ilqar Məmmədov
sının xarakterizə edilməsi üçün, həm sözün dar mənasında (dövlət
idarəçiliyinin üsul və metodlarının məcmusu), həm də geniş
mənasında (dövlət hakimiyyəti strukturlarının ictimai həyatın və dövlət
həyatının hüquqi əsaslarına münasibətinin xarakteri, rəsmi
konstitusiya və hüquqi formaların siyasi reallığa uyğun olma dərəcəsi,
insanın demokratik hüquqlarının və siyasi azadlıqlarının təmin olunma
səviyyəsi) başa düşülə bilən «siyasi rejim» anlayışı mühüm
əhəmiyyətə malikdir».'' Lakin bizim bununla razılaşmağımız heç də
«dövlət rejimi» anlayışından istifadə etməkdən imtina etməyimiz kimi
başa düşülməməlidir. Belə hesab edirik ki, bu səviyyədə terminoloji
məsələ ilə bağlı mübahisə aparmaq bir o qədər də vacib deyil və həm
«siyasi rejim», həm də «dövlət rejimi» anlayışlarından istifadə etmək
olar.
Nəzəriyyəçilər dövlətin formasının üç elementli bölgüsündən
danışarkən, idarəetmə formasının, dövlət quruluşu formasının və
siyasi rejimin (dövlət rejiminin) müxtəlif variantlarda təzahür
olunmasına xüsusi diqqət verirlər. Həmin üç forma dövlət
hakimiyyətinin təşkili və həyata keçirilməsi qaydasını, dövlət
hakimiyyətinin ərazi üzrə təşkil olunması üsulunu, mərkəzi və yerli
hakimiyyət orqanları arasındakı qarşılıqlı əlaqə qaydalarını və dövlət
hakimiyyətinin həyata keçirilməsinin üsul və metodlarını əks etdirir.
Onlar hər bir konkret dövlətdə özünəməxsus cəhətlərə malik olur və
buna görə də həmin formaların müxtəlif variantları yaranır.
Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin özü, mahiyyəti və
məzmunu tarix boyu dəyişilmədən eyni cür qalmadığı kimi, dövlətin
forması da iqtisadi, ictimai-siyasi, ideoloji və s. faktorların təsiri ilə
modifikasiya olunmuş, dəyişikliklərə məruz qalmış, inkişaf etmişdir.
Hər bir konkret dövlətin forması da, bu cür faktorların təsiri ilə
özünəməxsus cəhətlərə malik olunmuşdur. Bu məsələdən
danışarkən ictimai inkişafın konkret mərhələsinin, tarixi dövrün və
cəmiyyətin özünün inkişaf səviyyəsinin dövlətin
'общая теория права и государства.
Под. редакцией проф. Лазарева
В.В.
S.366.
234
Dövlət və hüquq nəzəriyyəsi
formasına təsirini xüsusi vurğulamalıyıq. Belə ki, həmin faktorlar daha
çox universal xarakterli olur və yaxud antroposferanın çox geniş bir
hissəsinə, yəni çoxlu dövlətə və sivilizasiyaya təsir edir. Məsələn,
orta əsrlər dövründə monarxiya idarəetmə formasının geniş yayılması
məhz bununla izah edilir. Avropada burjua inqilablarından sonra
İdarəetmə formasının dəyişməsi, Avropa ölkələrində və dünyanın
digər regionlarında respublika idarəetmə formasının geniş yayılması
da yeni tarixi dövrün və ictimai inkişafın tələblərindən irəli gələn bir
hadisə idi.
Əhalinin mili tərkibinin, milli azlıqların siyasi inkişaf səviyyəsinin
də dövlət formasına təsiri az deyil. Polietnik tərkibli dövlətlərin bir
çoxunda əhalini təşkil edən etnosların, xalqların milli məsələlərlə
bağlı tələbləri və maraqları olur, onlar müəyyən hüquqlar əldə etmək
iddiası ilə çıxış edirlər. Bu baxımdan federasiya ayrı-ayrı xalqların,
mllll azlıqların muxtariyyətə olan tələbatlarının ödənilməsi üçün ən
məqbul formadır. Ayrı-ayrı xalqlar bir dövlət daxilində yaşasalar da,
federativ dövlət quruluşu vasitəsi ilə bir çox məsələlərin həllində
müstəqil hüquqlar əldə edir, özünüidarəetmə imkanı qazanırlar.
Bütün bunlar isə, qeyd etdiyimiz kimi, əhalinin milli tərkibinin dövlət
formasına olan təsirini əks etdirir.
Dövlət formasına təsir göstərən amillər məsələsindən
danışarkən, dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda ölkənin
və dövlətin inkişaf tarixinin özünəməxsus cəhətlərinə, tarixi
ənənələrə, dövlət orqanları arasındakı mübarizəyə də xüsusi diqqət
verilir. Bununla bağlı, V.M.Sırıx bəzi ölkələrin timsalında konkret
misallar göstərir. O yazır ki, milli tərkib baxımından Almaniya unitar
dövlət ola bilərdi. Çünki bu dövlətin əhalisi faktiki olaraq bir millətdən
İbarətdir. Lakin buna baxmayaraq, Almaniyada federativ dövlət
mövcuddur ki, bu da tarixi ənənələrdən irəli gələn bir hadisədir.
Ayrı-ayrı torpaqları tarixən qazanılmış muxtariyyət hüququndan
məhrum etməmək üçün müasir Almaniya özünü federativ dövlət elan
etmişdir. V.Sırıx dövlət orqanları arasında baş verən mübarizənin
dövlət formasına təsirinə Fransanı misal göstərir və bildirir ki, unitar
quruluşa malik olan bir
235
ilqar Məmmədov
millətli dövlət kimi Fransada bir palatalı parlament yaradıla bilərdi.
Lakin hal-hazırda qüvvədə olan konstitusiya icra hakimiyyətinə geniş
səlahiyyətlər verərək onu parlamentin fəaliyyətinə təsir etmək
hüququ ilə təmin etmişdir. Həmin təsir üsullarından biri də
parlamentin ikinci palatası, yəni Senatdır. Fransada bu palatanın
yaradılması qanunverici və icra hakimiyyətləri arasında baş verən
mübarizənin nəticəsidir.
Göründüyü kimi, hər bir dövlətdə müəyyən bir dövlət formasının
təşəkkül tapması, inkişaf etməsi polifaktorlu (çoxfaktorlu) bir
hadisədir. Onların ayrı-ayrılıqda təhlil edilməsi, öyrənilməsi dövlət
formasına təsir edə bilən vacib faktorların müəyyənləşdirilməsi üçün
mühüm əhəmiyyət kəsb edir.
§ 2. İDARƏETMƏ FORMALARI
Dövlətin idarəetmə forması dövlət hakimiyyətinin təşkil olunma
qaydasını, dövlət hakimiyyətinin təşkilində iştirak edən institutları,
dövlət hakimiyyəti orqanlarının bir-birilə və əhali ilə əlaqəsini və
onların öz səlahiyyətlərini həyata keçirmə üsullarını ifadə edir. Dövlət
və hüquq nəzəriyyəsində idarəetmə forması ilə bağlı məhz bu cür
təsəvvür özünə geniş yer almışdır. Həmin təsəvvürə əsasən, dövlətin
idarəetmə forması deyərkən, dövlət hakimiyyəti orqanlarının təşkil
olunma qaydaları və strukturu, onların səlahiyyətləri və məsuliyyəti,
bir-birilə, həmçinin əhali ilə münasibətləri, bu orqanların təşkilində
əhalinin iştirak dərəcəsi nəzərdə tutulur. Nəzəriyyəçilərin ümumi
rəyinə görə, dövlətin idarəetmə forması aşağıdakı məsələlərlə
bağlıdır:
-
dövlət orqanlarının təşkil olunma qaydaları, onların strukturu;
-
ali dövlət orqanları ilə digər orqanlar arasındakı əlaqələr və bu
əlaqələri tənzimləyən prinsiplər;
-
dövlət hakimiyyətinin və dövlət orqanlarının səlahiyyətlərinin
məhdudlaşdırılma qaydaları;
236
Dostları ilə paylaş: |