Dövlət və hüquq nəzəriyyəsi
nunla bərabər, onlar ümumi bir mədəni bütövlük-sivilizasiya daxilində
birləşir və həmin bütövlüyün fövqündə başqa bir bütövlük durmurJ
Sivilizasion yanaşmanın tərəfdarları belə hesab edirlər ki, həmin
yanaşma müxtəlif dövlətləri çoxfaktorlu kriteriya əsasında müqayisə
etməyə və onların tipologiyasını aparmağa imkan verir. Bu zaman
maddi faktorlarla yanaşı, mədəni-mənəvi faktorların, obyektiv
amillərlə bərabər, subyektivliklərin də rolu və təsiri nəzərə alınır.
İctimai-mədəni proseslər kontekstində ayrı-ayrı dövlətlərin unikal
cəhətlərinin müəyyənləşməsinə və çoxtərəfli əsasda dövlətlərin
bir-birindən fərqləndirilməsinə nail olunur.
Nəzəriyyəçilərin bir qismi həmin yanaşmanı qeyri-müəyyən və
amorf yanaşma hesab edir. Onların fikrincə, elmi materialın
sistemləşdirilməsinin bir forması olan dövrləşdirmə ümumiyyətlə
aradan çıxır və qarışıqlıq yaranır, həmçinin bir çox mühüm amillərin
nəzərə alınması qeyri-mümkün olur. Buna görə də nəzəriyyəçilərin
bəziləri belə hesab edir ki, bu yanaşma ictimai- iqtisadi formasiyalar
kriteriyasına əsaslanan yanaşmaya alternativ kimi qəbul edilərək ona
qarşı qoyulmamalı, paralel olaraq hər ikisinə müraciət edilməli və
onlar bir-birini tamamlamalıdır. Ancaq yenə də ictimai-iqtisadi
formasiyalar kriteriyası əsas kriteriya olmalıdır.
§ 3. DÖVLƏTİN MAHİYYƏTİ
Mahiyyət anlayışı fəlsəfi kateqoriya olmaqla bu və ya digər
prosesin, hadisənin daxili, dərin, dayanıqlı tərəfi, onun təbiətini
müəyyən edən zəruri cəhətlərin və başqa mühüm xarakteristikaların
məcmusu kimi başa düşülür. Bu mənada, dövlətin mahiyyətinin təhlili
onun təbiətini və təyinatını müəyyən edən daxili, dayanıqlı və zəruri
cəhətlərinin, mövcud olmasını şərtləndirən obyektiv zərurətin
müəyyənləşdirilməsi ilə bağlıdır.
’ XatiTHHiToıı
2003, s. 48-51.
Самюелъ. Столкновение цивилизаций. M.,
207
İlqar Məmmədov
Dövlət öz strukturuna, normativ əsasına, aparatına və həmin
aparat daxilində fəaliyyət göstərən heyətə malik olan ali hakimiyyət
səlahiyyətli təşkilat kimi cəmiyyətin qorunub saxlanmasına, müdafiə
olunmasına və inkişaf etməsinə, cəmiyyətdə özünə yer alan çeşidli
maraqlar
arasında
müəyyən
tarazlıq
yaratmaqla
ictimai
münasibətlərin tənzimlənməsinə xidmət edir, ictimai inkişafın nəticəsi
və ictimai şüurun məhsulu kimi meydana gəlmiş dövlət idarətmə
sistemi olmaqla cəmiyyətdə baş verən bütün mühüm proseslərə,
hadisələrə təsir göstərir, insanların həyatında mühüm rol oynayan bu
sistemin mövcudluğu cəmiyyətdəki sosial asimmetriya ilə
şərtləndiyindən bütün qruplar, sosial təbəqələr və insanlar üçün
lazım olan ümumi işlərin həyata keçirilməsini o təmin edir. Bunu
həyata keçirmək üçün isə dövlət cəmiyyətin təhlükəsizliyini, ictimai
asayişi, sabit və dayanıqlı hüquq qaydasını, hüquq və azadlıqların
qorunmasını təmin edir, idarəetmə siyasətini müəyyənləşdirir və
realizə edir.
Artıq beş min ildir ki, insan cəmiyyəti ilə bərabər mövcud olan
dövlət göstərilən fəaliyyətinə görə cəmiyyətin universal təşkilatı kimi
çıxış edir. İnsanların birgəyaşayış forması kimi təzahür olunan dövlət
yeganə təşkilatdır ki, belə bir keyfiyyətə malikdir. Təş- kilatilik
keyfiyyətinin özü də dövlətə immanent olan bir keyfiyyətdir. Belə ki, o,
cəmiyyət daxilində təşkil olunur və bütün cəmiyyəti özündə birləşdirir,
vahidləşdirir. Bütün digər təşkilatlar, həmçinin cəmiyyətin bütün
üzvləri ondan asılı olur, onun ifadə etdiyi hakimiyyətə tabe olur,
müəyyənləşdirdiyi hüquq normalarının tələblərini həyata keçirir,
həmin normaları pozduqda və hakimiyyətə qarşı çıxdıqda isə,
dövlətin məcburedici gücü ilə qarşılaşmalı olurlar. Cəmiyyətin özü də
dövlətə tabedir. Avtoritar və totalitar dövlətlərdə cəmiyyətin dövlətə
tabeçiliyi bilavasitə hakimiyyətə tabe olma qaydasında həyata
keçirilir. Avtoritar dövlətlərdə hakimiyyət öz maraqlarına uyğun olaraq
cəmiyyətin müstəqilliyini məhdudlaşdırır, totalitar dövlətlər onu,
ümumiyyətlə, daxili müstəqillikdən məhrum etməyə can atır. Hüquqi
dövlətdə isə cəmiyyətin dövlətə tabeçiliyi hüquqi xarakterə malikdir.
Yəni cəmiyyət hakimiyyətə deyil, hüquq normalarına tabe olur.
208
Dövlət və hüquq nəzəriyyəsi
O mənada ki, hüquq normaları vasitəsilə dövlət cəmiyyətdə hüquq
qaydasını, ictimai qaydanı təmin edir, münasibətləri tənzimləyir və öz
funksiyalarını həyata keçirir. Cəmiyyətdəki münasibətlər də həmin
normalar çərçivəsində axara salınır və inkişaf edir, onların ruhuna
uyğun xüsusiyyətlər qazanır. Tanınmış rusiyalı alim O.E.Leyst yazır
ki, vətəndaş cəmiyyətində cəmiyyətin hansısa qüvvə və ya kimsə
tərəfindən təşkil edilməsi və istiqamətləndirilməsi tələbi yoxdur. «O,
müdafiəyə, nizam-intizamın təmin edilməsinə, ümumi-ictimai
xidmətləri və ictimai funksiyaları həyata keçirən dövlətə ehtiyacı olan
özünütənzimləyən sistem kimi çıxış edir. Dövlət «cəmiyyətin
təşkilatı» yox, cəmiyyətin daxilində mövcud olmaqla onu müdafiə
etmək, ona xidmət göstərmək təyinatına malik olan təşkilatdır».”'
O.Leystin bu fikri daha çox libertar konsepsiyaya uyğundur.
Göründüyü kimi, o, dövlətin cəmiyyətdəki roluna qiymət verərkən
mücərrəd yanaşmadan çıxış edir və onu xeyli dərəcədə kiçiltmiş olur.
Əslində bütün cəmiyyətlərin, o cümlədən də İnkişaf etmiş vətəndaş
cəmiyyətinin dövlətin təşkiletmə və idarəetmə fəaliyyətinə ehtiyacı
var. Dövlət vətəndaş cəmiyyətinə münasibətdə də idarəe- dici
təşkilat kimi çıxış edir, onun daxilində baş verən mühüm proseslərə,
hadisələrə bu və ya digər dərəcədə təsir göstərir. O, vətəndaş
cəmiyyətini müdafiə etmək, cəmiyyətə xidmət göstərməklə yanaşı
həm də onu idarə edir. Bu idarəetmə cəmiyyətə geniş azadlıqların
verilməsi qaydasında həyata keçirildiyindən dövlətin hər an müdaxilə
etmədiyi böyük bir ictimai sahə və ya məkan yaranır. Həmin
məkanda əsas aktivlik vətəndaşlar və onların təşkil etdiyi
qeyri-siyasi, qeyri-hökumət təşkilatları, qeyri- siyasi məqsədlər üçün
təşkil olunan və fəaliyyət göstərən müəssisələr, qruplar tərəfindən
həyata keçirilir. Bu zaman cəmiyyətin dövlət tərəfindən idarə
olunması sosial idarəçilik formasını qazanır və özünəməxsus üsul və
metodlar vasitəsilə reallaşır.
' Лейст О.Э. Сущность права. Проблемы теории и философии права.
М., 2002, з. 128.
209
Dostları ilə paylaş: |