Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə80/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   76   77   78   79   80   81   82   83   ...   205

ilqar Məmmədov 

mişdir.  Dövlətin  təşəkkül  tapmasının  ilk  dövrlərindən  etibarən 

monarxın  hakimiyyəti  həm  də  ilahiləşdirilmiş,  o,  əcdadlarla,  ilahi 

qüvvələrlə  xalq  arasında  əlaqələndirici  rol  oynanyan,  müqəddəs 

ənənələri  qoruyan  şəxs  kimi  qəbul  edilmişdir.  Odur  ki,  həm  ilk 

dövrlərdə,  həm  də  dövlətin  inkişafının  sonrakı  mərhələlərində 

monarxiyanın bir çox formaları teokratik xarakterə malik olmuşdur. 

A.B.Vengerovun  yazdığı  kimi,  monarxiya  idarəetmə  formaları 

müxtəlif dövrlərdə və müxtəlif cəmiyyətlərdə mövcud olmuş və həmin 

idarəetmə  formalarının  bütöv  bir  spektri  yaranmışdır.  Bu  cür 

müxtəliflik  isə  konkret  formalar  çərçivəsində  spesifik  əlamətlərin 

meydana gəlməsi ilə müşayiət olunmuşdur. Odur ki, dövlət və hüquq 

nəzəriyyəsində  monarxiyaları  xarakterizə  etmək  üçün,  ilk  növbədə, 

onların  ən  ümumi  və  əsas  cəhətləri  açıqlanır.  Monarxiyaların  əsas 

cəhətlərini aşağıdakı kimi göstərə bilərik: 

-

 



monarx dövlət başçısı statusuna malik olur; 

-

 



hakimiyyəti təkbaşına həyata keçirir; 

-

 



heç kəs və heç bir qurum qarşısında hesabat vermir; 

-

 



öz dövlət vəzifəsini irsən alır; 

-

 



ömürlük olaraq hakimiyyətdə olur; 

-

 



hakimiyyətin mənbəyi kimi tanınır; 

-

 



hakimiyyəti öz mülahizəsinə əsaslanaraq həyata keçirir. 

Bunlar ümumi cəhətlər olsa da, onların bəziləri ilə əlaqədar 

müəyyən  istisnalar  da  var.  Məsələn,  qədim  Sparta  dövlətində  ali 

hakimiyyət bir nəfərə yox, iki nəfərə məxsus idi. Yəni dövlətə bir yox, 

iki  çar  başçılıq  edirdi.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  monarxiyanın 

əsas əlamətlərindən biri də monarxın öz vəzifəsini irsən əldə etməsi 

və  hakimiyyətinin  ömürlük  olmasıdır.  Lakin  bəzi  ölkələrdə  başqa 

ənənələr  və  qaydalar  mövcuddur.  Misal  üçün,  federativ  dövlət 

quruluşuna  malik  olan  Malayziyada  federasiya  subyektlərinin 

müəyyən bir qismində monarxiya, başqa bir qismində isə respublika 

idarəetmə  forması  mövcuddur.  Malayziyanın  dövlət  başçısı 

federasiya  subyektlərinin  monarxları  arasından  beş  il  müddətinə 

seçilir. Bu dövlətin 13 ştatından yalnız 9-nunun irsi yolla hakimiyyəti 

əldə edən sultanı var, digər 4 



240 


Dövlət və hüquq nəzəriyyəsi 

ştatda isə monarxiya mövcud deyil. Odur ki, həmin 9 sultandan İbarət 

Şura  ştatların  sultanlarını  növbə  ilə  dövlət  başçısı  vəzifəsinə  seçir. 

Buna oxşar bir vəziyyət Birləşmiş Ərəb Əmirliklərində də mövcuddur. 

Göstərilən bu vəziyyət hüquq ədəbiyyatında həm monarxiya, həm də 

respublika idarəetmə formasının müəyyən elementlərinin qarışması, 

bir araya gətirilməsi kimi xaraterizə edilir. Həmin halda monarxiyanın 

ən əsas elementi kimi dövlət başçısının monarx olması (Malayziyada 

yalnız  sultanların  dövlət  başçısı  ola  bilməsi),  respublika  idarəetmə 

formasının  elementi  kimi  isə  dövlət  başçısının  müəyyən  müddətə 

seçilməsi  çıxış  edir.  Elmi  ədəbiyyatda  bu  cür  qarışıq  bir  idarəetmə 

formasına əksər hallarda seçkili (rotasiyalı) monarxiya deyilir. Ancaq 

elə müəlliflər də var ki, «seçkili monarxiya» anlayışını qəbul etmirlər. 

Məsələn,  S.Y.Kaşkin  yazır  kl,  «adətən  belə  bir  idarəetmə  formasını 

seçkili  monarxiya  adlandırırlar,  lakin  bu  «qızardılmış  buza» 

bənzəyir».'' 

Monarxiyanın  yuxarda  göstərilən  əlamətlərindən  monarxın 

hakimiyyəti  təkbaşına  həyata  keçirməsi  və  hakimiyyəti  həyata 

keçirərkən 

öz 


mülahizəsinə 

əsaslanması 

qeyri-məhdud 

monarxiyalarda daha qabarıq şəkildə özünü göstərir. Qeyri-məhdud 

monarxiyalarda  monarx  bütün  hakimiyyəti  öz  əlində  cəmləşdirir. 

Digər 


vəzifəli 

şəxslərin, 

iri 

məmurların, 



aristokratiya 

nümayəndələrinin hakimiyyətə təsiri minimuma endirilir. Lakin bu cür 

qeyri-  məhdudluq  mütləq  mənada  da  başa  düşülməməlidir.  Çünki, 

hər bir halda, dinl normaların, bir sıra siyasi xarakterli ənənələrin, dini 

institutların  (kilsə,  məbəd,  məscid,  din  xadimləri  və  s.),  yuxarı 

təbəqəyə aid olan maraqların dövlət başçısının hakimiyyətinə bu və 

ya  digər  dərəcədə  məhdudlaşdırıcı  təsiri  qalmış  olur.  Ancaq  qeyd 

etdiyimiz  kimi,  qeyri-məhdud  monarxiyalarda  bu  təsir  minimuma 

endirilir və monarx öz siyasətinə, hərəkətlərinə, fəaliyyətinə görə heç 

bir hüquqi məsuliyyət daşımır. Hər hansı səhvlərə, yanlışlıqlara görə 

məsuliyyət digər şəxslərin 

*

 



* Конституционное (государственное) право зарубежных стран. 

Обшая часть. Тома 1-2. М., 1996, 5. 304. 



241 


ilqar Məmmədov 

üzərinə  düşür,  monarx  onları  istədiyi  kimi  cəzalandıra  bilir.  Bu  cür 

idarəetmə forması üçün xarakterik olan cəhətlərdən biri də insanların 

taleyinin  bir  şəxsin  iradəsindən  asılı  olması  ilə  bağlıdır.  Monarx  öz 

təbəələrindən  hər  birinin  taleyini  istədiyi  kimi  həll  etmək  iqtidarına 

malik olur. Onun əlində cəmləşən imkanlar insanlarda qorxu yaradır, 

heç  kəs  öz  həyatını  hökmdarın,  onun  iradəsini  icra  edənlərin 

tərsliyindən  və  şıltaqlıqlarından  sığortalanmış,  müdafiə  olunuş  hiss 

edə bilmir. 

Qeyri-məhdud  monarxiyalarda  qanunverici  hakimiyyət,  icra  və 

məhkəmə  hakimiyyətləri  hökmdarın  əlində  cəmləşir.  Monarx 

qanunvericilik  fəaliyyətini,  dövlət  idarəçiliyini  həyata  keçirir, 

məhkəmə hakimiyyəti ondan törəyir. Dövlət aparatının işi isə yalnız 

monarxın iradəsini həyata keçirməkdən ibarət olur. Yəni hər hansısa 

bir  dövlət  orqanının  nisbi  müstəqilliyə  malik  olması  qeyri-mümkün 

hadisəyə çevrilir. Dövlət idarəçiliyi avtoritar üsullarla həyata keçirilir. 

Odur ki, qeyri-məhdud monarxiyalar üçün məhz avtoritar siyasi rejim 

xarakterikdir.  V.A.Çetvernin  əsaslı  olaraq  yazır  ki,  qeyri-məhdud 

monarxiyada  monarx  yeganə  və  ya  ali  qanunvericidir-normativ 

qaydalar  yalnız  onun  iradəsi  ilə  qanun  qüvvəsini  ala  bilər.  «O,  icra 

hakimiyyətinin  vəzifəli  şəxslərini  vəzifəyə  təyin  edir  və  onları 

vəzifədən  azad  edir,  hökumət  onun  qarşısında  məsuliyyət  daşıyır. 

Monarx qanunlara özünün istədiyi dərəcədə tabe olur. Bu mənada, 

qeyri-məhdud  monarxiya  respublikanın  tam  əksidir.  Çünki 

respublikada  bütün  vəzifəli  şəxslər  qanuna  uyğun  fəaliyyət 

göstərməlidirlər.  Qanunçuluq,  qanunların  hakimiyyəti  respublika 

üçün  xarakterik  olan  hadisədir.  Qeyri-məhdud  monarxiya  üçün  isə 

insanların,  yəni  xeyirxah  və  ya  qəddar,  ədalətli  və  ya  ədalətsiz, 

«qorxunc» və ya «sakit» monarxların hakimiyyəti xarakterikdir».'' 

Qeyri-məhdud  monarxiyalarda  bütün  hakimiyyətin  bir  şəxsin 

əlində cəmləşməsi, öz fəaliyyətinə, hərəkətlərinə görə onun heç bir 

hüquqi məsuliyyət daşımaması, istədiyini həyata keçirə 

' Проблемы общей теории права и государства. 

Под ред. 

B.C.Hepceciiuija.

 S.597.

 

242 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə