Dövlət və hüquq nəzəriyyəsi
hökumətə
parlamentin
aşağı
palatası
tərəfindən
etimad
göstərilməlidir. Parlament hökumətə etimad göstərmədikdə tənbeh
qətnaməsi qəbul edir. Bunun üçün aşağı palatanın tam tərkibindən
mütləq səs çoxluğu tələb olunur.
Bu cür hibrid respublikaların yaradılmasında əsas məqsəd
prezidentli və parlamentli respublikalara xas olan pozitiv cəhətləri,
elementləri birləşdirilmək və onlardan daha səmərəli şəkildə
faydalanmaqdır. Ümumiyyətlə, son onilliklərdə qarışıq respublika
formalarının yaradılması dünyada dayanıqlı bir tendensiyaya
çevrilmişdir.
§ 3. DÖVLƏT QURULUŞU FORMALARI
Dövlət quruluşu forması dedikdə, dövət hakimiyyətinin milli-ərazi
və inzibati-ərazi vahidləri üzrə təşkili, dövlət ərazisinin bu və ya digər
əsaslara görə tərkib hissələrə bölünməsi və onların siyasi-hüquqi
vəziyyəti, dövlət hakimiyyəti ilə dövlətin həmin tərkib hissələri
arasında, həmçinin mərkəzi orqanlarla yerli orqanlar arasındakı
qarşılıqlı əlaqələri başa düşülür.
Nəzəriyyəçilərin ümumi fikri belədir ki, dövlət quruluşu
bütövlükdə dövlətlə onun ərazi baxımından tərkib hissələri olan ərazi
vahidləri arasındakı qarşılıqlı əlaqələrin sistemini və dövlət
hakimiyyətinin mərkəzləşdirilmə səviyyəsini əks etdirir. Dövlət və
hüquq nəzəriyyəsinə aid ədəbiyyatda verilən açıqlamalara görə,
dövlət quruluşu forması dövlət strukturunun hansı tərkib hissələrdən
ibarət olduğunu, həmin hissələrin hüquqi vəziyyətini və onlara aid
orqanlar arasında qarşılıqlı əlaqələrin hansı qaydada və xarakterdə
qurulduğunu, mərkəzi və yerli hakimiyyət orqanları arasında
əlaqələrin necə təşkil edildiyini, dövlətin ərazisi daxilində yaşayan
etnik birliklərin, milli azlıqların maraqlarının hansı dövlət forması ilə
ifadə olunduğunu göstərir.
Dövlət quruluşunun hansı formalardan ibarət olması ilə əlaqədar
hüquq ədəbiyyatında əsas iki yanaşma mövcuddur.
267
ilqar Məmmədov
Birinci yanaşmaya görə, dövlət quruluşu forması iki növə: unitar və
federativ dövlətlərə bölünür, ikinci yanaşmadan çıxış edən müəlliflər
isə konfederasiyanı da dövlət qurulşu formasına aid edir və dövlət
quruluşunun əsas üç formadan ibarət olduğunu göstərirlər. Birinci
yanaşmadan çıxış edən müəlliflər konfederasiya dövlət deyil,
dövlətlər ittifaqı olduğundan onun dövlət quruluşu formasından biri
kimi qəbul edilməsi ilə razılaşmırlar. Həmin müəlliflər konfederasiyanı
dövlətlərdən təşkil olunan beynəlxalq hüquqi birliyin bir növü kimi
qəbul edir və bu birliyin beynəlxalq hüquq tərəfindən öyrənilməsini
daha düzgün hesab edirlər.
Biz də hesab edirik ki, unitar dövlət və federativ dövlət, dövlət
quruluşunun əsas formalarıdır. Konfederasiya isə dövlət deyil,
dövlətlər ittifaqıdır və buna görə də, dövlət quruluşu forması kimi
təsnif edilməməlidir. Ancaq dövlət və hüquq nəzəriyyəsinə aid
dərsliklərin və dərs vəsaitlərinin bir çoxunda konfederasiyalardan da
danışıldığından və dövlətlər ittifaqı olan konfederasiyanın dövlət və
hüquq nəzəriyyəsi tərəfindən də öyrənilməsini vacib bildiyimizə görə,
mübahisəyə səbəb olmuş həmin təsisat burada da diqqətdən
kənarda qalmayacaqdır.
Bəzi müəlliflər unitar və federativ dövlətləri dövlət quruluşunun
əsas formaları kimi təsnif etməklə yanaşı imperiyanı da onun bir
forması hesab edirlər. Məsələn, V.İ.Vlasov yazır ki, unitar və federativ
dövlət quruluşu formaları dövlət quruluşu formasının əsas növləridir.
Bununla bərabər, o, imperiyanı da dövlət quruluşu formasının tarixi
keçmişdə qalmış bir növü kimi təsnif edir.'' Biz də hesab edirik ki,
dövlət ərazisinin təşkil olunması qaydaları və mərkəzi hakimiyyətlə
dövlət ərazisinin tərkib hissələri (metropoliya ilə müstəmləkələr)
arasında əlaqələrin qurulması baxımından imperiyanın özünəməxsus
cəhətləri olmuşdur. Bu cəhətlər nəzərə alınmalı və imperiyanın dövlət
quruluşunun bir forması kimi qəbul edilməsi elmi baxımdan əsaslı
hesab olunmalıdır. Beləliklə, biz də belə hesab edirik ki, dövlət
quruluşunun əsas formaları unitar dövlət
' B a x .
Власов В.И.
Теория государства и права. S. 145-146.
268
Dövlət və hüquq nəzəriyyəsi
quruluşu forması və federativ dövlət quruluşu formasından ibarətdir.
Bununla bərabər, əsas olmasa da, imperiya da dövlət quruluşunun
tarixi bir formasıdır.
Unitar dövlət. Unitar dövlətlərdə («unitar» anlayışı latın sözü olan
«unus»dan götürülüb və bu sözün mənası vahid, tək deməkdir)
dövlətin ərazisi mərkəzi hakimiyyətdən birbaşa asılı olan
siyasi-inzibati və ya inzibati-ərazi vahidlərinə bölünür və həmin ərazi
vahidləri üzrə təşkil olunan orqanlar, qurumlar mərkəzdən
formalaşdırılır və ya daim mərkəzin nəzarəti altında olur. Unitar dövlət
quruluşunu xarakterizə edən ən əsas cəhət də bütün ölkə ərazisi
üçün dövlət aparatının vahid strukturda fəaliyyət göstərməsi və ərazi
vahidlərinin birbaşa mərkəzdən asılı olması ilə bağlıdır. Mərkəzi
orqanların səlahiyyətləri hüquqi cəhətdən və faktiki olaraq yerli
orqanlara verilən səlahiyyətlərlə məhdudlaşmır. Adətən, unitar
dövlətlərdə vahid qanunvericilik, məhkəmə və dövlət inzibatçılığı
sistemi mövcuddur. Ərazi vahidləri daxili məsələlərdə müstəqil olmur
və onların özünün qanunvericiliyi, xüsusi orqanları da yoxdur. Lakin
bunlar mütləq deyil, yəni istisnalar var. Həmin istisnaların olması isə
hər hansısa unitar dövlət daxilində siyasi muxtariyyətin mövcudluğu
ilə bağlıdır. Bu baxımdan, yəni ərazi vahidlərinin hüquqi statusuna
görə unitar dövlətlər sadə və mürəkkəb unitar dövlətlərə bölünür.
Unitar dövlətin ərazisində muxtar qurumun olması onu mürəkkəb
unitar dövlət kimi xarakterizə edir. Sadə unitar dövlətlərin ərazisi isə
yalnız inzibati-ərazi vahidlərinə bölünür və bütün ərazi vahidləri
statusca bərabərdir.
Sadə unitar dövlətlərin bir sıra ümumi cəhətləri mövcuddur. Bu
cəhətlərin bir çoxu həm də unitar dövlətin bu növünü mürəkkəb unitar
dövlətdən fərqləndirən cəhətlərdir.
Birincisi,
sadə unitar dövlətin inzibati-ərazi vahidləri heç bir
siyasi müstəqilliyə, siyasi statusa malik deyil. Onlara yalnız təsərrüfat
sahəsi, həmçinin sosial-mədəni sahə ilə bağlı geniş səlahiyyətlər
verilə bilər. Bu isə ərazi üzrə idarəetmənin daha səmərəli təşkil
olunması, müvafiq əraziyə xas olan özünəməxsusluqların nəzərə
alınması üçündür.
269
Dostları ilə paylaş: |