Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə62/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   58   59   60   61   62   63   64   65   ...   205

ilqar Məmmədov 

can  Respublikasının  daxili  suları,  Xəzər  dənizinin  (gölünün) 

Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsi,  Azərbaycan 

Respublikasının  üzərindəki  hava  məkanı  Azərbaycan  Respublikası 

ərazisinin tərkib hissəsidir». 

Dövlətin  öz  ərazisi  daxilində  ali  hakimiyyətə  malik  olması  bu 

ərazinin onun yurisdiksiyası altında olması deməkdir. Beləliklə, dövlət 

öz  ərazisində  olan  hər  bir  fiziki  və  hüququ  şəxsə  münasibətdə 

hüquqmüəyyənləşdirici ali hakimiyyət instansiyası kimi çıxış edir və 

həmin  ərazidə  yaşayan  insanlarla  dövlət  arasında  siyasi-hüquqi 

bağlılıq yaranır. Bu yolla dövlət onları öz yurisdiksi- yasına tabe edir. 

S.N.Bayburin  dövlət  ərazisinin  formal-hüquqi  xüsusiyyətini  analiz 

edərkən  aşağıdakı  aspektlərin  diqqət  mərkəzində  saxlanılmasını 

vacib bilir: 

-

 

dövlətin  icazəsi  olmadan  heç  bir  başqa  hakimiyyət  onun 



ərazisi hüdudlarında özünə yer ala bilməz; 

-

 



vətəndaşlar  (təbəələr),  həmçinin  başqa  statuslu  şəxslər 

(yalnız  diplomatik  immunitetə  malik  olan  şəxslər  istisna  olmaqla) 

dövlət  ərazisi  daxilində  qeydsiz-şərtsiz  olaraq  dövlət  hakimiyyətinə 

və onun qanunlarına tabedirlər.”' 

Göstərilən aspektlər dövlətin öz ərazisi daxilində ali hakimiyyət 

daşıyıcısı  olmasını,  bu  ərazidə  onunla  fərdlər  arasındakı 

siyasi-hüquqi münasibətlərin təbiətini və xarakterini açıqlayır. Onlar, 

həm  də  ərazi  üstünlüyü  prinsipi  ilə  bağlıdır.  Ərazi  üstünlüyü 

0

 

deməkdir ki: 



a)

 

dövlət  hakimiyyəti  onun  ərazisindəki  bütün  fiziki  və  hüquqi 



şəxslərə şamil edilir; 

b)

 



dövlət hakimiyyəti üzərində başqa hakimiyyət ola bilməz, yəni 

dövlətin ərazisində istənilən digər dövlətin və ya beynəlxalq təşkilatın 

hakimiyyəti istisna edilir; 

c)

 



dövlət  öz  ərazisindən  məhrum  edilə  bilməz;  dövlətin 

sərhədləri pozulmaz və toxunulmazdır; 

ç)  dövlətin  ərazisi  dövlətin  razılığı  olmadan  xarici  dövlətlər, 

onların fiziki və hüquqi şəxsləri tərəfindən istifadə edilə bilməz. 

I  Общая  теория  государства  и  права.  Академический  курс  в  3-  X 

томах, том 1 . 8 .  103-104. 



186 


Dövlət və hüquq nəzəriyyəsi 

Bütün  bunların  mənası  odur  ki,  hər  bir  dövlət  öz  sərhədləri  ilə 

əhatələnən ərazisi daxilində öz ərazi üstünlüyünü həyata keçirir və 

daxili suverenliyini təmin edir. 

Dövlət  sərhədlərinin,  ərazisinin  dəyişdirilməsi  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada,  yalnız  dövlətin  (xalqın)  öz  razılığı  ilə 

həyata  keçirilə  bilər.  Həmin  qayda  Azərbaycan  Respublikası 

tərəfindən  də  qəbul  edilmişdir.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  11-ci  maddəsinin  III  hissəsinə  görə,  «Azərbaycan 

Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə 

vermir;  yalnız  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə 

Azərbaycanın  bütün  əhalisi  arasında  referendum  keçirmək  yolu  ilə 

Azərbaycan  xalqının  iradəsi  əsasında  dövlət  sərhədləri  dəyişdirilə 

bilər». 


Müasir 

dövrün 


praktikasında 

dövlətin 

ərazisinin 

dəyişdirilməsinin  əsas  iki  qaydası  mövcuddur.  Birinci  qayda 

millətlərin  və  xalqların  öz  müqəddəratını  həll  etmək  hüququ  həyata 

keçirildikdə  tətbiq  olunur.  Bu  halda  yeni  dövlət  sərhədlərinin 

müəyyənləşdirilməsi  və  köhnə  dövlət  sərhədlərinin  ləğvi  ilə 

nəticələnən dövlətlərin bölünməsi və ya birləşməsi prosesi baş verir, 

ikinci  qayda  qonşu  dövlətlər  arasında  dövlət  sərhəd  xəttinin  daha 

münasib yerləşdirilməsi məqsədi ilə ərazi sahələrinin dəyişdirilməsi 

ilə bağlıdır. 

Dövlətin öz milli qanununda göstərildiyi halda və ya hər hansısa 

beynəlxalq müqavilədə ifadə etdiyi razılığa əsasən, onun ərazisində 

başqa  bir  dövlətin  qanunvericiliyi  tətbiq  oluna  bilər.  Həmçinin  bu 

qaydaya əsasən, əcnəbi vətəndaşların müəyyən kateqoriyası (misal 

üçün diplomatik immuniteti olan şəxslər) dövlətin yurisdiksiyasından 

kənarda qala bilər. 

Bununla  bərabər,  dövlət  öz  ərazisindən  istifadə  edilməsi,  təbii 

ehtiyatların istismarı ilə bağlı xarici dövlətlərə, onların fiziki və hüquqi 

şəxslərinə  müəyyən  hüquqlar  verir.  Bu  məqsədlə  müəyyən 

müqavilələr,  sazişlər  bağlanır.  Azərbaycan  Respublikasında  da, 

xüsusilə  neft  yataqlarının  istismarı  sahəsində  bu  təcrübədən  geniş 

istifadə olunur. 

Dövlət ərazisinin hüdudları dövlətin sərhədləri ilə müəyyənləşir. 

Hüquq  ədəbiyyatında  dövlət  sərhədi  dedikdə,  dövlətin  ərazisinin 

hədlərini müəyyən edən xətt və həmin xətt üzərində 



187 


ilqar Məmmədov 

yerləşən  şaquli  səth  başa  düşülür.  «Dövlət  sərhədi  haqqında» 

Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də deyilir ki, 

Azərbaycan 

Respublikasının 

dövlət 


sərhədi 

Azərbaycan 

Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, 

dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt 

üzrə keçən şaquli səthdir. 

Dövlət  sərhəd  rejimi  bir  neçə  elementin  mövcudluğunu  ehtiva 

edir: a) dövlət ərazisinin mühafizə olunmuş vəziyyətdə saxlanması; 

b)  sərhədlərin  beynəlxalq  səviyyədə  tanınması;  c)  sərhədlərin 

beynəlxalq qaydalara uyğun müəyyən edilməsi. 

Beynəlxalq normalara uyğun olaraq dövlət sərhəddinin müəyyən 

olunması  prosesi  iki  mərhələni: 

delimitasiya 

və 

demarkasiya 



mərhələlərini əhatə edir. 

Dövlət  sərhədinin  delimitasiyası  sərhədin  keçmə  xəttinin 

dövlətlərarası  müqavilədə  ətraflı  təsvir  edilməsi  və  ya  müqaviləyə 

əlavə olunan xüsusi xəritədə həmin xəttin maksimal dərəcədə dəqiq 

qrafik əksinin tapmasıdır. 

Sərhədin demarkasiyası isə razılaşdırılmış sərhəd xəttinin xüsusi 

sərhəd nişanları vasitəsilə coğrafi ərazi boyu müəyyən edilməsidir. 

Sərhədlərinin toxunulmazlığını təmin etmək üçün hər bir dövlət 

müvafiq  hüquqi  rejim  müəyyən  edir.  Adətən,  bu  rejim  beynəlxalq 

müqavilələrə  və  daxili  qanunvericiliyə  əsaslanır.  «Dövlət  sərhədi 

haqqında»  Azərbaycan  Respublikası  Qanununda  da  Azərbaycan 

Respublikasının sərhəd rejimi və həmin rejimin qorunması məsələləri 

müəyyən edilmişdir. 

Dövlət  sərhədi  onun  suverenliyinin  ərazi  hüdudu  olduğundan 

dövlət  sərhədlərinin  qorunması  dövlət  üçün  ən  vacib  məsələlərdən 

biridir.  Dövlət  sərhədlərinin  qorunması,  dövlətin  ərazi  bütövlüyünün 

təmin  edilməsi  bir  sıra  mühüm  institutlar  vasitəsilə  həyata  keçirilir. 

Qrdu,  sərhəd  qoşunları,  gömrük  xidməti  orqanları  buna  xidmət 

edirlər. 

Dövlətin  bir  mühüm  əlaməti  də  onun  əhalisidir.  Aydındır  ki, 

müəyyən  ərazidə  məskunlaşmış  əhali  olmadan  dövlətin  özü  də 

mövcud ola bilməz. Dövlətin ərazisində yaşayan bütün insanlar ailə, 

qəbilə, tayfa, milli və dini mənsubiyyətindən, sosial mənşə 

188 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə