Dövlət və hüquq nəzəriyyəsi
kimi çıxış edir. Jan Boden orta qurşaqda yaranan döviətiəri dünyanın
ən güciü döviətiəri hesab edirdi. Onun fikrincə, bu qurşaqda yaşayan
xalqiarın döviət qurmaq və dövləti idarə etmək bacarığı və qabiliyyəti
daha yüksəkdir.
Dövlətlərin və xalqların fərqləndirilməsində coğrafi amili əsas
amil hesab edən mütəfəkkirlərdən biri də Ş.L.Monteskyedir. Coğrafi
faktorun əsas kriteriya kimi götürülməsinə elmi ədəbiyyatda coğrafi
determinizm deyilir.
Əhalinin sayını və dövlət ərazisinin ölçüsünü vacib faktor kimi
qəbul edənlər də var. Məsələn, Lyudviq Qumploviç ona müasir olan
dövlətlərdən əhalisinin sayı 50 milyon nəfərdən, ərazisi isə 1 milyon
kv. kilometrdən çox olanları dünya dövlətlərinə, əhalisi 30 milyon
nəfərdən 50 milyon nəfərədək, ərazisi isə 200 min kv. kilometrdən 1
milyon kv. kilometrədək olanları böyük dövlətlərə, əhalisinin sayı 30
milyon nəfərdən aşağı, ərazisinin ölçüsü isə 200 min kv. kilometrdən
az olanları kiçik dövlətlərə aid etməklə bütün dövlətləri üç qrupa
bölmüşdür.
Bu məsələdə alman hüquqşünas alimi G.Yellinekin fikirləri
tamamilə fərqli olmuşdur. O mənada ki, tanınmış hüquqşünas alim
dövlətin və hüququn, demək həm də onların tiplərə bölünməsinin
obyektiv xarakterə malik olmasını inkar edirdi. Yellinekin fikrincə,
dövlət və hüquq subyektiv şüur və dərketmə sahəsinə aid olan
hadisələrdir. Subyektiv şüurda dövlətin ideal və empirik tipləri özünə
yer alır. Empirik tip real münasibətlərin subyektiv şüurda
qiymətləndirilməsinin nəticəsi kimi özünü göstərir, ideal tip isə
mövcud dövlət hadisələrinin qiymətləndirilməsinin etalonu kimi çıxış
edir və onun təsiri ilə dövlət dəyişikliklərə məruz qalır. Bu baxımdan,
Yellinek hesab edirdi ki, dövlətin ideal tipi praktiki əhəmiyyətə
malikdir. Yəni ki, həmin tip etalon kimi götürülməklə yaratdığı
təsəvvürə və modelə uyğun şəkildə dövlətin təkmilləşməsinə səbəb
olur.
H.Spenser sosioloji kateqoriyalardan çıxış etdiyinə görə,
dövlətləri ictimai tiplərə uyğun fərqləndirməyə üstünlük verirdi. O,
insan cəmiyyətlərini iki qismə; ali, yəni sənayeləşmiş və primitiv
cəmiyyətlərə bölürdü. Spenser sənayeləşmə səviyəsinə
195
ilqar Məmmədov
yüksəlməmiş cəmiyyətləri primitiv cəmiyyətlər kimi xarakterizə edir.
Həmin təsnifata uyğun olaraq o, dövlətləri sənaye dövlətləri və
primitiv (hərbi) dövlətlər tipinə ayırmışdır.
Normativizmin təməlini qoyan hüquqşünaslardan biri kimi
tanınan Q.Kelzenə görə, dövlətlərin müxtəlif tiplər üzrə təsnifləş-
dirilməsinin əsasında «siyasi azadlıq ideyası» durmalıdır. Məşhur
hüquqşünas-alim hakimiyyətin təşkilində və hüquq qaydasının
yaradılmasında fərdlərin iştirak imkanlarını və qaydalarını əsas
götürərək, dövlət-hüquq hadisələrinin və hakimiyyətin iki
tipini-demokratiyanı və avtokratiyanı fərqləndirir. Kelzenin fikrincə,
demokratiya şəraitində dövlətin hüquq qaydasında ifadə olunan iradə
ilə hüququn bütün subyektlərinin və ya fərdlərin iradəsi arasında tam
uyğunluq var. Çünki sonuncular həmin qaydanın yaradılmasında
aktiv iştirak edirlər. Avtokratiya şəraitində isə vəziyyət tamamilə
başqa cürdür. Yəni hüquq qaydasının təməlini təşkil edən iradə ilə
fərdlərin iradəsi arasında harmoniya olmur və ola da bilməz. Bu isə
onunla bağlıdır ki, sonuncular hüquq qaydasının yaradılması və
möhkəmləndirilməsi prosesindən kənarda qalırlar.
Kelzen hesab edir ki, həmin «tiplər» təmiz şəkildə mövcud
olmur. Belə ki, demokratiya və avtokratiya daha çox ideal tiplər kimi
çıxış edir. Onun fikrincə, hər bir dövlət həmin iki tipə aid elementlər
kompleksini özündə cəmləşdirir və buna görə də, həmin tiplərdən
hansının elementləri üstünlük təşkil edirsə, dövlət də müvafiq olaraq
ya demokratiyaya, ya da avtokratiyaya yaxın olur. Onların arasında
isə çoxsaylı aralıq tipli və ya səviyyəli dövlətlər özünə yer alır.
Qərbin nəzəri-hüquqi və siyasi-fəlsəfi ədəbiyyatında Kelzenin
təklif etdiyi kriteriya əsas kriteryalardan biri kimi qəbul olunur.
Məsələn, amerikalı professor R.Makayver buna uyğun olaraq bütün
dövlətləri iki tipə: sülalə dövlətlərinə (antidemokratik dövlətlər) və
demokratik dövlətlərə bölür. Sülalə dövlətləri əhalinin çoxluq təşkil
edən qisminin iradəsini özündə əks etdirmir. Demokratik dövlətlərdə
isə dövlət hakimiyyəti bütün cəmiyyətin və ya əksəriyyətin iradəsini
ifadə edir. Bu tip dövlətlərdə hakimiy
196
Dövlət və hüquq nəzəriyyəsi
yəti ya bilavasitə xalqın özü həyata keçirir, ya da hakimiyyət aktiv
şəkildə xalq tərəfindən dəstəklənir.
Alman politoloqu R.Darendorf da bütün dövlətləri iki qismə:
demokratik və antidemokratik tiplərə ayırır. O, belə hesab edir ki,
demokratik dövlətlər cəmiyyətlərin müxtəlif təbəqələrinin bir- birilə
mübarizəsi prosesində, cəmiyyətin inkişaf etməsi yolu ilə meydana
gəlir. Darendorfun fikrincə, demokratik tipli dövlətin yaranması
antidemokratik tipli dövlətin dəf edilməsinin nəticəsidir.
Qərbdə geniş yayılmış təsnifatlardan birində isə dövlətlərin və
siyasi sistemlərin ümumi inkişaf səviyyəsi əsas götürülür. Həmin
təsnifata görə, dövlətlər özlərinin və cəmiyyətin inkişaf səviyyəsinə
uyğun olaraq primitiv, ənənəvi və müasir dövlətlərə bölünür.
Müasir qərb elmində dövlətlərin tiplər üzrə təsnifləşdirilməsi üçün
«istehsal texnologiyalarının inkişaf mərhələləri» nəzəriyyəsinə
(D.Bell, Z.Bjezinski) də müraciət olunur. Həmin nəzəriyyəni əsas
götürən tədqiqatçılar cəmiyyətin texnoloji bazisinin xüsusiyyətlərinə
və iqtisadi inkişaf səviyyəsinə görə cəmiyyətləri və dövlətləri üç tipə
ayırırlar. Onlara aşağıdakılar aiddir; 1) aqrar cəmiyyət (industrial
cəmiyyətdən əvvəlki) şəraitində mövcud olan ənənəvi dövlətlər; 2)
industrial dövlətlər; 3) postindustrial dövlətlər. Bu konsepsiyanın
müəllifləri belə hesab edirlər ki, postindustrial tipli Qərb dövlətləri
sosial hüquqi, demokratik dövlətlərdir. Yəni məhz bu tip dövlətlərdə
ictimai-siyasi münasibətlər qanunun aliliyi, insan hüquq və
azadlıqlarının prioritetliyi, hakimiyyətlərin bölünməsi prinsipləri
əsasında tənzimlənir.
Dövlət və hüquq nəzəriyyəsində son dövrlərə qədər ictimai-
iqtisadi formasiyalar dövlətlərin tipologiyasının ən ümumi krite- riyası
kimi qəbul edilirdi. Bu kriteriyaya indi də çox müraciət olunur. Bu
mövqedə olan müəlliflər artıq əvvəlki kimi ehkamçı yanaşmadan çıxış
etməyə məcbur deyillər. Onların özü də eh- kamçılığı tənqid və inkar
edirlər. Həmin kriteriya ictimai elmlər sahəsinə K.Marks və F.Engels
tərəfindən gətirilmişdir. K.Marks dünya tarixini üç makroformasiyaya:
arxaik, iqtisadi və kommu
197
Dostları ilə paylaş: |