ilqar Məmmədov
şərtlər kompleksi ilə korrelyativ əlaqəsi var. Azərbaycan üçün də bu
məsələ mühüm əhəmiyyət kəsb edir. Hal-hazırda bazar
iqtisadiyyatının formalaşdırılması problemləri ilə üzləşən Azərbaycan
Respublikasında sosial müdafiə sisteminin iqtisadi və hüquqi
bazasının inkişaf etdirilməsinə böyük ehtiyac var.
Siyasi funksiya. Dövlətin siyasi funksiyasının məzmununa
dövlətin siyasi iradəsinin həyata keçirilməsi, dövlət idarəetməsinin
əsas məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, cəmiyyətdə
özünə yer alan müxtəlif maraqların, dövlətin əsas fəaliyyət
istiqamətləri üzrə dövlət orqanlarının fəaliyyətinin təşkil və idarə
olunması, həmçinin hakim siyasi elitanın mövqeyinin qorunub
saxlanması daxildir. Bu funksiya müxtəlif qruplar, siyasi partiyalar və
digər birliklər arasında, həmçinin onlarla dövlət arasında yaranan
siyasi münasibətlərin tənzimlənməsinə yönəlir. Odur ki, dövlətin
siyasi funksiyası hakimiyyətin təşkili və həyata keçirilməsi prosesində
müxtəlif qruplar arasında yaranan münasibətlərin mövcud qaydalara
və proseduralara uyğun tənzimlənməsini təmin edir. Qeyri-leqal, gizli
təşkilatların, silahlı qruplaşmaların yaradılmasının qarşısının alınması,
siyasi yürüşlərin və kütləvi siyasi tədbirlərin keçirilməsi qaydalarının
müəyyənləşdirilməsi, seçkilərin keçirilməsinin təşkil edilməsi,
vətəndaşların siyasi hüquqlarının reallaşmasını təmin edən
fəaliyyətin həyata keçirilməsi, siyasi münasibətlərin «siyasi oyun»
qaydalarına uyğun tənzimlənməsi və s. dövlətin siyasi funksiyası ilə
bağlı olan hadisələrdir.
V.A.Kozbanenkonun yazdığı kimi, «dövlət bütövlükdə cəmiyyətə
aid olan maraqları nəzərə almaqla müxtəlif tələbatların, maraqların,
fəaliyyət növlərinin və formalarının uzlaşdırılmasını təmin edir. Bunun
üçün dövlət formalaşmış hüquq normaları sisteminə əsaslanmaqla
öz orqanları vasitəsilə siyasi hakimiyyət mexanizmi kimi çıxış edir və
cəmiyyətdə baş verən proseslərin, cəmiyyətə aid işlərin idarə
olunmasını-dövlət idarəetməsini həyata keçirir. Beləliklə, dövlət
idarəetməsi
ictimai
proseslərə
və
münasibətlərə
təşkiledici-tənzimləyici təsir göstərir. Hər zaman insanların
ehtiyacları, tələbatları, maraqları və istəkləri ilə bağlı
348
Dövlət və hüquq nəzəriyyəsi
olan dövlətin təyinatı onların birgəyaşayış qaydalarını tənzimləmək,
həmin qaydaları təmin edə bilməkdir».''
Dövlət hakimiyyətinin xarakterinə uyğun şəkildə formalaşan
dövlət idarəetmə təsirlərinin xarakteri və həddi siyasi funksiyanın
konkret formasını yaradır. Buna görə də, dövlətlərin siyasi
funksiyaları dövlətin tarixi tiplərinə, idarəetmə formalarına və siyasi
rejimlərə görə bir-birindən fərqlənir.
Dövlətin məqsəd və vəzifələrinin reallaşması dövlət siyasətinin
(ictimai siyasətin) müəyyənləşməsi və reallaşması yolu ilə həyata
keçirilir. Bu baxımdan, dövlət siyasəti (ictimai siyasət) ictimai
problemlərin həll edilməsi, cəmiyyətin və onun ayrı-ayrı sahələrinin
inkişaf etdirilməsi yolu ilə dövlət hakimiyyəti orqanlarının
məqsədyönlü fəaliyyət göstərməsi kimi özünü göstərir. Praktiki
səviyyədə isə dövlət siyasəti siyasi prosesi doğurur. Siyasi prosesdə
öz məqsəd və vəzifələri olan, cəmiyyətin müxtəlif qruplarına aid
maraqları əks etdirən müxtəlif qruplar iştirak edir. Bu proses çeşidli
mexanizmlərin və vasitələrin köməyi ilə ictimai həyatın konkret
sahələri üzrə məqsədyönlü siyasətin formalaş- dırılmasına və həmin
sahələrlə əlaqəli müxtəlif maraqların uzlaşdırılmasına yönəlir. Qərb
elmində «dövlət siyasəti» anlayışından çox «ictimai siyasət» (public
policy) anlayışından istifadə olunur. Bununla da, siyasətin obyektləri
kimi çıxış edən cəmiyyətin və vətəndaşların ictimai maraqları və
tələbatları ön plana çəkilir. İctimai siyasət ideyasına görə, ictimai
maraqlar, həmçinin vətəndaşların iradə və maraqları hakimiyyət
orqanlarının müəyyənləşdirdiyi dövlət siyasətində əks olunmalıdır.
ictimai siyasətin müəyyənləşməsində aşağıdan yuxarıya, yəni
cəmiyyət, onun ayrı-ayrı qrupları, vətəndaşlar tərəfindən hakimiyyət
strukturlarına göstərilən təsirlərin mühüm rolu var. Tədqiqatçıların
fikrincə, ictimai siyasətlə dövlət siyasəti arasındakı fərq daha çox
prosessual xarakter daşıyır və onlar siyasətin müəyyənləşməsinə iki
əsas yanaşmanı əks etdirir. «Birinci hal-
'Козбаненко В.A.
Правовые
основы
государственного
управления. М., 2003,
S.
17.
349
ilqar Mammadov
da dövlət siyasəti vətəndaş cəmiyyəti institutlarının və yerli
hakimiyyət orqanlarının aktiv iştirakı ilə aşağıdan formalaşmağa
başlayır və bu siyasət sosial qrupların, ictimai təbəqələrin
əksəriyyətinin maraqlarına uyğun olaraq ümummilli problemlərin həll
edilməsinə yönəlir. Bu qaydada yaranan sistemə görə, vətəndaşların
maraqları əsasında dövlət strategiyası formalaşır və tələbatlara
uyğun olaraq icra orqanları vasitəsilə həyata keçirilir. İkinci halda isə
dövlət siyasətinin formalaşdırılmasında əsas rol dövlət hakimiyyəti və
dövlət idarəetmə orqanlarına, yəni qərarları qəbul edən məmurlara və
siyasətçilərə verilir. Belə olarkən, mərkəzdə icra hakimiyyəti orqanları
və bürokratik aparat durur ki, bu da, adətən, hakimiyyətin cəmiyyətə
yadlaşmasına və digər neqativ nəticələrə gətirib çıxarır».’’
Göründüyü kimi, dövlət siyasəti (ictimai siyasət) bütün
cəmiyyəti, həmçinin cəmiyyətin ayrı-ayrı sahələrini əhatə edir və
dövlətin ümumi fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynayır.
Dövlətin siyasi funksiyası isə dövlət siyasətinin tərkib hissəsi
olmaqla, onun fəaliyyətinin bir istiqamətini təşkil edir. Bu funksiya
dövlət tərəfindən bütün cəmiyyətin və onun müxtəlif sahələrinin idarə
olunması ilə bağlı dövlət proqramlarının hazırlanmasını və bu kimi
digər fəaliyyət növlərini əhatələmir. Siyasi funksiya bilavasitə siyasi
hakimiyyətin formalaşması, həyata keçirilməsi ilə bağlıdır. Bu halda,
biz «dövlət hakimiyyəti» ilə «siyasi hakimiyyət» anlayışlarını da
bir-birindən fərqləndiririk. Dövlət hakimiyyəti hakimiyyətin qollarını,
bütövlükdə dövlət mexanizmini, dövlətin hüquq və qanunvericilik
sistemini, onların fəaliyyətini, yəni hakimiyyətə yiyələnmiş bu və ya
digər qüvvədən asılı olmadan obyektiv olaraq həyata keçirilən
suveren hakimiyyəti əhatələyən bir hadisədir. Siyasi hakimiyyət
deyərkən isə, dövlət hakimiyyətinin verdiyi imkan və vasitələr
hesabına bilavasitə hakimiyyətin həyata keçirilməsi, həmçinin həmin
hakimiyyəti həyata keçirənlərin özünü nəzərdə tuturuq. Beləliklə,
’ Лобанов
В.В. Государственное управление и общественная
политика. СПб: Питер, 2004, з. 25.
350
Dostları ilə paylaş: |