ilqar Məmmədov
sibətdə «biz»lə «biz olmayanlar»ın müqayisəsi formasında fərdin
müəyyən bir qrupa və ya insan birliyinə aid olmasının təəssüratdan
keçirilməsinə əsaslanır».”*
Etnos, həm də cəmiyyətin və dövlətin formalaşmasının və
mövcud olmasının təbii substratı kimi çıxış edir. Etnogenez prosesinin
gedişində baş verən hadisələr dövlətin formalaşmasına səbəb
olduqda dövlət etnosun mövcudluğunun keyfiyyətcə yüksək
formasını doğurur. Etnos öz etnoqrafik arealını əhatə edən birlik
formasında təşkilatlanmaqla siyasi cəhətdən müstəqil olur və tarixi
müqəddəratını həll etmək imkanı qazanır. Etnosun siyasi cəhətdən
müstəqil olaraq öz müqəddəratını həll etməsi və onun bütövlüyünü
təmin edən dövlət daxilində birləşməsi etno- genizin millətləşmə
mərhələsini doğurmuş, yəni etnosun inkişaf edərək millət formasında
təzahür etməsinə gətirib çıxarmışdır. Etnosun sosial, siyasi və
mədəni inteqrasiyası həm də yeni dövrün mühüm hadisələrindən biri
olan
milli
dövlətlərin
formalaşmasına
səbəb
olmuşdur.
Tədqiqatçıların fikrincə, milli dövlətlərin formalaşması prosesi ilk dəfə
Avropada baş vermişdir. Bu prosesdə dövlət və xalq birliyi
yarandığından vətəndaşların hüquqi cəhətdən təmin edilmiş
həmrəyliyi yeni keyfiyyət qazanmışdır.
Etnosun öz siyasi müqəddəratını həll etmə məsələsi beynəlxalq
hüquqda da xüsusi qaydada nəzərə alınmışdır.
Tarixi təcrübəyə əsaslanaraq deyə bilərik ki, etnos öz dövlətini
yaratmaqla öz elementlərinin sosial-siyasi inteqrasiyasını təmin edir
və özündən inkişaf etmə mümkünatını reallaşdırmış olur;
parçalanaraq dağılmaqdan, digər etnoslar və onların yaratdığı sosial
və siyasi xarakterli birliklər tərəfindən absorbsiya olunaraq varlığını
itirməkdən qurtulur, yaşamaq, öz varlığını qoruyub saxlamaq,
gələcək inkişafını təmin etmək imkanı qazanır. Odur ki, öz dövlətini
yaratmaq bir növ etnosların təbii hüququ kimi çıxış edir.
Dövlətin etnosun qorunub saxlanmasına, inkişaf etməsinə
xidmət edən təşkilat olduğunu açıqlayarkən bu təşkilatın həm də
etnosun böyüməsinə, güclənməsinə, ondakı hakimiyyət iradəsi-
CafloxHiı A.n.
EpymeBHUKaa
T.E.
ƏxHOJiorH».
M., 2001, s. 91.
222
Dövlət və hüquq nəzəriyyəsi
nin reallaşmasına xidmət edən vasitə və ya mexanizm kimi çıxış
etdiyini də unutmamalıyıq.
Dövlətlərin yaranması, mövcud olması, inkişaf etməsi prosesinin
əsas qanunauyğunluqlarından biri də hakimiyyət iradəsinin həmin
prosesə göstərdiyi təsirdən irəli gəlir. Tarix boyu dövlətlərin bir-biri ilə
mübarizəsi daha geniş və güclü hakimiyyət, daha geniş ərazi, daha
çox sərvət əldə etmək istəyi ilə bağlı olmuş, dünya ağalığına nail
olmaq istəyi dövlətlərin böyüməsinə, inkişafına təkan vermişdir. Hətta
müasir dövrdə belə, yəni dövlətləra- rası münasibətlərin hamılıqla
qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında tənzimləndiyi
bir zamanda həmin qanunauyğunluq öz gücünü göstərməkdədir. XX
əsrin tanınmış mütəfəkkiri Raymon Aron «Xalqlar arasında müharibə
və sülh» adlı əsərində bu qanunauyğunluğun tarixi-siyasi hadisələrə
istiqamətverici təsirindən bəhs edir. O yazır: «Elə məqsədlər var ki,
onlara nail olmaqdan ötrü insan öz həyatını qurban verməyə hazırdır.
Eyni hadisə insan birliklərində də baş verir. Onlar güclü olmaq
istəyirlər, yalnız ona görə yox kl, xarici aqressiyanı dəf etsinlər və sülh
içində yaşasınlar, həm də ona görə ki, onlardan qorxsunlar, onlara
hörmət etsinlər və onlarla fəxr etsinlər. Son nəticədə onlar qüdrətli
olmaq, yəni öz iradəsini qonşulara və rəqiblərə diktə etmək,
bəşəriyyətin taleyinə, sivilizasiyanın gələcəyinə təsir etmək imkanına
və qabiliyyətinə nail olmaq yanğı- sındadırlar. Hər iki məqsəd həm də
bir-birinə sarmaşıqdır: insan nə qədər çox gücə malikdirsə, bir o
qədər də onun hücuma məruz qalmaq riski azdır. Bundan əlavə, o,
güclü olmaqdan və başqalarını öz iradəsinə tabe etməkdən həzz
alır...».”*
Məşhur fransız alimi R.Aron bəşəriyyətdə baş verən siyasi
hadisələri həmin kontekstdə izah etməyə çalışaraq dövlətin dayanıqlı
xüsusiyyətlərindən birini tədqiq etmişdir. Bu xüsusiyyət dövlətin
mahiyyəti ilə bağlı olduğundan dövlət və hüquq nəzəriyyəsində də
onun açıqlanmasına, hərtərəfli şəkildə təhlil edilməsinə böyük ehtiyac
var.
ApoH Раймон.
Мир и война между народами. Липецк, 2000,
S.
124.
223
ilqar Məmmədov
MÖVZU:
DÖVLƏTİN FORMALARI
§ 1. DÖVLƏTİN FORMASI ANLAYIŞI
Dövlətin forması ilə bağlı mühakimələr çox qədim tarixə malikdir.
Buna əmin olmaq üçün siyasi-hüquqi təlimlər tarixinə nəzər
yetirməyimiz kifayət edər. Antik dövrün fəlsəfi, siyasi- hüquqi
təlimlərinə nəzər saldıqda görürük ki, o dövrdə dövlətin formaları
məsələsi artıq ciddi şəkildə fəlsəfi, siyasi-hüquqi bir problem kimi
öyrənilməyə başlamışdır. Qədim Yunan və Roma filosofları və
hüquqşünasları dövlətin forması məsələsinin cəmiyyətin həyatı üçün
çox böyük əhəmiyyət kəsb etdiyini başa düşərək onun mahiyyətini,
dövlətin hansı formalardan ibarət olduğunu, onların bir-birindən
fərqini izah etməyə çalışırdılar. Həmin dövrdə formalaşan fikirlər,
mühakimələr cəmiyyətin və dövlətin sonrakı inkişaf mərhələlərində
də siyasi-hüquqi fikrin, o cümlədən dövlətin formaları ilə bağlı nəzəri
mühakimlərin inkişafına böyük təsir göstərmişdir.
Platonun dövlət formalarının bir-birini əvəz etməsi və dövlət
həyatı barəsində yaratdığı təlim hal-hazırda da fəlsəfə və ictimai
elmlər tərəfindən öyrənilməkdədir. Özü yazılı heç bir irs qoymamış,
lakin böyük filosoflar yetirmiş Sokratın bu məşhur şagirdi dövlət
formalarının bir-birini əvəz edərək dəyişməsini insan təbiətindən irəli
gələri qüsurlarla və ictimai-siyasi münasibətlərin xarakterində baş
verən dəyişikliklərlə əlaqələndirirdi.
Platon «Dövlət» əsərində ideal ədalətli dövlət obrazını yaratmış,
bu cür dövlətin mövcudluğunu hakimiyyətin ən yaxşıların- filosofların
əlində olması və qanunların ədalətliliyi ilə əlaqələndirmişdir. Platonun
fikrincə, ədalət ondan ibarətdir ki, hər kəs başqasının işinə müdaxilə
etmədən öz işi ilə məşğul olsun. Ədalətin bərqərar olduğu dövlətdə
hakimiyyət ruhun şüurluluq tərəfinə,
224
Dostları ilə paylaş: |