ilqar Məmmədov
yanın özündə dəyişikliklərin baş verməsinə gətirib çıxarır. Bu proses
dövlətin əsas fəaliyyət istiqamətlərinin, yəni funksiyaların inkişaf
etməsinə də səbəb olur. Funksiyanın inkişaf etməsi deyərkən, onun
daha ictimai səmərəli üsullarla həyata keçirilməsini, ictimai və fərdi
maraqlara daha adekvat şəkildə cavab verə bilməsini, ictimai həyat
şəraitinin yaxşılaşmasına daha çox imkan yaratmasını və s. bu kimi
pozitiv hadisələrin baş verməsini nəzərdə tuturuq. Dövlət
hakimiyyətinin
xarakterinin,
dövlətin
formasının
dövlətin
funksiyalarına təsiri həm də bu funksiyalar həyata keçirilərkən rəhbər
tutulan dəyərləri, prinsipləri müəyyənləşdirir. Odur ki, dövlət
hakimiyyətinin xarakterindən, dövlətin formasından asılı olaraq
ayrı-ayrı dövlətlərdə funksiyaların həyata keçirilməsinin prinsipləri,
dəyərləri bir-birindən fərqlənir. Məsələn, demokratik hüquqi dövlətdə
dövlətin funksiyaları həyata keçirilərkən humanizm, qanun qarşısında
hamının bərabər olması, xüsusi mülkiyyətin toxunulmazlığı,
təqsirsizlik prezumpsi- yası və s. prinsiplər, insan və vətəndaş hüquq
və azadlıqları rəhbər tutulur; dövlət və ya cəmiyyət deyil, məhz insan
ali dəyər kimi qəbul edilir. Totalitar dövlətdə isə dövlətin fəaliyyəti
rəsmi dövlət ideologiyasının ehkamlarına və prinsiplərinə əsaslanır,
hakim qrupun maraqları ümumsosial maraqlar kimi təqdim olunur,
insan azadlığı boğulur, hakimiyyət inzibati-amilik metodu ilə həyata
keçirilir, qarşıda duran məqsədə nail olmaq, vəzifələri həyata
keçirmək üçün hər cür zorakılığa bəraət qazandırılır, insan deyil,
«dövlət», «cəmiyyət», «millət», «irq» kimi müqəddəs hesab olunan
mifləşdirilmiş obrazlar əsas götürülür. İnsan dövlət, cəmiyyət naminə
tapdalanır. Dövlət özünün fəaliyyət istiqamətlərinin forma və
metodlarını da məqsədə müvafiqlik əsasında, öz iradəsinə uyğun
şəkildə müəyyənləşdirir.
Dövlətin funksiyaları müxtəlif metodlarla həyata keçirilir.
Dövlətin funksiyaları arasında bu cür fərqlənmə funksiyanın
predmetindən, onunla bağlı olan vəzifədən, ifadə etdiyi fəaliyyət
sahəsinin özünəməxsus xüsusiyyətlərindən irəli gəlir. Məsələn,
müasir demokratik dövlətdə iqtisadi funksiya, əsasən, yumşaq, azad
iqtisadi münasibətlərə imkan yaradan, müstəqil təşəbbüs
324
Dövlət və hüquq nəzəriyyəsi
əsasında subyektlərin iqtisadi fəaliyyətini stimullaşdıran metodlarla
həyata keçirilir. Dövlətin hüquq mühafizəedicilik fəaliyyəti isə daha
çox repressiv xarakterli metodlara əsaslanır.
«Dövlətin funksiyaları» həm siyasi, həm də hüquqi anlayışdır.
Dövlətin funksiyaları siyasi hakimiyyətin həyata keçirilməsi,
cəmiyyətin idarə olunması baxımından siyasi xarakterli hadisədir.
Onlar dövlətin daxili və xarici siyasətinə uyğun həyata keçirilir. Digər
tərəfdən isə, dövlət öz funksiyalarını, əksər hallarda, hüquqi formada
həyata keçirir, fəaliyyətini əsaslandırmaq üçün onun hüquqi bazasını
yaradır. Bu baxımdan dövlətin funksiyaları həm də hüquqi
əhəmiyyətə malik olan hadisə hesab olunur.
Dövlətin funksiyalarının predmeti dövlətin idarəetmə fəaliyyəti
nəticəsində onun təsirinə məruz qalan ictimai sistemin müəyyən
aspektləri, tərəfləridir. Məsələn, hüquq mühafizəetmə fəaliyyəti
hüquq pozuntularının qarşısını almaq, vətəndaşların, cəmiyyətin,
dövlətin hüquqla müdafiə olunan maraqlarını cinayətkar qəsdlərdən
qorumaq və hüquq pozuntularına görə məsuliyyətə cəlb etmək, cəza
təyin etmək məsələləri ilə əlaqədar olan münasibətlərdə ifadə olunur.
Həmin münasibətlər ictimai sistemin müəyyən bir tərəfini əks etdirir.
Dövlətin funksiyalarının məzmunu dövlət İdarəetməsindən irəli gələn
təsirlərin hansı əsaslarla həyata keçirilməsini və xarakterini ifadə edir.
Dövlətin funksiyalarının reallaşma üsulu isə müvafiq funksiya ilə bağlı
dövlət idərəetməsinin hansı üsullarla həyata keçirilməsində özünü
göstərir.
Dövlət və hüquq nəzəriyyəsində xüsusi diqqət yetirilən
məsələlərdən biri də dövlətin funksiyalarının dövlət orqanlarının
funksiyalarından fərqlənməsi məsələsidir. Dövlətin funksiyaları
dövlətin özünün fəaliyyət istiqamətləridir. Həmin funksiyaların həyata
keçirilməsi sistemi dövlət mexanizmini bütünlüklə əhatə edir. Elə olur
ki, hər hansısa bir funksiyanın həyata keçirilməsində aktiv şəkildə
yalnız bir neçə orqan iştirak edir. Lakin hər bir halda həmin funksiya
bir orqanın strukturu və fəaliyyəti ilə məhdudlaşmır. Dövlət orqanları
isə öz spesifik funksiyaları olan qurum kimi, yalnız onların
səlahiyyətində olan müəyyən növ fəaliyyətlə məşğuldurlar.
325
ilqar Məmmədov
Dövlətin funksiyaları ilə dövlət orqanlarının funksiyaları arasında
qarşılıqlı əlaqə dövlətin çoxpilləli funksional strukturunu təşkil edir.
Həmin bu struktur idarəetmə subyekti olan dövlətin cəmiyyətlə
əlaqəsini qurmaqla bərabər, həm də idarəetmə sistemi kimi onun
daxili bütövlüyünü və dinamizmini təmin edir. Dövlətin funksiyaları
mövcud funksional strukturun «çərçivəsini» müəyyənləşdirir və onun
daxilində dövlət orqanlarının idarəetmə funksiyaları təşəkkül tapır.
Tanınmış dövlətşünas Q.V.Ataman- çuk yazır ki, dövlət
idarəetməsinin xarakterinə və konfiqurasiyasına bir çox amillər:
«idarə olunan obyektlərin özünüidarəetmə imkanları, yerli
özünüidarəetmənin inkişaf səviyyəsi, dövlət quruluşu forması,
idarəetmə forması, dövlətin özünün xüsusiyyətləri - onun
demokratikliyi, sosial yönümlüyü, hüquqi cəhətdən müəyyənləşmələr
və s. təsir göstərir. Odur ki, bir tərəfdən dövlət idarəetməsinin
funksional strukturunda rasionallığı və səmərəliliyi qoruyub
saxlamaq, digər tərəfdən isə çevikliyi və dəyişən məqsədlərə
uyğunlaşmanı təmin etmək baxımından real çətinliklər yaranır.
Rasionallığı və səmərəliliyi təmin etmək xüsusilə çətindir. Zəruridir ki,
dövlətin idarəetmə funksiyaları dövlət orqanlarının idarəetmə
funksiyaları vasitəsilə müvafiq şəkildə reallaşdırıla bilsin...».''
Məlumdur ki, etnosun, millətin mövcudluğunun təmin edilməsi
və bütövlüyünün qorunub saxlanması, dilin, milli mədəniyyətin
yaşadılması və inkişaf etdirilməsi, milli ənənəiərin qorunması dövlətin
fəaliyyətindən çox asılıdır. Millət yalnız öz dövləti vasitəsilə
ümumbəşəri səviyyədə təşkiiatlanmış antrop birlik kimi çıxış edə bilir.
Odur ki, əksər hallarda dövlətin funksional strukturu milli məzmuna
malik olur. Dövlət özfəaliyyətində ümumi sosial məsələlərin həll
edilməsinə istiqamətlənməkiə yanaşı, həm də milli maraqlardan çıxış
edir, etnosun, miilətin geosiyasi maraqlarının həyata keçirilməsinə
can atır. Dövlətin əhalisi polietnik tərkibə malik olduqda sayca çoxluq
təşkil edən və ya dövləti qu-
186
.
'Атаманчук Г.В.
Теория государственного управления. S.185-
326
Dostları ilə paylaş: |