Dövlət və hüquq nəzəriyyəsi
başlanğıcına xidmət edənlərin-filosofların əlindədir. Ruhun çılğınlıq,
qızğınlıq tərəfini ifadə edənlər döyüşçülərdirlər və onların işi dövləti
müdafiə etməkdən ibarətdir. Var-dövlət arzusunda olan və onun üçün
çalışanlar isə istehsalla və ticarətlə məşğul olan şəxslərdən ibarət
təbəqəni təşkil edir. Onlar ruhun tamahkarlıq, nəfs başlanğıcına
xidmət edirlər. Cəmiyyətdə insanların həmin bölgüyə uyğun olaraq
təbəqələşməsi, ictimai fəaliyyətlə və peşə fəaliyyəti ilə məşğul olması
ədalətli dövlətin mövcud olmasını təmin edir.
Platona görə, bu cür dövlətdə pozuntuların baş verməsi
nəticəsində torpaq üzərində xüsusi mülkiyyətin yaranması, azad
insanların qula çevrilməsi, hakimiyyətin döyüşkən təbəqənin əlində
cəmləşməsi timokratiyanın meydana gəlməsinə səbəb olur. Spartada
belə bir forma (timokratiya) mövcud olmuşdur. Timokratik dövlət daim
müharibədədir. Bu cür dövlətdə var-dövlətin böyük hissəsinin
tədricən müəyyən şəxslərin əlində cəmləşməsi oliqarxiyanın
yaranmasına gətirib çıxarır. Oliqarxiyanın olduğu yerdə hakimiyyət
varlı təbəqənin əlindədir, kasıblar isə hakimiyyətdən uzaqdırlar. Belə
bir şərait kasıblarda hakimiyyət əllərində olduğuna görə İstədiyini
həyata keçirən varlılara qarşı nifrəti gücləndirir və hakimiyyətə qarşı
üsyan baş verir. Nəticədə də demokratiya yaranır. Demokratiya
xalqın hakimiyyəti olsa da, insanların azadlıqdan sui-istifadə etməsi,
bərabər olanlarla olmayanların eyniləşdirilməsinə şərait yaradan və
demokratiyaya əks olan bir formanın - tiraniyanm meydana
gəlməsinə yol açır. Tiraniya dövlətin ən pis formasıdır. Çünki tiraniya
olan yerdə hakimiyyətdəki şəxsin özbaşınalığı əhalinin hüquqsuzluğu
və zorakılıq tədbirlərinin həyata keçirilməsi ilə müşayiət olunur.
Dövlət başçısı hakimiyyəti xalqın adından istifadə edərək əldə etsə
də, hakimiyyəti qəsb edir və dövlət maşınını xalqın özünə qarşı çevirir.
Platon həqiqi idarəçilikdən əlavə, dövlətin altı formasından bəhs
edir. Həmin formalar bunlardır;
- bir şəxsin hakimiyyətini ifadə edən qanuni monarxiya və
tiraniya;
225
ilqar Məmmədov
-
cəmiyyətdə müəyyən bir təbəqənin hakimiyyətini ifadə edən
aristokratiya və oliqarxiya;
-
qanunların üstünlüyü ilə müşayiət olunan və qanunsuzluq
şəraitində mövcud olan demokratiya.
Aristotel də dövlətin formasını ali hakimiyyətin kimə və ya hansı
orqana mənsub olması İlə əlaqələndirirdi. Buna görə də o, dövlətin
formalarını fərqləndirərkən hakimiyyətdə olanların sayını əsas
götürürdü. Aristotel həm də düzgün olan və düzgün olmayan dövlət
formalarından bəhs edir. Məşhur yunan filosofunun fikrincə, dövlətin
düzgün formalarında hakimiyyət ümumi mənafeyə, ümumi
maraqların təmin olunmasına xidmət edir. Düzgün olmayan
formalarda İsə şəxsi, xüsusi maraqlar əsas götürülür. O, dövlətin
düzgün olan formalarına monarxiyanı, aristokratiyanı və politiyanı,
düzgün olmayan formalarına isə tiraniyanı, oliqarxi- yanı və
demokratiyanı aid etmişdir.
Aristotelə görə, dövlətin bütün bu formalarından ən düzgünü
polltiyadır. Politiyada hakimiyyət çoxluğun əlindədir və həmin çoxluq
hakimiyyəti həyata keçirərkən ümumi mənafeyə və maraqlara
əsaslanır. Ən yaxşı dövlət forması olan politiya oliqar- xiyanın və
demokratiyanın yaxşı tərəflərini özündə cəmləşdirir.
Aristotel demokratiyanın İfrat formasını ciddi şəkildə tənqid
edərək göstərir ki, ali hakimiyyət qanunların deyil, demosun əlində
olduqda kütlənin özbaşınalığı başlayır.
Ellinizm dövrünün məşhur mütəfəkkirlərindən və siyasi
xadimlərindən biri olmuş Polibiy dövlətin formalarının yaranmasını və
birinin digəri ilə əvəz olunmasını «təbiətin qanununa» uyğun olan
təbii bir proses kimi xarakterizə edir. O, bütövlükdə dövlətin altı
formasını fərqləndirir. Onlara çar hakimiyyəti (monarxiya), tiraniya,
aristokratiya, oliqarxiya, demokratiya və oxlokratiya aiddir. Dövlətin
həmin bu formaları cəmiyyətdə ziddiyyətlərin baş verməsi
səbəbindən bir-birini əvəz edir və belə bir əvəzolunma sikllnl
(dövriyyəsini) oxlokratiya tamamlayır. Polibiy hesab edir ki,
oxlokratiya zorun, gücün özbaşınalığı, ağalığı olduğuna görə o, həm
də ən pis dövlət formasıdır. Oxlokratiyanın doğurduğu özbaşınalıq
nəticəsində yenidən çar hakimiyyəti bərqərar edilir
226
Dövlət və hüquq nəzəriyyəsi
və dövlət formalarının əvəz olunmasının yeni silsiləsi başlayır.
Polibiyin
fikrincə,
dövlətin
formaları
dayanıqlılıq
göstərə
bilmədiyindən onlardan hər biri müəyyən müddətdən sonra öz əksinə
çevrilir. Proseslərin bu cür inkişafı nəticəsində çar hakimiyyətini
tiraniya, demokratiyanı isə zorun qeyri-məhdud hakimiyyəti əvəz edir.
Polibiy çar hakimiyyətinə, aristokratiyaya və demokratiyaya xas
olan ümumi cəhətləri özündə cəmləşdirə bilən dövlət formasını dövlət
formalarının ən yaxşısı hesab edir. Bu baxımdan, o. Qədim Roma
dövlətini ən yaxşı quruluşa malik olan dövlət hesab edirdi. Polibiyin
fikrincə, Romada konsulların, senatın və xalq hakimiyyətinin bir yerdə
cəmləşməsi bir növ dövlətin göstərilən üç formasına müvafiq olaraq
çarın, aristokratların və demo- sun hakimiyyətinin bir dövlətdə
birəşdirllməsinə bənzəyir.
Qədim yunanların formalaşdırdığı nəzəri fikrin bir çox ənənələri
Qədim Romada da inkişaf etdirilmişdir. Bundan əlavə. Qədim Roma
hüquqşünaslarının da dövlətin formaları ilə bağlı nəzəri fikrin
inkişafında böyük rolu olmuşdur. Bu baxımdan, məşhur Roma
hüquqşünası Siseronun yaradıcılığından xüsusi danışma- hyıq.
Qədim yunan fikrininin ənənlərinə uyğun olaraq, Slseron da öz
yaradacılğında dövlətin müxtəlif formalarının, onlardan birinin digəri
ilə əvəz olunmasına təsir edən amillərin təhlilinə və dövlət
formalarından hansının daha yaxşı olmasının müəyyənləşdiril-
məsinə əhəmiyyətli yer ayırmışdır. Q, hakimiyyəti həyata keçirənlərin
«xarakterini və iradəsini», həmçinin onların sayını dövlətin
formalarının blr-blridən fərqlənməsinin əsas krlterlyaları kimi
götürürdü. Siseron hakimiyyətdə olanların sayına görə dövlətin üç
sadə formasını: monarxiyanı, aristokratiyanı və demokratiyanı
fərqləndirmişdir. Siseron ayrıca olaraq, dövlətin qarışıq formasından
da bəhs edir.
Siseron göstərir ki, dövlətin həmin üç sadə forması ən yaxşı və
təkmil formalar olmasa da, dözüləsi formalardır. Qnlardan ən üstünü
çar hakimiyyəti, axırıncı yerdə duranı isə demokratiyadır.
227
Dostları ilə paylaş: |