Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə81/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   77   78   79   80   81   82   83   84   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

bilməsi  bir  çox  hallarda  hakimiyyətin  eybəcər  formaya  düşməsi, 

antidövlət  xarakterli  bir  hadisəyə  çevrilməsi  ilə  nəticələnir.  Bu  isə 

despotiyanın, yəni dövlət başçısının özbaşınalığı ilə müşayiət olunan 

bir hakimiyyətin yaranması deməkdir. Bu məsələyə qədim dövrlərdən 

xüsusi  diqqət  yetirilmişdir.  Məsələn,  Aristotel  monarxiyaların 

təsnifatını  apararkən  göstərmişdir  ki,  monarxiyanın  həddindən  artıq 

eybəcərləşərək bir şəxsin «özbaşınalığının hakimiyyətinə» çevrilməsi 

nəticəsində  onun  «qeyri-düzgün»  for-  maları-despotiya  və  tiraniya 

meydana gəlir. Yəni monarxiyanın «düzgün» forması «qeyri-düzgün» 

formalarla  əvəz  olunur,  mo-  narx  ümumi  maraqları  müdafiə  etmək 

əvəzinə  yalnız  öz  maraqlarından  çıxış  edərək  özbaşınalıq  edir,  öz 

istədiklərini istədiyi şəkildə həyata keçirməyə başlayır. 

Bəzən  qeyri-məhdud  monarxiya  ilə  mütləq  monarxiya 

eyniləşdirilir,  bəzi  müəlliflər  isə  mütləq  monarxiyaya  yalnız 

feodalizmin son dövrlərində Avropada formalaşan mərkəzləşdirilmiş 

dövlətlərin 

idarəetmə 

formasını 

aid 


edirlər. 

Belə 


bir 

qeyri-müəyyənliyin  aradan  götürülməsi  üçün  hesab  edirik  ki, 

qeyri-məhdud 

monarxiyalarla 

mütləq 

monarxiyalar 



eyniləşdirilməməli, mütləq monarxiya qeyri-məhdud monarxiyanın bir 

növü  və  ya  bir  forması  kimi  başa  düşülməlidir.  Qeyri-məhdud 

monarxiyanın  başqa  formalarına  isə  Qədim  Misiri,  Çin  dövlətini, 

Əhəmənilər,  Sasanilər  sülaləsinin  hakimiyyəti  altında  olan  İran 

şahlığını,  Assuriya  çarlığını.  Qədim  Romanın  imperatorluq  dövrünü. 

Monqol  imperatorluğunu  və  s.  misal  göstərə  bilərik.  Daha  ümumi 

bölgü  aparsaq,  qeyri-məhdud  monarxiyanın  əsas  formalarına 

teokratik 

monarxiyaları, 

despotiyaları, 

tiraniyaları, 

ənənəvi 


monarxiyaları aid etmək olar. 

Burada  biz  ənənəvi  monarxiyalar  deyərkən,  dayanıqlı  tarixi- 

siyasi ənənələrə, müqəddəs bilinən dini ehkamlara, adətlərə uyğun 

fəaliyyət  göstərən  hakimiyyəti  nəzərdə  tuturuq.  Bu  cür 

monarxiyalarda  hakimiyyət  ənənələrə  söykənir  və  həmin  ənənələr, 

dini normalar, bir sıra ictimai əhəmiyyətli dəyərlər, həmçinin müəyyən 

qruplar hakimiyyətə onu faktiki olaraq məhdulaşdır- maq baxımından 

müəyyən dərəcədə təsir göstərə bilir. Yəni 



243 


ilqar Məmmədov 

monarx  öz  hakimiyyətini  təkbaşına  həyata  keçirsə  də,  cəmiyyətdə 

kök  atmış  ənənələrlə,  dini  normalarla,  həmçinin  bir  sıra  qruplarla 

hesablaşmalı olur, monarxın özünün novatorluğuna yer qalmır. Buna 

misal göstərmək üçün. Çar Rusiyasının tarixinə müraciət edə bilərik. 

Romanovlar  sülaləsi  hakimiyyətə  gəldikdən  sonra  bu  sülalənin 

nümayəndələri hakimiyyəti həyata keçirərkən cəmiyyətdə və ictimai 

şüurda  kök  atmış  ənənələrlə,  normalarla,  həmçinin  boyarlarla 

hesablaşırdılar.  Bu,  o  dövrdə  Rusiyada  ənənəvi  monarxiyanın 

mövcud  olması  demək  idi.  I  Pyotrun  hakimiyyətə  gəldiyi  ərəfədə 

Rusiyada  baş  verən  proseslər  böhrana  səbəb  olmuş  və  I  Pyotr 

böhrandan  çıxmağa  və  öz  hakimiyyətini  möhkəmləndirməyə  cəhd 

edərkən boyarların, ənənələrin müqaviməti ilə qarşılaşmışdır. Lakin 

o,  iradə  göstərərək  bu  müqaviməti  qırmaqla  öz  hakimiyyətini 

gücləndirə  bilmişdir.  I  Pyotrun  hakimiyyətinin  güclənməsi  ənənəvi 

monarxiyanın  mütləq  monarxiya  ilə  əvəz  olunmasına  gətirib 

çıxarmışdır. Beləliklə, deyə bilərik ki, ənənəvi monarxiyalarda ictimai 

sabitliyi pozan, cəmiyyətin, dövlətin bütövlüyünü təhlükə altına alan 

hadisələr,  böhranlar  zamanı  hakimiyyət  güclü  şəxsiyyətin  əlinə 

keçdikdə despotiya- nın, tiraniyanın, mütləq monarxiyanın yaranması 

labüd olur. 

Qeyri-məhdud monarxiyalar üçün xarakterik olan əsas cəhətlər 

aşağıdakılardır: 

-

 



monarx, hakimiyyəti təkbaşına həyata keçirməklə qanunverici, 

icra və məhkəmə hakimiyyətini öz əlində cəmləşdirir; 

-

 

hüquqi  cəhətdən  monarxın  hakimiyyəti  məhdudlaşdırılmır. 



Əgər  hakimiyyət  müəyyən  dərəcədə  məhdudlaşdırılsa  da,  bu, 

ənənələrə əsaslanır və faktiki xarakter daşıyır; 

-

 

monarx öz əməllərinə və fəaliyyətinə görə hüquqi məsuliyyət 



daşımır, o, məsuliyyətdən kənar hesab edilir; 

-

 



dövlət aparatı monarxa xidmət edir; 

-

 



hakimiyyət tam şəkildə mərkəzləşdirilmiş vəziyyətdə olur; 

-

 



təbəələr hüquqsuz vəziyyətə salınır; 

-

 



hakimiyyət avtoritar rejim şəraitində həyata keçirilir. 

244 


Dövlət və hüquq nəzəriyyəsi 

Hüquq ədəbiyyatında monarxiyanın növləri sadalanarkən ayrıca 

olaraq  silki-nümayəndəli  monarxiyadan  da  bəhs  olunur.  Monarxiya 

idarəetmə 

formasının 

bu 


növü 

monarx 


hakimiyyətinin 

silki-nümayəndəli orqanlar tərəfindən məhdudlaşması ilə xarakterizə 

olunur.  Nəzəriyyəçilər  hesab  edirlər  ki,  məhdud  monarxiya  kimi 

xarakterizə  edilən  monarxiya  formaları  yeni  dövrün  hadisəsidir  və 

onlara dualist monarxiya və parlamentli monarxiya, yəni konstitusiyalı 

monarxiyalar  aiddir.  Belə  olan  halda  təbii  ki,  silki-nümayəndəli 

monarxiyanı  konstitusiyalı  monarxiyalar  sırasına  daxil  etmək  düz 

deyil. Lakin biz, onu qeyri-məhdud monarxiya kimi də xarakterizə edə 

bilmirik.  Odur  ki,  hesab  edirik  ki,  silki-nümayəndəli  monarxiya 

monarxiyanın  yarım-məhdud  monarxiya  növünə  aiddir.  Dövlət  və 

hüquq  nəzəriyyəsində  monarxiyaların  təsnifatı  aparılarkən,  əksər 

hallarda «yarım-məh- dud monarxiya» anlayışından istifadə olunmur. 

Lakin 

buna 


baxmayaraq, 

silki-nümayəndəli 

monarxiyanın 

qeyri-məhdud  monarxiyalar  sırasına  aid  olunmasını  düzgün  hesab 

etmədiyimizdən  onun  monarxiyanın  yarım-məhdud  monarxiya 

növünə aid edilməsini daha məqbul hesab edir və düşünürük ki, bu 

anlayışın istifadə olunmasında heç bir yanlışlıq yoxdur. 

İndi isə monarxiyanın ayrı-ayrı növlərini nəzərdən keçirək. 

Quldarlıq  monarxiyaları.  Quldarlıq  monarxiyalarına  ilk  növbədə 

Qədim  Şərq  monarxiyaları  və  Qədim  Roma  monarxiyası  aid  edilir. 

Nəzəriyyəçilərin  bir  qismi  «şərq  monarxiyaları»  anlayışı  əvəzinə 

«şərq despotiyası» istilahını işlətməyə üstünlük verir. Qədim Şərqdə 

mövcud olmuş monarxiyaların, demək olar ki, hamısını despotiya kimi 

xarakterizə  edirlər.  Elə  müəlliflər  var  ki,  bununla  razılaşmır, 

despotiyanın  tam  şəkildə  zora  əsaslanan  dövlət  forması  olduğunu 

bildirirlər.  Misal  üçün,  V.N.Xropanyuk  yazır  ki,  «Qədim  Şərq 

ölkələrində  (Misir,  Babil,  Assuriya,  Çin,  Hindistan  və  digərləri) 

mövcud  olmuş  idarəetmə  formasını  şərq  despotiyası  adlandırırlar. 

Despotiya deyərkən də,  despotun  hərbi-bürokratik aparatın gücünə 

söykənən qeyri-məhdud irsi hakimiyyəti nəzərdə tutulur. Ancaq buna 

baxmayaraq,  tarixi-  hüquqi  materiallar  göstərir  ki,  despotiya  Qədim 

Şərq ölkələrinin 

245 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə