Dövlət və hüquq nəzəriyyəsi
-
dövlət başçısı vəzifəsinin ümumxalq seçkisi yolu ilə və ya
nümayəndəli orqan tərəfindən seçilməklə, dəqiq müəyyənləşmiş bir
müddət ərzində həyata keçirilməsi;
-
yalnız xalqın hakimiyyətin mənbəyi kimi tanınması və
hakimiyyətin xalqın adından həyata keçirilməsi;
-qanunla müəyyən edilmiş hallarda dövlət başçısının hüquqi
məsuliyyətinin yaranması;
-
hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq dövlət
hakimiyyətinin üç qola ayrılması;
-fərdin dövlətlə hüquqi bağlılığının vətəndaşlıq institutu vasitəsi
ilə həyata keçirilməsi.
Qanunverici hakimiyyətlə icra hakimiyyəti arasındakı əlaqələrin
xüsusiyyətinə görə prezidentli respublika, parlamentli respublika və
qarışıq respublika idarəetmə formaları bir-birindən fərqələndirilir.
Prezidentli respublika. Bu idarəetmə forması dövlət başçısı və ali
icra orqanı kimi fəaliyyət göstərən prezidentin dövlət mexanizmində
mühüm yer tutması və geniş səlahiyyətlərə malik olması ilə
xarakterizə olunur. Əksər hallarda prezident ümumxalq səsverməsi
yolu ilə seçilir. Prezidentli respublikaların bir çoxunda prezident
seçkilərində qalib gələn partiya həm də parlamentdə çoxluq qazanır.
Bəzi ölkələrdə isə bunun əksinə olan hallar baş verir, ancaq bu,
ölkənin siyasi həyatına və prezidentin mövqeyinə bir o qədər də ciddi
təsir göstərmir. Prezidentli respublika olan ABŞ-ı buna misal göstərə
bilərik. Ancaq elə ölkələr də var ki, belə vəziyyətin yaranması
qeyri-sabitliyə səbəb ola bilər.
Prezidentli respublikada ali icra hakimiyyəti prezidentə məxsus
olduğundan və bu sahədə o, parlamentdən asılı olmadan fəaliyyət
göstərdiyindən hökuməti də özü təşkil edir. Prezidentli respublikaların
bir qismində baş nazir vəzifəsi mövcud olsa da, onun işinə faktiki
olaraq prezident özü rəhbərlik edir. Baş nazir və digər nazirlər
prezidentə tabe olur, onun qarşısında da məsuliyyət daşıyırlar.
Parlament isə hökuməti istefaya göndərmək səlahiyyətinə malik
olmur. Prezidentli respublikaların bəzilərində,
261
ilqar Məmmədov
ümumiyyətlə, baş nazir postu yoxdur. Bu halda prezident öz
kabinetini yaradır və nazirlər yalnız məşvərətçi səsə malik olur.
Qərarı da prezidentin özü təkbaşına verir. Baş nazirin rəhbərlik etdiyi
ayrıca bir orqan, yəni hökumət adlandırdığımız nazirlər kabineti və ya
şurası mövcud olduğu halda belə, bu qurum kollegial orqan kimi
fəaliyyət göstərmir. Onun üzvləri olan nazirlərin hər biri ayrı-ayrılıqda
prezidentə tabe olurlar. Prezident hər bir naziri və özü təyin etdiyi
digər vəzifəli şəxsləri müstəqil olaraq vəzifədən kənarlaşdırır və ya
vəzifələrini dəyişə bilir. Bir sözlə, o, özünün istədiyi şəxslərlə işləyir.
Prezidentli respublikada prezident parlamentin işinə təsir
göstərmək imkanına da malikdir. Lakin onun parlamenti buraxmaq
hüququ yoxdur. Parlament öz fəaliyyətində müstəqildir. Prezidentin
parlamentə təsiri qanunların qəbul edilməsində özünü göstərir.
Birincisi, prezident özü qanunvericilik təşəbbüsünə malik olduqda
qanunyaradıcılığı işində aktiv iştirak edə bilir, ikincisi isə, o,
parlamentin qəbul etdiyi qanunlara veto qoymaq hüququna malik
olduğundan bəyənmədiyi qanunların qəbul edilməsinə böyük maneə
yarada bilir. Bu zaman, yəni parlament tərəfindən qəbul edilmiş hər
hansısa qanuna prezident veto qoyduqda vetonun dəf edilməsi üçün
qanunvericiliklə müəyyənləşmiş mütləq səs çoxluğu, parlament iki
palatalı olduğu halda isə, həmin qayda hər iki palata üçün tələb
olunur. Bu isə, çox çətin və həll olunması uzun müddət tələb edən bir
məsələyə çevrilir. Çünki vəzifəsinə, nüfuzuna və geniş təsir
imkanlarına malik olduğuna görə, prezident parlamentin üzvlərinə də
təsir göstərə bilir. Odur ki, parlamentdə həmin çoxluğun təşkil
olunması əksər hallarda mümkün olmur.
Prezidentli respublikada prezidentin parlament məsuliyyəti
olmasa da, müəyyən hallarda impiçment prosedurası əsasında onun
vəzifədən kənarlaşdırılması, məsuliyyətə cəlb edilməsi mümkündür.
Prezident öz vəzifəsini ləyaqətlə yerinə yetirmədikdə, öz
funksiyalarını həyata keçirərkən ağır cinayət törətdikdə parlament
onu vəzifədən kənarlaşdıra bilər. Hər bir prezidentli respublikada
qanunvericiliklə bunun dəqiq qaydası müəyyənləşdirilir.
262
Dövlət və hüquq nəzəriyyəsi
Bunlardan əlavə, prezidentli respublikalarda prezident
referendum təyin etmək, fövqəladə vəziyyət elan etmək və bir sıra
başqa mühüm əhəmiyyətli işlər görmək hüququna malikdir. O, həm
də ali baş komandandır; müharibə elan etmək, sülh müqaviləsi
bağlamaq,
hərbi
əməliyyatlara
rəhbərlik
etmək
onun
səlahiyyətindədir. Qısası, real hakimiyyət prezidentin əlindədir və
ölkədə demokratiya institutları nə qədər güclüdürsə, dövlət nə
dərəcədə hüquqi dövlətdirsə, bir o qədər də onun fəaliyyəti
demokratik xarakterlidir və bir o dərəcədə də hüquqidir.
Tədqiqatçılar prezidentli respublikanın üstün cəhətini bu cür
idarəetmə formasına malik olan dövlətlərdə idarəetmə sisteminin
sabit, idarəetmənin səmərəlilik dərəcəsinin isə yüksək olması ilə
əlaqələndirirlər. Bu üstünlüyün islahatlar və böhranlar dövründə
xüsusilə böyük əhəmiyyəti var. Prezidentli respublikanın əsas
çatışmamazlıği isə prezidentin geniş səlahiyyətlərə malik olması
səbəbindən hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsi,
hakimiyyətdən sui-istifadə edilməsi, həmçinin mənimsənilərək bir
şəxsin «inhisarına» keçməsi imkanının daha çox olması ilə bağlıdır.
Prezident hakimiyyətinin bu dərəcədə «şişməsi», yəni onun əlində
böyük səlahiyyətlərin cəmləşməsi nəticəsində meydana gələn
idarəetmə formasına superprezi- dentli respublika da deyilir.
Prezidentli respublika ilk dəfə ABŞ-da yaranmışdır. Müasir
dövrdə bu idarəetmə forması Latın Amerikasında geniş yayılmışdır.
Asiyanın, Afrikanın bəzi ölkələrində, o cümlədən, SSRİ dağıldıqdan
sonra yeni yaranan dövlətlərdə də daha çox prezidentli respublika
idarəetmə formasına üstünlük verilmişdir. Bu ölkələrin bir çoxunda
demokratik ənənələr zəif olduğundan prezidentin əlində cəmləşən
real hakimiyyət konstitusiya çərçivəsindən çox kənara çıxır. Məhz
buna görə də, həmin idarəetmə formaları superprezidentli
respublikalar kimi xarakterizə edilir. Afrikanın bir sıra ölkələrində
monarxiya ənənələri, patriarxal ənənələr həddindən artıq güclü
olduğundan formal olaraq hakimiyyətlərin bölünməsi elan edilsə də,
faktiki olaraq, prezidentin hakimiyyəti məhdudlaşdırılmır və daha çox
mütləq monarxiyaya
263
Dostları ilə paylaş: |