Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə92/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   88   89   90   91   92   93   94   95   ...   205

ilqar Məmmədov 

sipinə  əsaslanan,  həmçinin  federasiyanın  üstünlüyü  şərti  ilə  dövlət 

hakimiyyətinin  bütövlüyü  və  bu  hakimiyyətin  federasiya  ilə  onun 

subyektləri  arasında  şaquli  şəkildə  bölünməsi  prinsipinə  söykənən 

ittifaq dövlətidir. 

Federalizm  dövlət  hakimiyyətinin  mərkəzsizləşdirilməsinin  bir 

forması olmaqla federasiya ilə federasiya subyektlərinin hakimiyyət 

orqanları arasında səlahiyyətlərin, fəaliyyət və idarəetmə predmetinin 

bölünməsini,  yəni  polisentrik  hakimiyyəti  ehtiva  edir.  Buna 

hakimiyyətlərin  «şaquli  istiqamətdə»  bölünməsi  də  deyilir.  Belə  bir 

bölgü o zaman real olur ki, federasiya subyektləri demokratik şəraitdə 

təşkil  olunsun  və  onlara  verilən  formal-hüquqi  səlahiyyətlər  faktiki 

münasibətlərdə  də  reallaşsın  və  siyasi-inzibati  münasibətlər 

müstəvisində onun  hörmətlə  qarşılanan  ənənələri  formalaşsın.  Əks 

halda,  S.Y.Kaşkinin  yazdığı  kimi,  sovet  «federasiyası»na  bənzər 

yalançı  bir  federasiya  və  insanların  həyatına  daha  ağır  təsir  edən 

mərkəzsizləşdirilmiş «bürokratik diktatura» yaranır. 

Federasiya subyektləri müstəqil dövlətə aid bir sıra əlamətlərə 

malikdir. Bir çox halda subyektlərin öz konstitusiyası da olur (yalnız 

Hindistanda,  Nigeriya  və  bir  neçə  başqa  dövlətdə  istisnalar  var). 

Federasiya subyektlərinin konstitusiyası onların özü tərəfindən qəbul 

edilir. Hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq onların öz 

hakimiyyət  orqanları  fəaliyyət  göstərir,  parlamenti  seçilir,  icra 

hakimiyyəti orqanı təşkil olunur. Bəzi dövlətlərdə (məsələn, ABŞ-da, 

Kanadada) subyektlərin hətta öz məhkəmə sistemi də yaradılmışdır. 

Bütövlükdə,  federasiyanın  özündə  olduğu  kimi,  federasiya 

subyektlərinin  hər  birinin  özünün  hakimiyyət  orqanları  sitstemi 

mövcuddur və həmin orqanlar öz səlahiyyətləri çərçivəsində müstəqil 

fəaliyyət  göstərir.  Federasiya  subyektlərində  hakimiyyət  orqanları, 

əsasən,  federativ  hakimiyyət  orqanlarından  asılı  olmadan,  dövlətin 

ümumi idarəetmə forması qaydalarına uyğun təşkil olunur. Odur ki, 

əksər hallarda 



M n p K H H  

B.E. CoBpeMeHHoe 

rocyaapcxBO. 

S. 163.


 

276 


Dövlət və hüquq nəzəriyyəsi 

federasiya  subyektlərində  idarəetmə  forması  federasiyada  olduğu 

kimidir.  Yalnız  bəzi  ölkələrdə  müəyyən  istisnalar  var.  Məsələn, 

Kanada və Avstraliyada monarxiya idarəetmə forması mövcud olsa 

da,  onların subyektləri  respublika  idarəetmə  formasına  malikdir.  Bu 

ölkələrdə  monarx  simvolik  olaraq  dövlət  başçısıdır  və  real  olaraq 

fəaliyyət  göstərən  ali  hakimiyyət  orqanları  respublika  idarəetmə 

formasına uyğun təşkil olunur. Federasiya subyektlərinin hakimiyyət 

orqanları  subyektlərə  verilən  səlahiyyətlər  çərçivəsində  hakimiyyət 

funksiyalarını həyata keçirməklə federasiyanı belə bir «yükdən» azad 

edir.  Subyekt  bir  növ  dövlət  daxilində  dövlətdir.  Buna  görə  də, 

tədqiqatçılar  federativ  dövlətdə  hakimiyyətin  həm  də  «şaquli 

istiqamətdə»  bölünməsindən  bəhs  edirlər.  Dövlət  hakimiyyətinin 

göstərilən  tərzdə  təşkil  olunması  federal  orqanlarla  subyektlərin 

hakimiyyət  orqanları  arasında  fəaliyyət  və  idarəetmə  predmetinin 

bölünməsini,  ayrılmasını  və  onların  səlahiyyətlərinin  dəqiq 

müəyyənləşməsini tələb edir. 

Federasiyanın  və  onun  subyektlərinin  fəaliyyət  predmeti  elə 

bölünür  ki,  ümumdövlət  əhəmiyyətli,  vacib  məsələlər  üzrə 

qanunvericilik fəaliyyəti yalnız federasiya tərəfindən həyata keçirilir. 

İcra hakimiyyətinin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərin bir çoxu 

isə  federasiya  subyektlərinin  fəaliyyət  predmetinə  daxil  edilir. 

Federasiya  və  onun  subyektlərinin  fəaliyyət  və  idarəetmə 

predmetlərinin bölünməsi konstitusiya ilə müəyyənləşir. Tədqiqatçılar 

federasiyanın  və  onun  subyektlərinin  fəaliyyət  və  idarəetmə 

predmetlərinin  bölünməsi  ilə  əlaqədar  səlahiyyətlərini  dörd  növə 

ayırırlar: 

1)

 



federasiyanın müstəsna səlahiyyətləri; 

2)

 



federasiya subyektlərinin müstəsna səlahiyyətləri; 

3)

 



federasiyanın  və  subyektlərin  birgə  səlahiyyətləri  və  ya 

rəqabətdə olan səlahiyyətlər; 

4)

 

göstərilənlərin heç birinə aid olmayan qalıq səlahiyyətlər. 



Federasiyanın müstəsna səlahiyyətləri yalnız federal orqanların 

hakimiyyət  səlahiyyətlərinin  olmasını  ehtiva  edir.  Yəni  belə 

səlahiyyətlərə  uyğun  fəaliyyət  ancaq  federal  orqanlar  tərəfindən 

həyata keçirilir. 

277 



ilqar Mammadov 

Federasiya  subyektlərinin  müstəsna  səlahiyyətləri  yalnız 

subyektlərin  hakimiyyət  orqanlarının  və  yerli  özünüidarəetmə 

orqanlarının  müəyyən  fəaliyyətlə  məşğul  olması  və  müəyyən 

məsələlər  üzrə  hakimiyyət  səlahiyyətlərini  həyata  keçirməsində 

özünü göstərir. Bu səlahiyyətləri federal hakimiyyət orqanları həyata 

keçirə bilmir. Elə buna görə də, onlara müstəsna səlahiyyətlər deyilir. 

Federasiyanın və subyektlərin birgə səlahiyyətlərə malik olması 

federal  orqanlarla  subyektərin  hakimiyyət  orqanları  arasında 

səlahiyyətlərin  dəqiq  şəkildə  bölünməsi  deməkdir.  Məsələn, 

federasiya  tərəfindən  qanun  qəbul  edilir,  subyektlər  isə  onu  həyata 

keçirməlidirlər. 

Belə  bir  dəqiq  bölgü  olmadıqda  rəqabətdə  olan  səlahiyyətlər 

meydana  gəlir.  Bu,  o  deməkdir  ki,  federasiya  ilə  subyektlərin 

hakimiyyət  orqanları  arasında  dəqiq  şəkildə  bölünməyən 

səlahiyyətlərə aid istənilən məsələyə dair federal orqanlar tərəfindən 

qərar qəbul olunmayınca subyektlərin hakimiyyət orqanları öz qərarını 

vermək hüququna malikdir. Federal orqanlar həmin məsələlərə dair 

qərarlar  verdikdə  isə,  subyektlərin  hakimiyyət  orqanlarının 

müstəqilliyi itir. 

Qalıq 

səlahiyyətlərə 



isə 

konstitusiya 

vasitəsi 

ilə 


müəyyənləşməyən səlahiyyətlər aiddir. 

Hüquq  ədəbiyyatında  federativ  dövlətdə  özünə  yer  alan 

qanunvericiliyə aid səlahiyyətlərin də dörd növü fərqləndirilir.'' 

Həmin bölgüyə görə, müəyyən sahələr və fəaliyyət predmet- ləri 

üzrə  yalnız  federal  qanunların  və  onlara  əsaslanan  digər  federal 

normativ  hüquqi  aktların  qəbul  edilməsi  federasiyanın  müstəsna 

səlahiyyətini ifadə edir. 

Müəyyən məsələlər üzrə federal qanunlar olmadıqda federasiya 

subyektlərinin öz  qanunlarını  qəbul  edə  bilməsi  federasiya və  onun 

subyektlərinin  rəqabətdə  olan  səlahiyyətlərini  doğurur.  Rəqabətdə 

olan səlahiyyətlər sahəsində federal qanunve- 

' Проблемы общей теории права и государства. 



Под ред. Нерсесяпца 

В.С.

 S. 621-622. 

278 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə