ilqar Məmmədov
bir sözlə, hüquqla məhdudlaşır. Ali məqsədi insan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsindən ibarət olan hüquqi
dövlətdə dövlət məcburiyyət tədbirləri də, ilk növbədə, həmin hüquq
və azadlıqların pozulması hallarının qarşısını almağa yönəlir.
Məcburiyyət tədbirlərinin həyata keçirilməsi zamanı hüququn
pozulması, təbii ki, dövlət suverenliyinin hüdudlarından kənara çıxır
və hüquqazidd əməl kimi hüquqi əhəmiyyətə malik olan müvafiq
reaksiya ilə qarşılanır.
Müasir dövrdə dövlətin suverenliyi, həm də beynəlxalq
münasibətlər sahəsində dövlətlərin bərabər hüquqlara malik olması
və bir-birinə münasibətdə müstəqil dövlətlər kimi fəaliyyət göstərməsi
deməkdir. Dövlətin xarici suverenliyi dövlətlərarası, beynəlxalq
münasibətlərdə dövlət hakimiyyətinin öz maraqlarından, iradəsindən
və milli maraqlardan çıxış edərək xarici siyasətini qurmasında ifadə
olunur. Bu halda münasibətlərin qurulması, inkişaf etdirilməsi,
həmçinin mübahisələrin həll edilmə üsulları beynəlxalq hüquq
normalarına əsaslanır. Dövlətin beynəlxalq hüquq normalarına riayət
etməsi beynəlxalq səviyyədə onun suverenliyinin əlavə təminatını
yaradır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsini
gücləndirir. Beləliklə, dövlət suverenliyinin beynəlxalq səviyyədə
hamılıqla qəbul edilmiş əsaslara uyğun ifadə olunması dövlətin
bütövlüyünə, müstəqil inkişafına təminat yaradır. Təbii ki, dövlətin
iqtisadi və hərbi gücü bu məsələdə həlledici faktor kimi çıxış edir.
Beynəlxalq hüquq normalarının özü bir sıra hallarda dünya
səviyyəsində böyük gücə malik olan dövlətlərin iradəsinə uyğun
təsbit olunur və ya həmin dövlətlər tərəfindən bu normalar pozulduğu
halda, onlara münasibət başqa dövlətlərə göstərilən münasibətdən
fərqlənir.
Siyasi və hüquqi ədəbiyyatda dövlət suverenliyi xalqın və millətin
suverenliyi ilə əlaqələndirilir. Xalqın suverenliyi onun həyatında
özünə yer alan köklü məsələlərin bilavasitə xalqın özü tərəfindən həll
edilməsi kimi başa düşülür. Həmin fundamental məsələlər isə dövlət
quruluşunun, daxili və xarici siyasətin əsas istiqamətlərinin
müəyyənləşməsi, dövlət orqanlarının fəaliyyəti üzərində nəzarətin
həyata keçirilməsi və s. hesab olunur. Bu
180
Dövlət və hüquq nəzəriyyəsi
məsələlərin bilavasitə xalqın öz iradəsilə həll edilməsi üsulu
referendumdur. Dövlətin və xalqın suverenliyinin əlaqəsi məsələsi ilə
bağlı olaraq B.S.Krılov yazır ki, dövlət hakimiyyəti xalqın birbaşa öz
iradəsini ifadə etməsindən (referendumdan) başqa, bütün hallarda
suverenliyi özündə ifadə edir və reallaşdırır. Bunu belə başa düşmək
olar ki, xalqın suverenliyi məhz dövlət suverenliyində maddiləşir.
Millətin suverenliyi anlayışı isə hər bir millətin, etnosun öz siyasi
müqəddaratını müstəqil həll etmək, öz suveren dövlətini yaratmaq
hüququna malik olması ideyası ilə bağlıdır. Bu anlayış həm də
beynəlxalq hüququn millətlərin müstəqil olaraq öz müqəddəratını həll
etməsi prinsipi ilə sıx bağlıdır. Beynəlxalq hüququn prinsiplərindən
biri də dövlət ərazisinin bütövlüyü və ya toxunulmazlığı prinsipidir ki,
onun daşıdığı ideya millətlərin müstəqil olaraq öz müqəddaratını həll
etmək prinsipinə zidd olması təəssüratını yaradır. B.S.Krılov yazır ki,
beynəlxalq sənədlərin özü bu ziddəyyəti həll edir. Belə ki, həmin
sənədlərə əsasən, öz müstəqil dövləti olmayan və hər hansısa bir
dövlətin tərkibində özünə yer alan xalqın bərabərlik şəraitində
yaşayıb-yaşama-
masından,
diskriminasiyaya
məruz
qalıb-qalmamasından,
siyasi
və
digər
hüquqlara
malik
olub-olmamasından asılı olaraq ya millətlərin müstəqil surətdə öz
müqəddəratını həll etməsi prinsipinə, ya da dövlət ərazisinin
bütövlüyü və ya toxunulmazlığı prinsipinə üstünlük verilir. Yəni
diskriminasiya olmadığı halda, dövlət ərazisinin bütövlüyü və ya
toxunulmazlığı prinsipinə üstünlük verilir və dövlətin ərazisinin
toxunulmaz saxlanması, bütöv qalması beynəlxalq hüquqa uyğun
hesab edilir. Diskriminasiya baş verdiyi təqdirdə isə diskriminasiyaya
məruz qalmış xalqın öz dövlətini yaratmaq hüququ yaranır."'
Lakin real münasibətlərə və hadisələrə nəzər yetirdikdə bu
prinsiplər arasındakı ziddiyyətlərin həll olunmadığını müşahidə edirik.
Müasir dövrdə baş verən konfliktlər göstərir ki, professor
'общая теория государства и права. Академический курс в 3- X томах,
том 1. S. 151.
181
ilqar Məmmddov
B.S.Krılovun təklifinin həyata keçirilməsi nəzəriyyədə olduğu kimi, bir
o qədər də asan məsələ deyil.
Nəzəriyyəçilərin bir çoxu belə hesab edirlər ki, xalqın suverenliyi
real münasibətlər səviyyəsində özünü göstərən hadisədir. Belə
hesab edilir ki, demokratik dövlətlərin konstitusiyasında öz əksini
tapan «bütün hakimiyyət xalqdan irəli gəlir», «hakimiyyət xalqa
məxsusdur», «xalq hakimiyyətin mənbəyidir» kimi müddəalar və
müvafiq normalar xalqın suverenliyinin hüquqi təminatı deməkdir.
Bəzi müəlliflərin fikrincə isə, «xalqın suverenliyi» konstruksiyası
demokratik dövlətdə hakimiyyətin legitimləşdiril- məsinə yönəlmiş bir
fiksiyadır. Bu mövqedən çıxış edən tədqiqatçıların fikrincə, əgər
suverenlik təşkil edilmiş siyasi hakimiyyəti ifadə edən və xalqın özü
ilə üst-üstə düşməyən, əlahiddə- ləşən dövlətə məxsusdursa, onda
xalqa məxsus ola bilməz. Suverenlik anlayışı hakimiyyətin əliliyinin
keyfiyyət tərəfini əks etdirir ki, bu keyfiyyət də dövlət hakimiyyətinə
xasdır. Dövlət hakimiyyətinin olduğu yerdə də yalnız dövlət
suverenliyi mümkündür.
V.A.Çetvernin yazır ki, mahiyyətcə «xalq suverenliyi»
J.J.Russonun utopist təlimindən irəli gələn bir fiksiya olmaqla
müəyyən mənada suveren-monarxın demokratik ekvivalentidir. Bu
ideyaya görə, xalq dövlət hakimiyyətinin mənbəyi və daşıyıcısı hesab
olunur. Siyasi sənədlərdə də bu ideyadan dövlət hakimiyyətinin
«xalqa məxsus olması» effektini yaratmaq üçün istifadə edilir. Bunun
nəticəsində də, xalq tanrının yerini tutur. Yəni əvvəllər tanrının iradəsi
hakimiyyətin mənbəyi hesab edilirdisə, indi də onu xalq əvəz edir. Bir
qayda olaraq «xalq» kollektiv bütövlük kimi təsəvvür olunur ki, bu da
siyasi elita və ya cəmiyyətin müəyyən bir qismi tərəfindən
formalaşdırılan siyasi iradənin həmin bütövlüyün iradəsi (ümumxalq
iradəsi) kimi təqdim olunması baxımından çox sərfəlidir.
V.A.Çetvernin yazır: «Əgər suverenliyin daşıyıcısı dövlətdirsə, onda
belə çıxır ki, dövlətin institusional elementi (suveren hakimiyyətin
təşkili) və xalq eyni bir şeydir. Belə olan halda isə, ya iki
suverenlik-xalqın və dövlətin suverenliyi, ya da ki, «eydos» kimi
özü-özünə mövcud
182
Dostları ilə paylaş: |