Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə121/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   117   118   119   120   121   122   123   124   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

aşağı  səviyyəyə  düşməsi  ilə  müşayiət  olunur.  YUNESKO  və 

Ümumdünya  səhiyyə  təşkilatının  ekspertləri  həmin  bu  prosesi 

«şəxsiyyətsizləşmə  və  debilləşmə»  adlandırırlar.  Onların  qənaə- 

tincə, ölkənin 1,4 baldan aşağı koeffisientə malik olması o deməkdir 

ki, əhalinin fizioloji və intellektual aqoniyası daimi olaraq davam edə 

bilər.  Belə  bir  koeffisientə  malik  olan  toplumun,  artıq,  yüksələn  xətt 

üzrə  inkişaf  etməsi  və  immunitetə  malik  olması  üçün  daxili  gücü 

yoxdur.  Həmin  toplum  tədricən  deqradasiyaya  uğramağa 

məhkumdur.  Məsələn,  Çad,  Burkina-Faso,  Efiopiya  və  s.  ölkələrdə 

həmin koeffisient 1,1-1,3 bala uyğun olduğundan onları belə bir aqibət 

gözləyir.  Burkina-Fasoda  əhalinin  təxminən  80%  QİÇS  virusunun 

daşıyıcısı  olması  bu  ölkə  əhalisinin  durmadan  deqradasiyaya 

uğrayacağına şübhə yaratmır. 

Ekoloji böhranın doğurduğu nəticələrin aradan qaldırılması və ya 

qismən qarşısının alınması üçün həm ayrı-ayrı dövlətlər səviyyəsində, 

həm  də  qlobal  səviyyədə  məqsədyönlü  strateji  fəaliyyətin  həyata 

keçirilməsi vacib bilindiyindən bu sahədə döv- lətlərarası əməkdaşlıq 

genişlənmiş  və  dövlətlərin  öz  ərazisindəki  fəaliyyətinə  beynəlxalq 

nəzarət  güclənmişdir.  Həmin  nəzarətin  səmərəli  nəticələr  verməsi 

üçün hal-hazırda müvafiq mexanizmin təkmilləşdirilməsi işi aparılır. 

Belə  şəraitdə  istehsal  prosesinin  təbiətə  təsirini  nəzarətdə 

saxlamaq,  ətraf  mühiti  mühafizə  etmək,  təbii  resursların,  xammalın 

mənimsənilməsi və emal edilməsi ilə bağlı kompleks tədbirlər görmək 

məqsədi  ilə  müxtəlif  səviyyəli  fəaliyyəti  koordinasiya  etmək,  ekoloji 

baxımdan  səmərəli  texnologiyanın  sənayedə  və  təsərrüfatda  geniş 

istifadə olunması üçün müvafiq siyasəti həyata keçirmək, elmi-texniki 

yaradıcılıq imkanlarının genişlənməsini dəstəkləmək və bütün bunlar 

üçün qanunvericilik bazasını yaratmaq, müvafiq hüquq normalarının 

reallaşmasını təmin etmək dövlətin ekoloji funksiyasının məzmununu 

təşkil edir. 

363 



ilqar Məmmədov 

Dövl

ətin xarici funksiyaları

 

Xarici  funksiyalar  dövlətlərarası,  həmçinin  dövlətlə  beynəlxalq 

və  regional  təşkilatlar  arasındakı  münasibətlərin  tənzimlənməsində 

ifadə  olunmaqla  dövlətin  xarici  siyasətinin  əsas  istiqamətlərini  əks 

etdirir.  Bütün  dövlətlərin  eyni  xarici  funksiyalara  malik  olmasını 

birmənalı şəkildə söyləmək çətin olsa da, ümumiləşdirmə apararaq 

müasir  dövlətlərin  əsas  xarici  funksiyalarını  aşağıdakı  kimi  göstərə 

bilərik. 

Dövlətin və ölkənin müdafiə olunması funksiyası. Bu 

funksiya dövlətin yaranması ilə meydana gələn, bütün dövlətlərə xas 

olan  daimi  bir  funksiyadır.  Tarixdən  məlumdur  ki,  dövlətlərin 

formalaşmasında müharibələrin xüsusi rolu olmuşdur. Müharibələrdə 

qalib gələn, özünü müdafiə etmək gücünə malik olan, silahlı qüvvə 

vasitəsi  ilə  öz  mövcudluğunu  qoruyub  saxlamağı  bacaran  dövlətlər 

qalmış, məğlub olan dövlətlər isə məhv olmuşdur. A.F.Çerdantsevin 

yazdığı  kimi,  əhali  tərəfindən  yaradılan  silahlı  dəstələrin,  hərbi 

qrupalaşmaların  dövlət  institutuna,  yəni  orduya  çevrilməsi  dövlətin 

yaranmasının  və  mövcud  ola  bilməsinin  vacib  şərtlərindən  biri  kimi 

çıxış etmişdir. Məhz «hərbi strukturlar ilk dövlət strukturları olmuşdur. 

Dövlətin  zəruri  institutu  olan  silahlı  qüvvələr  dövlət  təşkil  etmiş 

cəmiyyətlərin  qonşuların  yürüşlərindən  müdafiə  olunması  üçün 

yaradılırdı.  Sözsüz  ki,  bu  funksiya  bütün  cəmiyyətə  aid  ümumi 

maraqları ifadə edir və bir çox hallarda təkcə dövlətin deyil, həm də 

bütün xalqın işinə çevrilirdi»."• 

Nəzəriyyəçilərin  bir  çoxu  belə  hesab  edirlər  ki,  dövlətin  və 

ölkənin müdafiə olunması funksiyası ona əks olan digər bir funksiya, 

yəni  başqa  dövlətlərin  ərazisinin  zəbt  edilməsi,  iqtisadi  imkanların 

artırılması  və  digər  dövlətlər  üzərində  nəzarəti  həyata  keçirmək 

imkanının  əldə  edilməsi  məqsədi  ilə  aparılan  işğalçılıq  fəaliyyəti  ilə 

(imperialist xarakterli siyasətlə) iç-içə olan funksi- 



HepflaHUCB A.. Teopna 

rocy.o,apcTBa 



npaBa. 

S. 1 2 1 .  

364 



Dövlət və hüquq nəzəriyyəsi 

yadır. Tarix boyu dövlətlər özünümüdafiə imkanını artırdıqda və bunu 

təmin  edən  güclü  orduya  malik  olduqda  ordudan  digər  dövlətlərin 

ərazisini, sərvətlərini ələ keçirmək, digər dövlətlərə təsir imkanlarını 

genişləndirmək  məqsədi  ilə  istifadə  edilmişdir.  Beləliklə,  dövlət 

gücləndikdə  qeyd  olunan  ikinci  funksiya,  zəiflədikdə  isə  birinci 

funksiya,  yəni  dövlətin  və  ölkənin  müdafiə  olunması  funksiyası  ön 

plana  keçmişdir.  Güclü  dövlətlər  işğalçılıq  siyasəti yürütmüş,  zəiflər 

isə  öz  müdafiəsini  təmin  etməyə  çalışmışdır.  Bu  zaman  dövlətin 

saxlanılması,  ölkənin  müdafiə  olunması  üçün  «tülkü  siyasəti»  də 

xüsusi əhəmiyyətə malik olmuşdur. Bir çox hallarda güclü dövlətlərə 

qarşı  ordudan  istifadə  etmək  əhəmiyyətsiz  olduğundan  və  bu,  zəif 

dövlətin  tamamilə  məhv  edilməsi  ilə  nəticələnə  biləcəyindən  «tülkü 

siyasəti» əsas vasitəyə çevrilmişdir. 

Müasir dövrdə dövlətin işğalçılıq fəaliyyəti, digər dövlətlərə güc 

tətbiq etməsi beynəlxalq hüquq normalarına zidd olan fəaliyyət kimi 

qiymətləndirilir. Odur ki, beynəlxalq hüquq normalarında beynəlxalq 

qurumlar  tərəfindən  bu  cür  fəaliyyətin  qarşısını  almaq,  onun 

doğurduğu  zərərli  nəticələri  aradan  qaldırmaq  üçün  müəyyən 

tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Müasir hüquqi 

görüşlərə görə, işğalçılıq siyasəti antihüquqi xarakterli hadisədir. Bu 

mövqe  beynəlxalq  hüquq  sisteminin  normativ-hüquqi  əsasını  təşkil 

edən beynəlxalq hüququn əsas prinsipləri arasında da özünə xüsusi 

yer almışdır. Məsələn, güc tətbiq etməmək və ya güc tətbiq etməklə 

hədələməmək  prinsipi  müasir  beynəlxalq  hüquq  üçün  müstəsna 

əhəmiyyətə malik olan bir prinsipdir. 

Həmin  prinsipə  görə,  aşağıdakı  hərəkətlər  hüquqa  zidd  hesab 

olunur: 


-

 

digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya 



beynəlxalq  mübahisələri,  o  cümlədən,  ərazi  və  yaxud  sərhəd 

mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə 

hədələmək; 

-

 



silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; 

-

 



qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və yaxud 

onların təşkilinə dəstək verilməsi; 



365 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə