Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə99/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   95   96   97   98   99   100   101   102   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

azlıqlara  və  bütövlükdə  cəmiyyətə,  həmçinin  müxalif  qüvvələrə 

münasibəti  xüsusi  nəzərə  alınır.  Lakin  metodların  bu  şəkildə 

təsnifləşdirilməsi  həddindən  artıq  ümumi  xarakter  daşıyır  və 

mürəkkəb  hadisələri  hərtərəfli  təhlil  etməyə  imkan  vermir.  Belə  ki, 

növündən, formasından asılı olmayaraq hər bir siyasi rejim, bu və ya 

digər dərəcədə, həm güzəşt metodlarından, həm də güc tət- biqedici 

və  yaxud  zorakı  metodlardan  istifadə  edir.  Hakimiyyətin  müxalif 

qüvvələrə  qarşı  münasibəti  də  daha  mürəkkəb  xarakterlidir  və  bu 

münasibətlər göstərilən həmin sxem üzrə, sadə bir şəkildə qurulmur. 

Odur  ki,  tədqiqatçılar  dövlət  hakimiyyətinin  həyata  keçirilməsi 

metodlarını  tələbedici,  qadağanedici,  güctətbiq-  edici,  dəstəkverici, 

stimullaşdırıcı  metodlara,  güzəşt  metodlarına  (liberal  metodlara), 

neytral metodlara və s. metodlara bölərək daha geniş təsnifləşdirmə 

aparırlar.  Həmçinin  müxtəlif  xarakterli  metodların  hər  bir  dövlətdə 

necə  və  hansı  nisbətdə  istifadə  olunması  da  nəzərə  alınır. 

Tədqiqatçıların  fikrincə,  siyasi  rejimin  xarakterini,  formasını 

müəyyənləşdirmək üçün onlardan hansının tətbiq edilib-edilmədiyini 

deyil, əsas dominantanı, yəni həmin metodların tətbiqində hansılarına 

üstünlük verildiyini, həmçinin bu və ya digər metodun tətbiq edildiyi 

sahəni və dairəni öyrənmək vacibdir. 

Siyasi  rejimlərin  təsnifatı  çoxdur.  Bunun  əsas  səbəbi 

təsnifləşdirmə  kriteriyalarının  müxtəlifliyidir.  Xalqın  öz  suverenliyini 

həyata  keçirməsi  üsulları,  dövlət  orqanlarının  təşkili  və  fəaliyyət 

qaydası,  siyasi  davranış  qaydaları,  ölkənin  sosial-iqtisadi  inkişaf 

səviyyəsi, dövlət hakimiyyətinin mərkəzləşdirilmə dərəcəsi və ölkənin 

siyasi  həyatında  müxalifətin  rolu,  partiyaların  sayı  və  hakimiyyətlə 

əlaqədar  onlar  arasında  yaranan  münasibətlər  və  s.  hallar  qərb 

hüquq  elmində  siyasi  rejimlərin  təsnifləşdirilməsin-  də  əsas 

kriteriyalar kimi götürülür. Bu cür müxtəlifliyin olmasına baxmayaraq, 

əksər  qərb  hüquqşünasları  çoxpartiyalılıq,  leqal  müxalifət  və 

hakimiyyətlərin  bölünməsi  kriteriyalarını  əsas  götürürlər.  Dövlət 

mexanizmi və siyasi sistem həmin kriteriyalara uyğun olduqda siyasi 

rejim demokratik rejim kimi xarakterizə edilir. Bu kriteriyalara cavab 

verməyən siyasi rejimlər isə 

297 



ilqar Məmmədov 

avtoritar rejim (müxtəlif variantlarda) hesab olunur. Qərb alimlərinin 

başqa təsnifatları da var. Məsələn, M.Dyuverje siyasi rejimin liberal 

və avtoritar, demokratik, avtokratik, qarışıq, mono- kratik növlərini, o 

cümlədən,  direktoriya  rejimini  fərqləndirir.  Digər  təsnifatlarda  isə 

praqmatik-plyuralist,  merkantilist,  sekulyar-  liberal,  teokratik,  hərbi, 

konstitusion-avtoritar, liberal-konfessio- nal və s. rejimlərdən də bəhs 

olunur.'* 

Siyasi  rejimlərin  rusiyalı  tədqiqatçılar  tərəfindən  də  müxtəlif 

təsnifatları  yaradılmışdır.  Onlardan  biri  də  V.Y.Çirkinin  təsnifləş- 

dirməsidir.  V.Çirkin  müasir  dövrdə  mövcud  olan  rejimləri 

təsnifləşdirərək aşağıdakı növlərə bölür: 

1.

 

Yarımfeodal-teokratik  rejimlər  (Səudiyyə  Ərəbistanı,  iran, 



Butan və s.). 

2.

 



Müxtəlif sosial yönümlü ölkələrdə mümkün ola bilən tota-- litar 

rejimlər. 

3.

 

Müxtəlif  sosial  yönümlü  ölkələrdə  mövcud  olan  avtoritar 



rejimlər (Pinoçetti dövrünün Çilisi, Suriya, Marokko və s.). 

4.

 



Keçid  dövrünü  yaşayan  cəmiyyətlərdə  mövcud  olan  yarım- 

demokratik (yarımliberal) rejimlər (Türkiyə, Şri-lanka, Qvineya- Bisau, 

Nikaraqua, Papua-Yeni Qvineya, bir çox postsosialist dövlətlər və s.). 

5.

 



Sosial yönümlü azad bazar iqtisadiyyatına malik olan ölkələrin 

demokratik rejimləri (Böyük Britaniya, Yaponiya, Avstraliya və s.).2 

V.Çirkin həmin formaların hər birinin özünün də müxtəlif növlərə 

ayrılmasını mümkün hesab edir. 

Siyasi  rejimləri  təsnifləşdirərkən  mürəkkəblik  və  dolaşıqlıq 

yaranmasın deyə, dövlət və hüquq nəzəriyyəsinə aid dərsliklərdə və 

dərs  vəsaitlərində  ən  ümumi  təsnifata  üstünlük  verilir.  Beləliklə, 

nəzəriyyəçilər siyasi rejimin üç əsas növünü: de 

* Кудрявцев Ю.А. 

Политические режимы: критерии классификации 

и  основные  виды.  Правоведение.  Издательство  С.Петербургского 

Университета. № 1, 2002, з. 197-199. 

2 В.Е.Чиркин. Современное государство. 8. 191. 

298 



Dövlət və hüquq nəzəriyyəsi 

mokratik,  totalitar  və  avtoritar  siyasi  rejimləri  fərqləndirirlər.  Bəzi 

müəlliflər isə siyasi rejimləri iki növə: demokratik və qeyri-demokratik 

rejimlərə  bölür.  Daha  müfəssəl  təsnifat  göstərilən  ümumi 

təsnifləşdirmələr  əsasında  aparılır.  Yəni  həmin  siyasi  rejim 

formalarının  hər  biri,  öz  növbəsində,  cəmiyyətin  inkişaf 

səviyyəsindən, dövlət və hüququn mahiyyətindən və məzmunundan 

irəli gələn xüsusiyyətlərdən, tarixi, milli ənənələrdən, həmçinin bir sıra 

digər  amillərdən  asılı  olaraq  müxtəlif  növlərə  bölünür.  Misal  üçün, 

antidemokratik rejimlərin teokratik, ideokratik rejimlər, Qədim Şərqin 

despotik rejimləri, feodalizm dövrünün polis rejimləri, müasir dövrün 

totalitar və avtoritar rejimləri kimi növləri fərqləndirilir. 

Müasir  dövrün  demokratik  rejimləri  xalqın  suverenliyi, 

hakimiyyətin  təşkilində  və  həyata  keçirilməsində  xalqın  iştirakı, 

hakimiyyətlərin  bölünməsi,  qanunun  aliliyi,  insanların  azadlığı  və 

bərabərliyi  prinsiplərinə  əsaslanan  siyasi  rejim  kimi  xarakterizə 

olunur.  Siyasi  rejimin  bu  forması  antik  dövrün  demokratik 

rejimlərindən onunla fərqlənir ki, həmin dövlətlərdə əhalinin yetkinlik 

yaşına  çatmış  bütün  üzvləri  ölkənin  siyasi  həyatında  iştirak  etmək 

hüququna  malik  deyildilər.  Digər  tərəfdən,  bütün  insanlar  arasında 

bərabərlik  qeyri-mümkün  idi.  Barbarlar  təbiətcə  kölə  hesab 

olunurdular.  Antik  dövrün  demokratiyası  «məhdud  demokratiya» 

olmaqla  insanların  bərabərsizliyi  ideyasına  əsaslanmış,  quldarlıq 

münasibətlərini  legitimləşdirən  və  leqallaşdıran  bir  rejim  olmuşdur. 

Müasir  demokratik  rejimlərdə  bu  hallar  qəbul  edilməzdir  və 

demokratikliyə  ziddir.  Belə  ki,  müasir  görüşlərə  və  ənənələrə  görə, 

demokratiya bütün insanların cinsindən, irqindən, miliiyyətindən, dini 

mənsubiyyətindən, 

sosial 

mənşəyindən 



asılı 

olmayaraq 

bərabərliyinin  təmin  edilməsini,  bütün  insanların  azadlığını  və 

vətəndaşlıq hüququna malik olmasını ehtiva edir. 

Biz,  müasir  demokratik  rejimi  ictimai-tarixi  hadisə  olan  müasir 

demokratiyanın  bir  təzahürü  kimi  başa  düşürük.  Bu  rejim 

siyasi-hüquqi  hadisə  olmaqla  bərabər,  həm  də  ictimai  hadisədir, 

cəmiyyətin demokratik və liberal dəyərlər, prinsiplər əsasında 



299 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə