ilqar Mammadov
və hadisəyə daha geniş, daha əhatəli şəkildə yanaşırlar. Məsələn,
rusiyalı nəzəriyyəçilərin akademik kurs kimi işləyib hazırladıqları üç
cildlik «Ümumi dövlət və hüquq nəzəriyyəsi» adlı dərslikdə dövlətin
funksiyalarının ən əsas əlamətləri belə sadalanır:
«1. Dövlətin funksiyaları bilavasitə onun sinfi və ümumbəşəri
mahiyyətini ifadə edir və predmetcə konkretləşdirir. Həmin
funksiyaların məzmununda cəmiyyət üzvlərinin sinfi, qrup
(korporativ), milli və xüsusi maraqları əks olunur.
2.
Dövlətin funksiyaları vasitəsilə üstqurumun ən əsas hissəsi
olan dövlətin öz bazisinə münasibətdə aktiv xidməti rolu açıqlanır,
ölkə daxilində və beynəlxalq aləmdə çoxsahəli praktiki fəaliyyəti
reallaşır.
3.
Dövlətin funksiyaları onun tarixi vəzifələrinə və məqsədlərinə
müvafiq olaraq yaranır və inkişaf edir. Dövlət öz sosial təyinatını
dövlətin ən dayanıqlı fəaliyyət istiqamətlərini əks etdirən və həmin
təyinata uyğun gələn funksiyaların həyata keçirilməsi yolu ilə
reallaşdırır.
4.
Müxtəlif tarixi tiplərə aid olan dövlətlərin funksiyalarında
həmin tiplərin özünəməxsus cəhətləri və onların inkişaf
qanunauyğunluqları, cəmiyyətin həyatında baş verən sosial-iqtisadi,
siyasi və ruhi-mənəvi dəyişikliklərin dinamikası ifadə olunur və
obyektivləşir».''
Yanaşma müxtəlifliyinin olmasına baxmayaraq, bütün
tədqiqatçılar onunla razıdırlar ki, dövlət və cəmiyyət münasibətlərinin
qanunauyğunluqlarından irəli gələn funksiyalar dövlətin zəruri
fəaliyyət istiqamətləri kimi təzahür olunur. Onlar cəmiyyətin, dövlətin
qorunub saxlanması, müəyyən bir istiqamətdə inkişaf etməsi ilə bağlı
tələbatların, maraqların ödənilməsinə xidmət etməklə həm də
dövlətin fəaliyyətini, dövlət hakimiyyətinin xarakterini müəyyən edir.
Dövlət, cəmiyyətidə belə bir instituta tələbatın olması
səbəbindən yaranmış və indiyə kimi də əvvəldən mövcud olan məq-
*
* Общая теория государства и права. Академический курс в 3- X
томах. Том I. 5. 336.
318
Dövlət və hüquq nəzəriyyəsi
sədlərə, yəni «ümumi işlərin» həyata keçirilməsinə və sosial yöndən
asimmetrik olan cəmiyyətdə münasibətlərin nizamlanmasına,
tənzimlənməsinə xidmət edir. Cəmiyyət inkişaf etdikcə vəzifələr də
dəyişir və bu da funksiyaların dəyişilməsinə, yenilərin meydana
gəlməsinə səbəb olur. «Odur ki, dövlətin funksiyaları bir tərəfdən hər
bir cəmiyyət üçün zəruri olan bir institut kimi onun təbiətini, digər
tərəfdən isə cəmiyyətin asimmetriyasını, həmçinin də dövlət
hakimiyyətinin və dövlət iradəsinin təbiətindəki müxtəlifliyi əks etdirir.
Misal üçün, quldarlıq cəmiyyəti ilə müqayisədə müasir demokratik
dövlətin funksiyaları, demək, həm də dövlət idarəetmə üsulları
tamamilə fərqlidir. İstismarçıların müqavimətinin qırılması funksiyası
isə yalnız proletariatın diktaturası kimi təqdim olunan totalitar dövlətə
xasdır. Dövlətin funksiyaları həm də cəmiyyətin inkişaf
mərhələsindən asılıdır. XIX əsrin liberal kapitalizm şəraitində dövlətin
iqtisadi funksiyası sosial yönümlü bazar iqtisadiyyatına malik olan
müasir kapitalist dövlətinin iqtisadi funksiyası ilə eyni deyil».''
Dövlətin funksiyaları onun tarixi inkişafı prosesində dəyişir. Bu
dəyişikliklərə ictimai quruluşun dəyişilməsi, ictimai münasibətlərin
keyfiyyətcə yeni xarakter qazanması və s. ictimai, mədəni amillər
yaxından təsir göstərir. Hər bir tarixi dövrdə formalaşan iqtisadi,
sosial-sinfi struktur, ictimai siyasi münasibətlərdə özünü göstərən
dominantalar, ictimai-siyasi paradiqma dövlətin konkret funksiyalar
sistemini formalaşdırır. Odur ki, dövlətin funksiyalar sistemi
konkret-tarixi xarakterə malik olur və bu sistemin özü tarixi şəraitin
doğurduğu vəzifələrin təsiri ilə dəyişikliyə məruz qalır. Buna görə də
deyə bilərik ki, dövlətin funksiyaları obyektiv olaraq mövcuddur, yəni
onlar dövlət və cəmiyyət arasında konkret dövrə uyğun olaraq
yaranan qarşılıqlı münasibətlərin qanunauyğunluqlarından irəli gəlir.
Dövlətin funksiyalarının dəyişilməsini mütləq mənada başa
düşməməliyik. Yəni belə hesab etmək olmaz ki, dövlətin hər hansısa
bir funksiyası dəyişikliyə məruz qaldıqda birdəfəlik ola-
Чнркин B.E. Государственное управление.
S.135.
319
ilqar Məmmədov
raq aradan qalxır və yaxud heç bir dövlət bir daha belə bir funksiyaya
malik olmur. Əslində, dövlətin funksiyalarının dəyişikliyə məruz
qalması mürəkkəb hadisədir. Bunu sadə və müfəssəl şəkildə
açıqlamağa çalışaq.
Birincisi, dövlətin funksiyalarının dəyişilməsi, ümumiyyətlə,
bəşəriyyətdə dövlətçiliyin inkişaf etməsi prosesində özünü göstərir.
İkincisi isə, bu dəyişiklik konkret tarixi dövrlər və konkret dövlətlər
səviyyəsində baş verir. Bundan əlavə, bu proses həm funksiyaların
daxilən dəyişilməsi, yeni məzmun qazanması, dəyişilərək yeni
keyfiyyətdə təzahür olması kimi, həm də bir funksiyanın və yaxud
funksiyalardan bəzilərinin öz əhəmiyyətini itirərək ləğv olunması, yeni
vəzifələrin həyata keçirilməsi üçün başqalarının meydana gəlməsi və
beləliklə də, konkret funksiyalar sisteminin daxilən dəyişilməsi kimi
özünü göstərir. Belə bir mürəkkəb proses onunla müşayiət olunur ki,
tarix boyu dövlət inkişaf etdikcə bəzi funksiyalar da dəyişikliyə məruz
qalır və inkişaf edir, onlarda dövlətlə bərabər təkmilləşir. Onların
həyata keçirilməsi forması və metodları dəyişilir, ancaq dövlət
fəaliyyətinin müvafiq istiqamətləri daimi olaraq qalır. Həmin
funksiyalar dövlətin mövcud olmasını, cəmiyyətdə «ümumi işlərin»
həyata keçirilməsini, cəmiyyətin əsas sahələrinin idarə olunmasını
təmin edən funksiyalardır. Bəzi funksiyalar isə konkret dövlətlərin
məqsəd və vəzifələrinin dəyişilməsi ilə öz əhəmiyyətini itirir və yeni
şəraitdə onlara ehtiyac olmadığından ləğv olub aradan çıxır. Həmin
funksiyalar daha çox konkret dövrün və dövlətin özünəməxsusluqları
ilə əlaqədə meydana gəlir və məhz həmin dövrə və ya dövlətə xas
olur. Odur ki, bu cür funksiyaların başqa dövrlər və ya dövlətlər üçün
əhəmiyyəti olmur. Məsələn, SSRİ dövlətinin funksiyalarının təhlili
göstərir ki, bu dövlətin əsas funksiyalarından olan iqtisadi funksiya
(marksist-leninçi dövlət və hüquq nəzəriyyəsində həmin funksiyaya
daha çox təsərrüfat- təşkilat funksiyası deyilir) tarix boyu bütün
dövlətlərə xas olan funksiyadır. Lakin ictimai quruluşun, bu dövlətin
özünəməxsus cəhətlərinin təsiri ilə həmin funksiya modifikasiya
olunaraq konkret məzmun qazanmış və müvafiq metodlarla həyata
keçirilmiş-
320
Dostları ilə paylaş: |