Dövlət və hüquq nəzəriyyəsi
liyinin demək olar ki, bütün sahələri üzrə məhdudlaşır, yəni monarx
ölkənin idarə olunmasında faktiki olaraq iştirak etmir. Monarx dövlət
başçısı olsa da, hakimiyyətin hər hansısa bir qoluna məxsus
səlahiyyətlər onda yoxdur. Qanunvericiliyə əsasən, monarx öz
səlahiyyətində olan bir çox məsələləri müstəqil həll edə bilmir.
Kontrassiqnatura institutunun özü də monarxın müstəqilliyini
məhdudlaşdıran institutlardan biridir. Kontrassiq- nasiyaya əsasən,
monarxın imzaladığı akt ya baş nazirin, ya da səlahiyyətli digər bir
hökumət üzvünün imzası olduqda hüquqi qüvvəyə malikdir. Bu, həm
də o deməkdir ki, hökumət başçısı və yaxud hansısa nazir aktı
imzalamaqla həmin akta görə məsuliyyəti öz üzərinə götürür. Çünki
ənənəyə görə, monarxın özü məsuliyyətdən kənar hesab olunur.
Monarx daha çox dövlətin, millətin bütövlüyünün rəmzi olmaqla
dövlətçilik ənənələrinin tarixi qırılmazlığını təcəssüm etdirir. O, həm
də təmsilçilik funksiyalarını həyata keçirməklə xarici ölkələrə səfirlər
təyin edir, qanunları imzalayır (ancaq o, qanunları imzalamamaq
səlahiyyətinə malik deyil), parlamentdə çoxluq təşkil edən partiyanın
liderinə hökuməti yaratmağı həvalə edir və s.
Parlamentli monarxiyada qanunvericilik hakimiyyəti parlamentə,
icra hakimiyyəti isə parlament (parlamentin aşağı palatası) tərəfindən
təşkil olunan hökumətə məxsusdur. Konstitusiyada hökumət
üzvlərinin monarx tərəfindən təyin edilməsi nəzərdə tutulsa da, bu
formal xarakter daşıyır. Əslində isə, hökuməti parlamentdə daha çox
yer qazanmış partiyanın lideri təşkil edir. Hökumətin öz fəaliyyətinə
görə parlament qarşısında məsuliyyət daşıması parlamentli
monarxiyanın əsas fərqləndirici cəhətlərindən biridir. Parlament
hökumətə etimadsızlıq göstərdiyi halda, o ya istefaya getməli, ya da
monarx tərəfindən istefaya göndərilməlidir. Parlamentlə hökumət
arasında konflikt baş verərkən belə də olur ki, hökumət ona verilmiş
hüquqdan istifadə edərək monarxa aşağı palatanı buraxmağı və yeni
seçkilər təyin etməyi təklifədir. Bu, o deməkdir ki, yaranmış konfliktin
həli edilməsi xalqın ixtiyarına buraxılır. Növbəti seçkidə hansı qüvvə
üstünlük əldə edirsə, konflikt də onun xeyrinə həll olunur. Yəni
255
ilqar Məmmədov
xalq hökuməti dəstəklədikdə hökumətin tərəfdarları parlamentdə
çoxluq təşkil etmiş olur və həmin hökumət öz fəaliyyətini davam
etdirir, əks halda isə o, yenisi ilə əvəz edilir.
Pariamentli monarxiyada hakimiyyətlərin bölünməsi sistemi
parlamentli respublikalarda mövcud olan sistemə çox bənzəyir. Əsas
fərq ondan ibarətdir ki, parlamentli monaxiyada dövlət başçısı
monarx, parlamentli respublikada isə müəyyən müddətə bu vəzifəyə
seçilən prezidentdir. Lakin onların hər ikisində də dövlət başçısının
səlahiyyətləri çox məhduddur.
Monarxiya idarəetmə forması hal-hazırda dünyanın bir çox
qitəsində mövcuddur. Qərb ölkələrinə aid olmayan konstitusiyalı
monarxiyalar demokratiya institutlarının formal olaraq, bəzilərində isə
həm də faktiki olaraq qəbul edilməsi nəticəsində formalaşmışdır.
Tədqiqatçıların bəziləri həmin ölkələrin bir çoxunda qeyri-məhdud
monarxiyaya və ənənəvi cəmiyyətə xas olan ənənələrin hələ də
güclü olmasını əsas götürərək onların idarəetmə formasını
«yarımmütləq monarxiya» kimi xarakterizə edirlər. Məsələn,
V.Y.Çirkin belə hesab edir ki, müasir dövrdə monarxiya idarəetmə
formasının faktiki olaraq üç növü: dualist monarxiya, parlamentli
monarxiya və yarımmütləq monarxiya mövcuddur. O yazır ki, müasir
yarımmütləq
monarxiya
orta
əsrlərdə
mövcud
olmuş
monarxiyalardan konstitusiyanın olması ilə fərqlənsə də, əslində o,
konstitusiyalı-parlamentli bir örtüyə bürünmüşdür. Mahiyyəti etibarilə
isə mütləq monarxiya olaraq qalmaqdadır və bu xüsusiyyət hətta belə
bir idarəetmə formasına malik olan dövlətlərin konstitusiya
normalarında da öz əksini tapır. «Müasir yarımmütləq monarxiya
əvvəllər də olduğu kimi, feodal və yarımfeodal zadəganlara məxsus
hakimiyyət formasıdır. Zadəganlar əvvəlki dövrlərlə müqayisədə
dəyişərək müasir dövrün iri burjuaziyasına, əsas etibarilə də maliyyə
burjuaziyasına
çevrilmişlər».''
V.Çirkinin
yarımmütləq
monarxiyalardan danışarkən, monarxiya idarəetmə formasına malik
olan bir çox ərəb dövlətlərinin adını çəkir və müasir yarımmütləq
monarxiyanı onların timsalında xarakterizə edir.
'HııpKHH B.E.
CoBpeMCHHoe rocy/tapcTBO.
S.143.
256
Dövlət və hüquq nəzəriyyəsi
Bəzi ölkələrdə isə monarxiya sırf olaraq patriarxal institutlara və
tayfa münasibətlərinə əsaslanır. Afrikada mövcud olan bir sıra
dövlətləri buna misal göstərmək olar. Həmin ölkələrdə tayfa
başçılarından ibarət müxtəlif şuraların dövlət hakimiyyətinin həyata
keçirilməsində xüsusi rolu var. Parlament isə, əsas etibarilə, ənənəvi
icmalar sistemi çərçivəsində seçilir. Məsələn, Tonqada parlament
üzvlərinin əksəriyyətini yerli əyanlar, həmçinin kralın təyin etdiyi
nazirlər təşkil edir. Həmin ölkələrdə parlament dekorativ bir qurum
kimi fəaliyyət göstərir. Monarxın varisini isə, tayfa başçılarından
ibarət ümumdövlət şurası müəyyənləşdirir.
Respublika idarəetmə forması deyərkən, ali dövlət orqanlarının
əhali tərəfindən müəyyən müddətə seçilməsi və onlardan bəzilərinin
nümayəndəli orqanlar tərəfindən formalaşması başa düşülür.
Respublika idarəetmə formasından danışarkən, onun tarixinə də
nəzər yetirməliyik. Tarixdən bizə məlumdur ki, respublikanın ilk
formaları qədim dövrlərdə təşəkkül tapmış və dövlət, cəmiyyət inkişaf
etdikcə monarxiya kimi onun da müxtəlif formaları meydana
gəlmişdir. Qədim Şərqin bəzi ölkələrində, misal üçün.
Mesopotamiyada yaranmış bir sıra şəhər dövlətlərində həmin
idarəetmə formasının bir çox elementləri mövcud olmuşdur. Bu
şəhərlərdə müəyyən bir müddət əhali dövlət hakimiyyətinin
təşkilində, mühüm qərarların qəbul olunmasında iştirak etmiş, xalq
yığıncağı, nümayəndəli orqanlar fəaliyyət göstərmişdir. Lakin
hökmdarın hakimiyyətinin güclənməsi nəticəsində monarxiya
institutları da inkişaf etmiş və monarxiya idarəetmə forması üstünlük
qazanmışdır. Sözün əsl mənasında, respublika idarəetmə forması ilk
dəfə olaraq Afina dövlətində təşəkkül tapmışdır. Quldarlıq dövründə
respublika idarəetmə forması Qədim Yunanıstanda və Qədim
Romada inkişaf etmiş və sonradan monarxiya ilə əvəz olunmuşdur.
Feodalizm dövründə isə yalnız bəzi şəhər dövlətlərində aristokratik
respublika idarəetmə forması mövcud olmuşdur. Avropa ölkələrində
kapitalizmin inkişafı prosesində müasir mənada başa düşülən
respublika idarəetmə
257
Dostları ilə paylaş: |