Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə124/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   120   121   122   123   124   125   126   127   ...   205

ilqar Məmmədov 

3.

 



İnsan  hüquqlarına,  yəni  demokratik  prinsiplərə  riayət 

olunması tələbinin hər yerdə irəli sürülməsi. 

4.

 

Mədəniyyət  industriyasının  bütün  dünyaya  yayılan  təsviri 



axınları. 

5.

 



Postinternasional, polisentrik dünya siyasəti. 

6.

 



Qlobal kasıblıq problemləri. 

7.

 



Ətraf mühitin qlobal səviyyədə məhv edilməsi problemləri. 

8.

 



Yerlərdə transmilli konfliktlər problemi.’’ 

Dövlətlərarası əməkdaşlığın beynəlxalq səviyyədə təşkili 

çoxqatlı bir hadisə və belə demək olar ki, mürəkkəb struktura malik 

olan  prosesdir.  Dövlətlər  arasında  qurulan  əməkdaşlıq  nəticəsində 

həm  regional,  həm  də  beynəlxalq  səviyyədə  müxtəlif  müqavilələr 

bağlanır,  təşkilatlar  yaradılır,  dövlətlərin  fəaliyyəti  həmin  təşkilatlar 

vasitəsilə  koordinasiya  olunur  və  bu  fəaliyyət  bütün  dünya 

ictimaiyyəti  üçün  əhəmiyyətə  malik  olan  məqsədyönlü  fəaliyyətə 

çevrilir.  Həmin  münasibətlərin  ən  ümumi  səviyyədə  koordinasiyası 

isə  BMT,  onun  ixtisaslaşdırılmış  təşkilatları  səviyyəsində  həyata 

keçirilir. 

Dövlətin digər dövlətlərlə əməkdaşlıq funksiyası yuxarıda qeyd 

olunan  sahələrlə  yanaşı  demoqrafik  problemlərin  həll  edilməsi, 

xammalın  əldə  olunması,  enerji  istehsalı,  cinayətkarlıqla  mübarizə, 

kosmik tədqiqatların aparılması, ekosistemin qorunması və s. sahələr 

üzrə  fəaliyyəti  də  əhatələyir.  Həmin  sahələr  üzrə  qlobal  xarakterli 

problemlərin  meydana  gəlməsi  onların  həll  edilməsi  üçün 

dövlətlərarası  əməkdaşlığın  xüsusi  qaydada  həyata  keçirilməsini 

zəruri edir. 

§ 3. DÖVLƏTİN FUNKSİYALARININ HƏYATA KEÇİRİLMƏSİNİN 

FORMA VƏ METODLARI 

Dövlətin funksiyalarının həyata keçirilməsinin forma və metodları 

ilə  əlaqədar  elmi  ədəbiyyatda  bir-birindən  fərqli  təsnifatlar 

yaradılmışdır. Sosioloji, politoloji, hüquqi kriteriyalar, həmçinin 



’ Бек Улърих. 

Что такое глобализация? М., 2001, s. 26-27. 

372 



Dövlət və hüquq nəzəriyyəsi 

konkret  idarəetmə  kriteriyası  əsasında  yaranan  təsnifatlar  ən  əsas 

təsnifatlardandır.  Dövlət  və  hüquq  nəzəriyyəsinə  aid  ədəbiyyatda 

daha çox hüquqi kriteriya əsasında aparılan təsnifatın öyrənilməsinə, 

açıqlanmasına üstünlük verilir. Biz də ümumi ənənədən çıxış edərək 

həmin  kriteriya  əsasında  yaranan  təsnifat  üzərində  geniş 

dayanacağıq. Digərlərinə isə ötəri nəzər yetirməklə kifayətlənəcəyik. 

Sosioloji 

kriteriyadan 

çıxış 


edən 

müəlliflər 

dövlətin 

funksiyalarının  həyata  keçirilməsinin  iqtisadi,  siyasi,  inzibati  və 

ideoloji  forma  və  metodlarından  danışmağa  üstünlük  verirlər. 

Politoloji  yanaşmaya  görə,  dövlətin  funksiyalarının  həyata 

keçirilməsinin forma və metodları iki əsas qismə; liberal (islahatçı) və 

zorakı forma və metodlara bölünür. Metaforik şəkildə onlara «qoğal 

və  qamçı»  metodları  da  deyilir.  Konkret  idarəetmə  kriteriyasından 

yanaşdıqda isə, bilavasitə dövlət idarəetməsi ilə bağlı olan fəaliyyət 

formaları və metodları əsas götürülür. 

Dövlətin funksiyalarının həyata keçirilməsinin forma və metodları 

hüquqi  kriteriya  əsasında  təsnifləşdirilərkən  dövlət  mexanizminin 

əsas tərkib hissələrinin fəaliyyətinə, yəni dövlət fəaliyyətinin spesifik 

növlərinə xüsusi əhəmiyyət verilir. 

Bu  halda  dövlətin  funksiyalarının  həyata  keçirilmə  formalarına 

aşağıdakılar aid edilir: 

-

 



dövlətin qanunvericilik fəaliyyəti; 

-

 



dövlətin idarəetmə fəaliyyəti; 

-

 



ədalət mühakiməsi sahəsində dövlət fəaliyyəti; 

-

 



qanunların  həyata  keçirilməsi  üzərində  nəzarətin  həyata 

keçirilməsi ilə bağlı olan fəaliyyət. 

Göründüyü  kimi,  bu  halda  dövlət  hakimiyyətinin  müxtəlif 

qollarına  aid  xüsusiyyətlər  və  onların  fəaliyyətinin  spesifik  növləri 

nəzərə alınır. Beləliklə də, qanunvericilik fəaliyyəti, dövlət idarəçiliyi 

(dövlət  inzibatçılığı),  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üzrə 

fəaliyyət, həmçinin də nəzarətedici fəaliyyət dövlətin funksiyalarının 

həyata keçirilməsinin əsas formaları kimi qəbul edilir. 

Qanunvericilik  fəaliyyəti  fiziki  və  hüquqi  şəxslərin,  dövlət 

qurumlarının, vətəndaşların azad iradəsi əsasında yaranan təş 

373 



ilqar Məmmədov 

kilatların,  müəssisələrin  fəaliyyətini  tənzimləyən  ümumməcburi 

xarakterli 

davranış 

qaydalarının, 

hüquq 


normalarının 

müəyyənləşməsi üzrə dövlət fəaliyyətidir. Hüquq normaları vasitəsilə 

təsbit  olunan  ümumməcburi  davranış  qaydaları,  ilk  növbədə, 

konstitusiyada  və  qanunlarda  öz  əksini  tapır.  Ümumi  qaydaya 

əsasən,  qanunlar  nümayəndəli  orqan  kimi  təşkil  olunan  parlament 

tərəfindən qəbul edilir. Parlament qanunvericilik səlahiyyətini xalqdan 

alır və buna görə də ona xalqın adından qanunvericilik işini həyata 

keçirmək həvalə olunur. Lakin bir sıra dövlətlərin təcrübəsi göstərir ki, 

bu qaydadan kənara çıxma halları da mövcuddur. Misal üçün, Fransa 

Respublikası  Konstitusiyasının  34-cü  maddəsində  qanunların 

parlament  tərəfindən  qəbul  edilməsi  təsbit  olunsa  da,  həmin 

Konstitusiyanın 38-ci maddəsində deyilir ki, «Hökumət öz proqramını 

həyata  keçirmək  üçün,  adətən  Parlamentdən  ordonanslar  yolu  ilə 

məhdud bir müddət üçün qanunvericilik sahəsinə aid olan tədbirlərin 

həyata keçirilməsinə icazə verilməsini xahiş edir. 

Ordonanslar Dövlət Şurası tərəfindən baxıldıqdan sonra Nazirlər 

Şurası tərəfindən qəbul olunur. Onlar dərc edildikdən sonra qüvvəyə 

minir.  Lakin  səlahiyyətlərin  təmsil  olunması  haqqında  qanunla 

müəyyən  olunmuş  müddət  başa  çatana  qədər  onların  təsdiq 

olunması haqqında qanun layihəsi Parlamentə təqdim edilməzsə, öz 

qüvvəsini itirir. 

Bu  maddənin  birinci  abzasında  göstərilən  müddətin  başa 

çatması  ilə  qanunvericilik  sahəsinə  aid  məsələlər  üzrə  ordonanslar 

yalnız qanunla dəyişdirilə bilər».'' 

Qanunvericilik  təcrübəsində  və  hüquq  ədəbiyyatında  buna 

qanunvericilik  səlahiyyətinin  təmsilçiliyə  verilməsi  deyilir.  İtaliya 

Respublikasının  qanunvericiliyində  də  müəyyən  məsələ-  iər  üzrə 

qanunvericilik  səlahiyyətinin  təmsilçiliyə  verilməsi  mümkün  hesab 

olunur.  Bu  məsələ  ilə  əlaqədar  Kubanın,  Çinin  və  s.  dövlətlərin 

özünəməxsus təcrübəsi var. 



'  KoHCTHTyunH  rocy^apcTB  EsponeficKoro Corosa.  M., 

1997, 


s.672-673.

 

374 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə