Dövlət və hüquq nəzəriyyəsi
dövlətin siyasi funksiyası müvafiq üsul və metodlarla siyasi
hakimiyyətin həyata keçirilməsini, siyasi hakimiyyətlə digər siyasi
qüvvələr arasında münasibətlərin tənzimlənməsini, müxtəlif siyasi
maraqların artikulyasiyasını təmin edən fəaliyyətdir.
Siyasi funksiyanın həyata keçirilmə üsulları müxtəlifdir. Həmin
üsullar, əsasən, demokratik və avtoritar, hüquqi və qeyri-hüquqi,
leqal və qeyri-leqal, stimullaşdırıcı və təhdidedici, repressiv xarakterli
olur. Qeyri-hüquqi üsullar hüquqa zidd və hüquqi baxımdan neytral
üsullara ayrılır. Hüquqi baxımdan neytral üsullar bilavasitə hüquq
normaları ilə müəyyənləşmir. Odur ki, onlar hüquqa zidd deyil.
Qeyri-leqal üsullar isə anti-hüquqi xarakterli olur. Məsələn, heç bir
hüquqi əsas olmadan müxalif partiyanın fəaliyyətinin qadağan
edilməsi, hakimiyyətdə olan qüvvənin və ya birinci şəxsin siyasi
rəqibləri qanunsuz olaraq təqib etməsi, fiziki cəhətdən məhv etməsi
və s. Dövlət çevrilişinə cəhd edən qüvvələrin məsuliyyətə cəlb
edilməsi, onlara qarşı dövlət məcburiyyət tədbirlərinin həyata
keçirilməsi isə leqal xarakterlidir. Çünki bunu həyata keçirmək üçün
hüquqi əsas var.
Hüquq qaydasının təmin edilməsi və mühafizə olunması
funksiyası. Hüquq mühafizəedici və ya hüquq qaydasının mühafizə
edilməsi funksiyası kimi də adlandırılan bu funksiya, demək olar ki,
dövlətin özü ilə yaşıddır. Həmin funksiya dövlətin mövcudluğunu
bilavasitə təmin edən funksiyalardandır. Elə bir dövlət mümkün deyil
ki, bu funksiyanı həyata keçirmədən mövcud ola bilsin.
Hüquq qaydasının təmin edilməsi və mühafizə olunması
funksiyasını həyata keçirərkən dövlət hüquq normaları vasitəsilə
davranış qaydalarını, hüquq pozuntularını, həmin normaların
pozulmasına görə məsuliyyəti, prosessual qanunvericilik vasitəsilə
hüquq pozuntularının araşdırılması və məsuliyyətə cəlb etmə
prosedurasını, cəzaların icra olunma qaydalarını müəyyənləşdirir,
hüququ tətbiq etməklə onları təmin edir. Həmçinin də hüquq
pozuntularına qarşı mübarizə aparılması, hüquq pozuntusuna yol
vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün
hüquq mühafizə orqanları sistemini yaradaraq onların
351
ilqar Mammədov
öz səlahiyyətləri daxilində həyata keçirdikləri fəaliyyəti tənzimləyir.
Dövlətşünaslar, nəzəriyyəçilər həmin funksiyanı xarakterizə edərkən
onun yalnız hüquq qaydasının təmin edilməsi, mühafizə olunması
fəaliyyəti ilə məhdudlaşmadığını xüsusi olaraq vurğula- yırlar.
Məsələn, V.Y.Çirkin belə hesab edir ki, hüquq mühafizəe- dici
funksiya (yəni hüquq qaydasının təmin və mühafizə edilməsi
funksiyası) həm hüquqyaradıcı, həm də hüquq mühafizəedici
fəaliyyətdir. O, bunlar üçün elmi ədəbiyyatda hələ ki ümumiləş- dirici
bir adın tapılmadığını bildirir.'' V.M.Sırıx da oxşar mövqedən çıxış
edərək yazır ki, hüquq qaydasının mühafizə olunması və
qanunçuluğun möhkəmləndirilməsi funksiyası məntiqi olaraq dövlətin
hüquqyaradıcı, yəni onun tərəfindən ümumməcburi xarakterə malik
olan normativ-hüquqi aktların qəbul edilməsi fəaliyyətindən irəli gəlir
və dövlətin istənilən ümumməcburi xarakterli göstərişi dövlət
tərəfindən real şəkildə icra olunmaqla ümumməcburi olur.2
Beləliklə, hüquq qaydasının təmin və mühafizə edilməsi
funksiyası xarakterizə olunarkən hüquq qaydasının təmin edilməsi və
hüquq
mühafizəedicilik
fəaliyyətinin
hüquq
normalarının
müəyyənləşdirilməsi ilə əlaqəli şəkildə həyata keçirilməsinə xüsusi
diqqət verilir və bu funksiya ilə bağlı olan dövlət fəaliyyəti xüsusi
səlahiyyətli orqanlar (hüquq mühafizə orqanları) tərəfindən həyata
keçirilən fəaliyyətdən fərqləndirilir. Göstərilir ki, hüquq mühafizə
orqanlarının hüquq mühafizəedici və hüquq qaydasını təmin etmək
fəaliyyəti həmin səlahiyyətli orqanlar tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada və əsaslarla hüquqi təsir tədbirlərinin
həyata keçirilməsi olub, dövlətin hüquq qaydasının təmin və
mühafizə edilməsi funksiyasının tərkib hissəsi kimi çıxış edir. Dövlətin
hüquq qaydasının təmin edilməsi və hüquq mühafizəedicilik fəaliyyəti
isə geniş mənada başa düşülən fəaliyyət istiqaməti olmaqla bütün
dövlət orqanlarının (qanunverici, icra və məhkəmə hakimiyyəti
orqanlarının) iştirakı ilə.
' Чиркин В.Е.
Современное государство. 8. 203.
2
Сырых В.М.
Теория государства и права. 8. 42.
352
Dövlət və hüquq nəzəriyyəsi
yəni bütövlükdə dövlət tərəfindən hüquq və azadlıqların həyata
keçirilməsinin, qanunçuluğun və hüquq qaydasının təmin edilməsidir.
Dövlət orqanları qanunçuluq rejimini, hüquq və azadlıqların
reallaşması imkanını və hüquq qaydasını təmin etməklə öz
səlahiyyətlərinə və fəaliyyət sahələrinə uyğun olaraq bu və ya digər
dərəcədə hüquq mühafizəetmə fəaliyyətində iştirak edirlər. Lakin
demokratik cəmiyyətdə insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların, dövlət və qeyri-dövlət təşkilatlarının,
müəssisələrin, əmək kollektivlərinin və ictimai təşkilatların
hüquqlarının və qanuni mənafelərinin mühafizəsi, cinayətkarlıqla və
digər hüquq pozuntuları ilə mübarizə aparmaq, məhz hüquq
mühafizə orqanlarının əsas vəzifəsidir. Dövlət hüquq və azadlıqların
təmin edilməsi və reallaşması üçün müvafiq şəraitin yaradılması
öhdəliyini öz üzərinə götürdüyündən hüquq və azadlıqların,
qanunçuluğun qorunması, hüququn mühafizə olunması fəaliyyəti ilə
məşğul olan xüsusi qurumlar təşkil edir.
Ə.Piriyevin yazdığı kimi, hüquq mühafizə orqanlarının fəaliyyəti
ilə bağlı olan hüququn mühafizəsi sahəsinə cinaytkarlıqla,
qanunazidd ictimai təhlükəli əməllərlə mübarizənin aparılması ilə
bərabər, «həm də vətəndaşın, xarici vətəndaşın, vətəndaşlığı
olmayan şəxsin, vəzifəli şəxsin, sahibkarın, dövlət və qeyri-dövlət
müəssisələrinin hüquqlarını və qanuni mənafelərini pozan, yaxud
onları məhdudlaşdıran hər bir hərəkətlə mübarizə və ya onun
qarşısının alınması daxildir».'' Hüquq mühafizə orqanlarının fəaliyyəti
qanunların həyata keçirilməsi üzərində nəzarət, təqsirli şəxslərin
məsuliyyətə cəlb edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi,
məhkəmə qərarlarının icra olunması, cəzaların icra olunması və
hüquq bərpaedici tədbirlərin həyata keçirilməsi ilə reallaşır.
Hüquq ədəbiyyatında hüquq mühafizəedici fəaliyyətin bir sıra
əlamətləri sadalanır.
Həmin əlamətlərdən birincisi ondan ibarətdir ki, hüqüq
mühafizəetmə fəaliyyəti qanunauyğun olur.
''Piriyev Əzim.
Azərbaycan Respublikasının hüquq mühafizə orqanları.
Bakı, 2000, s.10.
353
Dostları ilə paylaş: |