Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə95/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   91   92   93   94   95   96   97   98   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

rinə  federasiya  subyekti  statusu  verməsinin  nəticəsidir.  Adətən, 

hüquq  ədəbiyyatında  belə  federasiyalara konstitusiya  federasiyaları 

deyilir. Ayrı-ayrı dövlətlər arasında müqavilə bağlanması nəticəsində 

yaranan  federasiyalar  isə  ittifaq  federasiyaları  və  ya  müqavilə 

federasiyaları adlandırılır. 

Elə  federasiyalar  var  ki,  onların  subyektləri  kiçikliyindən  və  ya 

böyüklüyündən,  həmçinin  digər  amillərdən  asılı  olmadan  sta-  tusca 

bərabərdirlər və eyni səlahiyyətlərə malikdirlər. Hüquq ədəbiyyatında 

subyektləri  statusca  bərabər  olan  federasiyalara  simmetrik 

federasiyalar deyilir. Bu cür federasiyaya müasir Almaniya Federativ 

Respublikasını,  Amerika  Birləşmiş  Ştatlarını,  keçmiş  SSRİ-ni  misal 

göstərmək olar. Subyektlər arasında hüquqi status baxımından fərqin 

olması  isə  federasiyanın  asim-  metrik  federasiya  olmasına  dəlalət 

edir.  Məsələn,  Rusiya  Federasiyası,  Hindistan  asimmetrik 

federasiyalardır. 

Federativ dövlətlərin bəzilərində federasiya subyektləri əhalinin 

milli  (etnik),  dini  tərkibinin  nəzərə  alınması  yolu  ilə  təşkil  olunur. 

Federativ  dövlətlərin  bir  qismində  isə  ərazi  prinsipi  əsas  götürülür. 

Bəzi federativ dövlətlərdə isə onların hər ikisi tətbiq olunur. 

Ölkə  daxilində  əhalinin  milli  tərkibinin  nəzərə  alınması  yolu  ilə 

təşkil  olunan  federasiyalara  milli-ərazi  prinsipi  əsasında  formalaşan 

federasiyalar  deyilir.  Bu  cür  federasiyaların  sayı  azdır.  Həbəşistan, 

1991-ci ilə kimi mövcud olmuş Yuqoslaviya Federasiyası, SSRİ belə 

federasiyalara aid edilir. 

Federativ  dövlətlərin  əksəriyyətində  federasiyanın  təşkili  ərazi 

prinsipinə  əsaslanır.  Həmin  federasiyalarda  milli  əlamət  nəzərə 

alınmır.  Almaniya,  ABŞ,  Meksika,  Braziliya,  Avstraliya  və  s.  ərazi 

prinsipi  əsasında  qurulmuşlar.  Ərazi  prinsipi  əsasında  qurulan 

federasiyalarda siyasi-tarixi, iqtisadi və coğrafi amillər nəzərə alınır. 

Hər iki prinsipin nəzərə alınması, yəni həm coğrafi, siyasi-tarixi, 

iqtisadi  amillərin,  həm  də  milli,  dini,  linqivistik  amillərin  əsas 

götürülməsi  hüquq  ədəbiyyatında  kompleks-ərazi  yanaşma  kimi 

xarakterizə olunur. Bu yanaşmaya uyğun təşkil olunan federasi 



285 


ilqar Məmmədov 

yalara  Belçikanı,  Kanadanı,  Hindistanı,  Pakistanı  və  s.  misal 

göstərmək olar. Məsələn, Kanadada subyektlərin 9-u ingilis dillidir və 

həmin subyektlər ərazi prinsipi əsasında təşkil olunubdur. Bir subyekt 

(Kvebek) isə fransız dillidir və onun təşkilində milli-ərazi prinsipi əsas 

götürülmüşdür.  Hindistanda  isə  ştatlar  yaradılarkən  linqivistik  amil 

xüsusi  olaraq  nəzərə  alınmışdır.  Lakin  buna  baxmayaraq,  ştatların 

əhalisi  ayrıca  bir  dildə  danışan  qrupdan  ibarət  deyil.  Hindistanda 

linqivistik amillə bərabər tarixi, iqtisadi, coğrafi və s. amillər də nəzərə 

alınmışdır. 

Federativ  dövlətlərdə  federal  dövlət  hakimiyyətinin  və  federal 

hüququn aliliyi konstitusiya normalarının təmin olunması ilə əlaqədar 

subyektlər  üzərində  federal  mərkəz  tərəfindən  nəzarətin  həyata 

keçirilməsini ehtiva edir. Bu cür nəzarətin bir sıra üsulları mövcuddur. 

Ümumilikdə isə, onlar iki qismə: adi və fövqəladə üsullara bölünür. 

Adi üsullar federal parlamentin fəaliyyəti nəticəsində, həmçinin 

bütün federasiya ərazisində fəaliyyət göstərmək səlahiyyətinə malik 

olan  icra  və  məhkəmə  orqanlarının  iştirakı  ilə  subyektlərin 

fəaliyyətinin  müəyyən  çərçivəyə  salınmasında  özünü  göstərir. 

Onların  arasında  maliyyə  nəzarətinin  xüsusi  yeri  var.  Belə  ki, 

federasiyalarda  subyektlərin  əksəriyyətinin  maliyyə  təminatı  federal 

hakimiyyət  tərəfindən  verilən  dotasiyalar  hesabına  həyata  keçirilir. 

Belə olan halda həm müəyyən asılılıq, həm də bu sahə ilə əlaqədar 

nəzarət mexanizmi yaranır. 

Fövqəladə  nəzarət  üsullarına  federal  məcburetmə  də  deyilir. 

Fövqəladə  nəzarət  üsullarına  subyektlərin  ərazisində  fövqəladə 

vəziyyətin  elan  edilməsi,  federal  intervensiya  (müdaxilə)  institutu, 

subyektin  ərazisində  özünüidarəetmənin  dayandırılması,  prezident 

idarəçiliyinin  tətbiq  edilməsi  və  s.  tədbirlər  aiddir.  Məsələn, 

Argentinanın,  Braziliyanın  və  s.  Latın  Amerikası  ölkələrinin 

konstitusiyasına  əsasən,  kütləvi  ixtişaşlar  baş  verdikdə,  subyektin 

ərazisində konstitusion hakimiyyətin fəaliyyəti mümkün olmadıqda və 

bir  sıra  digər  fövqəladə  hallarda  federal  mərkəz  intervensiya 

institundan  istifadə  edə  bilər.  Bu  halda  prezident  ordudan  istifadə 

etməklə subyektin istənilən orqanının fəaliy 

286 



Dövlət və hüquq nəzəriyyəsi 

yətini  dayandırmaq,  ona  nəzarət  etmək,  subyektin  idarə  olunması 

üçün öz nümayəndəsini təyin etmək hüququna malikdir. Hindistanda 

isə prezident idarəçiliyinin tətbiq olunmasından tez- tez istifadə edilir. 

Prezident  idarəçiliyi  tətbiq  edildiyi  halda  prezidentin  aktına  əsasən, 

müvafiq  federasiya  subyektinin  qanunverici  orqanı  buraxılır  və  ya 

onun  fəaliyyəti  dayandırılır,  subyektin  bütün  nazirləri  işdən 

kənarlaşdırılır  və  hakimiyyət  ya  qubernatorun  və  yaxud  prezidentin 

təyin  etdiyi  başqa  bir  şəxsin  əlində  cəmləşir.  Bununla  da,  həmin 

subyektin idarə olunması birbaşa prezidentin nəzarətinə keçir. 

Tədqiqatçıların xüsusi maraq göstərdikləri məsələlərdən biri də 

federativ  dövlətlərdə  subyektlərin  sessesiyası  (federasiyadan 

çıxması)  problemidir.  Federativ  dövlət  bütöv,  suveren  dövlət 

olduğundan  federal  qanunvericilikdə  subyektlər  tərəfindən  onun 

suverenliyinin  pozulmasına,  ərazisinin  dəyişdirilməsinə  yönələn 

tədbirlərə  xüsusi  diqqət  verilir.  Hal-hazırda  mövcud  olan  federal 

konstitusiyaların demək olar ki, heç birində subyektlərə sesse- siya, 

yəni  federasiyadan  çıxmaq  hüququ  verilməmşdir.  Ümumiyyətlə, 

sessesiya  tələbi  dövlət  suverenliyinin  pozulmasına  cəhd  kimi 

qiymətləndirilir  və  bunun  qarşısının  alınması  məqsədi  ilə  federativ 

dövlətlərin bir çoxunun qanunvericiliyində dövlət bütövlüyünün təmin 

edilməsi tədbirləri nəzərdə tutulur. 1861- 1865-ci illərdə ABŞ-da, XX 

əsrin  30-cu  illərində  Meksikada,  70-  ci  illərdə  isə  Nigeriyada 

federasiya  tərkibindən  çıxmaq  cəhdlərinin  qarşısı  hərbi  yolla 

alınmışdır.  1985  və  1995-ci  illərdə  isə  Kanadada  Kvebekin 

sessesiyasına cəhd edilərək referendum keçirilmiş, lakin hər iki halda 

da seperatistlər səs çoxluğu qazana bilməmişlər. Tarixdə sessesiya 

cəhdlərinin uğurla başa çatması halları da olmuşdur. XX əsrin 70-ci 

illərində  silahlı  mübarizə  nəticəsində  Pakistanda  sessesiya  baş 

vermişdir.  90-cı  illərdə  Yuqoslaviyada  silahlı  qüvvələrdən  istifadə 

olunmaqla  həyata  keçirilən  sessesiya  cəhdləri  də  baş  tutmuşdur. 

Sinqapur  dövləti  isə  dinc  yolla  baş  tutan  sessesiya  nəticəsində 

yaranmışdır.  Sinqapur  1965-ci  ildə  heç  bir  qarşıdurma  olmadan 

Malayziyanın tərkibindən çıxmış və müstəqil dövlət olmuşdur. 

287 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə