Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə84/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   80   81   82   83   84   85   86   87   ...   205

ilqar Məmmədov 

tam  şəkildə  dövlət  aparatını  öz  nəzarəti  altında  saxlaması, 

qanunverici,  icra  və  məhkəmə  hakimiyyətini  öz  əlində  cəmləşdir- 

məsi onu səlahiyyətləri başqa heç bir şəxs və ya qurum tərəfindən 

məhdudlaşdırılmayan hökmdara çevirmişdir. 

Mütləq monarxiyanın yaranması nəticəsində yerlərdə feodalların 

hakimiyyətinə son qoyulmuş, dövlətin bütün ərazisi yalnız mərkəzdən 

idarə  olunmağa  başlamışdır.  Monarx  yerlərdə  hakimiyyəti  həyata 

keçirmək  üçün  vəzifəyə  özü  təyin  etdiyi  məmurlara  arxalanırdı. 

Beləliklə,  yerlərə  şaxələnmiş  bürokratik  aparat  feodalları 

hakimiyyətdən  kənarda  qoyur,  onların  fəaliyyətini  əhəmiyyətsiz 

edirdi. 


Mütləq monarxiya İngiltərədə XVI əsrin əvvəllərindən təxminən 

XVII  əsrin  ortalarına,  Fransada  XVI  əsrin  əvvəllərindən  XVIII  əsrin 

axırlarına, Almaniyada XVII əsrin əvvəllərindən XVIII əsrin sonlarına 

qədər mövcud olmuşdur. Rusiyada isə mütləq monarxiya I Pyotrun 

və II Yekaterinanın hakimiyyəti illərində formalaşmışdır. 

Mütləq  monarxiya  həmin  ölkələrin  inkişafında  mühüm  rol 

oynamışdır.  Belə  ki,  həmin  ölkələrdə  separatizm  hallarını,  feodal 

pərakəndəliyini  bütünlüklə  aradan  qaldırmış,  vahid  dövlət  ideyasını 

ictimai-siyasi şüurda hakim etmiş, milli dövlətçiliyin inkişafına pozitiv 

təsir  göstərmişdir.  Mütləq  monarxiya  mədəniyyətin,  elmin, 

incəsənətin inkişafında da ciddi rol oynamışdır. 

industrial cəmiyyətin təşəkkül tapması və inkişaf etməsi əvvəlki 

idarəetmə formasının yenisi ilə əvəz olunması, dövlət hakimiyyətinin 

həyata  keçirilməsində  daha  çox  insanın,  ilk  növbədə  də, 

güclənməkdə  olan  burjuaziyanın  iştirakının  təmin  edilməsi  tələbini 

doğurmuş və burjua inqilabları Avropada mütləq monarxiyalara son 

qoymuşdur.  Monarxiyanın  tam  olaraq  ləğv  olunmadığı  ölkələrdə 

məhdud  və  ya  konstitusiyalı  monarxiyalar-dualist  monarxiya  və 

parlamentli monarxiya idarəetmə formaları yaranmışdır. 

Yeni dövrün hadisəsi olan konstitusiyalı (məhdud) monarxiyaları 

monarxiyanın  başqa  formalarından  fərqləndirən  ən  əsas  cəhət 

monarxın hakimiyyətinin seçkili orqan olan parlament 



252 


Dövlət və hüquq nəzəriyyəsi 

tərəfindən  və  xüsusi  bir  hüquqi  akt,  yəni  konstitusiya  vasitəsi  ilə 

məhdudlaşdırılmasından ibarətdir. 

Dualist  monarxiya.  Belə  bir  idarəetmə  forması  konstitusiyalı 

(məhdud) monarxiyanın birinci forması hesab edilir. Çünki ilk olaraq 

konstitusiyalı  monarxiyanın  dualist  monarxiya  forması  daha  geniş 

yayılmış,  İngiltərə  istisna  olmaqla  digər  dövlətlərdə  qeyri-məhdud 

monarxiyanı  məhz  dualist  monarxiya  əvəz  etmişdir.  Parlamentli 

monarxiyalar  isə  sonradan  çoxalmışdır.  Bir  çox  müəlliflər  dualist 

monarxiyanı  mütləq  monarxiya  ilə  parlamentli  monarxiya  arasında 

olan  idarəetmə  forması  kimi  də  xarakterizə  edirlər.  Həmçinin  belə 

hesab  olunur  ki,  dualist  monarxiya  özünəməxsus  tərzdə  monarxla 

(ümumiyyətlə aristokratiya ilə) xalq arasında əldə olunan kompromisi 

ifadə  edir.''  Hesab  edirik  ki,  dualist  monarxiya  silki-nümayəndəli 

monarxiyadan,  ilk  növbədə,  bu  cəhətinə  görə  fərqlənir.  Belə  ki, 

dualist  monarxiya  monarxla  və  aristokratiya  ilə  xalq  arasındakı 

kompromisi  ifadə  edirsə,  silki-  nümayəndəli  monarxiya  monarxla 

aristokratiya  (zadəganlar,  ruhanilər,  varlı  şəhərlilər)  arasında  əldə 

olunan  kompromisin  nəticəsi  kimi  özünü  göstərir.  Odur  ki,  biz 

V.V.Lazarev  və  S.V.Lİpendən  fərqli  olaraq  silki-nümayəndəli 

monarxiyanı  məhdud  monarxiyalar  sırasına  daxil  olan  dualist 

monarxiyalara  aid  etmirik.  Hesab  edirik  ki,  silki-nümayəndəli 

monarxiya  dualist  monarxiya  kimi  deyil,  yarım-məhdud  monarxiya 

kimi xarakterizə olunmalıdır. 

Dualist  monarxiyalarda  ikili  hakimiyyət  mövcuddur.  Yəni 

hakimiyyət  hüquqi  cəhətdən  və  faktiki  olaraq  monarxla  parlament 

arasında  bölünür.  Bu  idarəetmə  formasında  təkhakimiyyətlikdən 

imtina edilərək müəyyən dərəcədə hakimiyyətlərin bölünməsi prinsipi 

tətbiq olunur. Qanunvericilik hakimiyyəti parlamentə, icra hakimiyyəti 

isə monarxa məxsus olur. Məhkəmə hakimiyyəti 

'Məsələn, b a x ;  

Лазарев B.B., Лнпенъ С.В. 

Теория государства и 

права.  М.,  2000,  s.  110.,  Конституционное  (государственное)  право 

зарубежных стран. Тома 1-2. Обгцая часть. М., 1996, s. 308. 

253 



ilqar Məmmədov 

monarxın  hakimiyyətindən  ayrılmır.  Lakin  dualist  monarxiyalarda 

məhkəmə hakimiyyətinin müəyyən dərəcədə müstəqil olması faktları 

da  olmuşdur.  Dualist  monarxiyalarda  parlament  xalq  tərəfindən 

seçilir,  hökumət  isə  monarx  tərəfindən  təşkil  olunur  və  onun 

qarşısında  hesabat  verir.  Parlament  dövlət  büdcəsini  qəbul  etmək 

məsələsində  də  monarxın  hakimiyyətini  məhdudlaşdırır.  Ancaq 

monarx  İstədiyi  vaxt  və  İstədiyi  qədər  parlamenti  buraxmaq 

hüququna  malikdir  və  onun  təşkil  etdiyi  hökumətlə  parlament 

arasında  konflikt  yarandığı  halda  o,  bundan  istifadə  edərək  öz 

tələblərinin həyata keçməsinə nail olmaq imkanı qazanır. 

Dualist monarxiyalarda monarxın üstünlüklərindən biri də onun 

mütləq veto hüququna malik olmasıdır. Yəni o, təsdiq etmirsə, heç bir 

halda parlamentin qəbul etdiyi qanun qüvvəyə minmir. Bundan əlavə, 

monarx  qanun  kimi  və  hətta  ondan  üstün  qüvvəsi  olan  fövqəladə 

aktlar qəbul etmək hüququna da malikdir. Dualist monarxiyaların bir 

çoxunda  parlamentin  buraxılmasından  sonra  bir  xeyli  müddət 

monarxın  təkbaşına  hakimiyyəti  həyata  keçirməsi  halları  da 

olmuşdur.  Bu  hadisələrin  özü  də  dualist  monarxiyalarda  monarxın 

güclü hakimiyyətə malik olmasına bir sübutdur. 

Parlamentli  monarxiya.  Parlamentll  monarxiya,  əsas  etibarilə, 

inkişaf  etmiş  dövlətlərdə  mövcuddur.  Bu  dövlətlərdə  ictimai 

quruluşun  dəyişməsi  nəticəsində  yeni  siyasi  münasibətlər  və 

siyasi-hüquqi  institutlar  yaransa  da,  monarxiya  tamamilə  ləğv 

edilməmiş  və  monarxiya  institutu  tarixən  formalaşmış  ənənələrin 

qırılmazlığı 

rəmzi 

kimi 


saxlanılaraq 

yeni 


münasibətlərə 

uyğunlaşdırılmışdır.  Böyük  Britaniya,  Kanada,  İsveç,  Yaponiya, 

İspaniya və s. həmin dövlətlər sırasına aiddir. 

Konstitusiyalı monarxiyanın bu formasında monarxın hakimiyyəti 

həm parlament, həm də həmin orqan tərəfindən formalaşan və onun 

qarşısında  hesabat  verən  hökumət  tərəfindən  məhdudlaşdırılır. 

Monarxın  hakimiyyəti  daha  çox  nominal  xarakter  daşıyır. 

Qanunvericiliyə, bəzi məsələlərdə isə tarixən formalaşmış ənənəyə 

əsasən, onun hakimiyyəti dövlət idarəçi 

254 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə