Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə63/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   59   60   61   62   63   64   65   66   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yindən  asılı  olmayaraq  dövlət  hakimiyyətinə  tabedirlər.  Həmin 

fərqlərdən  asılı  olmayaraq,  dövlət  hakimiyyətinə  tabe  olan  bütün 

insanlar ya dövlətin vətəndaşları, ya da ki monarxın təbəələri hesab 

olunur. Dövlətin əhalisi deyərkən, adətən, bu ərazidə daimi yaşayan 

insanlardan ibarət birlik başa düşülür. Bu mənada dövlətin ərazisində 

daimi  yaşayan,  lakin  onun  vətəndaşı  olmayan,  yəni  vətəndaşlığı 

olmayan  şəxslər  də  dövlətin  əhalisinə  daxildir.  Dövlətin  ərazisində 

daimi  yaşamayan,  müvəqqəti  olaraq  bu  ərazidə  olan  əcnəbiləri 

dövlətin əhalisinə aid etmək düzgün deyil, ancaq buna baxmayaraq, 

onlar da dövlətin qanunlarına tabedirlər. 

Dövlətin  əhalisi  etnik  və  ya  sosiomədəni  birlik  yox,  vahid 

siyasi-hüquqi  sistemə  tabe  olan  insanlar  birliyi  kimi  başa 

düşülməlidir.  Dövlətin  ərazisində,  onun  yurisdiksiyası  altında 

yaşayan  əhali  həm  çoxmillətli,  yəni  polietnik  tərkibli,  həm  də 

əksəriyyət  baxımından  bir  etnosun  nümayəndələrindən  ibarət,  yəni 

mono-  etnik  tərkibli  ola  bilər.  Dünya  dövlətlərinin  çoxunda  əhali 

polietnik  tərkiblidir.  Məsələn,  Rusiya  Federasiyası,  İran  islam 

Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatları kimi 

böyük 


dövlətlərin 

əhalisi 


bir 

çox 


millətlərin, 

etnosların 

nümayəndələrindən  təşkil  olunmuşdur.  Dövlətlərin  əhalisinin 

polietnik  tərkibli  olması  o  deməkdir  ki,  bir  neçə,  hətta  onlarla  etnik 

qrup  bir  dövlətin  ərazisində  yaşayır.  Polietnik  tərkibli  dövlətlərin 

yaranması əsasən bir etnosun, millətin digərləri üzərində hərbi-siyasi 

üstünlük əldə etməsi, onları öz hakimiyyətinə tabe etməsi nəticəsində 

baş verir. Belə bir üstünlüyə malik olan millət, dövlətin əhalisinin bir 

adla tanınması baxımından titul millət kimi çıxış edir. Digər millətlər, 

etnik  qruplar  isə  bir  xalqın  (bu  halda  «xalq»  dövlətin  ərazisində 

yaşayan  və  onunla  siyasi-hüquqi  bağlılığı  olan,  onun  qanunlarına 

tabe sayılan insanların birliyi kimi başa düşülür) tərkibində olan etnik 

azlıqlar  hesab  olunur.  «Titul  millət»  və  ya  «titul  etnos»  analayışı 

etnologiyadan alınma anlayışlardır. Etnologiyada «titul millət» və ya 

«titul etnos» deyərkən, bu və ya digər siyasi-milli quruluşa ad verən 

etnos  və  ya  millət  nəzərdə  tutulur.  Məsələn,  «soyuq  müharibə» 

dövründə Qərbdə SSRİ-nin 

189 



ilqar Məmmədov 

əhalisinə  əksər  hallarda  «ruslar»  deyilirdi.  Bu  zaman,  «ruslar» 

deyərkən, dövlətin bütün əhalisi nəzərdə tutulurdu. Qərbdə, SSRİ-də 

ruslarla yanaşı digər millətlərin də yaşadığını, təbii ki, bilirdilər. Lakin 

bu  dövlət,  məhz  rus  xalqının  dövləti  kimi  tanınırdı  və  buna  görə 

ölkənin bütün əhalisinə «ruslar» deyilirdi. 

Polietnik  tərkibli  əhalisi  olan  dövlətin  yaranmasının  digər  bir 

variantı  isə  superetnoslar  səviyyəsində  baş  verən  siyasi-mədəni 

proseslərlə bağlıdır. Hind superetnosunu buna misal göstərə bilərik. 

Hindistan  dövləti  həmin  superetnosun  vahid  siyasi  birlik  təşkil 

etməsinin  nəticəsidir.  Hind  superetnosuna  daxil  olan  etnik  qruplar 

arasında  müəyyən  fərqləndirici  cəhətlər  olsa  da,  onların 

nümayəndələri  bütövlükdə  özlərini  hindistanlı  və  ümumi  bir 

mədəniyyətin  daşıyıcısı  hesab  edir,  eyni  həyat  və  düşüncə  tərzini, 

dəyərləri və normaları bölüşürlər. 

Yuxarıda qeyd etdiyimiz kimi, polietnik tərkibli dövlətlərdən fərqli 

olaraq monoetnik tərkibli dövlətlərdə əhalinin böyük əksəriyyətini bir 

etnosun  nümayəndələri  təşkil  edir.  Ermənistanın,  Polşanın, 

Yaponiyanın əhalisi monoetnik tərkiblidir. 

Dövlətlər  əhalisinin  sayına  görə  də  bir-birindən  fərqlənir. 

Məsələn, Çində 1,3 milyarddan çox insan yaşayır. Hindistanın əhalisi 

isə 2000-ci ildə artıq milyarda yaxınlaşmışdır. ABŞ əhalisinin sayı 300 

milyona  yaxındır.  Elə  dövlətlər  də  var  ki,  əhalisinin  sayı  bir  necə 

milyondur, bəzilərində isə heç bir milyon insan yaşamır. Andorrada 

əhali  təxminən  100  min  nəfərdən  ibarətdir.  Nauru  Respublikasında 

isə hətta bundan 10 dəfə azdır. Dövlətin əhalisinin sayı onun qüdrətli, 

güclü  olması  üçün  mühüm  amildir.  Bu,  hər  zaman  belə  olmuşdur. 

Elmin,  texnikanın  və  sənayenin  inkişaf  etdiyi  müasir  dövrdə  də 

əhalinin sayının çox olması dövlətin qüdrətli olmasına təsir edən əsas 

amillərdən biridir. 

Dövlətin  öz  əhalisi  üzərində  hakimiyyəti  həyata  keçirməsi 

əhalinin  ərazi  prinsipi  əsasında  (inzibati-ərazi  vahidləri,  depar- 

tamentlər,  əyalətlər,  vilayətlər,  rayonlar  və  s.  vahidlər  üzrə) 

bölünməsi  ilə  müşayiət  olunur.  Beləcə,  dövlət  öz  ərazisini  müvafiq 

ərazi  vahidlərinə  bölməklə  əhalinin  idarə  olunmasını  daha  effektiv 

şəkildə həyata keçirə bilir. 



190 


Dövlət və hüquq nəzəriyyəsi 

Nəzəriyyəçilərin  bir  çoxu  vergilərin  tutulması  üzərində  dövlət 

inhisarını da dövlətin mühüm əlamətlərindən biri hesab edirlər. Tarix 

boyu  dövlət  aparatının  saxlanması,  fəaliyyət  göstərə  bilməsi  və 

dövlətin  güclənməsi  vergilərdən  asılı  olmuşdur.  Odur  ki,  obyektiv 

zərurətdən çıxış edərək dövlət öz vergi sistemini formalaşdırır, onun 

strukturunun  təkmilləşdirilməsi  üçün  müəyyən  tədbirlər  həyata 

keçirir. 

Vergilər  dövlətin  yurisdlksiyası  altında  olan,  yəni  onun 

qanunvericiliyinə  tabe  olan  fiziki  və  hüquqi  şəxslərdən  dövlət 

tərəfindən  məcburi  qaydada  tutulan  vəsaitlərdən  ibarət  olmaqla 

dövlətin öz funksiyalarını həyata keçirə bilməsinin zəruri vasitəsi kimi 

çıxış  edir.  Məcburilik,  xüsusi  əvəzetmənin  olmaması,  qanunvericilik 

aktları  əsasında  tutulmaların  həyata  keçirilməsi  vergilərə  xas  vacib 

əlamətlərdir. Bütün bunlar isə dövlət tərəfindən təmin edilir, bilavasitə 

onun fəaliyyətindən irəli gəlir. 

Yuxarıda  sadaladığımız  bütün  əlamətlər  dövləti  digər 

təşkilatlardan,  institutlardan,  cəmiyyətin  özündən  fərqləndirən 

əlamətlərdir. Bu əlamətlərin öyrənilməsi dövləti daha dərindən başa 

düşmək üçün çox vacibdir. Lakin onu da unutmayaq ki, dövlət daim 

inkişafdadır, tarix boyu inkişaf edərək, dəyişikliklərə məruz qalaraq öz 

müasir vəziyyətinə gəlib çıxıb və indinin özündə də dəyişməkdədir. 

Odur ki, dövlətin əlamətlərini açıqlayarkən, biz onun ən ümumi və ən 

vacib əlamətləri üzərində dayanmağa məcburuq. 

§3. DÖVLƏTİN TİPLƏRİ 

Nəzəriyyəçilər  dövlət  və  hüquq  hadisələrinin  dərindən  və 

hərtərəfli  tədqiq  edilməsi  üçün,  ümumilikdə,  dövlət  və  hüququn  nə 

olduğunu  müəyyənləşdirməklə  yanaşı  cəmiyyətin  müxtəlif  inkişaf 

pillələrində dövlət və hüququn, həmçinin onlar arasındakı əlaqələrin, 

dövlətin  və  hüquq  sistemlərinin  bir  vəziyyətdən  başqasına  keçmə 

qanunauyğunluqlarının öyrənilməsi, həmin hadisələrin oxşar və fərqli 

cəhətlərə görə təsnifləşdirilməsi məsələlə 



191 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə