ilqar Məmmədov
nizm formasiyalarına bölmüş və xüsusi mülkiyyətin, əmtəə
istehsalının və bir-birinə zidd olan siniflərin olub-olmamasını bu
bölgünün əsas kriteriyası kimi götürmüşdür. Dövlətin özü isə ikinci
makroformasiyanın elementi hesab edilmiş və həmin makrofor-
masiyanın dörd formasiyaya bölünməsinə müvafiq olaraq dövlət də
dörd tipə ayrılmışdır. Həmin tiplər müəyyənləşdirilərkən Asiya, antik,
feodal və burjuaziya üsullu istehsal münasibətləri əsas
götürülmüşdür. Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsi,
sonradan bu kriteriyanı yeganə düzgün kriteriya hesab etmişdir.
Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə görə, dövlətin hər bir
tarixi tipi müəyyən ictimai-iqtisadi formasiyanın sinfi mahiyyətini ifadə
edən mühüm əlamətlərin məcmusunu əks etdirir. Həmin nəzəriyyənin
apologetlərinin fikrincə, ictimai inkişaf tarixində dövlətin (həmçinin də
hüququn) dörd tarixi tipi- quldarlıq, feodal, burjua və sosialist dövlət
(və hüquq) tipləri yaranmışdır. Onların özü də iki qrupa bölünür:
istismarçı tipli dövlət (və hüquq), sosialist tipli dövlət (və hüquq).
İstismarçı dövlət tipləri öz sinfi mahiyyətinə və formalarına görə
ümumi cəhətlərə malikdir. Bu cəhətlər isə onunla şərtlənir ki, bütün
istismarçı tipli dövlətlər istehsal vasitələri üzərində xüsusi mülkiyyətə
əsaslanır, vahid istismarçı mahiyyətə malikdir, onların hakimiyyəti
xalqa zidd xarakter daşıyır və hakim azlığın zəhmətkeş kütlələr
üzərində diktaturasını həyata keçirir. Sosialist tipli dövlət isə yüksək
tipli, əsasını istehsal vasitələri üzərində sosialist mülkiyyəti təşkil
edən, insanın insan tərəfindən istismarının nə olduğunu bilməyən əsl
demokratik mahiyyətli dövlət tipidir. Bu nəzəriyyənin nümayəndələri
sosialist tipli dövləti kommunist tipli dövlət tipinə keçid mərhələsi
hesab edirlər. Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsində
Marksın fikirlərinə zidd olaraq kommunizm quruculuğunun bütün
dünyada deyil, bir və ya bir neçə dövlətdə mümkün olması fikri inkişaf
etdirilmişdir. Bundan çıxış edərək N.Xruşov SSRİ-də kommunizmin
1980-cı ildən başlayacağını bildirmişdir. Bu hadisə baş vermədiyinə
görə kommunizm ideologiyasının apologetləri tərəfindən inkişaf etmiş
sosializm və ona müvafiq dövlət tipi anlayışı yaradılmışdır.
198
Dövlət və hüquq nəzəriyyəsi
Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsi tarixi konkretlikləri
təhlil edərkən müəyyən olunmuşdur ki, bir çox dövlətlər göstərilən
tiplərdən heç birinə uyğun gəlmir. Bunu inkar etmək qeyri-mümkün
idi. Ona görə də, marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə dair
dərsliklərin birində belə deyilir: «Tarixə elə dövlətlər məlumdur ki,
onlar göstərilən meyariara-iqtisadi əsasa və sinfi mahiyyətə görə
təsnif edilə bilmir. Bunlar, necə deyərlər, bir tipdən digərinə keçid
dövlətləridir. Asiya və Afrikanın müstəmləkəçilik asılılığından azad
olmuş bir sıra dövlətlərini bu cür dövlətlər sırasına aid etmək olar».”'
Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə görə, dövlətin bir
tipinin digərini əvəz etməsi istehsal münasibətləri məhsuldar
qüvvələrin xarakterinə uyğun olmadıqda, sosial inqilab yolu ilə baş
verir. Yəni cəmiyyətin inkişafının müəyyən mərhələsində istehsal
münasibətləri məhsuldar qüvvələrin xarakterinə uyğun gəlmədikdə
ziddiyyətlər artır və bu ziddiyyətlər son nəticədə sosial inqilab yolu ilə
həll edilir. Nəticədə də, bir dövlət tipini başqası əvəz edir. Sosial
inqilab müxtəlif formalarda baş verir. Yəni bir dövlət tipi həm silahlı
üsyan, həm də islahatlar həyata keçirməklə, yəni dinc inkişaf
nəticəsində başqası ilə əvəz oluna bilər.
Müasir dövlət və hüquq nəzəriyyəsində də ictimai-iqtisadi
formasiyalar dövlətin tipologiyasının əsas kriteriyalarından biri kimi
götürülür. Lakin əvvəlki dövrdən fərqli olaraq, indi nəzəriyyəçilər bu
məsələyə fərqli yanaşa bilirlər. Buna görə də, müasir nəzəriyyədə
ictimai-iqtisadi formasiyalar əsasında aparılan təsnifatda müəyyən
dəyişikliklər baş vermişdir.
İctimai-iqtisadi formasiyalar kriteriyasından çıxış edən müasir
nəzəriyyəçilərin bir çoxu dövlətləri şərq, quldarlıq, feodal, kapitalist,
sosialist və keçid tipli dövlətlərə bölürlər. Onların fikrincə, şərq
dövlətlərində quldarlıq münasibətləri mövcud olsa da, antik dövrün
quldarlıq dövlətləri ilə onların arasında böyük fərq olmuşdur. Odur ki,
onlar eyni bir tipə aid edilməməli və şərq tipli
Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 37.
199
ilqar Məmmədov
dövlətlər quldarlıq tipli dövlətlərdən fərqləndirilməlidir. Şərq tipli
dövlətlərdə mütləq hakimiyyətə malik olan monarx hakimiyyətin
mənbəyi hesab edilirdi. Monarx öz təbəələrinin həm mülkiyyətinin,
həm də həyatının ağası idi. Mülkiyyət münasibətlərində dövlət
mülkiyyətinin dominantlığı cəmiyyətin strukturunu pirami- dal şəkilə
salmışdır. Şərq cəmiyyətlərində münasibətlərin xarakteri əsrlər,
minilliklər boyu dəyişmədiyindən və ya az dəyişildiyindən həmin
cəmiyyətlərin doğurduğu dövlətlərdə də dövlətçiliyin inkişafı
baxımından elə də ciddi bir dəyişiklik baş verməmişdir.
V.S.Afanasyevin yazdığı kimi. Qədim Misir dövləti m. ö. IV-III
minillikdə yaransa da, otuz əsrdən çox bir müddətdə demək olar ki,
dəyişilməmişdir. Çin dövlətinin isə 40 əsrə yaxın bir tarixi var. Ancaq
buna baxmayaraq, dövlət quruluşu və Çin cəmiyyətinin özü XIX əsrin
sonlarına qədər çox az dəyişilmişdir.”'
Qədim Şərq dövlətlərinin ümumi cəhətlərlə yanaşı, fərqli
cəhətləri də var idi. Misal üçün, əgər Misir dövləti dövlətin və
məbədin işlərində kütləvi şəkildə qullardan istifadə edirdisə, Çində
quldarlıq sırf məişət xarakterli idi. Hindistanda isə cəmiyyət
özünəməxsus qaydada qapalı silklərə bölünmüşdür. Lakin bütün bu
fərqlər, onları bir-birinə yaxınlaşdıran ümumi və oxşar cəhətlər
çərçivəsində özünü göstərirdi. Həmin oxşar cəhətlərə aşağıdakılar
aiddir:
-
şərq tipli dövlətlərdə istehsal vasitələri (o cümlədən torpaq)
üzərində dövlət mülkiyyəti və icma mülkiyyəti iqtisadiyyatın əsasını
təşkil edirdi;
-
həmin dövlətlərdə faktiki olaraq istehsal vasitələrinin
mülkiyyətçisi olan məmurlardan ibarət nəhəng bürokratik aparat
yaradılmışdır;
-
dövlət aparatı ciddi şəkildə mərkəzləşdirilmişdir;
-
monarx özü ilə bütövlükdə dövləti təcəssüm etdirir, eyni
zamanda da, tanrının yerdəki təmsilçisi və ya baş kahin hesab
olunurdu;
*
* Общая теория права и государства. Под ред. проф. Лазарева В.В. S.
344.
200
Dostları ilə paylaş: |