ilqar Məmmədov
dövlət və hüquq nəzəriyyəsində özünə yer almış ənənəvi
yanaşmadan irəli gəlir. Digər təriflər isə bu və ya digər dərəcədə
onunla bağlı olan təriflərdir. M.N.Marçenko yazır ki, ənənəvi
yanaşmadan çıxış edən tədqiqatçılar dövlət rejimini dövlət
hakimiyyətinin həyata keçirilməsinin üsul və vasitələrinin sistemi ilə
eyniləşdirməklə onu iqtisadi və sosial siyasi mühitdə baş verən
mühüm dəyişikliklərə və proseslərə incə şəkildə reaksiya verən
dövlət formasının ən dinamik hissəsi kimi izah edirlər.'’ M.N.Mar-
çenkonun və digər tədqiqatçıların siyasi rejimin (dövlət rejiminin)
ifadə etdiyi dinamizmə xüsusi diqqət yetirmələri təsadüfi deyil. Belə
ki, siyasi rejim (dövlət rejimi) hüquqi münasibətlərlə yanaşı, həm də
ictimai-siyasi, sosial-iqtisadi münasibətlərlə ifadə olunur, bütün bu
sahələrdə baş verən vacib proseslərlə, hadisələrlə bağlı olur, onların
xarakterini, istiqamətini müəyyənləşdirir, həmçinin özü də onlardan
təsirlənir. Bu, o deməkdir ki, siyasi rejimin həmin proseslərlə,
hadisələrlə «canlı əlaqəsi» var. Odur ki, hakimiyyətlə əhali arasındakı
münasibətlərin necə qurulması, həmin münasibətlərin xarakteri,
hakimiyyətin həyata keçirilməsi zamanı fərdlərin, qrupların, siyasi
qüvvələrin maraqlarının, həmçinin ictimaiyyətin özündən irəli gələn
ümumi maraqların hansı dərəcə və nisbətdə nəzərə alınması, siyasi
qüvvələr arasındakı əlaqələrin xarakteri və diapazonu, dövlət
orqanlarının idarəetmə işində faktiki rolu insan hüquqlarının həyata
keçirilmə və təmin olunma səviyyəsi və s. bu kimi hadisələr dövlətin
digər formalarından çox, siyasi rejimlə müəyyənləşir.
Siyasi rejim sadəcə olaraq hüquqi aktların qəbul edilməsi yolu ilə
formalaşmır. Yəni onun formalaşması üçün hüquqi aktların olması
kifayət deyil. Siyasi rejimin formalaşma mənbəyi birbaşa cəmiyyətin
özünün inkişaf xüsusiyyətlərindən, siyasi, sosial-iqtisadi, sivilizasion,
etno-mədəni, geosiyasi faktorlardan irəli gəlir. Bu məsələdə siyasi
elitaların rolu az deyil. Bəzən ayrı- ayrı siyasi xadimlərin fəaliyyəti də
siyasi rejimin xarakterinə ciddi
'Марченко M.H.
Проблемы теории государства и права. S.208.
294
Dövlət və hüquq nəzəriyyəsi
təsir göstərir. V.Y.Çirkin yazır ki, siyasi rejimin (dövlət rejiminin)
xarakterinə ölkədə mövcud olan partiya sistemi, dövlət orqanlarının
qarşılıqlı münasibətləri, siyasi partiyaların, ictimai birliklərin və dövlət
orqanlarının əhali ilə birbaşa və əks əlaqələri, cəmiyyətdə mövcud
olan hakim ideologiya, siyasi mədəniyyətin səviyyəsi, ənənələr və
bəzən dövlət başçısının şəxsiyyəti də daxil olmaqla, bir çox başqa
hallar öz təsirini göstərir. Lakin başlıca amil dövlət hakimiyyətinin
xarakteridir. Belə ki, xalqın iradəsinə söykənən demokratik
hakimiyyət demokratik rejimi doğurur. Hakimiyyət yalnız müəyyən bir
sinfin və ya sosial təbəqənin mənafeyini, klanın, partiya-dövlət
nomenklaturasının, milli və ya etnik qrupun və s. maraqlarını müdafiə
etdikdə isə diktatura, bu və ya digər formada avtoritar rejim meydana
gəlir.''
Hər bir rejimin xarakterinə insan və vətəndaş hüquq və
azadlıqlarının təmin olunma səviyyəsi, cəmiyyətin həyatında hüququn
faktiki rolu, dövlətin daxili siyasətində polisin, ordunun, digər güc
strukturlarının yeri, insanların ictimai-siyasi həyatda və dövlətin idarə
olunmasında iştirak dərəcəsi və belə iştirakın həyata keçirilmə
qaydaları və üsulları, cəmiyyətdə baş verən siyasi və ictimai
konfliktlərin həll edilmə qaydaları çox ciddi təsir göstərir. Dövlət rejimi
birdən yaranmır, tarixən formalaşan obyektiv faktorların və müəyyən
subyektiv faktorların, həmçinin cəmiyyətin, xalqın özünəməxsus
cəhətlərinin təsiri ilə təşəkkül tapır və konkret bir formada təzahür
olunur. Siyasi rejimin konkret formada təzahürünə təsir edən obyektiv
faktorlar həm endo- gen (müvafiq cəmiyyətdə baş verən
hadisələrdən, proseslərdən irəli gələn amillər), həm də ekzogen
(konkret bir dövlətdən, cəmiyyətdən kənarda-bütün dünyada və ya bir
çox dövlətləri əha- tələyən dünyanın hər hansısa bir regionunda baş
verən hadisələrdən, proseslərdən doğan amillər) xarakterli olur və
onlar bir- birini tamamlayır. Hər hansısa cəmiyyətin və mədəniyyətin
inkişaf səviyyəsinin yüksək, dövlətin isə qüdrətli olması, tarixən
Çirkin V.Y. Xarici ölkələrin konstitusiya hüququ. S.
232,
295
ilqar Məmmədov
uzun müddət güclü olaraq qalması, siyasi ənənələrini qoruyub
saxlaması və onları inkişaf etdirə bilməsi, bu və ya digər formada
ekumenik iddialarla digər cəmiyyətlərə, dövlətlərə təsir göstərməsi
siyasi rejimə təsir edən faktorların daha çox endogen xarakterli
olmasına səbəb olur. Dövlətin zəif olması, cəmiyyətin və
mədəniyyətin inkişaf baxımından geri qalması, iri dövlətlərin qüdrəti
qarşısında aciz olması isə ekzogen xarakterli amillərin siyasi rejimə
təsir göstərə bilməsinə geniş imkan yaradır. Ekzogen və endogen
xarakterli amillər arasında əlaqə dövlətlərin bir- birinə göstərdiyi
təsirdən irəli gəlməklə müəyyən hallarda dövlətçiliyin inkişafına
səbəb olur.
Dövlət hakimiyyətinin həyata keçirilməsinin üsul və metodları
siyasi rejimin xarakterilə müəyyənləşir. Ümumiyyətlə, dövlət
hakimiyyətinin həyata keçirilməsi metodları həddindən artıq çoxdur.
Tədqiqatçıların fikrincə, onlara siyasi partiyaların fəaliyyətinə icazə
verilib-verilməməsi, ictimai təhlükəli hesab olunan əməllərin
kriminallaşdırılması və onların qarşısının alınması tədbirlərinin həyata
keçirilməsi, bu əməllərə görə cinayət təqibinin həyata keçirilməsi və
təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması,
müxalifətin leqallaşdırılması və ya onun təqib edilməsi, mütəmadi
şəkildə hakimiyyət üçün təhlükəli hesab edilən siyasi təşkilatların
keçirdiyi kütləvi tədbirlərin polis və ordu vasitəsilə qarşısının alınması,
rəsmi ideologiyanın tərəfdarları olmayanlara qarşı repressiv təqiblərin
həyata keçirilməsi, siyasi baxımdan təhlükəli hesab olunan şəxslərin
bu və ya digər üsullarla fiziki cəhətdən məhv edilməsi, iş saatı
müddətinin
və
minimum
əmək
haqqı
səviyyəsinin
müəyyənləşdirilməsi, qanunvericilik vasitəsilə istənilən zorakılığın
legitimləşdirilməsi və yaxud insan hüquq və azadlıqları vasitəsilə
dövlət iradəsinin məhdudlaşdırılması və digər siyasi, iqtisadi, inzibati,
ideoloji metodlar aid edilir. Tədqiqatçılardan çoxu həmin metodların
xarakterini, tətbiq olunma üsulunu əsas götürərək ümumilikdə onları
iki qismə: liberal metodlara (güzəşt metodlarına) və zorakı metodlara
ayırır. Metodların xarakterinin müəyyənləşdirilməsi üçün hakimiyyətin
insan şəxsiyyətinə, fərdə, sosial qruplara, milli
296
Dostları ilə paylaş: |