Dövlət və hüquq nəzəriyyəsi
dövlət tərəfindən müəyyənləşir. Dövlət hakimiyyətinin leqallaş-
masınm özü də hüquqi aktlar əsasında həyata keçirilir. Hüquq-
yaratma dövlətin hüquqi funksiyalarından biri olmaqla, dövlət
fəaliyyətinin hüquqyaratma formasını doğurur. Dövlət fəaliyyətinin
hüquqyaratma forması isə səlahiyyətli dövlət orqanlarının hüquq
normalarını yaratmaq, həmçinin onları inkişaf etdirmək, dəyişdirmək
və ya ləğv etmək üzrə fəaliyyəti ilə əlaqədar olan müstəqil və çox
mühüm formadır. Mahiyyət etibarilə hüquqyara- dıcılığı dövlət
iradəsinin qanuna, ümumməcburl olan yuridlk göstərişlərə
çevrilməsini İfadə edir. Təbii ki, müasir dövlətdə hüquq yaradıcılığının
bir növü də referendum yolu ilə xalqın birbaşa hüquqyaradıcılığını
həyata keçirməsidir. Bu fəaliyyətin özü bir növ dövlət
hüquqyaradıcılığının əsası kimi çıxış edir. Dövlətin hüquqyaratma
fəaliyyəti pros,esində onun məqsədi, funksiyaları və idarəetmə
fəaliyyəti normativ aktlar vasitəsilə hüquqi forma kəsb edir və
qanuniləşir. Beləliklə, hər bir halda dövlət öz hakimiyyətini yuridik
formada həyata keçirir. Bütün bunlar isə dövlət hakimiyyətinin
fəaliyyəti prosesində qanunyaradıcılığı, hüquq tət- biqedici,
icraedici-tənzimləyici, hüquq mühafizəedici fəaliyyət növləri ilə
tamamlanır.
Dövlət ictimai münasibətləri hüquqi formada təşkil etməklə onları
normativləşdirir. Eyni zamanda həmin normaları qorumaq, mühafizə
etmək səlahiyyətinə malik olur. Bununla bərabər, onların
realizasiyasında həm təşviqedlci, həm də məcburedlcl qüvvə kimi
çıxış edir. Bu yolla dövlət iradəsi qanunlar, hüquqi aktlar və onlara
əsaslanan idarəetmə fəaliyyəti əsasında təkzibedilməz və məcburi
hadisəyə çevrilir, yəni məcburedici xüsusiyyətə malik olur. Dövlət
məcburiyyətinin xüsusi qaydada təşkil olunması İsə məcburetmə
aparatı vasitəsilə reallaşır. Məcburetmə aparatı silahlı qüvvələri,
hüquqmühafizə orqanlarını özündə cəmləşdirir. Bu aparatın vasitəsilə
dövlət hüququ təmin edir, hüquq normalarında ifadə olunan
tələblərin, göstərişlərin həyata keçməsi üçün ondan təhdidedici alət,
mexanizm kimi istifadə edir və hüquqla tənzimlənən ictimai
münasibətlərin, qorunan maraqların mühafizəsini həyata keçirir.
177
ilqar Məmmədov
Dövlətin başqa bir mühüm əlaməti də onun suveren bir təşkilat
olması, qısa desək, suverenliyi ilə bağlıdır. Dövlətin suverenliyi dövlət
hakimiyyətinin ölkə daxilində aliliyi və dövlətlər- arası münasibətdə
müstəqil olması deməkdir. Dövlət hakimiyyətinin müstəqilliyi isə onun
başqa dövlətdən asılı olmamasının siyasi-hüquqi ifadəsidir.
Suverenlik anlayışı XVI əsrdə yaranmış və hakimiyyətin aliliyi
məsələsi ilə bağlı olmuşdur. Bu anlayışdan əsas etibarilə kral
hakimiyyətinin aliliyini əsaslandırmaq üçün istifadə edilirdi. Lakin
tədricən bu anlayış hər hansısa bir orqanın, monarxın hakimiyyətinin
deyil, bütövlükdə dövlət hakimiyyətinin aliliyini, xalqın ali hakimiyyətə
malik olması ideyalarını əhatə etməyə başlamışdır.
Suverenlik anlayışı dövlətin tarixi ilə müqayisədə çox gec
yaranmışdır. Lakin bu, həmin anlayışın yaranmasından öncə
dövlətlərin suveren olmaması kimi başa düşülməməlidir. Suverenlik
dövlət hakimiyyətinin mahiyyətindən irəli gəlməklə onun ayrılmaz
əlamətlərindən biri kimi çıxış edir. Bu mənada, Con Hofman yazır ki,
suverenlik anlayışı aydın şəkildə yalnız müasir dövrdə
formalaşmışdır. Ancaq «bu o demək deyil ki, konseptin özünün
formalaşmasından daha əvvəlki dövrlərdə dövlət suverenliyi
gerçəkdə mövcud olmamışdır».’^
Suverenlik anlayışının müəyyən elementləri hələ qədim dövrün
siyasi-hüquqi fikir tarixində də özünə yer almışdır. Misal üçün
Aristotel «avtarkiya» anlayışından istifadə edərkən belə hesab edirdi
ki, bütün digər təşkilatlardan fərqli olaraq dövlət öz səlahiyyətlərini
müstəqil həyata keçirir və ondan güclü hakimiyyət ola bilməz.
Dövlətin ərazisi daxilində dövlət hakimiyyətinin aliliyi onun
müstəqil olaraq öz orqanlarını təsis etmək və onlara müəyyən
səlahiyyətlər vermək, ümumi hüquq qaydasını yaratmaq,
müəyyənləşdirdiyi hüquq normaları vasitəsilə ictimai münasibətləri
tənzimləmək, hüquq münasibətləri iştirakçılarının hüquq və vəzi-
1
Hoffman Jhon. Sovereignty. Open university press, Bukingam,
1998, S.35.
178
Dövlət və hüquq nəzəriyyəsi
fələrini müəyyənləşdirmək, hüquq mühafizə fəaliyyətini həyata
keçirmək, digər dövlətlərdən asılı olmadan hüquqi məsələlələri həll
etmək və s. sahələrdə və məsələlərdə müstəqil fəaliyyətini təmin
edən daxili suverenliyini ifadə edir. Dövlət hakimiyyəti cəmiyyətdəki
bütün münasibətlərdən ayrılır, əlahiddələşir, onlara münasibətdə
nisbi müstəqil, yəni muxtar olur. Təbii ki, müasir dövlətdə
hakimiyyətin müstəqilliyi qanunlarla, həmçinin bu və ya digər
dərəcədə əhalinin hakimiyyətə göstərdiyi təsirlə məhdudlaşır.
Dövlətin daxili suverenliyi onun ərazisi daxilində aliliyə iddia edən
başqa hakimiyyətin olmasını istisna edir. Hətta federativ dövlətlərdə
federasiya subyektləri suveren təşkilatlar hesab olunmur. Yalnız
federasiyanın özü suveren təşkilat kimi tanınır.
Dövlət ərazisində fəaliyyət göstərən və onun yurisdiksiya- sına
tabe olan bütün ictimai, siyasi, dini təşkilatlar dövlət hakimiyyəti
tərəfindən müəyyənləşən hüquq normaları çərçivəsində fəaliyyət
göstərmək məcburiyyətindədirlər. Əks halda, onların fəaliyyəti
hüquqazidd hadisəyə çevrilir. Bu, fiziki şəxslərə də aid olan
məsələdir. Yəni dövlət ərazisində olan bütün fiziki şəxslər onun
qanunlarına tabedirlər.
Dövlətin daxili suverenliyinin mühüm cəhətlərindən biri də onun
məcburetmə gücünə malik olan təşkilat kimi çıxış etməsi, leqal
məcburiyyət tədbirləri üzərində inhisara malik olması ilə bağlıdır.
Məcburiyyət tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün
dövlət hakimiyyəti tərəfindən müvafiq orqanlar və qurumlar: polis,
məhkəmə, prokurorluq, ordu və s. yaradılır. Dövlət məcburiyyətinin
məqsədi isə dövlət hakimiyyətinin iradəsindən irəli gələn hüquq
normalarının, hüquqi əhəmiyyətə malik olan aktların həyata
keçirilməsinin təmin edilməsi ilə bağlıdır. Dövlət hakimiyyəti
subyektlərinin məcburiyyət tədbirlərindən istifadə etməsini əsas
götürərək, dövləti bir sinfin başqa siniflər üzərində zor tətbiq etmə
maşını ilə eyniləşdirmək düzgün olmazdı. Həmçinin dövlətin güc
tətbiq etmək səlahiyyətinə və məcburiyyət tədbirləri üzərində inhisara
malik olması onun daxili suverenliyinin qeyri-məhdud olması kimi
başa düşülməməlidir. Belə ki, hüquqi dövlətdə dövlətin daxili
suverenliyi insan hüquq və azadlıqları ilə.
179
Dostları ilə paylaş: |