Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə103/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   99   100   101   102   103   104   105   106   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

diktatura  rejimi,  konstitusion-avtoritar  və  ya  monokratik  rejim  və  s. 

formalarının  adına  rast  gəlirik.  Despotiya,  tiraniya  rejimləri  daha 

arxaik,  digərləri  isə  müasir  avtoritar  rejim  formaları  hesab  olunur. 

Tədqiqatçılar  müasir  dövrün  avtoritar  rejimlərindən  danışarkən, 

İspaniya, Portuqaliya, Yunanıstan kimi kapitalist ölkələrində mövcud 

olmuş  avtoritar  rejimlərə  xüsusi  diqqət  yetirirlər.  Avtoritar  rejimlərin 

təsnifləşdirilməsi zamanı hakimiyyəti həyata keçirən blok, yəni siyasi 

qüvvə və həyata keçirilən siyasətin məqsədləri əsas götürüldükdə isə 

hərbi, oliqarxiya, populist və bürokratik rejim formaları fərqləndirilir.'' 

Müasir dövrdə Asiya, Afrika, Latın Amerikası, Yaxın və Orta Şərq 

ölkələrinin bir çoxunda avtoritar rejim mövcuddur. 

Totalitar  rejimlərin  bir  sıra  xüsusiyyətlərinin  avtoritar  rejimlərdə 

də olmasına baxmayaraq elə cəhətlər var kl, antidemokra- tik rejimin 

bu  İki  əsas  növünü  bir-birindən  fərqləndirir.  Həmin  fərqləndirici 

cəhətlərə nəzər yetirək. 

1.

 

Avtoritar  rejim  hüquq  və  azadlıqların  reallaşmasına  məhdud 



həcmdə  imkan  yaratmaqla  bərabər  vətəndaş  cəmiyyətinə  də 

müəyyən  dərəcədə  müstəqillik  verir.  Dövlət  İctimai  həyatın  bütün 

sahələrini  total  nəzarətdə  saxlamır.  Totalitar  rejimdə  isə  ictimai 

həyatın  bütün  sahələrinə  aid  münasibətlər  dövlət  tərəfindən 

reqlamentləşdirilir. 

2.

 



Avtoritar  rejim  özünə  zərər  vurmamaq  şərti  ilə  müəyyən 

dərəcədə  İdeoloji  plyuralizmə  imkan  yaradır.  Düşüncə  azadlığı 

məhdudiyyətlərə  məruz  qalsa  da,  bütün  insanlar  üçün  ümum- 

məcburi olan vahid İdeologiyanın total təbliğatı aparılmır. Hakimiyyət 

İdeologiyadan  çox  özünü  təbliğ  edir.  Totalitarizmdə  isə 

ümumməcburi rəsmi ideologiya olur. 

3.

 

Totalitarizm  dövlət  aparatının  hakim  partiya  tərəfindən 



udulması  ilə  xarakterizə  olunur.  Yəni  partiya  orqanları  bütün  dövlət 

strukturlarını,  həmçinin  istehsal  strukturlarını  «zəbt  edir»  və  bu 

dövlətin özü tərəfindən leqallaşdırılır. Ölkə ərazisində 

' Политология. 



Под 

pedaKijiıeiı 

проф. Васгшика M.А.

 M., 2001, s. 245. 



309 


ilqar Məmmədov 

yalnız  hakim  partiya  fəaliyyət  göstərir  və  heç  bir  müxalifət  olmur. 

Avtoritar rejimdə partiya ali dəyər kimi qəbul edilmir və dövlət ideyası 

əsas götürülür. Formal olaraq bu partiya ilə yanaşı digər partiyalara 

da leqal fəaliyyət göstərmək imkanı verilir. Bu imkanın xeyli dərəcədə 

məhdudlaşdırılımasına  baxmayaraq,  avtoritar  rejimlərin  bir  çoxunda 

müxalifət  partiyaları  fəaliyyət  göstərir,  onların  hakimiyyətə  qarşı 

müəyyən aksiyalar həyata keçirmək, mətbuat vasitəsi ilə hakimiyyəti 

tənqid etmək imkanı olur. 

4.

 



Totalitar  rejimdə  rəsmi  ideologiyaya  və  hakimiyyətə  qarşı 

çıxma  halları  dövlət  tərəfindən  leqallaşdırılmış  terrorla  qarşılanır. 

Müxalifətdə  olmaq  olmamağa  bərabər  tutulur.  Avtoritar  rejimdə 

müxalifətə  dözümsüzlük  göstərilsə  də,  ona  qarşı  sistemli  şəkildə 

dövlət  terroru  həyata  keçirilmir.  Müxalifətin  siyasi  fəaliyyətini 

məhdudlaşdırmaq üçün zorakılıq tədbirlərindən istifadə edilsə də, bir 

çox hallarda hakimiyyət onun mövcudluğu ilə razılaşmalı olur. 

5.

 



Avtoritar  rejim  patriarxal  ənənələrin,  tayfa  münasibətlərinin 

saxlanılmasına şərait yaradır və hakimiyyət həyata keçirilərkən həmin 

ənənələrdən istifadə edilir. Totalitar rejim isə özündən əvvəlki sosial 

strukturu dağıdır, ənənəvi sosial əlaqələri qırır və cəmiyyəti böyük bir 

kütləyə  çevirir.  Totalitar  rejim  tamamilə  yeni  bir  cəmiyyət  qurmaq 

iddiası ilə çıxış edir. 

Avtoritar rejimlərin heç birində dövlət hakimiyyəti xalq tərəfindən 

formalaşdırılmır. Konstitusiyaya görə, ali dövlət orqanları seçkilər yolu 

ilə təşkil edilməli olsa da, əslində, həmin orqanlar diktatorun və yaxud 

real  hakimiyyətə  malik  olan  kiçik  bir  qrupun  iradəsi  əsasında  təşkil 

olunur.  Nümayəndəli  orqan  olan  parlamentdə  birinci  şəxsin 

tərəfdarları, hakimiyyətə yaxın olan şəxslər cəmləşir. Buna görə də 

parlament  müstəqil  fəaliyyət  göstərə  bilmir.  Qanunverici  orqan, 

əslində, 

«yuxarıdan» 

gələn 


göstərişləri 

həyata 


keçirir. 

A.B.Vengerovun  yazdığı  kimi  «parlament  başında  rəhbər  və  ya  bir 

qrup  şəxs  (xunta,  oliqarxiya)  duran  hakim  elitanın  qəbul  etdiyi 

qərarları 

ştamplaşdırır. 

Ölkənin 


həyatı 

özünü 


qanunlarla 

məhdudlaşdırmayan hakim elita tərəfindən istiqamətləndirilir. Həmin 

elitanın daxilində isə siyasi 

310 



Dövlət və hüquq nəzəriyyəsi 

hakimiyyəti həyata keçirən yüksək vəzifəli şəxslərdən ibarət kiçik bir 

qrup xüsusilə seçilir».'' 

Konstitusiyaya  əsasən,  dövlət  orqanları  hakimiyyətlərin 

bölünməsi  prinsipi  əsasında  təşkil  edilməli  olsa  da,  əslində,  bu 

görüntü xarakteri daşıyır və faktiki olaraq hakimiyyətlərin bölünməsi 

prinsipinə  riayət  olunmur.  Real  hakimiyyət  ali  icra  hakimiyyəti 

orqanında  cəmləşir  və  məhkəmə  hakimiyyəti  orqanlarının  fəaliyyəti 

də icra hakimiyyətinin nəzarəti atında olur. 

Avtoritar  rejim  şəraitində  siyasi  plyuralizm  yalnız  məhdud 

səviyyədə  ola  bilər.  Siyasi  təşkilatların  fəaliyyəti  leqallaşdırılsa  da, 

siyasi  müxalifətin  hüquqları  pozulur,  həmin  partiyaların  liderləri 

müxtəlif üsullarla təqib olunur. Müxalifətin hakimiyyətə təsiri isə heçə 

endirilir.  Müxalifət  partiyaları  seçkilərə  qatılsalar  da,  onların  qalib 

gəlmək şansı olmur. Seçkilərin, referendumların nəticəsi hakim elita 

tərəfindən əvvəlcədən müəyyənləşdirilir. 

Konstitusiyada  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına 

təminat verilsə də, onlar mütəmadi olaraq pozulur. Hakim elita insan 

hüquqları,  qanunçuluq  ideyalarından  öz  maraqlarına  uyğun  olaraq 

istifadə  edir,  eyni  zamanda  həmin  hüquqları  tapdalamaqdan  da 

çəkinmir.  Odur  ki,  dövlətin  daxili  siyasətində  güc  metodlarından 

istifadə  olunması  adi  bir  hala  çevrilir.  Silahlı  qüvvələr  də  çox  vaxt 

siyasi rol oynayır. 

Tədqiqatçıların fikrincə, avtoritar rejimlər konservativ və islahatçı 

xarakterli  ola  bilər.  Konservativ  xarakterli  avtoritar  rejimlər  mövcud 

münasibətləri  və  qaydaları  qoruyub  saxlamağa  çalışır.  Bu  cür 

rejimlərə Latın Amerikası ölkələrində formalaşmış bir çox diktaturaları 

misal göstərmək olar. İslahatçı xarakterli avtoritar rejimlər isə ənənəvi 

qaydaların,  sosial  əlaqələrin  dəyişilməsi  və  ictimai  münasibətlərin 

yeni  istiqamətdə  qurulması  məqsədi  ilə  ictimaiyyətin  radikal  hesab 

etdiyi  islahatlar  aparır.  Vətəndaş  cəmiyyətinin  inkişaf  etməsi  üçün 

müəyyən tədbirlər həyata keçirilir və bunun hüquqi bazası yaradılır. 

Lakin bütün bu 

Венгеров А.Б. 

Теория государства и права. М., 2000, s. 128. 

311 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə