Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə114/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   110   111   112   113   114   115   116   117   ...   205

ilqar Məmmədov 

əsas  tərkib  hissəsidir.  Maliyyə  sistemi  pul  vasitələri  fondlarının 

bölgüsü,  təkrar  bölgüsü  və  istifadəsi  ilə  əlaqədar  yaranan 

münasibətləri  əhatə  etməklə,  həm  də  iqtisadi  münasibətlərlə  üzvi 

vəhdət  təşkil  edir.  Maliyyə  dövlətin  iqtisadi  siyasətinin  həyata 

keçirilməsində  fəal  rol  oynayır  və  eyni  zamanda  da  istehsalın 

inkişafına birbaşa təsir göstərir. Maliyyə sisteminə daxil olan maliyyə 

həlqələrinə  dövlət  büdcəsi  və  müxtəlif  dairələrin  büdcəsi,  dövlətin 

valyuta ehtiyatları, idarə, müəssisə və təşkilatların pul fondları və s. 

aiddir.  Həmin  həlqələrdən  biri  kimi  çıxış  edən  dövlət  büdcəsi 

iqtisadiyyatın  tənzimlənmə  vasitəsi  olmaqla  dövlətin  iqtisadi 

vəzifələrinin  həyata  keçirilməsinin  maddi  əsasını  təşkil  edir.  Dövlət 

büdcəsinin gəlirlərinin əsas hissəsi məhz vergi və rüsumlardan təşkil 

olunur. 


Maliyyə  və  vergi  sisteminin  iqtisadiyyatın  tənzimlənməsində 

xüsusi rola malik olmasını əsas götürərək bəzi nəzəriyyəçilər dövlətin 

əsas funksiyaları sırasına maliyyə, vergi tutma funksiyalarını da daxil 

edirlər.  Lakin  tədqiqatçıların  əksəriyyəti  onları  iqtisadi  funksiyadan 

ayırmır. Hesab edirik ki, bu daha düzgün mövqedir. Odur ki, iqtisadi 

funksiyanı  əsas  funksiya,  maliyyə  və  vergi  tutma  funksiyalarını  isə 

qeyri-əsas funksiyalar kimi qəbul etmək olar. 

İqtisadiyyatın  inkişaf  etməsi  üçün  dövlət  iqtisadiyyatın  prioritet 

sahələrinə,  təsərrüfatçılıq  sisteminin  strateji  baxımdan  mühüm  və 

sosial əhəmiyyətli həlqələrinə dəstək verir, müəyyən tədbirlər görür, 

mülkiyyət formalarını mühafizə edir, azad iqtisadi fəaliyyətə təminat 

yaradır, xarici iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsində 

aktiv  iştirak  edir,  vergi  sistemini  müəyyənləşdirir,  istehsal  olunan 

məhsulların  keyfiyyətinə,  vətəndaşların  və  hüquqi  şəxslərin 

sahibkarlıq  fəaliyyətinə  nəzarət  edir.  Dövlət,  həm  də  makroiqtisadi 

səviyyədə inkişaf proqramını işləyib hazırlayır, bu məqsədlə elm və 

sənaye  sahəsində  aparılan  tədqiqatları  maliyyələşdirir,  istehsalın 

stimullaşdırılması ilə bağlı müəyyən işlər görür. İqtisadiyyatın dövlət 

sektoru  sahəsində  isə  dövlətin  özü  bilavasitə  maddi  nemətlərin, 

xidmətlərin istehsalçısı, istehsal vasitələrinin mülkiyyətçisi kimi çıxış 

edir. 

342 



Dövlət və hüquq nəzəriyyəsi 

Sosial  funksiya.  Müasir  demokratik  dövlətin  sosial  funksiyası 

sosial hüquqların tanınması və həmin hüquqlar vasitəsilə vətəndaşlar 

üçün  layiqli  həyat  səviyyəsinin  və  sosial  müdafiənin  təmin 

edilməsindən  ibarət  olmaqla  qorxudan  və  ehtiyacdan  azad  insan 

şəxsiyyəti idealının reallaşmasına xidmət edir. Bu isə, fərdin və onun 

ailəsinin  sağlam  və  firavan  yaşaması  üçün  qidaya,  daimi  yaşayış 

yerinə,  tibbi  xidmətə  olan  ehtiyacların  və  digər  zəruri  sosial 

tələbatların ödənilməsi, həmçinin insan qocalıq, işsizlik, əlillik və bir 

sıra digər səbəblərdən yaşamaq üçün zəruri olan vasitələri özü əldə 

edə bilmədikdə onun dövlət tərəfindən təmin olunması deməkdir. 

Sosial  funksiya  klassik  liberalizm  dövründən  sonra  demokratik 

dövlətlərdə  dövlət  paternalizminin  güclənməsi  və  sosial  dövlət 

ideyasının  reallaşması  nəticəsində  inkişaf  etmişdir.  Hüquqi  sosial 

dövlətin  formalaşması  isə  inqilablarla,  sosial  konfliktlərlə  müşayiət 

olunan  çətin  bir  yol  keçmişdir.  Bir  xeyli  müddət  sosial  problemlərin 

həll  edilməsi  ilə  bağlı  xüsusi  dövlət  proqramlarının  olmaması  və  ya 

həmin  sahə  ilə  əlaqədar  dövlət  fəaliyyətinin  həddindən  artıq  aşağı 

səviyyədə  olması  Qərb  ölkələrində  sosial  hüquqlar  uğrunda 

mübarizəni gücləndirmiş və son nəticədə bu hüquqlar, əsas hüquq və 

azadlıqlar  kimi  qəbul  olunaraq  dövlətin  üzərinə  öz  vətəndaşlarına 

münasibətdə  bir  sıra  öhdəliklər  qoymuşdur.  Sosial  hüquqlar  inkişaf 

etmiş  kapitalist  ölkələrində  islahatlar  yolu  ilə  qanunvericiliyə  daxil 

edilmiş  və  onların  reallaşması  mexanizmi  formalaşmışdır.  Məsələn, 

1900-1914-cü  illərdə  İngiltərədə  həyata  keçirilən  islahatlar  dövlətin 

sosial funksiyasının inkişafına yönəlmişdir. Həmin islahatlar pensiya 

haqqında,  əmək  haqqının  minimum  səviyyəsi  haqqında,  işsizliyə, 

xəstəliyə  görə  sığortalanma  haqqında,  əmək  təhlükəsizliyinin  və 

gigiyenasının  yaxşılaşdırılması  haqqında,  səhiyyə  xidmətinin 

yaxşılaşdırılması  haqqında  qanunların  qəbul  edilməsi  ilə  müşayiət 

olunmuşdur.  İslahatlardan  bir  müddət  əvvəl  isə  həmkarlar 

ittifaqlarının fəaliyyəti dövlət tərəfindən rəsmən tanınmışdır. XIX əsrin 

sonlarında Almaniyada da sosial problemlərin həll edilməsi məqsədi 

ilə  bir  sıra  qanunvericilik  aktları  qəbul  olunmuşdur.  Həmin  dövrdə 

Almaniyanın kansleri olmuş Bismark bunun əsas təşəbbüskarı idi. 

343 



ilqar Məmmədov 

O,  hesab  edirdi  ki,  aşağıdan  gələn  tələblərdən  bir  qisminin  təmin 

edilməsi  əhalinin  dövlətə  inamını  artıracaq  və  insanlar  onu  öz 

himayədarları kimi qəbul edə biləcəklər. Beləliklə, İslahatların həyata 

keçirilməsi  nəticəsində  tədricən  Qərbdə  hüquqi  sosial  dövlətlər 

formalaşmışdır. 

İkinci  Dünya  müharibəsindən  sonra  sosial  dövlətin  meydana 

gəlməsi  ilə,  hüquqi  dövlətçiliyin  inkişafının  yeni  bir  mərhələsi 

başlamışdır.  Klassik  liberalizm  dövründə  mövcud  olan  hüquqi 

dövlətdən  fərqli  olaraq  hüquqi  sosial  dövlət  bazar  iqtisadiyyatı 

şəraitində sosial sahənin inkişaf etdirilməsi və insanların firavan- lığı 

üçün şərait yaradır. Tədqiqatçıların fikrincə, sosial sahənin inkişafı və 

vətəndaşların  rifahının  yaxşılaşdırılması,  onlara  firavan  həyat 

şəraitinin yaradılması aşağıdakı əsas amillərlə bağlıdır; 

1)

 

qanunun  aliliyinin  və  İnsan  hüquq  və  azadlıqlarının  təmin 



edilməsi; 

2)

 



inkişaf etmiş hüquq sisteminin mövcud olması; 

3)

 



azad  iqtisadi  fəaliyyətə,  azad  rəqabətə  və  sosial  ədalətə 

əsaslanan bazar iqtisadiyyatının olması; 

4)

 

insanların maddi rifahının təmin edilməsi məqsədi ilə onların 



intellektual və əmək potensialının azad şəkildə reallaşması imkanının 

yaradılması; 

5)

 

cəmiyyətdə  baş  verən  istənilən  sistem  və  struktur 



dəyişikliklərində  vətəndaşların  çox  hissəsi  üçün  yüksək  həyat 

səviyyəsinin  təmin  olunmasına  və  əhalinin  daha  zəif,  aztəminatlı 

qruplarına  ünvanlı  köməyə  yönəlmiş  ardıcıl,  aktiv  sosial  siyasətin 

həyata keçirilməsi; 

6)

 

hər  bir  təsərrüfat  subyekti  və  istehsal  vasitələrinin 



mülkiyyətçisi üçün müəyyən sosial strukturun təmin edilməsi; 

7)

 



hakimiyyətin  bütün  səviyyələrində  idarəetmə  qərarlarının 

hazırlanması  və  sosial  ekspertizasında  cəmiyyətin  məhsuldar 

qüvvələrinin iştirakı üçün əlverişli şəraitin yaradılması; 

8)

 



sosial-iqtisadi  və  əmək  sazişlərinin  nizamlanmasında  sosial 

həmrəyliyin  əldə  olunmasının,  işəgötürənlə  işçinin  və  dövlət 

maraqlarının  balanslaşdırılması  mexanizmi  kimi  sosial  tərəfdaşlığı 

reallaşdıran hüquq və təminatlar sisteminin mövcud olması; 

344 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə