Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə113/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   109   110   111   112   113   114   115   116   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

liyyə, kredit-maliyyə tənzimlənməsindən geniş istifadə olunması. 

Elmi  ədəbiyyatda  sosial-iqtisadi  proseslərin  tənzimlənməsinin 

müxtəlif modellərindən bəhs olunur. Belə hesab olunur ki, onlardan 

sosial  iqtisadi  proseslərin  bazar  və  dövlət  vasitəsilə  birgə 

tənzimlənməsinə  əsaslanan  Çin  modeli,  qarışıq  iqtisadiyyata 

əsaslanan İsveçrə modeli, habelə öz tənzimlənmə xüsusiyyətləri ilə 

seçilən alman və Avstriya modelləri daha geniş yayılmışdır. 

Təcrübə göstərir ki, dövlətin müdaxiləsi olmadan inhisarçılı- ğın 

artması, inflyasiyanın güclənməsi və işgüzar fəallığın aşağı səviyyəyə 

düşməsi  ilə  bağlı  problemləri  həll  etmək  mümkün  deyil.  Digər 

tərəfdən,  cəmiyyətdə  gəlirlərin  yalnız  bazar  mexanizmi  vasitəsilə 

bölünməsi  sosial  ədaləti  və  sosial  müdafiəni  təmin  etməyə  imkan 

vermir. Odur ki, həmin sahələr üzrə dövlətin sosial-iqtisadi proseslərə 

müdaxiləsi zəruridir. Bu zaman, əsas problem dövlətin iqtisadiyyata 

müdaxiləsinin  optimal  həddini  müəyyənləşdirməkdən  ibarətdir. 

Optimal müdaxilə həddi bütün ölkələr üçün eyni ola bilməz. Bu, hər 

bir  ölkənin  iqtisadi  inkişaf  səviyyəsindən,  sosial-iqtisadi  şəraitdən 

asılıdır.  Hər  bir  halda  dövlət  iqtisadi  inkişaf  strategiyasını 

müəyyənləşdirir  və  cəmiyyətin  inkişaf  modeli  işlənib  hazırlanır. 

Dövlətin  hazırladığı  iqtisadi  inkişaf  strategiyası  iqtisadiyyata 

müdaxilənin  həddini  müəyyənləşdirir.  Dövlət  iqtisadiyyatın  inkişaf 

strategiyasını  formalaşdırarkən  xarici  ölkələrin  təcrübəsindən  də 

istifadə  edir.  Yəni  digər  ölkələrdə  uğurla  həyata  keçirilmiş  model 

mənimsənilir və tətbiq olunur. 

Beləliklə,  bazar  iqtisadiyyatı  şəraitində  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi  həm  dövlət,  həm  də  qeyri-dövlət  sektorlarını  əhatə 

etməklə inzibati (birbaşa) və iqtisadi (dolayı) üsullarla həyata keçirilir. 

iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsinin  inzibati 

(birbaşa) üsullarına aşağıdakılar aid edilir; 

1)

 

qanunvericilik aktlarının qəbul edilməsi; 



2)

 

dövlət mülkiyyətinin idarə olunmasının tənzimlənməsi; 



İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 1999, s. 451-452. 

339 



ilqar Məmmədov 

3)

 



dövlət  mülkiyyəti  formasına  aid  olan  müəssisələrin  idarə 

olunması; 

4)

 

dövlət sifarişinin tənzimlənməsi; 



5)

 

investisiyanın tənzimlənməsi; 



6)

 

kreditlərin və subsidiyaların verilməsi; 



7)

 

kvotalaşdırma və iisenziyalaşdırmanın həyata keçirilməsi; 



8)

 

ətraf  mühitin  mühafizə  olunması  ilə  bağlı  tədbirlərin  həyata 



keçirilməsi. 

İqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsinin  iqtisadi 

(dolayı)  üsullarına  isə  bilavasitə  iqtisadi  xarakterli  üsuliar  aid  edilir. 

Həmin  üsullara  həm  dövlət  büdcəsi,  vergi  sistemi,  amortizasiya 

siyasəti,  bank  rezervi  və  faizinin  ölçüsünün  tənzimlənməsi, 

tarif-qiymət  tənzimiəməsi  vasitəsilə  iqtisadiyyatın  tənzimlənməsi, 

həm  də  proqnozlaşdırma,  planlaşdırma,  pul  siyasətinin  həyata 

keçirilməsi və pul kütləsinin tənzimlənməsi, antiinflyasiya siyasəti və 

s. aiddir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində «inzibati 

üsullarla  yanaşı  sosial  yönümlü  dövlətin  iqtisadi  inkişafın  keyfiyyət 

göstəricilərinin  yaxşılaşmasına  istiqamətlənmiş  fəaliyyəti:  xalqın 

həyat  səviyyəsinin  və  keyfiyyətinin  yaxşılaşdırılması,  işçilərin  peşə 

qabiliyyətinin  hərtərəfli  inkişaf  etdirilməsi,  istehlak  mallarının 

keyfiyyəti  və  təhlükəsizliyi  üzərində  nəzarət,  istehlakçıların 

hüquqlarının müdafiə olunması, ətraf mühitin mühafizəsi, ekologiya 

və s. də ön plana keçir».'' 

İqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsinin  iqtisadi 

üsulları  içərisində  fiskal  siyasət  xüsusilə  mühüm  yer  tutur.  Fiskal 

siyasət dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemini ehtiva 

edir. Fiskal siyasət, hər şeydən əvvəl, büdcə vasitəsinin yaranması 

və  istifadə  edilməsi  ilə  bağlı  dövlətin  həyata  keçirdiyi  maliyyə 

tədbirlərini əhatə edir. Dövlətin öz xərclərini maliyyələşdirmək, maddi 

baxımdan  özünü  təmin  etmək  məqsədilə  formalaşdırdığı  fiskal 

mexanizmlər vergilərin yaranmasına səbəb olmuşdur. 



'Волгин H.A., Гриценко H.H., Шарков Ф.И. 

Социальное 

государство. 

М., 


2004, 

S. 


254.

 

340 


Dövlət və hüquq nəzəriyyəsi 

Vergilər qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərdən 

məcburi  qaydada  tutulan  vasitələrdir.  Vergilərin  tutulması  yalnız 

iqtisadi  deyil,  həm  də  hüquqi  xarakterli  hadisədir.  Belə  kl,  vergi 

münasibətləri,  vergilərin  tutulması  vergi  qanunvericiliyi  ilə 

müəyyənləşir.  Məcburi  ödəniş  bilavasitə  vergi  sisteminə  daxil 

edildikdə  və  qanunvericilik  aktı  ilə  müəyyənləşdikdə  vergi  ödənişi 

statusu  almış  olur.  Bundan  fərqli  olaraq,  qeyrl-vergi  ödənişləri 

dövlətin vergi sisteminə daxil deyil və onlar digər qanunvericilik aktları 

ilə müəyyənləşir. 

Elmi ədəbiyyatda vergi ilə yığım və rüsumların fərqləndirilməsinə 

xüsusi diqqət verilir. Tədqiqatçılar göstərirlər kl, vergi, yığım və rüsum 

anlayışları  arasında  nəzəri  xarakterli  fərqlər  mövcuddur.  Belə  ki, 

«vergilər əvəzi ödənilmədən həyata keçirilən ödənişlərdir. Yığım və 

rüsumlar  İsə  dövlət  və  yerli  orqanlar  tərəfindən  qanunla  müəyyən 

edilmiş müəyyən xidmətlərin göstərilməsi və ya müəyyən hüquqların 

verilməsi  ilə  əlaqədar  tutulur.  Onların  tutulmasında  əsas  məqsəd 

dövlət  orqanlarının  bu  və  ya  digər  funksiyaları  yerinə  yetirərkən 

çəkdikləri xərclərin ödənilməsini təmin etməkdir. Yığım hər hansı bir 

fəaliyyətin  həyata  keçirilməsi  müqabilində  tutulan  vasitələrdir. 

Rüsumlar vətəndaş və ya təşkilatlardan dövlət orqanları ilə hər hansı 

bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vasitələrdir».'' 

Yığımlara satış mərkəzlərində (bazarlarda, yarmarkalarda) satış 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən alınan vəsaitləri, rüsumlara 

isə 

gömrük 


rüsumlarını, 

notariat 

əməliyyatlarının 

həyata 


keçirilməsinə,  məhkəmələrdə  iddia  əsasında  mülki  işə  baxılmasına 

görə ödənilən rüsumları misal göstərmək olar. 

Verginin  dövlət  üçün  nə  dərəcədə  əhəmiyyət  kəsb  etdiyini 

müəyyənləşdirmək  üçün  vergi  almadan  onun  mövcud  ola 

bilməməsini  söyləmək  yetər.  Vergilərin  ümumi  xarakteri  büdcə 

sistemi ilə şərtlənir. Büdcənin özü isə dövlətin maliyyə sisteminin 

‘'Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., 

Kəlbiyev Y.A. 

Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı, 2001, s. 36.

 

341 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə