Dövlət və hüquq nəzəriyyəsi
bati muxtariyyətlərin nümayəndəli orqanları «yuxan dövlət
orqanlarının aktları yerli şəraitə uyğun gəlmədikdə onları dəyişdirə və
ya ləğv edə bilər (müvafiq mərkəzi orqanın icazəsi ilə), habelə,
qanunvericiliyə uyğun olaraq xarici iqtisadi əlaqələrdə iştirak edə
bilər, inzibati muxtariyyət rayonlarında məhkəmə icraatında yerli
dildən istifadə edilə bilər. Digər tərəfdən, əhalinin adətləri nəzərə
alınır, yerli dildə qəzetlər çap olunur, radio verilişləri yayımlanır. Bu
dildən məktəblərdə təhsil zamanı istifadə olunur. Bununla yanaşı,
dövlət aparatı yerli dili bilən şəxslərdən formalaşdırılır və idarəetmə
aparatı təşkil olunarkən yerli sakinlərə üstünlük verilir».''
Ümumiyyətlə, inzibati muxtariyyət siyasi muxtariyyətlə müqayisədə
az ölkədə mövcuddur. İnzibati muxtariyyəti olan ölkələrdən, ilk
növbədə, Çinin, Moldaviyanın, Nikaraquanın adını çəkə bilərik. Çin
həm də muxtar qurumların sayının çox olması ilə fərqlənir. Belə ki, bu
dövlətdə irili-xırdalı yüzdən artıq muxtar qurum mövcuddur.
Daha öncə qeyd etdiyimiz kimi, ərazi muxtariyyətindən fərqli
olaraq milli-mədəni muxtariyyət (buna elmi ədəbiyyatda bəzən
etno-mədəni muxtariyyət də deyilir) etnik və ya dini azlıqların ölkə
daxilində dağınıq vəziyyətdə yaşadıqları hallarda təşkil olunur.
Muxtariyyətin belə bir forması vasitəsi ilə milli və ya dini azlığa
ümumdövlət səviyyəsində öz nümayəndəli orqanını yaratmaq
təminatı verilir. Bu orqanlar, bəzi mərkəzi dövlət orqanları yanında
(əsasən parlament yanında) məşvərətçi qurum kimi təmsil olunur və
müvafiq azlığın maraqlarını müdafiə edir. Milli- mədəni muxtariyyətlər,
əsasən, mədəniyyət, dil, adət və məişət məsəiələri ilə məşğul olur.
Mərkəzi hakimiyyət həmin məsələ- iərlə məşğul olarkən müvafiq
azlığı təmsil edən nümayəndələrlə, yəni muxtariyyətin nümayəndəli
orqanının üzvləri ilə məsləhətləşir. Muxtariyyətin bu forması
Avstriyada, Macarıstanda, Skandinaviya ölkələrində və bir sıra başqa
döviətlərdə mövcuddur.
1
Çirkin V.Y.
Xarici ölkələrin konstitusiya hüququ. Bakı, 2000, s.
208
-
209
.
273
ilqar Məmmədov
Unitar dövlət dövlət quruluşunun ən mərkəzləşdirilmiş
formasıdır. Lakin bu cür mərkəzləşmənin özünün də dərəcələri var.
Bu baxımdan unitar dövlətlər, mərkəzi hakimiyyətin və yerli əhalinin
yerlərdə hakimiyyətin təşkilində iştirak etmə dərəcəsinə görə
mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və nisbi mərkəzləşdirilmiş
dövlətlərə bölünür.
Mərkəzləşdirilmiş unitar dövlətdə təyinetmə əsasında təşkil
olunan idarəetmə orqanlarının vertikal sistemi mövcuddur. Bu cür
dövlətlərdə
yerli
hakimiyyət
orqanları
ancaq
mərkəzdən
formalaşdırılır və hakimiyyətə aid funksiyaları ancaq yuxarıdan təyin
edilmiş administratorlar həyata keçirir. Mərkəzləşdirilmiş unitar
dövlətlərdə, ümumiyyətlə, muxtariyyət olmur. Müasir dövrdə belə bir
dövlət quruluşu forması avtoritar rejimli (hərbi rejimli) dövlətlərdə
mümkündür. Çünki yerlərdə əhalinin özünüidarəetmə işindən
tamamilə məhrum olması dövlətçiliklə bağlı müasir tələblərə uyğun
deyil.
Nisbi
mərkəzləşdirilmiş
unitar
dövlətdə
inzibati-ərazi
bölgüsünün yuxarı pillələrində həm mərkəzin yerlərə təyin etdiyi
ümumi səlahiyyətli məmur, həm də yerli əhali tərəfindən seçilən
özünüidarəetmə orqanı müvafiq ərazi vahidinin idarə olunmasında
iştirak edir. Məsələn, belə bir dövlət quruluşuna malik olan Fransada
şəhərlərin, icmaların özünüidarəetmə orqanı təşkil olunur və bu
orqan idarəetmə işini həyata keçirməyə səlahiyyətli olan şəhər merini
seçir. Bəzi ölkələrdə isə mer bilavasitə yerli əhali tərəfindən seçilir.
Mərkəzləşdirilməmiş unitar dövlətdə isə ərazi vahidlərində
(muxtar qurumlarda və inzibati-ərazi vahidlərində) yalnız yerli əhali
tərəfindən seçilən orqanlar (məsələn. Böyük Britaniyada,
Yaponiyada ərazi vahidlərinin idarə olunmasında bu qaydadan
istifadə edilir) fəaliyyət göstərir. Lakin yerlərdə idarəetmənin
göstərilən qaydada təşkil olunması yerli özünüidarəetmə orqanları
üzərində
mərkəzin
nəzarətinin
olmaması
demək
deyil.
Mərkəzləşdirilməmiş unitar dövlətdə yerli özünüidarəetmə orqanları
üzərində nəzarəti müxtəlif mərkəzi orqanlar həyata keçirir. Bu cür
unitar dövlətdə mərkəzi hakimiyyətlə ərazi vahidlərinin səla
274
Dövlət və hüquq nəzəriyyəsi
hiyyət bölgüsü konstitusiya ilə müəyyənləşir. Dövlət ərazisində
hakimiyyətin bu qaydada təşkil olunmasına əsasən müəlliflərin bir
çoxu belə hesab edir ki, mərkəzləşdirilməmiş unitar dövlət bir sıra
cəhətlərinə görə federativ dövlətə oxşayır.
Mərkəzləşdirilməmiş unitar dövlətlərin bəzilərində (İtaliya,
İspaniya, Şri-lanka, Cənubi Afrika Respublikası) dövlətin bütün
ərazisi muxtar qurumlara bölünür. İtaliyanın ərazisi 20, İspaniyanın
ərazisi 17, Şri-lankanın ərazisi 10, Cənubi Afrika Respublikasının
ərazisi isə 9 muxtar quruma bölünmüşdür. Həmin muxtar qurumlar
etnik, coğrafi, məişət və s. amillər əsasında ərazi muxtariyyəti,
milli-ərazi muxtariyyəti, milli-mədəni muxtariyyət, siyasi və yaxud
inzibati muxtariyyət formalarında olan qurumlardır. Belə dövlətlər
mürəkkəb unitar dövlət olsalar da, hüquq ədəbiyyatında onlar,
göstərilən xüsusiyyətə görə digər mürəkkəb unitar dövlətlərdən
fərqləndirilir. Dövlətin bütün ərazisinin muxtar qurumlara bölünməsi
ilə əlaqədar olaraq elmi ədəbiyyatda regional dövlət konsepsiyası
formalaşmışdır. Bu konsepsiyanın tərəfdarları həmin dövlətlərdə yeni
bir dövlət formasının - regional dövlətin meydana gəldiyini bildirirlər.
Onların fikrincə, regional dövlət unitar dövlətdən federasiyaya keçid
formasıdır.
Federativ dövlət (federasiya). «Federasiya» anlayışı latınca
«foedus» sözündən alınmadır. Bu söz ittifaq, birlik mənasını verir.
Müasir federativ dövlət ittifaq dövlətidir. Dövlətin ittifaq dövləti olması
bütün federasiyaları xarakterizə edən başlıca cəhətdir. V.V.Lazarev
və S.V.Lipen göstərilən bu xüsusiyyətə əsasən yazırlar ki, federasiya
«tərkib hissələri dövlətçilik əlamətlərinə malik olan mürəkkəb ittifaq
dövlətidir».'' Başqa bir tərifdə deyilir ki, federativ dövlət, dövlətçilik
əlamətlərinə malik olan bir neçə muxtar (müstəqil) qurumun ittifaq
dövlətidir.2 Başqa bir tərifə görə, federativ dövlət dövlətlərdən və ya
dövlətçilik əlamətlərinə malik qurumlardan ibarət olan və onların
razılığı prin-
' Лазарев В.В., Липеиъ С.В.
Теория государства и права.
8
.
120
.
Гомеров И.Н.
Государство и государственная власть. 8. 753.
275
Dostları ilə paylaş: |