Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə94/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   90   91   92   93   94   95   96   97   ...   205

ilqar Məmmədov 

Federasiyada  dövlət  aparatı  iki  səviyyədə  təşkil  olunur.  Yuxarı 

səviyyədə federal mərkəzin aparatı durur. Nisbətən tabeli səviyyədə 

isə  subyektlərin  öz  dövlət  aparatı  hakimiyyət  funksiyalarını  həyata 

keçirir.  Yəni  federal  səviyyədə  fəaliyyət  göstərən  hakimiyyət 

orqanlarının  bir  çoxu  subyektlər  səviyyəsində  də  təkrarlanır  və 

beləliklə, iki səviyyədə təşkil olunan aparat səlahiyyətlərin, idarəetmə 

predmetlərinin bölünməsi əsasında hakimiyyətin həyata keçirilməsini 

və  cəmiyyətin  idarə  olunmasını  təmin  edir.  Bu,  o  deməkdir  ki, 

federativ dövlətdə hakimiyyətin iyerarxiyası mövcuddur. Başda duran 

ali, suveren hakimiyyətdir. İkincisi isə tabelidir, məhduddur. Odur ki, 

daha  əhəmiyyətli,  daha  vacib  səlahiyyətlər  məhz  federal 

hakimiyyətə,  federal  hakimiyyəti  həyata  keçirən  orqanlara 

məxsusdur. 

Adətən, federasiyalarda parlament iki palatadan ibarət olur. Bu 

palatalardan  birində  (yuxarı  palatada)  böyüklüyündən  və 

kiçikliyindən,  həmçinin  əhalisinin  sayından  asılı  olmayaraq  dövlətin 

bütün  regional  vahidlərinin,  yəni  bütün  subyektlərin  maraqları 

bərabər  təmsil  olunur.  İkinci  palatada  (aşağı  palata)  isə  hər  bir 

subyekti təmsil edən deputatların sayı subyektin ərazisində yaşayan 

seçicilərin  sayından  asılı  olur.  Bu  ənənənin  əsası  ABŞ-  da 

qoyulmuşdur.  Parlamentin  belə  bir  quruluşa  malik  olmasının  bir 

səbəbi də həm federal maraqların, həm də federasiya subyektlərinin 

maraqlarının qanunverici orqanda nəzərə alınması ilə bağlıdır. 

Federasiya  subyektlərinə  qanunvericilik  aktları  və  digər  növ 

normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti verilir. 

Federativ  dövlətdə  vahidlik  prinsipi  əsasında  qurulan  hüquq 

sistemi  olsa  da,  federasiya  subyektlərinə  də  öz  hüquq  sistemini 

yaratmaq imkan verilir. Federasiya subyektlərinin öz hüquq sistemini 

yaratması  qanunların  subordinasiyası,  iyerarxiyası  prinsipinə 

əsaslanır.  Fləmin  prinsipə  görə,  subyektlərin  konstitusiyası  federal 

konstitusiyaya, qanunları isə federal qanunverici orqanın qəbul etdiyi 

qanunlara  uyğun  olmalıdır.  Bu,  yuxarıda  qeyd  etdiyimiz  vahidlik 

prinsipinin təmin olunmasına xidmət edir. 

Federativ  dövlətlərdə  ikili  vergi  sistemi  mövcuddur.  Vergilər 

federal vergilər və subyektlərin vergiləri şəklində yığılır. Buna 



282 


Dövlət və hüquq nəzəriyyəsi 

baxmayaraq, yığılan vergilər üzərində sərəncam mərkəzdən verilir və 

onların  bir  qismi  istifadə  edilməsi  üçün  büdcə  vasitəsilə  subyektlər 

arasında  paylanır.  Subyektlərin  özlərinin  digər  gəlirləri  çox  məhdud 

olduğundan  onlar  federal  dövlətdən  əlavə  təminatlar  (subsidiyalar, 

dotasiyalar)  alırlar.  Odur  ki,  federal  hakimiyyət  subyektlər  üzərində 

nəzarəti  həyata  keçirərkən  həm  də  bu  cür  maliyyə  asılılığından 

istifadə edir. 

Federativ 

dövlətlərin 

formal 

əlamətlərindən 



biri 

də 


federasiyaların  bir  çoxunda  ikili  vətəndaşlığın  olmasıdır.  İkili 

vətəndaşlıq  federasiya  ilə  bərabər  subyektlərin  öz  vətəndaşlığının 

olmasını ehtiva edir. Bu halda federasiya subyektlərinin vətəndaşları 

həm  də  federasiyanın  vətəndaşıdırlar,  yəni  federal  səviyyədə  onlar 

eyni vətəndaşlığa malikdirlər. 

Federativ  dövlətlərdə  beynəlxalq  əlaqələr,  digər  dövlətlərlə 

münasibətlər  yalnız  federasiyanın  hakimiyyət  orqanları  vasitəsilə 

həyata  keçirilir.  Lakin  bəzən,  xarici  işlər  nazirliyinin  icazəsi  ilə 

federasiya 

subyektlərinə 

digər 

dövlətlərin 



ərazisində 

öz 


nümayəndəliklərini  açmağa  icazə  verilir.  Onlar  siyasi  deyil,  yalnız 

iqtisadi və mədəni xarakterli vəzifələri yerinə yetirir. 

Sadalanan  əlamətlərdən  görünür  ki,  federalizmin  əsas 

xüsusiyyəti  mərkəzçilikdən  imtina  edilməsi,  federal  hakimiyyət  və 

subyektlər səviyyəsində müxtəlif dövlət orqanları arasında hakimiyyət 

səlahiyyətlərinin 

dispersiyasının 

(yayılması, 

bölünməsi) 

strukturlaşdırılmış  şəkildə  təşkili  ilə  bağlıdır.  Tədqiqatçılar  hesab 

edirlər ki, unitarizmlə müqayisədə federalizm daha demokratik dövlət 

quruluşu  formasıdır  və  məhz  buna  görə  də,  federasiyaların 

əksəriyyətində 

respublika 

idarəetmə 

forması 


mövcuddur. 

İ.N.Homerov  yazır:  «Federativ  dövlət  quruluşu  forması  dövlət 

quruluşunun  digər  formaları  ilə  müqayisədə  daha  demokratikdir, 

çünki  hakimiyyətin  yalnız  üfüqi  deyil,  həm  də  şaquli  istiqamətdə 

bölünməsinə səbəb olur».'' Bu halda vacib olan odur ki, hakimiyyət 

səlahiyyətlərinin dispersiyası formal-hüquqi təsbit olunma ilə yanaşı, 

həm də faktiki xarakter daşısın, yəni formal-deklorativ 

'Гомеров И.Н. 

Государство и государственная власть. S.756. 

283 



ilqar Məmmədov 

hadisə  deyil,  real  münasibətlərdə  konkretləşən  bir  hadisə  olsun, 

həmçinin insan və vətəndaş hüquq və azadlıqları təmin edilsin. Çünki 

hakimiyyət  səlahiyyətlərinin  dispersiyasını  təmin  edən  federaiizm 

yalnız real münasibətlərdə gerçəkləşməklə diktaturanın qarşısını aia 

bilər.  Tədqiqatçıların  fikrincə,  federativ  dövlət  quruluşu  formasının 

daha  demokratik  oiması  həm  də  əhaiinin  bütün  səviyyələrdə 

hakimiyyətin  təşkiiində  və  həyata  keçirilməsində  iştirakının  təmin 

edilməsi  iiə  bağlıdır.  Bu  baxımdan  Q.V.Atamançuk  yazır  ki, 

federaiizm  «xaiq  hakimiyyətinin  bütün  təşkilati  strukturlar  vasitəsiiə 

həyata keçirilməsini ehtiva edir».'' 

Federativ  dövlətin  yaranmasının  bir  neçə  üsuiu  var.  Belə  ki, 

federasiyalar  ya  ümumi  maraqlar  əsasında  müstəqil  dövlətlərin 

birləşməsi  nəticəsində,  ya  da  dövlət  daxilində  ərazi  vahidiərinin 

muxtariyyətinin  inkişaf  etməsi  yoiu  iiə  yaranır.  Sonuncu  halda 

federativ  dövlət  quruluşu  forması  hakimiyyətin  özü  tərəfindən 

konstitusiya qaydasında müəyyənləşdiriiir. Bəzən də elə olur ki, artıq 

mövcud oian federativ dövlət kənar bir ərazini dövlətçilik əlamətlərinə 

malik oian qurum kimi təşkilatlanmaq şərti ilə özünə birləşdirir və bu 

yoila  öz  ərazisini  genişləndirir.  Məsəiən,  13  müstəqii  ştatın  («ştat» 

ingiliscə «state» sözündəndir və dövlət deməkdir) arasında bağianan 

müqavilə nəticəsində yaranmış ABŞ-ın ştatlarının bir qismi bu döviət 

yarandıqdan xeyli sonra dövlətə birləşdirilən yeni ərazilərin hesabına 

təşkil olunmuşdur. 

Müstəqil dövlətlərin birləşməsi nəticəsində formalaşan federativ 

dövlətə  1964-cü  ildə  yaranmış  Tanzaniyanı  misal  göstərə  bilərik. 

Həmin  federasiya  Tanqanika  iiə  Zənzibarın  biriəşməsi  nəticəsində 

yaranmışdır. 

Dövlət  hakimiyyəti  aktları  ilə  formalaşan  federativ  dövlətiərə 

Hindistanı,  Pakistanı  misal  göstərmək  olar.  Həmin  döviətlərin 

federativ  dövlət  kimi  təşkil  olunması  dövlət  ərazisinin  tərkib 

hissələrinin  konstitusiyada  federasiya  subyektləri  kimi  təsbit 

edilməsinə  əsaslanır.  Yəni  bu  dövlətlərin  federativ  dövlət  quruluşu 

formasına malik oiması dövlətin öz ərazisinin tərkib hissələ- 

' Атаманчук Г.В. 

Теория государственного управления. M., 2004, s. 

218. 

284 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə