ilqar Məmmadov
tədbirlər avtoritar üsullardan, metodlardan istifadə etməklə həyata
keçirilir, cəmiyyətə, ayrı-ayrı qruplara, təbəqələrə və insanlara zorakı
üsullarla təsir göstərilir. Bu baxımdan Türkiyədə M.K.Atatürkün
yaratdığı rejim. Çilidə Pinoçetti rejimi islahatçı avtoritarizm kimi
xarakterizə olunur.
Avtoritarizmin yaranmasına təsir göstərən bir sıra amillər var.
Həmin amilləri ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi açıqlaya
bilərik:
-
avtoritetlərə, standart tələblərə və qaydalara tabeçilik
psixologiyasının və düşüncə tərzinin hakim olduğu ənənəvi
cəmiyyətin qorunub saxlanması;
-
ictimai həyatın və fərdlər arasında əlaqələrin asimmetrik
xarakterli münasibətlər əsasında tənzimlənməsinin stereotip kimi
sosial münasibətlər iyerarxiyasının bütün səviyyələrində özünə yer
alması;
-
siyasi mədəniyyətin patriarxal və təbəəçi tiplərinin qorunub
saxlanması və bu səbəbdən əhalinin siyasi sistemə aktiv təsir
göstərmək iradəsinə malik olmaması;
-
dini normaların əhalinin siyasi oriyentasiyasına kifayət qədər
ciddi təsir göstərməsi;
-
vətəndaş cəmiyyətinin inkişaf etməməsi;
-
ictimai və siyasi münasibətlərdə demokratik ənənələrin yerinin
zəif olması;
-
iqtisadiyyatın zəif inkişaf etməsi;
-
hüquqi mədəniyyətin aşağı səviyyədə olması, hüquqa inamsız
münasibətin cəmiyyətdə özünə geniş yer alması.
Qeyri-demokratik rejimlərin yaranması, mövcud olması yalnız
siyasi proseslərlə və siyasi xarakterli amillərlə şərtlənmir. Həmin
rejimlərin formalaşmasına və mövcud olmasına etno- mədəni
ənənələr və stereotiplər, ictimai-tarixi faktorlar, etno-psi- xoloji
amillər, sosial xarakterin dominantası da ciddi təsir göstərir.
Patriarxal-təbəəçi şüur tipinin inkişaf etməsi, tərbiyə metodlarının
avtoritar üsullarla həyata keçirilməsi və avtoritar xarakterin
formalaşmasına istiqamətlənməsi, insanlar arasında bərabərsizliyin
mürəkkəb qaydada institutlaşdırılması və s. həmin
312
Dövlət və hüquq nəzəriyyəsi
amillər sırasına daxildir. Bütün bu amillər avtoritarizm ruhunu ictimai
həyatın bütün sahələrinə aşılamaqla cəmiyyətdə avtoritar tiplər
iyerarxiyasını yaradır. Valideynlər, yaşca və statusca böyük olanlar,
vəzifə səlahiyyətlərinə malik olan şəxslər, fövqəltəbii qüvvələr həmin
iyerarxiyaya daxildir. Belə vəziyyətdə statusca qeyri-bərabər
olanların aşağıdan yuxarıya doğru avtoritetlərə tabe olması məziyyət
hesab olunur. Bu baxımdan, Teodor Adorno yazır ki, avtoritar
tabeçilik avtoritet kimi qəbul edilən fiqurlar cərgəsi, yəni valideynlər,
böyüklər, başçılar və s. qarşısında özünü göstərən geniş şaxəli bir
mövqe kimi təzahür olunur və «sözsüz ki, cəmiyyətdə antidemokratik
potensialın yaranmasına əhəmiyyətli dərəcədə rəvac verir. Belə ki,
bu cür vəziyyət insanı kənar qüvvələr tərəfindən manipulyasiya oluna
bilən varlığa çevirir».''
' Адорно Теодор.
Исследование авторитарной личности. М.,
2001,
S.
56.
313
ilqar Məmmədov
MÖVZU:
DÖVLƏTİN FUNKSİYALARI
§ 1. DÖVLƏTİN FUNKSİYALARININ
ÜMUMİ XARAKTERİSTİKASI
İctimai
münasibətlərin
tənzimlənməsi
və
cəmiyyətin
bütövlüyünün təmin edilməsi dövlətin əsas vəzifələrindəndir. Həmin
vəzifələrin həyata keçirilməsi üçün dövlət orqanları fəaliyyət göstərir.
Dövlət, bu mənada, funksional bir sistem və ya funksional
mexanizmdir.
Dövlət
ictimai
münasibətlərin
tənzimlənməsi
fəaliyyətini həyata keçirərkən təsir etdiyi sahələrə müvafiq olaraq
onun əsas fəaliyyət sahələri və istiqamətləri meydana gəlir.
Dövlət
hakimiyyətinin,
dövlət
idarəetməsinin
həyata
keçirilməsinin özü, sözün geniş mənasında, dövlətin funksiyalarının
həyata keçirilməsi deməkdir. Dövlət hakimiyyətinin, dövlət
idarəetməsinin həyata keçirilməsi bilavasitə dövlətin varlığını təsdiq
edən fəaliyyət olmaqla dövlətin funksiyalarının həyata keçirilməsi
vasitəsi ilə ictimai həyatın, ictimai münasibətlərin müxtəlif
sahələrində konkretləşir, dövləti real hadisəyə, ictimai xarakterli bir
gücə çevirir, onu obyektivləşdirir. Dövlətin fəaliyyəti kortəbii,
məqsədsiz, sporadik xarakterli fəaliyyət olmayıb onun mahiyyətinə,
məqsəd və vəzifələrinə, sosial təyinatına uyğun gəlir. Beləliklə,
dövlətin funksiyaları onun mahiyyətindən, məqsəd və vəzifələrindən
irəli gələn fəaliyyət istiqamətləri kimi təzahür olunur. Həmin fəaliyyət
istiqamətləri birbaşa dövlətin məqsəd və vəzifələrinin həyata
keçirilməsinə xidmət etməklə bərabər, onun mahiyyətini, həmçinin
dövlət hakimiyyətinin xarakterini ifadə edir. Dövlətin funksiyalarının,
onun məqsəd və vəzifələrinin həyata keçirilməsinə xidmət etməsi
onların bir-birilə qarşılıqlı əlaqədə olması və qarşılıqlı olaraq bir-birinə
təsir göstərməsi ilə müşayiət olunur. t
314