Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə70/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   66   67   68   69   70   71   72   73   ...   205

ilqar Məmmədov 

Beləliklə, deyə bilərik ki, dövlətin mahiyyətini əks etdirən daimi 

və  zəruri  cəhətlər,  mühüm  xüsusiyyətlər  onun  ali  siyasi  hakimiyyət 

kimi çıxış etməsi, sosial təyinata malik olması, cəmiyyətdə özünə yer 

alan ümumi və xüsusi maraqların tarazlaşdırıi- masına xidmət etməsi, 

cəmiyyətdə sosio-mədəni bütövlüyü və siyasi birliyi təmin etməsi və 

qlobal  masştabda  hakimiyyət  iradəsinin  reallaşdırıcısı  kimi  çıxış 

etməsi  ilə  bağlıdır.  Həmin  xüsusiyyətləri  nəzərə  alaraq  V.İ.Vlasov 

dövlətin  mahiyyətini  üç  aspektdən  qiymətləndirməyi  təklif  edir. 

Onlardan  biri  dövlətin  universal  təşkilat  olması,  ikincisi  sosial  arbitr 

kimi  çıxış  etməsi,  üçüncüsü  isə  leqallaşdırılmış  məcburiyyət 

tədbirlərini həyata keçirməsi ilə bağlıdır. 

V.İ.Vlasov  yazır  ki,  sosial  baxımdan  asimmetrik  olan  müasir 

cəmiyyətdə başqa belə bir universal təşkilat yoxdur. Dövlətəqə- dərki 

cəmiyyətdə  əhalinin  qəbilə-tayfa  formasında  təşkilatlanması  başqa 

şəraitə uyğun olmaqla fərqli prinsiplərə əsaslanmış və siyasi xarakter 

daşımamışdır. «Universal» beynəlxalq təşkilatlar da (məsələn, BMT) 

prinsipcə heç vaxt universal olmayıb. Belə ki, hansısa dövlət onların 

üzvü  olmaya  bilər  və  bundan  əlavə,  həmin  təşkilatlar  dövlətlə 

müqayisədə tam başqa keyfiyyətli təşkilatlardır. Dövlət isə universal 

təşkilat  olmaqla  bərabər,  cəmiyyətin  inteqrativliyə,  təşkilatlanmaya 

və  idarəetməyə  olan  tələbatlarına  cavab  verən  tənzimləyici  siyasi 

institut kimi fəaliyyət göstərir. Dövlət belə bir keyfiyyətə malik olmaqla 

cəmiyyətdə sosial-siyasi arbitr rolunu oynayır. Onun arbitrlik etməsi 

cəmiyyətin  özündən  irəli  gələn  zərurətlə  bağlıdır.  Bununla  bərabər, 

fərdlər  və  müxtəlif  qruplar  maraqlıdırlar  ki,  ictimai  dəyərləri  (var- 

dövləti,  təhsili,  səhiyyəni  və  s.)  onların  arasında  paylaşdıran, 

bölüşdürən arbitr olsun. Dövlət məcburiyyəti leqallaşdırmaqla ictimai 

münasibətlərin  tənzimlənməsinə  xidmət  edir  və  bu  halda  hüquq 

dövlət məcburiyyətinin əsas aləti rolunu oynayır.”' 

Dövlətin  mahiyyəti  onun  məzmununu,  məqsədlərini  və 

funksiyalarını müəyyənləşdirir. Dövlətin məqsədləri və funksiyaları 

BjıacoB B.H. TeopH5i 

rocy/ıapcTBa H

 npasa. S. 82-84. 



210 


Dövlət və hüquq nəzəriyyəsi 

onun mahiyyətinə uyğun konkretləşir və həmin mahiyyət açılmış olur. 

Dövlətin mahiyyəti gizli qalmır, məhz funksiyaların həyata keçirilməsi 

ilə üzə çıxır. 

Son  dövrlərə  qədər  dövlət  və  hüquq  nəzəriyyəsində  dövlətin 

mahiyyəti sinfi yanaşma əsasında izah edilirdi. Bu, digər sahələrdə 

olduğu  kimi,  dövlət  və  hüquq  nəzəriyyəsində  də  marksizmin 

müddəalarının  ehkam  kimi  qəbul  edilməsi  ilə  bağlı  idi. 

Marksist-leninçi  nəzəriyəyə  görə,  barışmaz  sinfi  ziddiyyətlər 

sayəsində meydana gəlmiş dövlət iqtisadi cəhətdən hökmran sinfin 

diktatura vasitəsi kimi çıxış edir və dövlətin mahiyyəti onun hər hansı 

bir  sinfin  diktaturasını  həyata  keçirməsində  təzahür  olunur. 

«İstismarçı  cəmiyyətlərdə  diktatura  başlıca  olaraq  əhalinin 

əksəriyyətinin  azlıq  tərəfindən,  yəni  zəhmətkeş  kütlələrin  bir  qrup 

istismarçılar  tərəfindən  əzilməsi  məqsədilə  həyata  keçirilir.  Dövlət 

qullar  üzərində  quldarların  diktaturası  dövləti  olduğu  quldarlıq 

cəmiyyətində,  kölə  halına  salınmış  kəndlilər  üzərində  təh-  kimçi 

feodalların  diktaturası  dövləti  olduğu  feodalizm  cəmiyyətində, 

proletariat və əhalinin digər zəhmətkeş təbəqələri üzərində kapitalın 

diktaturası  dövləti  olduğu  burjua  cəmiyyətində  belə  olmuşdur. 

Sosialist  dövləti  prinsipcə  yeni  tipli  dövlət  olub,  kapitalizmdən 

sosializmə  keçid  dövründə  proletariat  diktaturası  dövləti  kimi  çıxış 

etmiş,  sosializmin  tam  və  qəti  qələbəsindən  sonra  ümumxalq 

dövlətinə,  bütün  xalqın  mənafe  və  iradəsini  ifadə  edən  orqana 

çevrilmişdir»."' 

Marksist-leninçi nəzəriyyədə dövlətin mahiyyətindəki sinfili- yin 

həddindən  artıq  şişirdilməsi,  dövlət  zorakılığının  sinfi  maraqlara 

əsaslanmasının  mütləqləşdirilməsi  əslində  dövlətin  mahiyyətinin 

düzgün açıqlanmamasına, dövlətin öz mahiyyətinə adekvat olmayan 

tərzdə izah edilməsinə səbəb olmuşdur. 

Müasir  nəzəriyyəçilərin  bir  çoxu  belə  hesab  edir  ki,  mar- 

ksizm-leninzmin  ehkamlarından  imtina  edilsə  də,  dövlətin 

mahiyyətindəki  sinfilik  xüsusiyyəti  inkar  olunmamalıdır.  Belə  hesab 

edilir ki, dövlət, ilk növbədə, ictimai maraqların nəzərə alınması 

Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 33. 



211 


ilqar Məmmədov 

yolu ilə cəmiyyətdə idarəetmənin həyata keçirilməsini, ictimai həyatın 

tənzimlənməsini,  təşkil  olunmasını  təmin  edən  mexanizm  və  ya 

təşkilatdır.  Digər  tərəfdən  isə,  iqtisadi  və  siyasi  hökmranlığa  malik 

olan  və  əhalinin  qalan  hissəsi  ilə  müqayisədə  azlıq  təşkil  edən 

təbəqənin, qrupun maraqlarının reallaşması vasitəsi, çoxluğun azlıq 

tərəfindən əzilməsini təmin edən bir alətdir. Dövlətin mahiyyətinin bu 

iki tərəfi müxtəlif nisbətdə hər bir dövlətdə; əvvəllər mövcud olmuş və 

hal-hazırda  da  mövcud  olan  bütün  dövlətlərdə  var.  Onların  bir 

qismində  sinfilik,  digərində  isə  ictimai  maraqların  nəzərə  alınması 

daha  qabarıq  şəkildə  özünü  göstərir.  Dövlətin  mahiyyətindəki  bu 

tərəflərdən  birinin  güclənməsi  digərinin  zəifləməsinə  təsir  edir. 

Müasir nəzəriyyəçilərin fikrincə, dövlətin mahiyyətindəki sinfilik daha 

çox quldarlıq cəmiyyətində inkişaf etmişdir. Hakimiyyət, hüquqlar tam 

şəkildə  quldarlara  məxsus  olmuş,  əzilən,  istismar  olunan  sinfin 

nümayəndələri,  yəni  qullar  isə  hüquqsuz  vəziyyətə  salınmışdır. 

«Cəmiyyət quldarlıqdan feodalizmə, feodalizmdən kapitalizmə doğru 

təkamül  etdikcə  dövlətin  fəaliyyətindəki  ümumsosial  tərəfin 

əhəmiyyəti  də  artmışdır.  Müasir  qərb  cəmiyyətində  isə  dövlət 

fəaliyyətinin həmin tərəfi xüsusilə böyük rol oynayır».'’ 

Tarix  boyu  cəmiyyət,  dövlət  inkişaf  etdikcə  dövlətin 

mahiyyətində  də  müəyyən  dəyişikliklər  baş  vermişdir.  Dövlətin 

mahiyyətindəki dəyişikliklər onun sosial təyinatında və digər mühüm 

tərəflərində, xüsusiyyətlərində baş verən keyfiyyət dəyişikliklərindən 

irəli  gəlir.  Məsələn,  quldarlıq  cəmiyyəti  ilə  kapitalist  cəmiyyətini 

müqayisə  etdikdə  bizə  aydın  olur  ki,  mahiyyət  göstəriciləri 

baxımından onlar  bir-birindən  xeyli  fərqlidir. Birincisində  hakimiyyət 

quldarlar  sinfinə  məxsus  olmuş,  istehsal  münasibətlərində  mühüm 

rola  malik  olan  qullar  təbəqəsi  isə  hüquqsuz  vəziyyətə  salınaraq 

amansızcasına  istismar  edilmişdir.  Bu  təbəqənin  nümayəndələri 

demək  olar  ki,  tamamilə  hüquqsuz  idilər.  İnkişaf  etmiş  kapitalist 

cəmiyyətində isə kapitalistlər üçün çalışan insan- 

’ Общая теория права и государства. 

Под ред. проф. Лспарева В.В.

 

S. 332. 



212 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə