İnsanların yaşadığı ərazi onların dövlətlə
olan siyasi-hüquqi əlaqələrini, yəni vətəndaşlığını (bəzi ölkələrdə isə
təbəəçiliyi) şərtləndirir. Bu mənada, ərazi mənsubiyyəti (vətən) ilə
dövlət mənsubiyyəti arasında tamamlayıcı əlaqə yaranır.
Bu və ya digər dövlətin ərazisinin ölçüsü onun güclü olmasına
(təbil ki, həm də zəifliyinə), regional və qlobal səviyyədə oynadığı rola
ciddi təsir göstərən faktorlardan biridir. Dövlətin ərazisi nə qədər
böyükdürsə, onun təbii sərvətləri nə qədər çox- dursa və iqlim şəraiti
əlverişlidirsə, bir o qədər də onun güclü və zəngin olmaq imkanı
çoxdur. Təbii ki, dövlətin gücünün, zənginliyinin və iqtisadi inkişaf
səviyyəsinin artması bir çox amillərlə bağlıdır. Dövlətin güclənməsinin
ən əsas üsullarından biri müvafiq ərazi daxilində sosial, iqtisadi,
mənəvi-mədəni, siyasi-təşkilati fəaliyyətin doğurduğu pozitiv
nəticələrin artırılması, İnkişaf etdirilməsi və həmin ərazinin daha
səmərəli istismar olunması, ikincisi isə, başqa ərazilərin dövlətə
birləşdirilməsi yolu ilə dövlət ərazisinin genişləndirilməsidir. Birinci
dövlətin güclənməsinin intensiv üsuludur. İkinci isə, ekstensiv
üsuldur. Bununla bərabər, dövlətin gücləndirilməsində hər iki üsulun
tətbiq olunması da mümkündür. Məsələn, XVIII-XIX əsrlərdə ABŞ hər
İki üsulun həyata keçirilməsi hesabına güclənmiş və inkişaf etmişdir.
Dövlət ərazisinin tərkibinə daxildir:
-
quru ərazi;
-
daxili sular;
-
ərazi suları;
-
quru ərazinin, daxili suların və ərazi sularının təki;
-
quru ərazinin, daxili suların və ərazi sularının üzərində
yerləşən hava məkanı.
184
Dövlət və hüquq nəzəriyyəsi
Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində yerləşən yer
səthinin bütün quru hissəsini əhatə edir. Quru əraziyə adalar və
anklavlar da daxildir. «Daxili sular dedikdə, hər şeydən əvvəl, dövlətin
ərazisi daxilində olan çaylar, göllər, kanallar və digər su hövzələri
başa düşülür. Bundan əlavə. Dəniz hüququ haqqında 1982-ci il
Konvensiyasına görə, daxili sulara aşağıdakılar aiddir;
a)
ərazi sularının enini ölçmək üçün qəbul olunmuş düzünə
başlanğıc xətlərdən sahilə doğru yerləşən dəniz suları; b) liman
suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən
artıq olmayan körfəzlərin suları; ç) tarixi körfəzlər.
Bundan başqa, dövlətə məxsus olan hava və dəniz gəmiləri
(müvafiq olaraq «uçan» və «üzən» ərazi), kosmik obyektlər, sualtı
boru və kabellər, açıq dənizdə şelf üzərindəki qurğular da dövlətin
ərazisi sayılır. Bunlara, bəzən «kvazi-dövlət ərazisi» və ya «şərti
ərazi» deyilir»."'
Dövlət ərazisinin tərkibi ayrı-ayrı dövlətlərin konstitusiyasında
müxtəlif cür göstərilir. Bəzi dövlətlərin konstitusiyasında isə (məsələn.
Polşanın 1997-ci il tarixli konstitusiyası) dövlət ərazisi barədə heç nə
deyilmir. Elə dövlətlər var ki, onların konstitusiyasında dövlət
ərazisinin tərkibi açıqlanır. Dövlətlərin başqa bir qismi isə öz
konstitusiyalarında beynəlxalq hüquq normalarına göndərişlə
kifayətlənir. Bəzi unitar dövlətlərin konstitusiyalarında dövlət
ərazisinin bölünməzliyi təsbit olunur. Belə bir müddəa dövlət
ərazisinin inzibati-ərazi vahidlərinə bölünməsi deyil, onun
toxunulmazlığı, özgəninkiləşməməsi mənasını verir. «Dövlətlərin
bəzilərində həmin müddəa, ilk növbədə, seperatizmə qarşı yönəlir
(məsələn, Tailand). Federativ dövlətlərin konstitusiyasında daha çox
federasiyanın ərazisinin onun subyektlərinin ərazisindən təşkil
olunduğu qeyd olunur və ya subyektlər bir-bir sadalanır».2
Unitar
dövlət
olan
Azərbaycan
Respublikasının
Konstitusiyasında dövlət ərazisinin tərkib hissələri belə göstərilir;
«Azərbay-
1
Hüseynov L.H.
Beynəlxalq hüquq. Bakı, 2000, s.75.
^
^
^
l
i
l
'
Чиркин В.
E. Современное государство. S.88.
185
Dostları ilə paylaş: |